Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Alibaba
"Alibaba Group" (çin. 阿里巴巴集团, ing. Alibaba Group Holding Limited) — Çinin dünyaca məşhur e-ticarət şirkəti. Yaradıcısı Cek Madır. Mərkəzi ofisi Çin Xalq Respublikasının Xançjou şəhərində yerləşir. == Yaranması == Cek Ma layihəsinə ərəb nağılının qəhrəmanının adını verməyi San-Fransiskoda bir kafedə düşünüb tapıb. Ətrafdakılara "Alibaba kimdir?" deyə soruşub. Hər kəsdən bəlli "Alibaba və Qırx quldur" cavabını aldıqdan sonra bu adın dünyaca məşhur olduğunu anlayıb və öz internet saytına "Alibaba" adını verməyi qətiləşdirib. İnternet-ticarət sahəsindəki layihəsini maliyyələşdirmək üçün investor axtarışında olan Cek Ma axtarışları nəticəsiz qaldıqda 18 yaxın dostunu evinə çağırır və onlara düz iki saat öz layihəsindən bəhs edir. Hər biri ona maliyyə yardımı etməyə razılaşır.
Kalidasa
Kalidasa (sanskr. कालिदास) — klassik sanskritcə yazıb yaratmış müəllif. O, geniş şəkildə Sanskrit dilində ən böyük şair və dramaturq kimi hesab olunur. == Həyatı == Eramızın 4-5 əsrində yaşamış hindli şair. Adının mənası "Kalinin xidmətçisi" deməkdir. Qupta imperiyasının dövründə yaşamış olduğundan başqa çox məlumat yoxdur. Bəzi alimlər isə onun digər bir Hindli şair olan Vikramaditya dövründə yaşamış olduğunu güman edirlər. Bu kral isə eramızın 4-cü əsrində yaşayırdı. == Fəaliyyətləri == Kalidasa Hind şeirinin ən tanınmış təmsilcisidir. Əsl Şiva dəstəkçisi olan Kalidasa Hind fəlsəfəsi üzrə də çoxlu şeir və oyunlar yazmışdır.Əsasən Sanskritcə yazırdı.
Aldama
Aldama (lat. Aldama) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid biki cinsi.
Aliağa
Əliağa (türk. Aliağa) — İzmir ilinin ilçəsi. İzmirin şimalında yer alır. İl mərkəzinə uzaqlığı 45 km-dir. İlçənin şimalında Berqama, cənubunda Foça və Menəmən ilçələri, şərqində Manisa ili, qərbində isə Egey dənizi yerləşir. İlçənin sahəsi 379 km2-dir. 2019-cu ilin statistikasına əsasən ilçə əhalisi 96,974 nəfərdir.
İliada
İliada — qədim yunan şairi Homer tərəfindən yazıldığı qəbul olunan antik yunan dastanı. Dastanın yaranma tarixi mübahisəli olsa da onun qəbilə quruluşu ilə bağlı motivləri vardır. Dastan Troya müharibəsinin son onuncu ilində baş verən hadisələrdən bəhs etsə də, dastanın əsasında "Axillesin qəzəbi" motivi dayanır. Dastanda haqqında bəhs olunan Troya müharibəsinin e.ə. XII əsrdə baş verdiyi ehtimal olunur. Müharibənin baş vermə səbəbi Sparta hökmdarı Menelayın arvadı Yelenanın Troya hökmdarı Priamın oğlu Paris tərəfindən qaçırılmasıdır. Buna cavab olaraq Menelayın qardaşı Arqos hökmdarı Aqamemnonun başılığı ilə axeylər Troyaya hücum edirlər. Əhvalat Troya əsatirlər silsiləsindən alınmışdır və bu əsatir Zevsin Fetida ilə evlənməsi ilə bağlıdır. Prometey Zevsə əgər Fetida ilə evlənsə ondan olan oğlunun çox güclü olacağını və Uranla Kron kimi Zevsin də taxtdan salınacağını xəbər verir. Buna görə də Zevs Fetidanı Peleyə ərə verir.
