ALQIŞLANMAQ
ALQORİTMİK
OBASTAN VİKİ
Alqoritm
Alqoritm və ya alqorifm — verilmiş məsələni həll etmək üçün ilkin verilənlərlə icra olunan hesabi və hər hansı məsələnin həlli üçün məntiqi əməliyyatların sonlu sayda ardıcıllığıdır. Latınca qayda-qanun deməkdir. Alqoritm 783 – 850-ci illərdə Xarəzmdə (indiki Özbəkistanda şəhər) yaşamış IX əsrin məşhur fars riyaziyyatçısı Məhəmməd İbn Musa əl-Xarəzminin (yəni Xarəzm Musa oğlu Məhəmmədin) adının latın hərflərilə olan "alqoritmi" yazılışıyla bağlıdır. Əl-Xarəzminin yazdığı traktatın XII əsrdə latın dilinə tərcümə olunması sayəsində avropalılar mövqeli say sistemi ilə tanış olmuş, onluq say sistemini və onun hesab qaydalarını alqoritm adlandırmışlar. Ümumiyyətlə, alqoritm-verilmiş məsələnin həlli üçün lazım olan əməliyyatları müəyyən edən və onların hansı ardıcıllıqla yerinə yetirilməsini göstərən formal yazılışdır. Hesablama maşınlarının əsas fərqləndirici xüsusiyyətlərindən biri də onun proqramla idarə olunmasıdır. Yəni, istər sadə, istərsə də mürəkkəb məsələni maşının həll etməsi üçün proqram tərtib edilməlidir. == Alqoritmin xassələri == Məsələnin maşında həlli üçün tərtib edilən alqoritm bir çox şərtləri ödəməlidir. Bu şərtlərə alqoritmin xassələri deyilir. Həmin xassələr aşağıdakılardır: Diskretlilik xassəsi.
Acgöz alqoritm
Acgöz alqoritm (ing.greedy algorithm, ru.жадный алгоритм) — hər bir mərhələdə lokal optimal qərarlar (həllər) qəbul edən və son həllin də optimal olacağı gümanına əsaslanan alqoritm. == Məsələ == Hər hansı dövlərin pul sistemi dəyəri a1 = 1 < a2 < … < an olan qəpiklərdən ibarətdir. S məbləğini mümkün qədər az sayda qəpiklə vermək tələb olunur. Bu məsələnin həllinin acgöz alqoritmi belə olacaq. Dəyəri an olan qəpiklərdən maksimal mümkün olan sayda götürülür: xn = S/an. Eyni qayda ilə kiçik nominallı neçə qəpik lazım olduğu müəyyən olunur və proses belə davam etdirilir. Bu məsələ üçün acgöz alqoritm həmişə optimal həlli vermir. Məsələn, 1, 5 və 7 qəpik vasitəsilə 24 məbləğini acgöz alqoritm belə xırdalayar: 7 qəp. – 3 ədəd, 1 qəp. – 3 ədəd.
Dövrü alqoritm
Dövri alqoritm - hesablama prosesində tez-tez eyni əməliyyatlar qrupunun çoxlu sayda təkrar olunması lazım gəlir. Bu halda dövr alqoritmindən istifadə olunur. Dövrlər sadə və mürəkkəb olur. Sadə dövrlü alqoritmin bir dövrü olur. Əgər hər hansı bir alqoritmdə bir neçə daxili dövr iştirak edirsə, onda belə dövrlərə mürəkkəb dövr deyilir.DÖVRİ ALQORİTM BLOK SXEM ŞƏKLİNDƏDƏ OLA BİLƏR. == Mənbə == AMEA İnformasiya Texnologiyaları İnstitutu, "", tex.f.d.
Kriptoqrafik alqoritm
Kriptoqrafiya — yunanca Κρυπτός (gizli) və Γραφος (yazı) sözlərindən yaranmışdır. == Predmeti == Müasir kriptoqrafiyanın predmeti informasiyanı bədniyyətlinin müəyyən əməllərindən mühafizə etmək üçün istifadə edilən informasiya çevirmələridir. Kriptoqrafiya konfidensiallığı, bütövlüyə nəzarəti, autentikasiyanı və müəlliflikdən imtinanın qeyri-mümkünlüyünü təmin etmək üçün tətbiq edilir. == Proseduru == Şifrləmə proseduru adətən müəyyən kriptoqrafik alqoritmdən və açardan istifadəni nəzərdə tutur. Kriptoqrafik alqoritm – məlumatların çevrilməsinin müəyyən üsuludur. Açar isə çevirmə üsulunu konkretləşdirir. Müasir kriptoqrafiya o prinsipdən çıxış edir ki, kriptoqrafik çevirmənin məxfiliyi yalnız açarın məxfi saxlanması ilə təmin edilməlidir. == Tarixi == Kriptoqrafiyanın yaşını heç kim bilmir, lakin kriptoqrafiya — "gizli yazı" mənasına görə də güman etmək olar ki, yazı ilə həmyaşdır, onunla bir vaxtda meydana gəlmişdir. Yazı təxminən e.ə. 3300-cü ildə Şumerdə, e.ə.
