Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

  • ALGORISM

    n 1. saym ərəb sistemi; 2. alqoritm

    Tam oxu »
    İngiliscə-azərbaycanca lüğət
  • ALGORITHM

    n cəb. alqoritm; ~ of syntactic analysis sintaktik analizin alqoritmi

    Tam oxu »
    İngiliscə-azərbaycanca lüğət
  • ALQORİFM

    сущ. см. alqoritm

    Tam oxu »
    Azərbaycanca-rusca lüğət
  • ALQORİTM

    I сущ. мат. алгоритм: 1. система вычислений, применяемых по строго определённым правилам 2. всякое точное предписание, которое задает вычислительный п

    Tam oxu »
    Azərbaycanca-rusca lüğət
  • ALQORİTM

    i. riyaz. algorithm

    Tam oxu »
    Azərbaycanca-ingiliscə lüğət
  • ALQORİTM

    ...Məhəmmədin (IX əsr) adı ilə bağlıdır. Əl-Xorəzmi sözü Avropada alqoritm kimi tələffüz olunub.

    Tam oxu »
    Azərbaycan dilinin etimologiya lüğəti
  • alqoritm

    is. riyaz. algorithme m

    Tam oxu »
    Azərbaycanca-fransızca lüğət
  • ALQORİTM

    \ – eyni tipdən olan bütün məsələlərin həllinə doğru aparan əməliyyatların, bir sıra sistemin müəyyən qaydada yerinə yetirilməsi haqqında dəqiq gös

    Tam oxu »
    Fəlsəfə terminlərinin izahlı lüğəti
  • alqoritm

    alqoritm

    Tam oxu »
    Azərbaycan Dilinin Orfoqrafiya Lüğəti
  • алгоритм

    ...операций для определения искомого результата, искомой величины. Алгоритм извлечения корня из числа. б) отт. Последовательность действий для выполнени

    Tam oxu »
    Rus dilinin izahlı lüğəti
  • APHORISM

    n aforizm, hikmətli söz

    Tam oxu »
    İngiliscə-azərbaycanca lüğət
  • Proqramlaşdırıcı linqvistika

    bu elə alqoritm linqvistikasıdır.

    Tam oxu »
    İzahlı tərcüməşunaslıq terminləri lügəti
  • TANINMA

    ...глаг. tanınmaq: 1. опознание 2. распознавание. автом. Tanınma alqoritmi алгоритм распознавания 3. признание. дипл. Beynəlxalq birlik tərəfindən танын

    Tam oxu »
    Azərbaycanca-rusca lüğət
  • AFORİZM

    i. aphorism

    Tam oxu »
    Azərbaycanca-ingiliscə lüğət
  • криптографический

    см. криптография; -ая, -ое. Криптографический алгоритм.

    Tam oxu »
    Rus dilinin izahlı lüğəti
  • ALQORİTMLƏŞDİRMƏK

    ...(задачу и т.п.) 2 глаг. алгоритмизировать (составлять, составить алгоритм работы, задачи)

    Tam oxu »
    Azərbaycanca-rusca lüğət
  • алгоритмизация

    -и; ж. Составление алгоритма работы, задачи; первый этап программирования.

    Tam oxu »
    Rus dilinin izahlı lüğəti
  • нотационный

    см. нотация II; -ая, -ое. Н-ая запись алгоритма.

    Tam oxu »
    Rus dilinin izahlı lüğəti
  • PROGRAMME

    ...(elektron-hesablama maşını üçün); to ~ an algorithm alqoritmi proqramlaşdırmaq

    Tam oxu »
    İngiliscə-azərbaycanca lüğət
  • ALQORİTMLƏŞDİRİLMƏ

    сущ. от глаг. alqoritmləşdirilmək; алгоритмизация (составление алгоритма работы, задачи; первый этап программирования)

    Tam oxu »
    Azərbaycanca-rusca lüğət
  • Proqram

    ...qaydalar sistemi. 2. Maşın dilində verilmiş məsələlər həllinin alqoritmi.

    Tam oxu »
    İzahlı tərcüməşunaslıq terminləri lügəti
  • алгоритмический

    см. алгоритм; -ая, -ое. А-ое описание процессов. Алгоритмический язык. По имени узбекского математика 9 в. аль-Хорезми [в лат. транслитерации - Algori

    Tam oxu »
    Rus dilinin izahlı lüğəti
  • ALQORİTMLƏŞDİRMƏ

    1 сущ. от глаг. alqoritmləşdirmək; алгоритмизация (составление алгоритма работы, задачи; первый этап программирования) 2 сущ. от глаг. alqoritmləşdirm

    Tam oxu »
    Azərbaycanca-rusca lüğət
  • КЪАЙДА

    n. rule, regulation; canon; principle; algorithm, (Mathematics) step-by-step procedure used to solve a problem (often includes repetition of steps); l

