Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Allofon
Allofon (ing. Allophone) – fonemin sözdəki yerindən, digər səslərlə qonşu olmasından, saitin vurğulu və ya vurğusuz olmasından asılı olaraq tələffüz variantıdır. Azərbaycan dilində bir neçə allofon səs var. "K k" hərfi söz başında /c/ səsini göstərir, amma sözün ortasında və axrında /ç/ səsi kimi tələffüz olunur. Başda: kömür [cʰœmyɾ] Ortada: məktəb [mæçt̪æb] Axırda: inək [in̪æç] "Ğ ğ" hərfi /ʁ/ fonemini gostərir, lakin bəzi sözlərdə çox hadisələrdə bu hərf /ʕ/ kimi tələffüz olunur. Boğaz [bɔʕɑz̪] Bəlğəm [bæl̪ˤʕæm] == Ədəbiyyat == İmamverdiyev Y.N., Suxostat L.V. "Nitq texnologiyaları üzrə terminlərin izahlı lüğəti", 2015, “İnformasiya Texnologiyaları” nəşriyyatı, 111 səh.
Allofan
Allofan X Al2O3 · YSiO2 · H2O; X:Y=1:1 — kolloidal mineraloiddir; Rentgenoamorfdur. Rast gəlmə tezliyi şkalası: çox da tez-tez rast gəlməyən == Növ müxtəliflikləri == Fosforlu allofan ( ~10 %-dək və daha çox P2O5), ferri-allofan – tərkibində Al < Fe3+ olan allofan. == Xassələri == Rəng – rəngsiz, ağ, mavi, çəhrayı, yaşıl, qonur; Mineralın cizgisinin rəngi – ağ; Parıltı – şüşə parıltısından yağlıyadək; Şəffaflıq – şəffafdan yarımşəffafadək; Sıxlıq – 1,9; Sərtlik – 3; Çox kövrəkdir; Əllə toxunduqda qurudur; Sınıqlar – qabıqlı; Morfologiya – Mineral aqreqatları: massiv, böyrək- və salxımvarı, stalaktitəoxşar, torpaqvari kütlələr, opalabənzər qaysaqlar. == Mənşəyi və yayılması == Allofan əsasən ekzogen mənşəlidir və adətən vulkanik məhsulların – kül və şüşənin aşınması zamanı əmələ gələn torpaqlarda toplanır. Həmçinin sulfatlı meteor mənşəli suların təsiri ilə silikat və alümosilikatların parçalanması nəticəsində əmələ gəlir. Oksidləşmə zonasında qeyd edilir. Hidrotermal mənşəli allofanın əmələ gəlməsi başqa mineralların hidrotermal dəyişilməsi ilə bağlıdır. Birlikdə rast gəldiyi minerallar: halluazit, gibbsit, fosfatallofan. Mineralın tapıldığı yerlər: Qrafental (Almaniya); Banska-Ştyavnitsa (Çexiya); Juravlinski (Rusiya); Kiviklar-Köy (Türkiyə); İndiana ştatında Laurens dairəsi (ABŞ). Azərbaycanda Gədəbəy mis-kolçedan və Daşkəsən dəmir filizi yataqlarında, Tutqunçay hövzəsinin qızıl filizi zolağında, Balakən, Göy-Göl rayonlarında və b.
Alloxol
Alloxton
Alloxton — yunan sözü olub Allos — başqa və chthon — yer, torpaq mənasındadır. == Haqqında == Alloxton müxtəlif geoloji amillərin təsiri nəticəsində ilkin yatım yerindən maili (çox vaxt dalğavari) səth üzrə sürüşərək örtük strukturunun əsas hissəsini əmələ gətirən süxurlar kompleksi. Alloxton horizontal yerdəyişmə amplitudu bir neçə km-dən yüz km-lərə qədər olur. Alloxton süxurlar çox vaxt yeni fərqli struktur-fatsial zonalara köçürülür. == Alloxton qranitoidlər == Alloxton qranitoidlər avtoxton qranitoidlərdən fərqli olaraq, tərkib maddəsinin əmələ gəldiyi yerə nisbətən başqa yerə köçürülmüş qranitoidlər. Alloxton qranitoidlər reomorfik, intruziv-reomorfik, intruziv-anatektit, intruziv-maqmatit qranitoidlər aiddir. == Alloxton maqma == Alloxton maqma Ştilleyə görə, qonşu vilayətdən qabıqaltı zonaya miqrasiya etmiş palingen maqmadır. == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press, 2006, 679 səh.
Toyota Allion
Toyota Allion — Toyotanın 2001-ci ildən etibarən Yaponiyada istehsal etdiyi sedan avtomobil modeldir. Toyota Allionun 2001-ci ildən 2007-ci ilə qədər ilk nəsil istehsalı baş tutmuşdur. 2007-ci ildən bu günə qədər isə ikinci nəsil avtomobillər istehsal edilir və istehsalı davam etməkdədir. 20 dekabr 2004-cü ildən istehsal olunan Allion modeli LED işıqla təchiz olunmuşdur.
Allon (Yuxarı Provans Alpları)
Allon (fr. Allons, oks. Alonh) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Provans Alpları. Sent-Andre-lez-Alp kantonuna daxildir. Kommunanın dairəsi — Kastelan. INSEE kodu — 04005. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 131 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 62 nəfərin (15–64 yaş arasında) 33-ü iqtisadi cəhətdən, 29-u fəaliyyətsizdir (fəaliyyət göstərici 53,2%, 1999-cu ildə 68,8%). 33 aktiv adamdan 30 nəfəri (22 kişi və 8 qadın), 3 qadın işsiz idi.