Mutasiya (Genetik alqoritm)
Genetik alqoritmlərdə istifadə edilən və bir haldan başqa hala keçmək mənasını verən mutasiya qısaca bir geni meydana gətirən xromosomların dəyişməsidir. Bu dəyişmə aşağıdakı şəkillərdən biri ola bilər: Tərsləmə (Inversion) Yerləşdirmə (Insertion) Çıxarma (Displacement) Yer dəyişdirmə (Reciprocal Exchange, Swap) Yuxarıdakı bu mutasiyaları aşağıdakı nümunələr ilə izah edək: Tərsləmə, seçilən bir xromosomun dəyərinin tərsinə çevirilməsidir. Məsələn: 110101 -> 100101 nümunəsindəki ikinci xromosomun tərsi alınmışdır. Yerləşdirmə əməliyyatı, gen düzülməsinə yeni bir xromosom əlavə olunması şəklində olar. Məsələn : 110101 -> 1100101 düzülmənin 3. xromosom əlavə olunmuşdur. Çıxarma əməliyyatı isə düzülmədən bir xromosomun azaldılması ilə reallaşar. Məsələn 110101 -> 10101 düzülmədəki 2. xromosom çıxarılmışdır. Yer dəyişdirmə əməliyyatında da mövcud xromosomlardan birinin sıradakı yerinin dəyişməsidir.
Parçala və idarə et (alqoritm)
İnformatikada parçala və idarə et (ing. divide and conquer (D&C)) rekursiyaya əsaslanan alqoritm dizayn paradiqmasıdır. Parçala və idarə et alqoritmi məsələni rekursiv olaraq iki və ya daha çox alt məsələrə bölərək, ən sadə hal üçün həll edir. Alt həllərin sonradan birləşməsi ana məsələnin həllini verir. Parçala və idarə et bir çox tip məsələni, o cümlədən sıralama (quicksort, mergesort və s), böyük rəqəmlərin vurulması (misal üçün Karatsuba alqoritmi), ən yaxın cüt nöqtələrin tapılması, sintaktik analiz və kəsilən Furye tansformasiya (FFT) məsələlərini həll etmək üçün effektiv texnikadır. Parçala və idarə et bəzən alqoritmlərdə istifadə edilərək məsələni yalnız bir alt məsələyə bölür. Misal üçün [[ikili axtarış]] alqoritmində axtarılan qiymət bu üsulla tapılır (və ya analoji olaraq ədədi hesablamalarda, kökün tapılması üçün istifadə olunan bisection alqoritmi). Belə məsələləri parçala və idarə et alqoritmindən daha effektiv üsulla həll etmək olar. Belə ki, əgər bu məsələlərdə quyruq rekursiyası (ing. ing.
Xətti alqoritm
Xətti alqoritmlər hesablama prosesini ifadə edən bir neçə ardıcıl əməliyyatlardan ibarət olur və onlar yazıldığı ardıcıllıqla da icra olunur. Alqoritmlər AMEA İnformasiya Texnologiyaları İnstitutu, "İnformatika mühazirələri", tex.f.d.
Səyahət edən tacir (alqoritm)
Səyahət edən tacir (ing. ing. travelling salesman problem (TSP)) - informatikada həlli çətin olan məsələlərdən biridir. Səyahət edən tacir belə bir sual soruşur: "Mənə şəhərlərin siyahısı və şəhərlər arasında məsafə verilibdir. Görəsən, bütün şəhərlərə səyahət edib və evə qayıtmaq üçün ən qısa yol hansıdır? Amma bir şərtlə ki, bir şəhəri iki dəfə ziyarət etməyim." Ilk baxışdan çox sadə görünən bu sual, əslində informatikada NP çətin məsələdir. Bu məsələ ilk dəfə 1930 ildə formalaşdırılıb və ən çox öyrənilmiş optimallaşdırma məsələlərindən biridir. Bir çox optimallaşdırma metodu üçün benchmark (etalon) kimi istifadə olunur. Baxmayaraq ki, səyahət edən tacir hesablama baxımdan çətin məsələdir, on minlərlə şəhər üçün bu məsələni dəqiq və heuristik həlləri var. Hətta milyonlarla şəhər üçün bu məsələni 1% səhvlə həll etmək mümkündür.