    Tam oxu »
    Ləzgicə-ingliscə lüğəti
  • КЪАЙДА

    n. rule, regulation; canon; principle; algorithm, (Mathematics) step-by-step procedure used to solve a problem (often includes repetition of steps); l

    Tam oxu »
    Ləzgicə-ingliscə lüğəti
  • KƏLAM

    i. 1. (söz) word; (həkimanə ifadə) saying, aphorism; dictum, apophthegm, byword; 2. (söhbət) (speech-) talk; ◊ əvvəl təam, sonra kəlam at. söz. ≅ Firs

    Tam oxu »
    Azərbaycanca-ingiliscə lüğət
  • программировать

    ...Подготовлять задачи для решения их на компьютере; составлять программы (алгоритмы) обработки данных на компьютерах.

    Tam oxu »
    Rus dilinin izahlı lüğəti
  • Kiçik sistemaltları (dilin yarımsistemləri)

    ...özündə təhlilin iki mərhələsini - qeyri-alqoritmi və alqoritmi birləşdirən spesifik xassələrinin işlənib hazırlanması nəzərdə tutulur.

    Tam oxu »
    İzahlı tərcüməşunaslıq terminləri lügəti
  • Əsaslar lüğəti

    ...əlverişlidir. Lakin belə lüğət üçün olduqca qabarıq ağır morfoloji təhlil alqoritmi və dilaltının morfoloji təsviri üçün böyük zəhmət sərf olun

