Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Alptəkin
Alp Təkin (962-963) — Qəznənin ilk türk hakimi. == Həyatı == Bəlxdə anadan olmuşdu. Həyatının ilk illəri Xorasan valisinin ordusunda muzdlu döyüşçü olmaqla keçmişdir. 961-ci ildə Samani əmiri I Əbdülmalikin ölümündən sonra taxtda hərc-mərclik yaranmışdı. Alp Təkin bu mübarizədə Faiq adlı bir şahzadəni dəstəkləsə də taxta I Mənsurun çıxması ilə mövqeyi zədələnmiş, Xorasandan Qəznəyə keçmiş, yerli sülalə olan Lavik sülaləsini devirərək oranın hakimi olmağa davam etmişdir. O hələ də Samani vassalı idi. == Ailəsi == Oğlu: Əbu İshaq İbrahim - onu əvəz etdi. Qızı: Adı bilinməyən bir qızı olmuş, Səbuk Təkin ilə evlənmişdir.
Erkin Alptəkin
Erkin Alptəkin (4 iyul 1939) — Uyğur əsilli yazıçı və siyasi fəal. Bir çox beynəlxalq təşkilatların qurulması üçün çox önəmli rol oynamışdır. Bunlardan ən məşhurları Dünya Uyğur Qurultayı və Təmsil Olunmayan Millətlər və Xalqlar Təşkilatıdır. == Həyatı == 4 iyul 1939-cu ildə Sintszyan-Uyğur Muxtar Rayonunda dünyaya gəlmişdir. 1949-cu ildə Sincanın sülh yolu ilə azad edilməsindən və yeni Çin Xalq Respublikasının qurulmasından sonra ailəsi ilə Kəşmirdəki Srinaqara qaçdı. Burada katolik məktəbində oxuduqdan sonra Convent Kollecində oxumağa başladı. Sonra isə İstanbul Jurnalistika İnstitutunda təhsilini başa vurdu. Təhsilini bitirdikdən sonra Almaniyaya köçmüş ancaq 1954-cü ildə yenidən Türkiyəyə qayıtmışdır. == Fəaliyyəti == 1971-ci ildə, atasının əlaqələri səbəbindən Münhendə Azadlıq / Azadlıq Radiosuna işə gəldi. "Baş Siyasət Müşaviri" olaraq çalışdı və 1979-cu ilə qədər Uyğur dilli verilişlər AzadlıqRadiosunun izlədiyi bir auditoriya olmaması üçün dayandırıldığı zaman Uyğur şöbəsinə rəhbərlik etdi.
İsa Yusif Alptəkin
İsa Yusif Alptəkin (uyğ. ئەيسا يۈسۈپ ئالپتېكىن (عيسى يوسف الپتگین or عيسى يوسف الپتكین; türkcə: İsa Yusuf Alptekin; çin. 艾萨·玉素甫·阿布甫泰肯; pinyin: Àisà Yùsùfŭ Ābùfŭtàikěn d.1901, Qaşqar İli, Yenihisar qəsəbəsi – ö.1995, İstanbul, Türkiyə) — Uyğur yazıçı, siyasətçi. İsa Yusif Alptəkin Homindan rejimi dövründə müxtəlif vəxifələrdə çalışmışdır. Şərqi Türkistan İslam Respublikası həm də İkinci Şərqi Türkistan Respublikası dövründə türkçülük möqeyindən çıxış edən siyasi fiqur idi. Şərqi Türkistan (Sincan) Çin Xalq Respublikasının nəzarətinə keçdikdə, Alptekin 1949-cu ildə Çindən mühacirət etmişdir. == Həyatı == === 1920-ci illər === İsa Yusif Alptəkin 1901-ci ildə Sin sülaləsi dövründə Qaşqar İlinin Yenihisar qəsəbəsində anadan olub. Aliptəkin siyasi karyerasına 1926-1928-ci illərdə Əndicandakı Çin konsulluğunda tərcüməçi və katib kimi başlamışdır. Alptəkin Əndicanda işləyərkən Sovet rejiminin uyğurları silahlandırmaq və Şərqi Türkistanı Çin nəzarətindən azad etmək planları ilə razılaşıb-razılaşdırılmayacağına dair onunla məsləhətləşən uyğur tacirləri ilə görüşmüşdü. 1928-ci ildə Alptəkinin işi yüksək qiymətləndirildi və çox pis xəstələnmiş çinli diplomatı Pekinə müşayiət etmək tapşırığını aldı.