Alqoritmik ticarət
Alqoritmik ticarət, və ya Alqoritmik treydinq (ing. Algorithmic trading) — xüsusi alqoritmik təlimatlardan istifadə edərək böyük bir sifariş qiyməti və həcminin öz xüsusiyyətləri və alt sifarişlərin hər biri ilə bir neçə alt sifarişə bölündüyü zaman böyük bir sifarişin yerinə yetirilməsinin bir üsuludur. Müəyyən bir zamanda icra üçün bazara göndərilir. Bu cür alqoritmlər treyderlərin kotirovkaları daim izləməməsi və böyük bir əmri kiçik olanlara əl ilə ayırması lazım olmadığı üçün icad edilmişdir. Məşhur alqoritmlər "Percentage of Volume", "Pegged", "VWAP", "TWAP", "Implementation Shortfall", "Target Close" adlanır. Alqoritmik ticarət qazanc əldə etmək deyil. Məqsəd böyük bir sifarişin yerinə yetirilmə xərclərini (əməliyyat dəyəri) azaltmaq, bazara təsirini minimuma endirmək (bazar təsiri) və uğursuzluq riskini azaltmaqdır. Avtomatlaşdırılmış ticarət sistemlərindən bəhs edərkən "alqoritmik ticarət" ifadəsi çox vaxt səhvən istifadə olunur. Bu sistemlərin həqiqətən qazanc əldə etmək məqsədi var. Ticarət strategiyalarının mürəkkəb riyazi düsturlar və sürətli məlumatların işlənməsinə əsaslandığı "qara qutu ticarəti" robotları olaraq da bilinirlər.
Alqoritmlər
Alqoritm və ya alqorifm — verilmiş məsələni həll etmək üçün ilkin verilənlərlə icra olunan hesabi və hər hansı məsələnin həlli üçün məntiqi əməliyyatların sonlu sayda ardıcıllığıdır. Latınca qayda-qanun deməkdir. Alqoritm 783 – 850-ci illərdə Xarəzmdə (indiki Özbəkistanda şəhər) yaşamış IX əsrin məşhur fars riyaziyyatçısı Məhəmməd İbn Musa əl-Xarəzminin (yəni Xarəzm Musa oğlu Məhəmmədin) adının latın hərflərilə olan "alqoritmi" yazılışıyla bağlıdır. Əl-Xarəzminin yazdığı traktatın XII əsrdə latın dilinə tərcümə olunması sayəsində avropalılar mövqeli say sistemi ilə tanış olmuş, onluq say sistemini və onun hesab qaydalarını alqoritm adlandırmışlar. Ümumiyyətlə, alqoritm-verilmiş məsələnin həlli üçün lazım olan əməliyyatları müəyyən edən və onların hansı ardıcıllıqla yerinə yetirilməsini göstərən formal yazılışdır. Hesablama maşınlarının əsas fərqləndirici xüsusiyyətlərindən biri də onun proqramla idarə olunmasıdır. Yəni, istər sadə, istərsə də mürəkkəb məsələni maşının həll etməsi üçün proqram tərtib edilməlidir. == Alqoritmin xassələri == Məsələnin maşında həlli üçün tərtib edilən alqoritm bir çox şərtləri ödəməlidir. Bu şərtlərə alqoritmin xassələri deyilir. Həmin xassələr aşağıdakılardır: Diskretlilik xassəsi.
Alqoritmlərə giriş
Alqoritmlərə giriş — Tomas Kormen, Charles E. Leiserson, Ronald L. Rivest, Clifford Stein müəllifləri tərəfindən yazılmış kitabdır. Bir çox universitetlərdə bu kitab alqoritmlər kursunun dərs vəsaiti kimi istifadə olunur. Çap olunduqdan sonra ilk iyirmi ilə yarım milyondan çox tirajı satılıb. İlk nəşri 1990-cı ildə, 3-cü nəşri 2009-cu ildə çap edilib.