    Tam oxu »
    İzahlı tərcüməşunaslıq terminləri lügəti
OBASTAN VİKİ
Algoritm
Alqoritm və ya alqorifm — verilmiş məsələni həll etmək üçün ilkin verilənlərlə icra olunan hesabi və hər hansı məsələnin həlli üçün məntiqi əməliyyatların sonlu sayda ardıcıllığıdır. Latınca qayda-qanun deməkdir. Alqoritm 783 – 850-ci illərdə Xarəzmdə (indiki Özbəkistanda şəhər) yaşamış IX əsrin məşhur fars riyaziyyatçısı Məhəmməd İbn Musa əl-Xarəzminin (yəni Xarəzm Musa oğlu Məhəmmədin) adının latın hərflərilə olan "alqoritmi" yazılışıyla bağlıdır. Əl-Xarəzminin yazdığı traktatın XII əsrdə latın dilinə tərcümə olunması sayəsində avropalılar mövqeli say sistemi ilə tanış olmuş, onluq say sistemini və onun hesab qaydalarını alqoritm adlandırmışlar. Ümumiyyətlə, alqoritm-verilmiş məsələnin həlli üçün lazım olan əməliyyatları müəyyən edən və onların hansı ardıcıllıqla yerinə yetirilməsini göstərən formal yazılışdır. Hesablama maşınlarının əsas fərqləndirici xüsusiyyətlərindən biri də onun proqramla idarə olunmasıdır. Yəni, istər sadə, istərsə də mürəkkəb məsələni maşının həll etməsi üçün proqram tərtib edilməlidir. == Alqoritmin xassələri == Məsələnin maşında həlli üçün tərtib edilən alqoritm bir çox şərtləri ödəməlidir. Bu şərtlərə alqoritmin xassələri deyilir. Həmin xassələr aşağıdakılardır: Diskretlilik xassəsi.
Alqoritm
Alqoritm və ya alqorifm — verilmiş məsələni həll etmək üçün ilkin verilənlərlə icra olunan hesabi və hər hansı məsələnin həlli üçün məntiqi əməliyyatların sonlu sayda ardıcıllığıdır. Latınca qayda-qanun deməkdir. Alqoritm 783 – 850-ci illərdə Xarəzmdə (indiki Özbəkistanda şəhər) yaşamış IX əsrin məşhur fars riyaziyyatçısı Məhəmməd İbn Musa əl-Xarəzminin (yəni Xarəzm Musa oğlu Məhəmmədin) adının latın hərflərilə olan "alqoritmi" yazılışıyla bağlıdır. Əl-Xarəzminin yazdığı traktatın XII əsrdə latın dilinə tərcümə olunması sayəsində avropalılar mövqeli say sistemi ilə tanış olmuş, onluq say sistemini və onun hesab qaydalarını alqoritm adlandırmışlar. Ümumiyyətlə, alqoritm-verilmiş məsələnin həlli üçün lazım olan əməliyyatları müəyyən edən və onların hansı ardıcıllıqla yerinə yetirilməsini göstərən formal yazılışdır. Hesablama maşınlarının əsas fərqləndirici xüsusiyyətlərindən biri də onun proqramla idarə olunmasıdır. Yəni, istər sadə, istərsə də mürəkkəb məsələni maşının həll etməsi üçün proqram tərtib edilməlidir. == Alqoritmin xassələri == Məsələnin maşında həlli üçün tərtib edilən alqoritm bir çox şərtləri ödəməlidir. Bu şərtlərə alqoritmin xassələri deyilir. Həmin xassələr aşağıdakılardır: Diskretlilik xassəsi.
Acgöz alqoritm
Acgöz alqoritm (ing.greedy algorithm, ru.жадный алгоритм) — hər bir mərhələdə lokal optimal qərarlar (həllər) qəbul edən və son həllin də optimal olacağı gümanına əsaslanan alqoritm. == Məsələ == Hər hansı dövlərin pul sistemi dəyəri a1 = 1 < a2 < … < an olan qəpiklərdən ibarətdir. S məbləğini mümkün qədər az sayda qəpiklə vermək tələb olunur. Bu məsələnin həllinin acgöz alqoritmi belə olacaq. Dəyəri an olan qəpiklərdən maksimal mümkün olan sayda götürülür: xn = S/an. Eyni qayda ilə kiçik nominallı neçə qəpik lazım olduğu müəyyən olunur və proses belə davam etdirilir. Bu məsələ üçün acgöz alqoritm həmişə optimal həlli vermir. Məsələn, 1, 5 və 7 qəpik vasitəsilə 24 məbləğini acgöz alqoritm belə xırdalayar: 7 qəp. – 3 ədəd, 1 qəp. – 3 ədəd.
Dövrü alqoritm
Dövrü alqoritm - hesablama prosesində tez-tez eyni əməliyyatlar qrupunun çoxlu sayda təkrar olunması lazım gəlir. Bu halda dövr alqoritmindən istifadə olunur. Dövrlər sadə və mürəkkəb olur. Sadə dövrlü alqoritmin bir dövrü olur. Əgər hər hansı bir alqoritmdə bir neçə daxili dövr iştirak edirsə, onda belə dövrlərə mürəkkəb dövr deyilir.DÖVRİ ALQORİTİM BLOK SİXEM ŞƏKLİNDƏDƏ OLA BİLƏR. == Mənbə == AMEA İnformasiya Texnologiyaları İnstitutu, "", tex.f.d.
