Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Müzəffər Alanquş
Müzəffər Alanquş (1 yanvar 1898, Ərzurum ili – 17 dekabr 1972, İstanbul) — Türk əsgər və siyasətçi. == Həyatı və hərbi xidməti == Müzəffər Alanquş 1898-ci ildə Ərzurumda anadan olub. 1914-cü ildə Kuleli Hərbi Liseyində oxuyarkən orduya girdi. 1915-ci ildə leytenant rütbəsi aldı. Müxtəlif bölmələrdə Komanda Komandiri və Bölmə Komandiri vəzifələrində çalışıb. 7-ci Diviziya Əməliyyatlara əlavə edilərkən əsir götürüldü. 1 oktyabr 1918–30 dekabr 1920-ci illər arasında Misirdə əsirlikdə qaldı. 28 aprel 1921-ci ildə Anadoluya getdi və Milli Orduya qoşuldu. Müxtəlif hissələrdə xidmət etdikdən sonra 1925–1926-cı illərdə Hərbi Akademiyada kapitan rütbəsi ilə təhsilini başa vurdu. 1926-cı ildə Hərbi Akademiyanı bitirib, 1929-cu ildə heyət üzvü oldu.
Alangiş (Ərdəbil)
Alangiş - İranın Ərdəbil ostanında kənd.. == Coğrafi yerləşməsi == Xalxal şəhristanının Səncid bölgəsinin Givi kəndistanında, bölgənin mərkəzindən 15 km şimalda, Xalxal-Ərdəbil avtomobil yolunun 12 kilometrliyindədir.
Alankaş
Alankaş (fars. النكش‎) — İranın Ərdəbil ostanının Kövsər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 194 nəfər yaşayır (33 ailə).
Qaranquş
Qaranquşlar (lat. Hirundinidae) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinə aid heyvan fəsiləsi. Köçəri quşdur. Afrikanın tropik bölgələrində qışlar, yaz aylarında Avropa ərazisində görünür.Qaranquşun 4 növü (kənd, şəhər, sahil və dağ qaranquşu) dağ çaylarının dərələrində, qayalarda, insan məskənlərindən, daş tikililərdə yuvalayırlar. İldə 2–3 dəfə yumurtlaya bilir. 2, ən çoxu 6 yumurta üstündə kürt yatarlar. Kürt yatma (balaçıxarma yatışı) müddəti 13–19 gündür. 19 gün müddətinə tüklənir.Büzdüm və alt tərəfi ağ olan quş yalnız qaranquşdur. Bu xüsusiyyəti ilə o, qırmızı qaranquşa bənzəyir. Üst tərəfi tünd- göydür, qəhvəyisi də vardır.
Alaqur
Alaqur Tiflis quberniyasının Axalsix qəzasında qışlaq adı. == Toponimkası == Alaqur- Tiflis quberniyasının Axalsix qəzasında qışlaq adı. Hunlarda və bolqarlarda "Oqur(Uqur)" tayfa adından və "el" sözündəndir. Əsli "El oqur", yəni "Oqur eli (tayfası)". Azərbaycanda Oğrukənd (Salyan rayonu, indi Təzəkənd) adı ilə eynidir.
Halaquş (Urmiya)
Halaquş (fars. هله قوش‎‎‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 210 nəfər yaşayır (39 ailə).
Qaranquş dağı
Qaranquş dağı – Ordubad rayonu ərazisində dağ (hünd. 3147,1 m). Zəngəzur silsiləsinin suayırıcısındakı Qapıcıq yüksəkliyindən (hünd. 3905,2 m) cənub-qərbə ayrılan Xəzəryurd qolunun suayrıcısında zirvə. Tivi kəndindən 6 km-dək şərqdədir. Alt Eosenin İpr mərtəbəsinə aid Kələki lay dəstəsinin vulkanogen-çökmə suxurlarını yarıb çıxan andezit-dasit tərkibinə malik Orta Eosen yaşlı eyniadlı subvulkanik intruziyanın əmələ gətirdiyi sıldırım yamaclı piramida formalı yüksəklikdir. Tektonik cəhətdən Zəngəzur qalxım zonasını Ordubad qarılma zonasının Paradaş seqmentindən ayıran Şərqi Ordubad dərinlik qırılma zonasında yerləşir.
Çarlanquş (Zəncan)
Çarlanquş — İranın Zəncan Azərbaycan ostanında kənd. == Coğrafi yerləşməsi == Mərkəzi şəhristanının Ətraf bölgəsində, Çaypara kəndistanında, Zəncan şəhərindən 102 km qərbdədir.
Əsl qaranquş
Əsl qaranquş (lat. Hirundo) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinin qaranquşlar fəsiləsinə aid heyvan cinsi.