Dərinə axtarış alqoritmi
Dərinə axtarış alqoritmi — qraf və ya ağacda axtarış etmək üçündür. Başlanğıc (kök) nöqtəsindən başladıqdan sonra bir qol üzrə sona kimi axtarış edir, ondan sonra isə geri qayıdaraq digər qol üzrə axtarış etməyə başlayır.
Eninə axtarış alqoritmi
Eninə axtarış alqoritmi (Breadth-first search) — Qraflar nəzəriyyəsində qrafda axtarış etmək üçün istifadə olunan strategiyadır. Eninə axtarış alqoritmi kök (başlanğıc) nöqtədən başlayır və bütün qonşu nöqtələri yoxlayır. Bütün qonşu nöqtələri yoxladıqdan sonra bu qonşuların bütün qonşularını yoxlayır və alqoritm bu şəkildə davam edir.
Evklid alqoritmi
== Ortaq bölən və ən böyük ortaq bölən == TƏRİF. a 1 , a 2 , . . . , a n {\displaystyle a_{1},a_{2},...,a_{n}} tam ədədlərinin hər birinin eyni zamanda bölündüyü d {\displaystyle d} ədədinə bu ədədlərin ortaq böləni deyilir. Məsələn, 60, 25, 45 ədədləri üçün 5 ədədi ortaq böləndir. TƏRİF.Verilən a 1 , a 2 , . . . , a n {\displaystyle a_{1},a_{2},...,a_{n}} ədədlərinin ortaq bölənləri içərisindən ən böyüyünə bu ədədlərin ən böyük ortaq böləni (ƏBOB) deyib, onu ( a 1 , a 2 , . .
Genetik alqoritmlər
Genetik Alqoritmlər — kompüter elmlərinin təbiət elmlərindən öyrəndiyi və öz problemlərini həll etmək üçün istifadə etdiyi üsuld. Genetik alqoritmlərin fundamental qanunları ilk dəfə Miçiqan Universitetində John Holland tərəfindən ortaya atılmışdır. Genetik alqoritmlər aşağıdakı kompanentlərdən ibarətdir: Baxılan problemin həlli. Xromosomların ilkin populyasiyası Əvvəlki populyasiyalardan istifadə etməklə yeni həll yollarının generasiyası üçün operatorların toplanması Həllin uyğunluğunu yoxlayan (fitness) hədəf funksiyası. Bu alqoritmdə genetikada istifadə edilən 3 əsas əməliyyat istifadə olunur. Çarpazlama (Crossover) Mutasiya (Genetik alqoritm) (Mutation) Uğurlu gen seçimi (Selection) Yuxarıdakı ilk iki əməliyyat əslində bir genin dəyişməsində rol oynayan iki təməl əməliyyatdır. Bu iki təməl əməliyyatla (çarprazlama və mutasiya) dəyişən genlər arasından seçim edilməsi (selection) isə genetik alqoritmlərdə istifadə edilən və müvəffəqiyyət əldə etməyi təmin edən üsuldur. Seçmə əməliyyatı üçün turnir seçkisi (tournament selection) və ya təsadüfi dəyəri ehtiva edən rulet seçkisi (roulette wheel selection) üsulları istifadə edilə bilər.
Luhn alqoritmi
Luhn alqoritmi — ABŞ alimi Hans Peter Luhn tərəfindən yaradılmışdır. Alqoritm Kredit kartlarınının, IMEI nömrələrinin doğruluğunu yoxlamaq üçün yaradılmışdır. Kredit kartlarının 16 rəqəmli Buraxıcı identifikasiya nömrəsi (Eng:Issuer identification number) olur və hər bir kartın özünəməxsus xüsusiyyətləri olur. Məsələn Visa kartları 4 rəqəmi ilə, MasterCardlar 51–55 ilə başlamalıdır. IIN mömrələrinin gerçəkliyini yoxlamaq üçün Lhun alqoritmindən istifadə edirlər. Bu alqoritm hal-hazırda ən çox online satış mağazalarında istifadə olunur, kredit kartlarının doğruluğunu İnternet üzərindən Banka sorğu göndərməklə də təyin etmək olur amma bu alqoritm (Lhun) daha sürətli işləməyə imkan verir. == Alqoritmin işləmə prinsipi == Alqortimin işləmə prinspini nümunə üzərində göstərək. 16 rəqəmli kredit kartı nömrəmiz olsun. 1234 — 5678 — 9012 — 3459 Cüt indeksdə yerləşən ədələri toplayırıq => (2+4+6+8+0+2+4+9=35) Tək indeksdə yerləşən ədədləri 2-ə vururuq => (2=6=10=14=18=2=6=10) 2-ə vurduğumuz ədələrin rəqəmlərinin cəmin tapırıq => (2+6+(1+0)+(1+4)+(1+8)+2+6+(1+0)=32 2-ə vurduqdan sonra alınan nəticə 9 dan böyük olarsa həmin ədəddən 9 çıxaraq rəqəmlərin cəmini almış olarıq. 14 rəqəmi üçün: 1 + 4 = 5 <=> 14–9 = 5 Altda və üstə tapdığımız ədədləri toplayırıq => (35 + 32 = 67) Ən son tapdığımız ədədi 10-a bölürük => (67 / 10 = 6.7) Əgər 10-a tam bölünürsə o zaman bu nömrələr keçərlidir (yəni bir kredit kartına aiddir).