Kriptoqrafik alqoritm
Kriptoqrafiya — yunanca Κρυπτός (gizli) və Γραφος (yazı) sözlərindən yaranmışdır. == Predmeti == Müasir kriptoqrafiyanın predmeti informasiyanı bədniyyətlinin müəyyən əməllərindən mühafizə etmək üçün istifadə edilən informasiya çevirmələridir. Kriptoqrafiya konfidensiallığı, bütövlüyə nəzarəti, autentikasiyanı və müəlliflikdən imtinanın qeyri-mümkünlüyünü təmin etmək üçün tətbiq edilir. == Proseduru == Şifrləmə proseduru adətən müəyyən kriptoqrafik alqoritmdən və açardan istifadəni nəzərdə tutur. Kriptoqrafik alqoritm – məlumatların çevrilməsinin müəyyən üsuludur. Açar isə çevirmə üsulunu konkretləşdirir. Müasir kriptoqrafiya o prinsipdən çıxış edir ki, kriptoqrafik çevirmənin məxfiliyi yalnız açarın məxfi saxlanması ilə təmin edilməlidir. == Tarixi == Kriptoqrafiyanın yaşını heç kim bilmir, lakin kriptoqrafiya — "gizli yazı" mənasına görə də güman etmək olar ki, yazı ilə həmyaşdır, onunla bir vaxtda meydana gəlmişdir. Yazı təxminən e.ə. 3300-cü ildə Şumerdə, e.ə.
Xətti alqoritm
Xətti alqoritmlər hesablama prosesini ifadə edən bir neçə ardıcıl əməliyyatlardan ibarət olur və onlar yazıldığı ardıcıllıqla da icra olunur. == Həmçinin bax == Alqoritmlər == Mənbə == AMEA İnformasiya Texnologiyaları İnstitutu, "İnformatika mühazirələri", tex.f.d.
Mutasiya (Genetik alqoritm)
Genetik alqoritmlərdə istifadə edilən və bir haldan başqa hala keçmək mənasını verən mutasiya qısaca bir geni meydana gətirən xromosomların dəyişməsidir. Bu dəyişmə aşağıdakı şəkillərdən biri ola bilər: Tərsləmə (Inversion) Yerləşdirmə (Insertion) Çıxarma (Displacement) Yer dəyişdirmə (Reciprocal Exchange, Swap) Yuxarıdakı bu mutasiyaları aşağıdakı nümunələr ilə izah edək: Tərsləmə, seçilən bir xromosomun dəyərinin tərsinə çevirilməsidir. Məsələn: 110101 -> 100101 nümunəsindəki ikinci xromosomun tərsi alınmışdır. Yerləşdirmə əməliyyatı, gen düzülməsinə yeni bir xromosom əlavə olunması şəklində olar. Məsələn : 110101 -> 1100101 düzülmənin 3. xromosom əlavə olunmuşdur. Çıxarma əməliyyatı isə düzülmədən bir xromosomun azaldılması ilə reallaşar. Məsələn 110101 -> 10101 düzülmədəki 2. xromosom çıxarılmışdır. Yer dəyişdirmə əməliyyatında da mövcud xromosomlardan birinin sıradakı yerinin dəyişməsidir.
Səyahət edən tacir (alqoritm)
Səyahət edən tacir (ing. ing. travelling salesman problem (TSP)) - informatikada həlli çətin olan məsələlərdən biridir. Səyahət edən tacir belə bir sual soruşur: "Mənə şəhərlərin siyahısı və şəhərlər arasında məsafə verilibdir. Görəsən, bütün şəhərlərə səyahət edib və evə qayıtmaq üçün ən qısa yol hansıdır? Amma bir şərtlə ki, bir şəhəri iki dəfə ziyarət etməyim." Ilk baxışdan çox sadə görünən bu sual, əslində informatikada NP çətin məsələdir. Bu məsələ ilk dəfə 1930 ildə formalaşdırılıb və ən çox öyrənilmiş optimallaşdırma məsələlərindən biridir. Bir çox optimallaşdırma metodu üçün benchmark (etalon) kimi istifadə olunur. Baxmayaraq ki, səyahət edən tacir hesablama baxımdan çətin məsələdir, on minlərlə şəhər üçün bu məsələni dəqiq və heuristik həlləri var. Hətta milyonlarla şəhər üçün bu məsələni 1% səhvlə həll etmək mümkündür.
Parçala və idarə et (alqoritm)
İnformatikada parçala və idarə et (ing. divide and conquer (D&C)) rekursiyaya əsaslanan alqoritm dizayn paradiqmasıdır. Parçala və idarə et alqoritmi məsələni rekursiv olaraq iki və ya daha çox alt məsələrə bölərək, ən sadə hal üçün həll edir. Alt həllərin sonradan birləşməsi ana məsələnin həllini verir. Parçala və idarə et bir çox tip məsələni, o cümlədən sıralama (quicksort, mergesort və s), böyük rəqəmlərin vurulması (misal üçün Karatsuba alqoritmi), ən yaxın cüt nöqtələrin tapılması, sintaktik analiz və kəsilən Furye tansformasiya (FFT) məsələlərini həll etmək üçün effektiv texnikadır. == Parçala və idarə et == Parçala və idarə et bəzən alqoritmlərdə istifadə edilərək məsələni yalnız bir alt məsələyə bölür. Misal üçün [[ikili axtarış]] alqoritmində axtarılan qiymət bu üsulla tapılır (və ya analoji olaraq ədədi hesablamalarda, kökün tapılması üçün istifadə olunan bisection alqoritmi). Belə məsələləri parçala və idarə et alqoritmindən daha effektiv üsulla həll etmək olar. Belə ki, əgər bu məsələlərdə quyruq rekursiyası (ing. ing.