Aytəkin Alxaslı
Aytəkin Alxaslı (Kiçik Dəhnə) — Azad Azərbaycan Şirkətlər qrupunun şimal bölgəsi üzrə xüsusi müxbiri == Həyatı == Aytəkin Alxaslı Şəki rayonunun Kiçik Dəhnə kəndində, filologiya elmləri namizədi, qabaqcıl müəllim Kamil Alxasovun ailəsində dünyaya gəlib. Elə orta məktəbi də həmin kənddə bitirib. 1987-ci ildə S.M. Kirov adına Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Jurnalistika fakültəsini bitirib. Həmin il təyinatla Qusar rayonunda 3 dildə — rus, ləzgi və Azərbaycan dillərində çıxan "Qusar" qəzetinə göndərilib. ANS TV-yə işə qəbul olunana qədər bu qəzetdə xüsusi müxbir işləyib. Hələ orta məktəbdə oxuduğu vaxtdan rayonun yerli qəzeti olan "Şəki fəhləsi" və bir sıra mərkəzi qəzet və jurnallarda – "Azərbaycan gəncləri", "Azərbaycan pioneri", "Sovet kəndi" qəzetlərində, "Pioner", "Azərbaycan qadını", "Kənd həyati", "Təşviqatçı", "Azərbaycan təbiəti" jurnallarında müxtəlif yazılarla çıxış edib. ANS-in Quba, Qusar, Xaçmaz, Şabran, Xızı, Siyəzən rayonları üzrə xüsusi müxbiri işləyib. Dövlət Sərhəd Xidmətinin 100 illiyi münasibətilə “100 illik” medalı ilə təltif olunub. == İstinadlar == == Xarici keçidlər == "ANS-dən sonra heç yerə getmədim" — Aytəkin Alxaslı niyə ailə qurmayıb?
Aytəkin Məmmədov
Aytəkin Məmmədov (29 may 1967, Göyəlli, Gədəbəy rayonu – aprel 1991, Xanlar rayonu) — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi. == Həyatı == 29 may 1967-ci ildə Gədəbəy rayonunun Göyəlli kəndində anadan olmuşdur. 1974–1984-cü illərdə burada məktəbdə oxumuşdur. 1985-ci ildə hərbi xidmətə çağırılımışıdır. 1987-ci ildə ordudan tərxis edilmişdir. == Döyüşlərdə iştirakı == 1991-ci ildə DİN-nin Xüsusi Təyinatlı Polis dəstəsinə daxil olur. 1991-ci il Xanlar rayonu erməni işğalçıları tərəfindən hücuma məruz qalanda Aytəkin döyüşə atılır erməni yaraqlılarını məhv edən cəsur döyüşçü qəhrəmancasına həlak olur. == Ailəsi == Subay idi. == Milli Qəhrəman == Azərbaycan Respublikası prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 saylı fərmanı ilə Məmmədov Aytəkin İsrayıl oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilmişdir. Göyəlli kənd qəbristanlığında dəfn edilmişdir.
Aytəkin Mərdanova
Aytəkin Mərdanova (tam adı: Aytəkin İsmayıl qızı Mərdanova; 27 sentyabr 1985, Tovuz rayonu) — Azərbaycanlı aparıcı. == Həyatı == Aytəkin Mərdanova 27 sentyabr 1985-ci ildə Tovuz rayonunda anadan olub. Atası İsmayıl Mərdanov anası isə Məhəbbət Mərdanovadır. 2002-ci ildə Bakı şəhərində 283 saylı orta məktəbi bitirmiş elə həmin ildə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsi üzrə jurnalistika ixtisasında təhsilini davam etdirmiş və 2006-cı ildə məzun olmuşdur. === Şəxsi həyatı === Ailəlidir, 2 övladı var. Oğlu Fərid Alıyev 2008-ci ildə dünyaya gəlmiş qızı isə Nərgiz Alıyeva 2014-cü ildə dünyaya gəlmişdir. == Karyerası == 2006-cı ilin may ayından dekabr ayına qədər "Mərkəz" qəzetində jurnalist-müxbir kimi fəaliyyət göstərib. 2007-ci ildən 2012-ci ilə qədər "Space" Televiziyasında "Azəristar" verilişinin aparıcısı olub. Bununla bərabər, "Space" Televiziyasında yayımlanan "Şişman şou" verilişlərinin də aparıcısı kimi çalışıb. Paralel olaraq, həmin kanalda hazırlanan "Səhər" musiqili informasiya və "Kiçik qala" verilişlərinin redaktoru olub.2012-ci ildən 2014-cü ilə qədər ATV kanalında "Pozitiv" verilişinin aparıcısı kimi çalışıb.