Alibaba Group
"Alibaba Group" (çin. 阿里巴巴集团, ing. Alibaba Group Holding Limited) — Çinin dünyaca məşhur e-ticarət şirkəti. Yaradıcısı Cek Madır. Mərkəzi ofisi Çin Xalq Respublikasının Xançjou şəhərində yerləşir. == Yaranması == Cek Ma layihəsinə ərəb nağılının qəhrəmanının adını verməyi San-Fransiskoda bir kafedə düşünüb tapıb. Ətrafdakılara "Alibaba kimdir?" deyə soruşub. Hər kəsdən bəlli "Alibaba və Qırx quldur" cavabını aldıqdan sonra bu adın dünyaca məşhur olduğunu anlayıb və öz internet saytına "Alibaba" adını verməyi qətiləşdirib. İnternet-ticarət sahəsindəki layihəsini maliyyələşdirmək üçün investor axtarışında olan Cek Ma axtarışları nəticəsiz qaldıqda 18 yaxın dostunu evinə çağırır və onlara düz iki saat öz layihəsindən bəhs edir. Hər biri ona maliyyə yardımı etməyə razılaşır.
İliada buzlağı
İliada buzlağı — Antarktidanın Palmera arxipelaqının Anvers adası sahillərindən şimal-şərq mərkəzində yerləşən buzlaqdır. Buzlaq Lapeyrere körfəzindən şimal-şərqdə yerləşmişdir. Buzlaq 1955-ci ildə Folklend adaları Araşdırma qrupu tərəfindən aşkar edilmişdir. Böyük Britaniyanın Antarktika Toponimləri Komitəsi tərəfindən Homerin İliada əsərinin adı ilə adlnadırılmışdır. == Yerləşməsi == İliada buzlağı 64°27′ c. e. 63°27′ q. u. koordinatlarında yerləşmişdir. Alman-Biritaniya xəritəsinə 1996-cı ildə daxil edilmişdir.
Asiyada COVID-19 pandemiyası
COVID-19 pandemiyası Asiyada Çinin Hubey əyalətinin Uhan şəhərində başlayıb və bütün qitədə geniş yayılıb. 17 noyabr 2021-ci il tarixinə Şimali Koreya və Türkmənistan istisna olmaqla, Asiyanın bütün ölkələrində ən azı bir COVID-19 hadisəsi qeydə alınıb.Koronavirusa yoluxma hallarının ən çox təsdiqləndiyi Asiya ölkələri Hindistan, Türkiyə, İran və İndoneziyadır. Dünyanın epidemiyaya məruz qalan ilk ərazisi olmasına baxmayaraq, bəzi Asiya dövlətlərinin, xüsusən də Butan, Sinqapur, Tayvan və Vyetnamın erkən genişmiqyaslı tədbirləri onlara nisbətən yaxşı nəticə əldə etməyə imkan verdi. Çin əvvəlcə epidemiyanın şiddətini minimuma endirdiyinə görə tənqid edildi, lakin onun genişmiqyaslı cavabı 2020-ci ilin mart ayından etibarən xəstəliyi böyük ölçüdə ehtiva etdi.2021-ci ilin iyul ayına olan məlumata görə, ən çox ölüm halları Hindistan, İndoneziya, İran və Türkiyədə qeydə alınıb, hər birində 50,000-dən çox ölüm və 600,000-dən çox ölüm var. Bununla belə, İran və İndoneziyada ölənlərin sayının rəsmi rəqəmlərdən xeyli çox olduğu iddia edilir.