Arılar alqoritmi
Arılar alqoritmi — Problemin bəzi xassələrinin bilindiyi və problem üzərində dəyişikliklərin edilə bilindiyi(Bilərək Axtarış) axtarış alqoritmlərindən biridir. Alqoritmin əsas məqsədi ən optimal nöqtənin tapılmasıdır. Alqoritm arılarının bal hazırlamaq üçün istifadə etdikləri axtarış metodundan götürülmüşdür. Arılar hər zaman ən yaxşı çiçəklərdən bal toplayırlar, əgər hər hansısa arı yaxşı nektarlı çiçək tapırsa yuvaya qayıdıb bunu müəyyən rəqslə digər arılara xəbər verir. Bu mesajda yuvadan çiçəyə qədər olan məsafə, hava şəraiti, günün hansı vaxtında olduğu və.s kimi xüsusi əhmiyyətli məlumatlar yer alır. Buna bəzən 'Kəşf et- Rəqs et - Ən Yaxşıya Hücum Et' modeli də deyilir. == Alqoritmin işləmə prinsipi == İlk öncə alqoritmin icrası zamanı istifadə olunan bəzi terminləri açıqlayaq. n: Hal-hazırda axtarışda olan arı sayı. m: Axtarılacaq nöqtələrin sayı(arı və bal nümunəsin götürsək, çiçəklərin sayı ola bilər). e: Hal-hazırda m dənə çiçəkdən olan ən yaxşılarının sayı.
Axtarış alqoritmi
Axtarış alqoritmləri — kompüter elmlərində, müxtəlif növ verilənlərin strukturlarının (data structures) üzərində bir məlumatın axtarılması sırasında istifadə edilən alqoritmlərin ümumi adıdır. Məsələn, faylda bir sözün və ya massivdə (array) bir məlumatın axtarılmasında bu alqoritmlərdən istifadə olunur. Kompüter elmlərində axtarış alqoritmi verilənlər arasından hər hansı xüsusiyyətə malik veriləni tapmaq üçün istifadə olunan alqoritmdir. == Növləri == === Uninformed Search (Bilmədən axtarış) === Axtarış prosesinin bilmədən aparılması bir sıra çətinliklərə səbəb olur məsələn problemə xas asanlıqları alqoritm bilmir. Yəni hər vəziyyətdə eyni şəkildə işləyən alqoritmlərə uninformed search (bilmədən axtarış) adı verilər. Bu axtarışların bəziləri bunlardır: ==== Massivlər üzərində işləyənlər ==== Xətti axtarış (Linear Search) İkili axtarış (Binary Search) İnterpolyasiya ilə axtarış (Interpolation Search) ==== Qraflar üzərində işləyənlər ==== Sabit Qiymətli axtarış (Uniform Cost Search) Floyd Warshall alqoritmi Prim Alqoritmi Kruskal Alqoritmi Dijkstra Alqoritmi Bellman Ford Alqoritmi İkili axtarış ağacı (Binary Search Tree) Eninə axtarış alqoritmi (Breadth first search) Dərinə axtarış alqoritmi (Depth first search) Dərin Limitli Axtarış Alqoritmi (Depth Limited Search) Trie Ağacları (mətn ağacları, trie trees) B-ağacları (B-Tree) ==== Mətn Axtarış Alqoritmləri ==== Horspool Axtarış Alqoritmi Knuth-Morris Prat Axtarış Alqoritmi Boyer-Moore Axtarış Alqoritmi Brute Force Text Search DFA Mətn Axtarış Alqoritmi === Informed Search (Bilərək axtarış) === Bu növ axtarışda alqoritm problemin bəzi xassələrini bilir və problem üzərində dəyişiklik edə bilir.
Dijkstra alqoritmi
Evklid alqoritmi
== Ortaq bölən və ən böyük ortaq bölən == TƏRİF. a 1 , a 2 , . . . , a n {\displaystyle a_{1},a_{2},...,a_{n}} tam ədədlərinin hər birinin eyni zamanda bölündüyü d {\displaystyle d} ədədinə bu ədədlərin ortaq böləni deyilir. Məsələn, 60, 25, 45 ədədləri üçün 5 ədədi ortaq böləndir. TƏRİF.Verilən a 1 , a 2 , . . . , a n {\displaystyle a_{1},a_{2},...,a_{n}} ədədlərinin ortaq bölənləri içərisindən ən böyüyünə bu ədədlərin ən böyük ortaq böləni (ƏBOB) deyib, onu ( a 1 , a 2 , . .
Luhn alqoritmi