Marşrutlama alqoritmi
== Optimallıq prinsipi == Spesifik alqoritmlərə başlamadan əvvəl, şəbəkə trafikini və ya topologiyasını nəzərə almadan optimal marşurtlar haqqında açıqlama verək. Bu açıqlama optimallıq prinsipi (Bellman, 1957) olaraq bilinir. Marşurtlayıcı (router) J , marşurtlayıcı İ-dən marşurtlayıcı K-a ən optimal yoldadırsa, onda J-dən K-a da ən optimal yolda eyni yoldan keçir. Bunu görmək üçün İ-dən J-ə r1 və marşurtun geri qalanına r2 marşurt bölünməsini edin. Əgər J-dən K-a r2-dən daha yaxşı bir yol varsa, onda İ-dən K-a marşurtu yaxşılaşdırmaq üçün r1-i seçirik. Optimumluq prinsipi birbaşa nəticəsi olaraq, bütün mənbələrdən müəyyən bir hədəfə köklü bir ağac yaradıldığını görəbilirik. Belə bir ağaca istiqamətləndirici ağac deyilir və məsafə metriyi sıçramalarının sayı Şəkil 1(b) də göstərilmişdir. Bütün marşurtlama alqoritmlərinin məqsədi bütün marşurtlar üçün istiqamətləndirici ağacları kəşf etmək və istifadə etməkdir. İstiqamətləndirici ağacın bənzərsiz olmadığını unutmayın. Eyni yol uzunluqlarına sahib digər ağaclar da ola bilər.
Marşrutlama alqoritmləri
Mərtəbəli çeşidləmə alqoritmi
Mərtəbəli çeşidləmə alqoritmi (en. radix sorting algorithm) - çeşidləməni qruplaşdırılan elementlərlə, onların açarlarının ardıcıl komponentlərinə görə gerçəkləşdirən çeşidləmə alqoritmi. Məsələn, 0-dan 999-dək ədədlərin çeşidlənməsinə baxaq: birinci siyahı yüzlük mərtəbələrinə görə çeşidlənərək 10 siyahıya ayrılır, sonra bu siyahıların hər biri eyni zamanda onluq mərtəbələrinə görə çeşidlənərək 10 siyahıya ayrılır, və nəhayət, bu siyahıların hər biri təklik mərtəbəsinə görə çeşidlənir. Bu alqoritm, adətən, ikilik ədədlərin çeşidlənməsində daha səmərəli olur, çünki siyahılara ayırma, sadəcə, ədədlərin böyük bitlərinin müəyyənləşdirilməsiylə aparılır, siyahıların sayı isə heç vaxt ikidən artıq olmur. Mərtəbəli çeşidləmə alqoritmi (C dilində): include <stdio.h> define MAX 5 define SHOWPASS void print(int *a, int n) { int i; for (i = 0; i < n; i++) printf("%d\t", a[i]); } void radixsort(int *a, int n) { int i, b[MAX], m = a[0], exp = 1; for (i = 0; i < n; i++) { if (a[i] > m) m = a[i]; } while (m / exp > 0) { int bucket[10] = { 0 }; for (i = 0; i < n; i++) bucket[(a[i] / exp) % 10]++; for (i = 1; i < 10; i++) bucket[i] += bucket[i - 1]; for (i = n - 1; i >= 0; i--) b[--bucket[(a[i] / exp) % 10]] = a[i]; for (i = 0; i < n; i++) a[i] = b[i]; exp *= 10; #ifdef SHOWPASS printf("\nPASS : "); print(a, n); #endif } } int main() { int arr[MAX]; int i, n; printf("Enter total elements (n < %d) : ", MAX); scanf("%d", &n); n = n < MAX ? n : MAX; printf("Enter %d Elements : ", n); for (i = 0; i < n; i++) scanf("%d", &arr[i]); printf("\nARRAY : "); print(&arr[0], n); radixsort(&arr[0], n); printf("\nSORTED : "); print(&arr[0], n); printf("\n"); return 0; } İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Nizamlama alqoritmi
İnformatikaa nizamlama alqoritmi siyahıdakı elementləri müəyyən bir nizamla (sıra ilə) düzmək üçün istifadə olunan alqoritmdir.