Mərkəzi Asiyada Amerika Universiteti
Mərkəzi Asiyada Amerika Universiteti (MAAU; ing. American University of Central Asia, AUCA) — liberal incəsənət universiteti, Bişkekdə yerləşir. . == Tarixi == Ölkə müstəqillik qazandıqdan sonra, Yusif Balasaqunlu Qırğız Milli Universitetinin tərkibində Qırğız-Amerikan Məktəbi (KAS) quruldu. 1997-ci ildə Qırğızıstan Prezidentinin fərmanı ilə Qırğız-Amerikan Məktəbi müstəqil bir idarə heyəti ilə Qırğızıstandakı Amerika Universiteti (Qırğızıstandakı İngilis Amerikan Universiteti, AUK) olaraq yenidən təşkil edildi.2002-ci ildə Qırğızıstan Amerika Universitetinin adı Orta Asiya Amerika Universiteti olaraq dəyişdirildi.2016-cı tədris ilinin əvvəlindən Orta Asiya Amerika Universiteti onlayn MBA proqramına başlayır. 2019-cu ilin birinci yarısında universitet əsas ümumi təhsil almış məktəblilər üçün AUCA İnnovasiya Kollecinin (AUCA Texniki İnnovasiya Məktəbi) açıldığını elan edir. Elə həmin il 26 oktyabrda yeni təhsil ocağının ilk tələbələri üçün təşəbbüs mərasiminə təsadüf edən kollecin rəsmi açılışı (artıq o dövrdə fəaliyyət göstərirdi) . == Akademik proqramlar == 15 lisenziya proqramı.Antropologiya, Texnologiya və Beynəlxalq İnkişaf, Tətbiqi Riyaziyyat və Kompüter Elmləri, Biznesin idarə edilməsi, İqtisadiyyat, Avropa tədqiqatları, Hüquq elmləri, Beynəlxalq münasibətlər, Jurnalistika, Beynəlxalq münasibətlər, Liberal incəsənətlər və elmlər, Psixologiya, Sosiologiya, Proqram mühəndisliyi, Tətbiqi Geologiya, Film, Televiziya və Media Sənəti. 10 Magistr proqramları .Biznesin idarə edilməsi, Tətbiqi psixologiya, Mərkəzi Asiyanı araşdırmaq, Sosiologiya, Jurnalistika, İqtisadiyyat, Pedaqogika, Antropologiya, şəhərsalma və beynəlxalq inkişaf, Hüquq elmləri, Təşkilatlarda istedad idarəçiliyi və insan inkişafı == Tədqiqat şöbələri və mərkəzləri == Orta Asiya Araşdırmaları İnstitutu. Orta Asiya bölgəsinin sosial elmləri və mədəniyyətinə yönəlmiş dünya miqyasında bir elm adamları şəbəkəsinə malikdir . Tyan-Şan Analitik Mərkəzi.
Premyer Liqada mövsümün oyunçusu
Premyer Liqada mövsümün oyunçusu (ing. Premier League Player of the Season) — hər il İngiltərə Premyer Liqasında ən baxımlı oyunu ilə fərqlənən futbolçuya futbol federasiyası tərəfindən təqdim edilən illik futbol mükafatı. Mükafatın sahibi liqanın sponsoru (hal-hazırda Barkleys) "futbolun idarəetmə orqanları, media və azərkeşlər" üzvlərindən ibarət qurum tərəfindən seçilir və may ayının ikinci və ya üçüncü həftələrində elan edilir. Sponsorluq məqsədləri ilə mükafat 1994-cü ildən 2001-ci ilədək Karlinq ilin oyunçusu kimi, 2001-dən 2004-cü ilədək Barkleykard ilin oyunçusu və 2015-ci ildən etibarən isə Barkleys mövsümün oyunçusu kimi adlandırılır.İngiltərə Premyer Liqasının əsası 1992-ci ildə qoyulmuşdur, nə vaxt ki, birinci divizyonun klubları İngiltərə Futbol Liqasını tərk edərək yeni öz yayım və sponsorluq müqavilələrini müzakirə edən müstəqil liqanın əsası qoyuldu. Yenicə formalaşmış liqanın açılış mövsümündə sponsoru yox idi ta ki Karlinq növbəti mövsümdən başlayacaq, 4 ili əhatə edən və 12 milyon funt sterlinq dəyərində olan anlaşmanı imzaladı. Həmin mövsüm isə Karlinq futbolçular üçün fərdi olaraq Premyer Liqa Qızıl Butsu kimi yeni mükafatlar təsis etməyə başladı. Amma Premyer Liqada ayın futbolçusu və Premyer Liqada mövsümün oyunçusu mükafatları sahibinə yalnız 1994-95 mövsümündən etibarən təqdim edilməyə başlandı. İngiltərə Premyer Liqasında mövsümün oyunçusu mükafatının ilk qalibi isə Blekbörn Roversin hücumçusu Alan Şirer olmuşdur ki, həmçinin o, həmin mövsümdə Premyer Liqa çempionu olmuş və üstəlik mövsümün qızıl butsunu əldə etmişdir.Tyerri Anri, Kriştiano Ronaldo və Nemanya Vidiç hər biri mükafatı 2 dəfə qazanmaqla adlarını mükafatı bir dəfədən artıq qazanan oyunçular siyahısına əlavə etməyi bacarmışdırlar ki, Kriştiano Ronaldo mükafatı ardıcıl olaraq 2 dəfə (2007 və 2008) qazanmaqla xüsusi fərqlənmişdir. Qalib olmuş 8 futbolçu isə həmçinin liqanın bombardiri adını qazanaraq qızıl butsu və əlavə olaraq mövsümün oyunçusu adını qazanmışdırlar. Qaliblərin dördü - Kevin Filips, Henry, Tyerri Anri, Kriştiano Ronaldo və Luis Suarez həmin mövsüm Avropada qızıl buts mükafatına sahib olmuşdurlar.