Luhn alqoritmi — ABŞ alimi Hans Peter Luhn tərəfindən yaradılmışdır. Alqoritm Kredit kartlarınının, IMEI nömrələrinin doğruluğunu yoxlamaq üçün yaradılmışdır. Kredit kartlarının 16 rəqəmli Buraxıcı identifikasiya nömrəsi (Eng:Issuer identification number) olur və hər bir kartın özünəməxsus xüsusiyyətləri olur. Məsələn Visa kartları 4 rəqəmi ilə, MasterCardlar 51-55 ilə başlamalıdır. IIN mömrələrinin gerçəkliyini yoxlamaq üçün Lhun alqoritmindən istifadə edirlər. Bu alqoritm hal-hazırda ən çox online satış mağazalarında istifadə olunur, kredit kartlarının doğruluğunu İnternet üzərindən Banka sorğu göndərməklə də təyin etmək olur amma bu alqoritm (Lhun) daha sürətli işləməyə imkan verir. == Alqoritmin işləmə prinsipi == Alqortimin işləmə prinspini nümunə üzərində göstərək. 16 rəqəmli kredit kartı nömrəmiz olsun. 1234 - 5678 - 9012 - 3459 Cüt indeksdə yerləşən ədələri toplayırıq => (2+4+6+8+0+2+4+9=35) Tək indeksdə yerləşən ədədləri 2-ə vururuq => (2=6=10=14=18=2=6=10) 2-ə vurduğumuz ədələrin rəqəmlərinin cəmin tapırıq => (2+6+(1+0)+(1+4)+(1+8)+2+6+(1+0)=32 2-ə vurduqdan sonra alınan nəticə 9 dan böyük olarsa həmin ədəddən 9 çıxaraq rəqəmlərin cəmini almış olarıq. 14 rəqəmi üçün: 1 + 4 = 5 <=> 14 - 9 = 5 Altda və üstə tapdığımız ədədləri toplayırıq => (35 + 32 = 67) Ən son tapdığımız ədədi 10-a bölürük => (67 / 10 = 6.7) Əgər 10-a tam bölünürsə o zaman bu nömrələr keçərlidir (yəni bir kredit kartına aiddir).
Marşrutlama alqoritmi
== Optimallıq prinsipi == Spesifik alqoritmlərə başlamadan əvvəl, şəbəkə trafikini və ya topologiyasını nəzərə almadan optimal marşurtlar haqqında açıqlama verək. Bu açıqlama optimallıq prinsipi (Bellman, 1957) olaraq bilinir. Marşurtlayıcı (router) J , marşurtlayıcı İ-dən marşurtlayıcı K-a ən optimal yoldadırsa, onda J-dən K-a da ən optimal yolda eyni yoldan keçir. Bunu görmək üçün İ-dən J-ə r1 və marşurtun geri qalanına r2 marşurt bölünməsini edin. Əgər J-dən K-a r2-dən daha yaxşı bir yol varsa, onda İ-dən K-a marşurtu yaxşılaşdırmaq üçün r1-i seçirik. Optimumluq prinsipi birbaşa nəticəsi olaraq, bütün mənbələrdən müəyyən bir hədəfə köklü bir ağac yaradıldığını görəbilirik. Belə bir ağaca istiqamətləndirici ağac deyilir və məsafə metriyi sıçramalarının sayı Şəkil 1(b) də göstərilmişdir. Bütün marşurtlama alqoritmlərinin məqsədi bütün marşurtlar üçün istiqamətləndirici ağacları kəşf etmək və istifadə etməkdir. İstiqamətləndirici ağacın bənzərsiz olmadığını unutmayın. Eyni yol uzunluqlarına sahib digər ağaclar da ola bilər.
Nizamlama alqoritmi
İnformatikaa nizamlama alqoritmi siyahıdakı elementləri müəyyən bir nizamla (sıra ilə) düzmək üçün istifadə olunan alqoritmdir.
Sıralama alqoritmi
İnformatikaa nizamlama alqoritmi siyahıdakı elementləri müəyyən bir nizamla (sıra ilə) düzmək üçün istifadə olunan alqoritmdir.
Dəvəquşu alqoritmi
Dəvəquşu alqoritmi — informatikada (kompüter elmində) çox nadir ola biləcəyi üçün potensial problemləri görməzlikdən gəlmək strategiyası. Adını "başını quma soxmaq və heç bir problem olmadığını iddia etmək" mənası verən dəvəquşu effektindən almışdır. Problemin qarşısını almaqdansa, onun baş verməsinə imkan vermək daha sərfəli olduqda istifadə olunur. == Ölü kilidlənmə zamanı istifadə == Bu yanaşma, çox nadir olduğu və aşkarlanması və ya qarşısının alınması xərclərinin yüksək olduğu güman edildiyi halda, paralel proqramlaşdırmada ölü kilidlənmələrin aradan qaldırılmasında istifadə edilə bilər. Əgər dəstdəki hər bir proses digər prosesin hərəkətə keçməsini gözləyirsə, proseslər dəsti kilidlənir. Dəvəquşu alqoritmi heç bir problem olmadığını iddia edir və ölü kilidlənmələr çox nadir hallarda baş verərsə və onların qarşısının alınmasının dəyəri yüksək olarsa, o zaman istifadə edilməsi məqsədəuyğundur. UNIX və Windows əməliyyat sistemləri bu yanaşmadan istifadə edirlər. Dəvəquşu alqoritmindən istifadə kilidlənmə ilə mübarizə üsullarından biri olsa da, dinamik qaçınma, bankerin alqoritmi, aşkarlama və bərpa və qarşısının alınması kimi digər effektiv üsullar da mövcuddur.