Alenuş Teryan
Alenuş Teryan (ing. Alenush Terian, erm. Ալենուշ Տէրեան; 1920—2011) — erməni əsilli iranlı alim, astronom və fizik; onu müasir İran astronomiyasının anası adlandırırlar. == Bioqrafiya == O, 1920-ci il noyabrın 9-da Tehranda erməni ailəsində anadan olmuşdur. Onun atası Arto, Arizad kriptonimi ilə rejissor, şair və tərcüməçi idi; anası Vartui teatr aktrisası və rejissoru idi. 1947-ci ildə Tehran Universitetinin Elmlər fakültəsini bitirib, burada əmək fəaliyyətinə fizika laboratoriyasında başlayıb və tezliklə laboratoriyanın müdiri olub. Teryan Fransada təhsil almaq məqsədi ilə təqaüd üçün müraciət etmiş, lakin Tehran Universitetinin professoru Mahmud Hesabi iranlı qadının təhsilinin kifayət qədər olduğunu düşünərək buna razılıq vermir. Lakin atasının maddi dəstəyi ilə Alenuş yenə də Fransaya təhsil almağa gedir və burada 1956-cı ildə Sorbonna Universitetində (indiki Paris Universiteti) atmosfer fizikası üzrə doktorluq dərəcəsi alır. İrana qayıdaraq Tehran Universitetində termodinamika üzrə dosent olur. Daha sonra Almaniya hökuməti tərəfindən Tehran Universitetinə verilən təqaüdlə Qərbi Almaniyada günəş fizikası sahəsində dörd ay işləyir.
Alangium
Alangium (lat. Alangium) — bitkilər aləminin zoğalçiçəklilər dəstəsinin zoğalkimilər fəsiləsinə aid bitki cinsi.
Qaranquş yuvası (Krım)
Qaranquş Yuvası (ukr. Ластівчине гніздо, Lastivchyne hnizdo, rus. Ласточкино гнездo, Lastochkino gnezdo, krımtat. Къарылгъач ювасы, Qarılğaç yuvası), Krımın Gaspra qəsəbəsində yerləşən dekoraativ bir qaladır. 1911–1912-ci illərdə 40 m yüksəklikdə olan Aurora yamacının üstündə tikilmişdir. Rusiyalı memar Leonid Sherwood tərəfindən neoqotika tərzində tikilmişdir. == Tarixi == Aurora yamacındakı ilk bina rus bir general üçün 1895-ci ildə tikilmişdir. "Eşq Qalası" adını alan bina taxtadan hazırlanmışdı. Daha sonra bu mülk Rus çarının şəxsi həkimi A. K. Tobinin əlinə keçdi. Bakı neftini çıxardaraq gəlir əldə edən alman Baron Von Şteyngel 1911-ci ildə binanı aldı və hazırkı binanı inşa etdirdi.
Alavus
Alavus — Finlandiyanın Cənub Ostrobotniya bölgəsində yerləşən şəhər. Bölgənin cənub-şərqində yerləşir. Sahəsi 1 151 46 km²-dir və əhalisi 31 avqust 2017-ci il tarixində siyahıyalınmasına əsasən 11 746 nəfər təşkil edir.Alavusda kənd təsərrüfatı və meşəçilik təsərrüfatı əhalinin əhəmiyyətli bir hissəsinin fəaliyyət sahədisir və şəhərdəki sənayenin əksəriyyəti tikinti ilə bağlıdır. Alavusda ümumilikdə 324 km ərazisi olan 60 göl var.
Ağanus
Ağanus — Azərbaycan Respublikasının Laçın rayonu Fətəlipəyə kənd inzibati ərazi dairəsində kənd.1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. == Tarixi == Ağanus kəndi Laçın rayonunun Fətəlipəyə kənd inzibati ərazi dairəsində yerləşir. Adını ərazidəki eyni-adlı mineral bulaqdan almışdır. Bəzi tədqiqatçılara görə, toponim ağ və naus (ərəbcə "məbəd" deməkdir. Sasanilər dövründə zərdüştiliyə sitayiş edənlərin qəbirüstü tikilisi də "naus" adlanırdı) sözlərindən düzəlib, "ağ rəngli məbəd" mənasını ifadə edir.2020-ci ildə İkinci Qarabağ müharibəsi sonunda imzalanmış atəşkəs bəyanatına əsasən 1 dekabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunur. 2022-ci ilin avqustunda Laçın dəhlizini əvəz edən Rusiya sülhmərəmlılarının nəzarətində olan Ermənistan və Dağlıq Qarabağ arasında yeni dəhlizdə yerləşir. == İnfrastrukturu == Ağanus kəndində işğala qədər 1 orta məktəb, mədəniyyət klubu, kitabxana, rabitə qovşağı, 2 mağaza, 1 iaşə obyekti (Turşsu), fəaliyyət göstərirdi. Ağanusda ilk məktəb 1924-cü ildə fəaliyyətə başlamış, ilk müəllim isə Türkiyədən gəlmiş Müslüm adlı şəxs olmuşdur. İlk məktəb binası isə 1928-ci ildə inşa edilmişdir. Məktəb eyni adla hal-hazırda Bərdə şəhərində yerləşir.