Ortaq bölən və ən böyük ortaq bölən.Evklid alqoritmi
TƏRİF. a 1 , a 2 , . . . , a n {\displaystyle a_{1},a_{2},...,a_{n}} tam ədədlərinin hər birinin eyni zamanda bölündüyü d {\displaystyle d} ədədinə bu ədədlərin ortaq böləni deyilir. Məsələn, 60, 25, 45 ədədləri üçün 5 ədədi ortaq böləndir. TƏRİF.Verilən a 1 , a 2 , . . . , a n {\displaystyle a_{1},a_{2},...,a_{n}} ədədlərinin ortaq bölənləri içərisindən ən böyüyünə bu ədədlərin ən böyük ortaq böləni (ƏBOB) deyib, onu ( a 1 , a 2 , . .
Təkamül alqoritmləri
Təkamül alqoritmləri — təbii seçmə proseslərindən istifadə edən və modelləşdirən süni intellektdə bir istiqamət (təkamül modelləşdirmə bölməsi). genetik alqoritmlər — istədiyiniz parametrləri təsadüfi seçmək, birləşdirmək və dəyişməklə optimallaşdırma və modelləşdirmə problemlərini həll etmək üçün istifadə olunan heuristik bir axtarış alqoritmi; genetik proqramlaşdırma — genetik alqoritmlərdən istifadə edərək proqramların avtomatik yaradılması və ya dəyişdirilməsi; təkamül proqramı — genetik proqramlaşdırmaya bənzəyir, lakin proqramın quruluşu daimidir, yalnız ədədi dəyərlər dəyişir; gen ifadə proqramlaşdırma təkamül strategiyaları — genetik alqoritmlərə bənzəyir, ancaq müsbət mutasiyalar sonrakı nəslə ötürülür; diferensial təkamül neyroevolyasiya — genetik proqramlaşdırmaya bənzər, lakin genomlar çəkilərin təkamülünün müəyyən bir şəbəkə topologiyası ilə baş verdiyi və ya çəkilərin təkamülünə əlavə olaraq topologiyanın da təkamül etdiyi süni neyron şəbəkələrdir; təsnifat sistemləri; Hamısı bioloji təkamül nəzəriyyəsindəki əsas prinsipləri — seleksiya, mutasiya və çoxalma proseslərini modelləşdirirlər. Agentlərin davranışı ətraf mühit tərəfindən müəyyən edilir. Bir çox agent ümumiyyətlə populyasiya adlanır. Belə bir populyasiya ətraf mühitin müəyyən etdiyi obyektiv funksiyaya uyğun olaraq seçim qaydalarına uyğun olaraq inkişaf edir. Beləliklə, əhalinin hər bir agentinə (fərdi) ətraf mühitdə uyğunluğu dəyəri verilir. Yalnız ən uyğun növ cinsidir. Rekombinasiya və mutasiya agentlərin ətraf mühitə uyğunlaşmasına və uyğunlaşmasına imkan verir. Bu cür alqoritmlər uyğunlaşdırıcı axtarış motorlarına aiddir. Təkamül alqoritmləri funksional optimallaşdırma kimi tapşırıqlarda uğurla istifadə edilmişdir və asanlıqla riyazi dildə təsvir edilə bilər.