Rasizadə alqoritmi
Rasizadə alqoritmi — rifahı xammal ixracından asılı olan dövlətlərdə sənayesizləşmə, yoxsullaşma, deqradasiya və həyat səviyyəsinin aşağı düşməsi prosesində hadisələrin təbii ardıcıllığını izah edən tipoloji model, biri qaçılmaz olaraq digərinə gətirib çıxarır. O, ilk dəfə 2008-ci ildə qlobal iqtisadi böhran ərəfəsində amerikalı tədqiqatçı Əli Rasizadə tərəfindən tərtib edilmiş və neft, qaz ixrac edən ölkələrin sosial-iqtisadi göstəricilərinin və digər minerallar aşağı düşmə dövrlərinin ardıcıllığını proqnozlaşdırmaq üçün sonrakı illərdə elmi dövriyyəyə daxil edilmişdir. == Nəzəri təsvir == Alqoritm ilk dəfə nəzəri olaraq onun müəllifi tərəfindən 2008-ci ilin qlobal iqtisadi böhranı ərəfəsində "Contemporary Review" Oksford elmi jurnalında dünya neft və qaz qiymətlərinin yüksəlişinin zirvəsində, heç kimin neft üçün geri dönməz nəticələrlə gözlənilən ucuzlaşmasını gözləmədiyi bir vaxtda ixrac edən ölkələr təsvir edilmişdir. Bundan əvvəl neft bumu nəticəsində ixrac edilən faydalı qazıntıların qiymətlərinin qalxmasının milli valyutanın real məzənnəsinin möhkəmlənməsinə və onların ixracatçılarının iqtisadi inkişafına təsiri yalnız "Holland xəstəliyi" nəzəriyyəsi ilə təsvir edilirdi. Bu termin ilk dəfə 1977-ci ildə London Economist jurnalı tərəfindən istifadə edilib, və avstraliyalı iqtisadçı Maks Kordenin sonrakı əsərlərində istifadə edilmişdir. Bu nəzəriyyənin müəllifi Hollandiya iqtisadiyyatını artan təbii qaz qiymətlərinin ixracından asılılığında model kimi götürmüşdür, çünki bu ölçüdə olan ölkədə bu fenomenin bütün yerli iqtisadiyyata, sonra isə tədqiqatının nəticələrini tipoloji nümunə kimi ümumiləşdirmişdir təsirini klassik formada izləmək daha asan idi. 1970-ci illərdə Hollandiyada olduğu kimi, 2000-ci illərin əvvəllərində dünya bazarında neftin qiymətinin sürətlə artması neft hasil edən ölkələrdə: Rusiya, Qazaxıstan, Azərbaycan, Nigeriya, Əlcəzair, Venesuela və Körfəz ölkələrində də analoji təsir göstərdi. Xəzinəyə daxil olan neft dollarları ilə Çin və ya Türkiyə kimi ölkələrdən hazır məhsul almaq daha məqsədəuyğun olduğu bir vaxtda məhsuldar əməklə məşğul olmaq sadəcə olaraq sərfəli olmadığı bir vaxtda onların hamısı "Holland xəstəliyinə" yoluxdu. Bu ölkələrdə milli valyutaların möhkəmlənməsi və hiperinflyasiya nəticəsində yerli sənaye və kənd təsərrüfatının məhdudlaşdırılması, işsizliyin artması və daxil olan axının bölgüsünə çıxışı olan plutokratiyanın yaranması ilə sinfi təbəqələşmənin dərinləşməsi neft dollarları və eyni neft dollarlarını bankları, ticarət əməliyyatları, tikinti və dövlət sifarişlərinin icrası vasitəsilə dövriyyəyə buraxan oliqarxiya baş verdi. Bununla belə, "Holland xəstəliyi" nəzəriyyəsi dünya bazarında neftin qiyməti aşağı düşməyə başlayandan sonra hadisələrin sonrakı gedişatını təsvir etmirdi: neft bumu başa çatdıqdan sonra bu, neftdən asılı ölkələr üçün necə nəticələnəcək?
Dərinə axtarış alqoritmi
Dərinə axtarış alqoritmi - qraf və ya ağacda axtarış etmək üçündür. Başlanğıc (kök) nöqtəsindən başladıqdan sonra bir qol üzrə sona kimi axtarış edir, ondan sonra isə geri qayıdaraq digər qol üzrə axtarış etməyə başlayır.
Eninə axtarış alqoritmi
Eninə axtarış alqoritmi (Breadth-first search) — Qraflar nəzəriyyəsində qrafda axtarış etmək üçün istifadə olunan strategiyadır. Eninə axtarış alqoritmi kök (başlanğıc) nöqtədən başlayır və bütün qonşu nöqtələri yoxlayır. Bütün qonşu nöqtələri yoxladıqdan sonra bu qonşuların bütün qonşularını yoxlayır və alqoritm bu şəkildə davam edir.
Mərtəbəli çeşidləmə alqoritmi