Premyer Liqada ilin gənc futbolçusu
Peşəkar Futbolçular Assosiasiyası ilin gənc futbolçusu (bəzən PFA ilin gənc futbolçusu, və ya sadəcə ilin gənc futbolçusu) mükafatı mövsümün 23 və ondan aşağı yaş üzrə futbolçular arasında ilin ən yaxşı göstəricilərinə malik gənc futbolçusuna təqdim edilən illik futbol mükafatıdır. Mükafat 1973/74 mövsümündən etibarən sahibinə təqdim edilir və qalib futbolçuların üzv olduqları həmkarlar ittifaqında həmçinin Peşəkar Futbolçular Assosiasiyasında (PFA) aparılan sorğu əsasında seçilir. İlk qalib "İpsviç Taun" klubunda oynamış Kevin Betti olmuşdur. Mükafatın hazırkı sahibi isə "Tottenhem Hotspur" klubunda çıxış edən Dele Allidir. Baxmayaraq ki, mükafat İngiltərənin bütün futbol liqalarında oynayan futbolçular üçün seçiləbilən xarakter daşıyır amma bütün qaliblər yüksək liqalarda çıxış etmiş futbolçular olmuşdur. 2017-ci il daxil olmaqla yalnız Robbi Fauler, Rayan Qiqqz, Ueyn Runi və Dele Alli mükafatı bir dəfədən artıq qazana bilmişdir. Birləşmiş Krallığa daxil olmayan yanız 5 futbolçu mükafatı qazanmağa müvəffəq olmuşdur. Premyer liqa tarixində doqquz futbolçu ilin gənc futbolçusu mükafatıyla bərabər həmçinin PFA ilin futbolçusu adını da qazana bilmişdir. Mükafata namizədlərin siyahısı aprel ayında dərc edilir və mükafatın qalibi bir neçə gün sonra baş tutacaq olan həmçinin digər Premyer Liqa xarakterli mükafatlarında təqdim edildiyi London qala gecəsində sahiblərinə təqdim edilir. Mükafatı qazanmış futbolçu bunu nüfuzlu bir qalibiyyət kimi qəbul edir çünki o, bunu peşəkar həmkarları hesabına qazanmış olur.
Seymur Alızadə
Seymur Mirzə oğlu Alızadə (12 yanvar 1998; Xuluf, Şəmkir rayonu — 26 oktyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Seymur Alızadə 1998-ci il yanvarın 12-də Şəmkir rayonunun Xuluf kəndində anadan olub. 2004–2015-ci illərdə R. İsmayılov adına 2 saylı Xuluf kənd tam orta məktəbində təhsil alıb. Ailəli idi. Bir qızı yadigar qaldı. == Hərbi xidməti == Seymur Alızadə 2016–2017-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. === İkinci Qarabağ müharibəsində iştirakı === Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Seymur Alızadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayıl və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə könüllü olaraq savaşıb. Seymur Alızadə oktyabrın 26-da Füzulinin azad edilməsi zamanı şəhid olub. Şəmkir rayonunun Xuluf kəndində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Seymur Alızadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirən zaman cəsarət və fədakarlıq göstərdiyinə, habelə təşəbbüskar və qətiyyətli addımlar nümayiş etdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Seymur Alızadə ölümündən sonra "Döyüşdə fərqlənməyə görə" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Seymur Alızadə ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.