Dəniz Aytəkin
Dəniz Aytəkin (alm. Deniz Aytekin‎; 21 iyul 1978, Nürnberq, Qərbi Almaniya) — Almaniya Futbol İttifaqının türk əsilli hakimi. == Hakimlik karyerası == Dəniz Aytəkin Bavariya Futbol Assosiasiyasının hakimidir. Hakimlik karyerasına 1995-ci ildə başlayıb. 2011-ci ildən FİFA referisidir. 2014-cü ildə UEFA-nın ən üst kateqoriyası olan UEFA Elit Hakim Kateqoriyasına yüksəlib.Almaniya Bundesliqası çərçivəsində idarə etdiyi ilk oyun, 27 sentyabr 2008-ci ildə keçirilmiş "Herta Berlin" - "Enerji Kotbus" matçı olub. Qarşılaşma qonaqların 1:0 hesablı qələbəsi ilə nəticələnib. Aytəkin bu görüşdə 4 futbolçuya sarı vərəqə göstərib. 1 aprel 2011-ci ildə Almaniya Bundesliqasının 29 turu çərçivəsində keçirilən "Sant-Pauli" - "Şalke 04" oyunu 89-cu dəqiqədə Dəniz Aytəkin tərəfindən yarımçıq dayandırılıb. Buna səbəb matçın son dəqiqələrində tribunadan atılan bir pivə şüşəsinin yan xətt hakiminə tuş gəlməsi olub.
Nəzir Eltəkin
Nəzir Əhmədov və ya Nəzir Eltəkin (azərb. Nəzir Laçın oğlu Əhmədov‎; 27 dekabr 1925, Kəhrizoba, Nuxa rayonu – 5 mart 2005, Bakı) — şair, publisist, 1996-cı ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü. Ali Sovetinin deputatı (1967–1971), Şəki şəhər İcra hakimiyyətinin başçısı (1993–1998), Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini (1998 – 2001). == Həyat və fəaliyyəti == Nəzir Əhmədov 1925-ci il dekabrın 27-də Azərbaycanın Şəki rayonunun Dağ Qaraqoyunlu kəndində Kəhriz obasında anadan olub. Kənd yeddiillik məktəbi bitirdikdən sonra Şəki pedaqoji məktəbinə qəbul olunmasına baxmayaraq 1942-ci ildə məktəbin 2-ci kursunda oxuyarkən könüllü olaraq hərbi xidmətə getmişdir. 1944–1946-cı illərdə Xarkov şəhərində hərbi kəşfiyyat məktəbində, eyni zamanda axşam orta məktəbində təhsil almış, 1946–1950-ci illərdə Sovet sərəhəd qoşunları hissəsində qulluq etmişdir. 1950–1955-ci illərdə Leninqrad Dövlət Universitetinin siyasi iqtisad fakültəsini fərqlənmə diplomu ilə bitirən publisist 1955–1957-ci illərdə Leninqrad Vilayət Partiya komitəsində təlimatçı, bölmə müdiri, 1954–1974-cü illərdə Zaqatala rayon komitəsinin birinci katibi, 1967–1971-ci illərdə Azərbaycan SSR Ali Sovetinin təbiəti mühafizə daimi komissiyasının sədri, 1974–1975-ci illərdə Abşeron rayon komitəsinin birinci katibi, 1975–1993-cü illərdə Azərbaycan Respublikası Dövlət Plan Komitəsinin elmi-tədqiqat institutunda baş elmi işçi və şöbə müdiri, 1993–1998-ci illərdə Şəki şəhər İcra hakimiyyətinin başçısı, 1998–2002-ci illərdə isə Azərbaycan iqtisadiyyat nazirinin müavini vəzifələrini icra etmişdir. 1991–1993-cü illərdə Şəki, Balakən və digər bölgələrdə milli azadlıq hərəkatında fəal iştirak etmişdir. 1965–1970-ci illərdə Çexoslovakiya, Kuba, Amerika, Macarıstan və Rumıniya ölkələrinə rəsmi nümayəndə heyəti tərkibində xarici səfərlərdə olan şair, eyni zamanda 1966–1974-cü illərdə Azərbaycan KP MK-nın üzvü seçilmiş, 1967–1971-ci illərdə Azərbaycan Ali Sovetinin deputatı olmuşdur. == Kitabları == "Desələr xatırlayın" (1955); "İzim qala" (1995); "Sarı Laçın" (1996); "Ömür körpüsü" (1998); "İsmipünhan sorağında" (poema) (1998); "Qaçaq Abbas" (poema) (2001); "Ömrün son baharı" (şeirlər və poemalar) (2006) == Mükafatları == 1966-cı ildə "Qırmızı Əmək Bayrağı" ordeni, 1968-ci ildə "Lenin ordeni", 1969-cu ildə "Şərəf nişanı" ordeni, 1967–1970-ci illərdə SSRİ XTNS-nin 2 qızıl medalına və birinci dərəcəli diplomlarına, əlavə 15 medalla da təltif olunmuşdu.