Mərtəbəli çeşidləmə alqoritmi (en. radix sorting algorithm) - çeşidləməni qruplaşdırılan elementlərlə, onların açarlarının ardıcıl komponentlərinə görə gerçəkləşdirən çeşidləmə alqoritmi. Məsələn, 0-dan 999-dək ədədlərin çeşidlənməsinə baxaq: birinci siyahı yüzlük mərtəbələrinə görə çeşidlənərək 10 siyahıya ayrılır, sonra bu siyahıların hər biri eyni zamanda onluq mərtəbələrinə görə çeşidlənərək 10 siyahıya ayrılır, və nəhayət, bu siyahıların hər biri təklik mərtəbəsinə görə çeşidlənir. Bu alqoritm, adətən, ikilik ədədlərin çeşidlənməsində daha səmərəli olur, çünki siyahılara ayırma, sadəcə, ədədlərin böyük bitlərinin müəyyənləşdirilməsiylə aparılır, siyahıların sayı isə heç vaxt ikidən artıq olmur. Mərtəbəli çeşidləmə alqoritmi (C dilində): include <stdio.h> define MAX 5 define SHOWPASS void print(int *a, int n) { int i; for (i = 0; i < n; i++) printf("%d\t", a[i]); } void radixsort(int *a, int n) { int i, b[MAX], m = a[0], exp = 1; for (i = 0; i < n; i++) { if (a[i] > m) m = a[i]; } while (m / exp > 0) { int bucket[10] = { 0 }; for (i = 0; i < n; i++) bucket[(a[i] / exp) % 10]++; for (i = 1; i < 10; i++) bucket[i] += bucket[i - 1]; for (i = n - 1; i >= 0; i--) b[--bucket[(a[i] / exp) % 10]] = a[i]; for (i = 0; i < n; i++) a[i] = b[i]; exp *= 10; #ifdef SHOWPASS printf("\nPASS : "); print(a, n); #endif } } int main() { int arr[MAX]; int i, n; printf("Enter total elements (n < %d) : ", MAX); scanf("%d", &n); n = n < MAX ? n : MAX; printf("Enter %d Elements : ", n); for (i = 0; i < n; i++) scanf("%d", &arr[i]); printf("\nARRAY : "); print(&arr[0], n); radixsort(&arr[0], n); printf("\nSORTED : "); print(&arr[0], n); printf("\n"); return 0; } == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
İkili axtarış alqoritmi
İkilik (Binar) və ya yarıya bölməklə axtarış (ing. Binary search) — Sıralanmış massivdə müəyyən qiymətin axtarılması alqoritmidir. Xətti axtarışdan fərqli olaraq Binar axtarış sıralanmış massivlər üzərində daha tez axtarış aparmağa imkan verir. Xüsusilə böyük həcmli verilənlər bazasına sahib proqramlarda xətti axtarış texniki olaraq çox vaxt tələb etdiyindən yaramır. == İşləmə prinsipi == Alqorimtin işləməsi üçün ilk öncə massiv sıralanmış olmalıdır. Bu üsul ilə axtarış zamanı axtarılan məlumat massivin ortadakı elementi ilə müqayisə edilir. Əgər axtarılan ədəd ortadakı elementdən böyükdürsə o zaman, həmin ədəddən kiçik hissələr unudulur və axtarış böyük olan hissədə aparılır və ya əksinə. Hər belə müqayisədə axtarış yarıya endirilir. == Nümunə == a = axtarılan ədəd, M = massiv a = 4, M = 1 3 4 6 8 9 11 a ilə 6-ı müqayisə et. Kiçikdir.
İDEA (beynəlxalq verilənlərin şifrlənməsi alqoritmi)
IDEA(azərb. beynəlxalq verilənlərin şifrlənməsi alqoritmi‎, ing. International Data Encryption Algorithm, rus. международный алгоритм шифрования данных, türk. uluslararası veri şifreleme algoritması) – verilənlərin şifrlənməsi üçün simmetrik blok alqoritmi. İlkin adı PES (Proposed Encryption Standard, 1990) olub. Lay Süetsia (Xuejia Lai) və Ceyms Messi (James Massey) tərəfindən işlənib hazırlanıb və yekun variantı 1992-ci ildə yeni adla (IDEA) təqdim olunub. DES (Data Encryption Standard) ilə müqayisədə daha etibarlıdır; PGP (Pretty Good Privacy) və rəqəmsal imzada istifadə olunur. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
Ortaq bölən və ən böyük ortaq bölən.Evklid alqoritmi
== Ortaq bölən və ən böyük ortaq bölən == TƏRİF. a 1 , a 2 , . . . , a n {\displaystyle a_{1},a_{2},...,a_{n}} tam ədədlərinin hər birinin eyni zamanda bölündüyü d {\displaystyle d} ədədinə bu ədədlərin ortaq böləni deyilir. Məsələn, 60, 25, 45 ədədləri üçün 5 ədədi ortaq böləndir. TƏRİF.Verilən a 1 , a 2 , . . . , a n {\displaystyle a_{1},a_{2},...,a_{n}} ədədlərinin ortaq bölənləri içərisindən ən böyüyünə bu ədədlərin ən böyük ortaq böləni (ƏBOB) deyib, onu ( a 1 , a 2 , . .