Alqoritmik kurasiya
Alqoritmik kurasiya — tövsiyə alqoritmləri və fərdiləşdirilmiş axtarışlardan istifadə edərək onlayn medianın kurasiyası (kolleksiyanın təşkili və saxlanması). Nümunələrə axtarış mühərriki və sosial media məhsulları, məsələn, "Twitter" lenti, "Facebook"un xəbər lenti və "Google" fərdiləşdirilmiş axtarış daxildir. Kurasiya alqoritmləri adətən mülkiyyətçi və ya "qara qutu"dur, bu da alqoritmik qərəzlilik və filtr köpüklərinin yaradılması ilə bağlı narahatlığa səbəb olur. Alqoritmik kurasiyanın istifadəsi hədsiz dərəcədə artmaqdadır, sosial media platformaları 2023-cü ildə alqoritmik kurasiyanın istifadəsinə dair çeşidli yeniləmələr təqdim etmişdir. Mark Zukerberq qazanc çağırışı zamanı süni intellektlə işləyən alqoritmik kurasiyadan istifadənin iki dəfə artacağını açıqlamışdır. "LinkedIn" və "TikTok" kimi platformalar da alqoritmik kurasiya ilə bağlı təcrübələr aparır. Bu kurasiya forması yaradıcıların və müəssisələrin istehlakçılarla əlaqə qurmaq üçün sosial media alqoritmlərindən qaçmaq üsullarını dəyişdirmişdir.
Alqoritmik radikallaşdırma
Alqoritmik radikallaşma — tövsiyə alqoritmlərinin istifadəçiləri zaman keçdikcə getdikcə daha ekstremal məzmuna sövq etməsi və onlarda radikallaşmış ekstremist siyasi baxışların formalaşmasına səbəb olan konsepsiya. Bu, "YouTube" və "Facebook" kimi məşhur sosial media saytlarında baş tutur. Alqoritmlər istifadəçilərin diqqətində qalmaq məqsədi daşıyan sonsuz media yaratmaq üçün bəyənmə və bəyənməməkdən tutmuş yazılara sərf olunan vaxta qədər istifadəçi fəaliyyətini qeyd edir. Exo-kamera kanalları vasitəsilə istehlakçı mediada üstünlüklər və özünü təsdiqləmə vasitəsilə daha çox qütbləşməyə yönəldilir. Alqoritmik radikallaşdırma mübahisəli bir fenomen olaraq qalır, çünki exo-kamera kanallarını silmək çox vaxt sosial media şirkətlərinin maraqlarına uyğun deyil. Sosial media şirkətləri alqoritmik radikallaşmanın mövcudluğunu etiraf etsələr də, hər birinin bu artan təhlükəni necə idarə edəcəyi bəlli deyil. == Exo-kamera və filtr köpükləri == Sosial media platformaları istifadəçinin maraqlarını və bəyənmələrini öyrənərək, onları məşğul saxlamaq və platformada qalmağına nail olmaq üçün lentlərindəki təcrübələrini dəyişdirir. İstifadəçilər öz fikirlərini böyüdən və ya gücləndirən inanclarla qarşılaşdıqda və qapalı sistemdə həmfikir istifadəçilər qrupu təşkil etdikdə exo-kamera yaranır. Exo-kameralar ilə bağlı problem odur ki, bu, heç bir əks inanc olmadan məlumat yayır və ehtimal olunur ki, təsdiqləmə qərəzliliyinə səbəb ola bilər. Qrup qütbləşmə nəzəriyyəsinə görə, exo-kamera potensial olaraq istifadəçiləri və qrupları daha ekstremal radikallaşmış mövqelərə apara bilər.
Dəvəquşu alqoritmi
Dəvəquşu alqoritmi — informatikada (kompüter elmində) çox nadir ola biləcəyi üçün potensial problemləri görməzlikdən gəlmək strategiyası. Adını "başını quma soxmaq və heç bir problem olmadığını iddia etmək" mənası verən dəvəquşu effektindən almışdır. Problemin qarşısını almaqdansa, onun baş verməsinə imkan vermək daha sərfəli olduqda istifadə olunur. == Ölü kilidlənmə zamanı istifadə == Bu yanaşma, çox nadir olduğu və aşkarlanması və ya qarşısının alınması xərclərinin yüksək olduğu güman edildiyi halda, paralel proqramlaşdırmada ölü kilidlənmələrin aradan qaldırılmasında istifadə edilə bilər. Əgər dəstdəki hər bir proses digər prosesin hərəkətə keçməsini gözləyirsə, proseslər dəsti kilidlənir. Dəvəquşu alqoritmi heç bir problem olmadığını iddia edir və ölü kilidlənmələr çox nadir hallarda baş verərsə və onların qarşısının alınmasının dəyəri yüksək olarsa, o zaman istifadə edilməsi məqsədəuyğundur. UNIX və Windows əməliyyat sistemləri bu yanaşmadan istifadə edirlər. Dəvəquşu alqoritmindən istifadə kilidlənmə ilə mübarizə üsullarından biri olsa da, dinamik qaçınma, bankerin alqoritmi, aşkarlama və bərpa və qarşısının alınması kimi digər effektiv üsullar da mövcuddur.