Bankə apteki
Bankə apteki — Azərbaycanda ilk aptekdir və Neftçala rayonunun Bankə qəsəbəsində yerləşir. == Tarixi == XIX əsrin əvvəllərində Salyan qəzasının, indiki Neftçala rayonunun Tatarməhlə kəndi ərazisində XIX əsrin əvvəllərində rayonun Tatarməhlə kəndi ərazisində fəaliyyət göstərən "Allah mədəni" adlanan məşhur balıqçılıq müəssisəsi yandıqdan sonra 1841-ci ildə vətəgələr xəstəxana, inzibati idarə və yaşayış sahələri ilə birlikdə Bankəyə köçürülür. O vaxtlar yayılmış vəba, taun kimi xəstəliklərin balıqçılar arasında yayılmasının qarşısını almaq üçün zəruri tədbirlər görülürdü. Bunun nəticəsində, Azərbaycanda ilk aptek 1850-ci ildə Salyan qəzasında, indiki Neftçala rayonunun Bankə qəsəbəsində balıqçı gəmisində yaradılıb.Şəraiti ilə əlaqədar olaraq, sonralar həmin aptek, Bankə balıq vətəgəsinin binasına köçürüldü. Aptek binasınnın ikinci mərtəbəsində 1960-cı ilin əvvəllərinə kimi yaşayış binası kimidə istifadə olunub.
İdelson apteki
İdelson apteki — Rostov vilayəti Taqanroq şəhəri ərazisində yerləşən bina. Bina 1884-cü ildə inşa edilmişdir. Bina Taqanroq şəhəri Krasnı xiyabanı, ev 24 ünvanında yerləşir. Aptekin müasir ad 53nömrəli aptek kimi tanınır. İdelson apteki Rusiyanın regional əhəmiyyətli mədəni irs siyahısına daxildir. Bununl bağlı qərar 18 noyabr 1992-ci ildə 301 nömrəli qərarla təstiqlənmişdir. == Tarixi == R. B. İdelson öz aprekini yerləşdirmək məqsədilə Çexov küçəsində bina icaryə götürür. İdelson aptekini yerləşdirmək məqsədilə iki mərtəbəli bina alır. Binanın birinci mərtəbəsində aptek təşkil edilir. 1884-cü ildən aptek arrıq yeni binada yerləşirdi.
Ştrimer apteki
Ştrimer apteki - Taqanroq şəhərinin ərazisində, Petrovskaya küçəsi, ev 61 ünvanında yerləşən bina. Binanln inşasına 1971-ci ildə başlanılmışdlr. O zaman bina Petrovskaya küçəsi, ev 33 ünvanında qərarlaşırdı. == Tarix == Kənpiçdən inşa edilən iki mərtəbəli binanın əsası 1871-ci ildə qoyulmuşdur. Bu bina aptek binası olaraq Moisey Osipoviç Ştrimerin vəsaiti gesabına inşa edilmişdir. Təkcə onun zirzəmisində 1870-ci illərdə Taqanroqda butılkalarda Qafqaz mineral suları satılırdı. Moisey Ştrimerin 44 yaşında ikən zərbədən ölümündən sonra (1880-ci ilin fevralında) mülkiyyət hüququ onun həyat yoldaşı olan Nadejda Davidovaya keçir. O, uşaqları Aleksandr (1866) vı Pelenoy (1869) ilə burlikdə binada 1925-ci ilə qədər yaşamışlar. Aktek isə öz fəaliyyətini davam etdirmişdir. Taqanroq üçün nadir hadisələrdən biri onda idi ki, iri bir bina sovet hakimiyyəti qurulduqdan donra belə uzun zaman milliləşdirilməmişdi.