Elanus
Boz çalağan (lat. Elanus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinə aid heyvan cinsi.
Mangus
Manqus
Alnus
Qızılağac (lat. Alnus) — bitkilər aləminin fıstıqçiçəklilər dəstəsinin tozağacıkimilər fəsiləsinə aid bitki cinsi. == Növləri == Adi qızılağac (Alnus glutinosa (L.) Gaertn.) Yumşaqtüklü qızılağac (Alnus hirsuta (Spach) Turcz.
Qaranquş kəşfiyyat-diversiya dəstəsi
Qaranquş kəşfiyyat-diversiya dəstəsi və ya Qaranquş dəstəsi (kiril qraf. Гарангуш) — Qarabağ müharibəsində aktiv iştirak etmiş kəşfiyyat-diversiya qrupu. "Qaranquşçular" adı ilə tanınırlar. == Yaradılması == 1992-ci ilin may ayında Qubadlıda 2 tabor fəaliyyət göstərsə də, iyun ayında taborların sayı 4 olan 706 saylı hərbi hissə yaradıldı. Eyni vaxtda 706 saylı hərbi hissənin rəhbəri Əliyar Əliyev olan 1-ci taboru tərkibində kəşfiyyat-diversiya dəstəsi olan Qaranquş dəstəsi də fəaliyyət göstərməyə başladı. == Fəaliyyəti == Qarabağ müharibəsində aktiv iştirak edən dəstə nəinki Qubadlıda, Qarabağda, Azərbaycanda, hətta Ermənistanda belə tanınırdı. Buna səbəb girov aparılan, meyitləri qaytarılmayan azərbaycanlıların yaxınlarının dəstəyə müraciət etməsi nəticəsində dəstə üzvlərinin qısa muddət ərzində Ermənistan ərazisinə keçərək yüksək rütbəli erməniləri əsir götürərək Azərbaycan tərəfinə qayıtması idi. == Dəstə üzvləri == 8 nəfərdən ibarət olan dəstə üzvlərindən ikisi Azərbaycanın Milli Qəhrəmanı adını daşısalar da dəstə üzvlərindən 4-ü "Qaranquş kəşfiyyat dəstəsinin tərkibində cinayət əməlləri törətməkdə təqsirləndirilərək" həbs olunublar. Qalan 2 dəstə üzvü isə Sumqayıt şəhərində keçirilən əməliyyatlar zamanı öldürülüblər. Bildirilənlərə görə 1992-ci ildən son saata qədər rayonun müdafiəsini təşkil edən Qaranquş dəstəsinin altı nəfər üzvü rayonun işğal edilməsinin kökündə xəyanətin durduğunu, xəyanətkarların isə rayon rəhbərliyi olmasını iddia edərək xəyanətkarları cəzalandırmaq məqsədiylə Qubadlı rayon mərkəzinə qayıtmış və polis rəisi Evarist Paşayevi, polis rəisinin sürücüsü Xanlar Nuriyevi, rayon prokuroru Nazim Ağayevi, prokurorluğun müstəntiqi Əyyub Vəliyevi, rayon məhkəməsinin hakimi Sərdar Hüseynovu qətlə yetirmişlər.
Qaranquş yuvası qalası (Krım)
Qaranquş yuvası qalası — Krımın ən əhəmiyyətli simvollarından biri olan pəri nağılı qəsridir. Mishor bölgəsində Gaspırada Ay Todor burnundakı 38 metrlik Avrora (Avrorina) uçurumuna başlanğıcda Alman neft əyani Baron Shteingel üçün Amerikalı memar A. Şervodun dizaynı ilə 1912-ci ildə inşa edilmişdir. Orta əsr qalası şəklində hazırlanmışdır. 1927-ci ildəki zəlzələdən sonra qayaların bir hissəsi dənizə düşmüş və quruluş tamamilə qayalığın ən son ucunda qalmışdır. Zəlzələdən sonra zədələnmiş divarları bərpa edilmişdir. Tikilinin yanında I və III əsrdən qalma tarixi bir Roma qalasının qalıqları mövcuddur. Bölgədə Ay Todor burnunda Ai Todorsky fənəri yerləşir. Almaniyanın Ren sahillərindəki Rittenburg qəsrinin kiçik bir surəti olan Qaranquş yuvasının gəzinti meydançasından Qara dənizi bütün ehtişamı ilə seyr etmək ayrı bir həzz verir ziyarətçilərə. Hazırda bina içində bir İtalyan restoranı fəaliyyət göstərir. Restoran-kafe qismi olduqca bahalıdır.