Rasizadə alqoritmi
Rasizadə alqoritmi — rifahı xammal ixracından asılı olan dövlətlərdə sənayesizləşmə, yoxsullaşma, deqradasiya və həyat səviyyəsinin aşağı düşməsi prosesində hadisələrin təbii ardıcıllığını izah edən tipoloji model, biri qaçılmaz olaraq digərinə gətirib çıxarır. O, ilk dəfə 2008-ci ildə qlobal iqtisadi böhran ərəfəsində amerikalı tədqiqatçı Əli Rasizadə tərəfindən tərtib edilmiş və neft, qaz ixrac edən ölkələrin sosial-iqtisadi göstəricilərinin və digər minerallar aşağı düşmə dövrlərinin ardıcıllığını proqnozlaşdırmaq üçün sonrakı illərdə elmi dövriyyəyə daxil edilmişdir. Alqoritm ilk dəfə nəzəri olaraq onun müəllifi tərəfindən 2008-ci ilin qlobal iqtisadi böhranı ərəfəsində "Contemporary Review" Oksford elmi jurnalında dünya neft və qaz qiymətlərinin yüksəlişinin zirvəsində, heç kimin neft üçün geri dönməz nəticələrlə gözlənilən ucuzlaşmasını gözləmədiyi bir vaxtda ixrac edən ölkələr təsvir edilmişdir. Bundan əvvəl neft bumu nəticəsində ixrac edilən faydalı qazıntıların qiymətlərinin qalxmasının milli valyutanın real məzənnəsinin möhkəmlənməsinə və onların ixracatçılarının iqtisadi inkişafına təsiri yalnız "Holland xəstəliyi" nəzəriyyəsi ilə təsvir edilirdi. Bu termin ilk dəfə 1977-ci ildə London Economist jurnalı tərəfindən istifadə edilib, və avstraliyalı iqtisadçı Maks Kordenin sonrakı əsərlərində istifadə edilmişdir. Bu nəzəriyyənin müəllifi Hollandiya iqtisadiyyatını artan təbii qaz qiymətlərinin ixracından asılılığında model kimi götürmüşdür, çünki bu ölçüdə olan ölkədə bu fenomenin bütün yerli iqtisadiyyata, sonra isə tədqiqatının nəticələrini tipoloji nümunə kimi ümumiləşdirmişdir təsirini klassik formada izləmək daha asan idi. 1970-ci illərdə Hollandiyada olduğu kimi, 2000-ci illərin əvvəllərində dünya bazarında neftin qiymətinin sürətlə artması neft hasil edən ölkələrdə: Rusiya, Qazaxıstan, Azərbaycan, Nigeriya, Əlcəzair, Venesuela və Körfəz ölkələrində də analoji təsir göstərdi. Xəzinəyə daxil olan neft dollarları ilə Çin və ya Türkiyə kimi ölkələrdən hazır məhsul almaq daha məqsədəuyğun olduğu bir vaxtda məhsuldar əməklə məşğul olmaq sadəcə olaraq sərfəli olmadığı bir vaxtda onların hamısı "Holland xəstəliyinə" yoluxdu. Bu ölkələrdə milli valyutaların möhkəmlənməsi və hiperinflyasiya nəticəsində yerli sənaye və kənd təsərrüfatının məhdudlaşdırılması, işsizliyin artması və daxil olan axının bölgüsünə çıxışı olan plutokratiyanın yaranması ilə sinfi təbəqələşmənin dərinləşməsi neft dollarları və eyni neft dollarlarını bankları, ticarət əməliyyatları, tikinti və dövlət sifarişlərinin icrası vasitəsilə dövriyyəyə buraxan oliqarxiya baş verdi. Bununla belə, "Holland xəstəliyi" nəzəriyyəsi dünya bazarında neftin qiyməti aşağı düşməyə başlayandan sonra hadisələrin sonrakı gedişatını təsvir etmirdi: neft bumu başa çatdıqdan sonra bu, neftdən asılı ölkələr üçün necə nəticələnəcək?
Deykstra alqoritmi
Deykstra alqoritmi — qovşaqlar arasında ən qısa yolları tapmaq üçün alqoritm. 1956-cı ildə kompüter alimi Edsger Deykstra tərəfindən hazırlanmış və üç il sonra nəşr edilmişdir.

Digər lüğətlərdə