Akantus (ornament)
Akantus (yun: Ἄκανθος) qədim yunan memarlığında sütun başlarını bəzəmək üçün istifadə olunan bitki fiqurudur. Azəricə adı “ayı pəncəsi” olan akantus, sıx, qalın, silindrik və dik çiçəkli, tikanlı, hündür, ot bitkilərindəndir. Çiçəkləri gözə çarpan olduğundan bəzək bitkisi kimi yetişdirilir. Akantus, ilk əsrlərdən bəri Roma və Bizans başda olmaqla müxtəlif dairələrin sənətinə daxil olan bir bitkidir. Sütun başlıqlarının ayrılmaz hissəsidir. Xüsusilə Aralıq dənizi mühitinin sənətində, müxtəlif materiallarla yarpaq, qıvırcıq və ya rozet formasında olan bir çox tikilidə rast gəlinir. Son antik dövr sənəti və barokko sənətində də tez-tez istifadə edilmişdir. Korinf və kompozit sütun başlıqlarında akantus yarpaqlı bəzək motivinin inkişafını müşahidə etmək mümkündür. Vitruvius bu kapitel janrının meydana gəlməsinin hekayəsindən belə bəhs etmişdir: “Korinfli azad bir qız evlilik yaşında bir xəstəlikdən ölür. Qızın süd anasy, qızın ölümündən sonra həmin qıza həyatda zövq verən bəzi kiçik əşyaları yığaraq, səbətə qoyub qızın qəbrinə aparır; məzarın üstünə qoyduğu səbətin içindəki əşyaların daha uzun müddət ərzində qalması üçün səbətin üstünə bir kafel qoyur.
Alangium begoniifolium
Alangium chinense (lat. Alangium chinense) — bitkilər aləminin zoğalçiçəklilər dəstəsinin zoğalkimilər fəsiləsinin alangium cinsinə aid bitki növü.
Alangium chinense
Alangium chinense (lat. Alangium chinense) — bitkilər aləminin zoğalçiçəklilər dəstəsinin zoğalkimilər fəsiləsinin alangium cinsinə aid bitki növü.
Alangium circulare
Alangium circulare (lat. Alangium circulare) — bitkilər aləminin zoğalçiçəklilər dəstəsinin zoğalkimilər fəsiləsinin alangium cinsinə aid bitki növü.
Alangium griffithi
Alangium uniloculare (lat. Alangium uniloculare) — bitkilər aləminin zoğalçiçəklilər dəstəsinin zoğalkimilər fəsiləsinin alangium cinsinə aid bitki növü.
Alangium havilandii
Alangium havilandii (lat. Alangium havilandii) — bitkilər aləminin zoğalçiçəklilər dəstəsinin zoğalkimilər fəsiləsinin alangium cinsinə aid bitki növü.
Alangium javanicum
Alangium javanicum (lat. Alangium javanicum) — bitkilər aləminin zoğalçiçəklilər dəstəsinin zoğalkimilər fəsiləsinin alangium cinsinə aid bitki növü.
Alangium longiflorum
Alangium longiflorum (lat. Alangium longiflorum) — bitkilər aləminin zoğalçiçəklilər dəstəsinin zoğalkimilər fəsiləsinin alangium cinsinə aid bitki növü.
Alangium nobile
Alangium nobile (lat. Alangium nobile) — bitkilər aləminin zoğalçiçəklilər dəstəsinin zoğalkimilər fəsiləsinin alangium cinsinə aid bitki növü.
Alangium platanifolium
Alangium platanifolium (lat. Alangium platanifolium) — bitkilər aləminin zoğalçiçəklilər dəstəsinin zoğalkimilər fəsiləsinin alangium cinsinə aid bitki növü.
Alangium polyosmoides
Alangium villosum subsp. polyosmoides (lat. Alangium villosum subsp. polyosmoides) — bitkilər aləminin zoğalçiçəklilər dəstəsinin zoğalkimilər fəsiləsinin alangium cinsinin alangium villosum növünə aid bitki yarımnövü.
Caracara plancus
Adi qarqar (lat. Caracara plancus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qızılquşkimilər dəstəsinin qızılquşlar fəsiləsinin qarqar cinsinə aid heyvan növü.
Euseius alangii
Euseius alangii (lat. Euseius alangii) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinin mesostigmata dəstəsinin phytoseiidae fəsiləsinin euseius cinsinə aid heyvan növü.