ƏCZAXANA

[ ər. əcza və fars. …xanə] köhn. Əczaçı dükanı, dərman satılan yer, aptek.
Kiçik oğlu mühəndis böyük qardaşının əmrlərinə itaət edirdi: əczaxanaya getmək, həkim yanına yüyürmək, kətan islatmaq və sairə. Ə.Haqverdiyev.
Baytarlıq müalicə məntəqəsinin apteki müvafiq avadanlıq tələb edən əczaxana olub, xüsusi otaqda yerləşdirilməlidir. R.Əliyev.

Sinonimlər (yaxın mənalı sözlər)

  • ƏCZAXANA əczaxana bax aptek
ƏCZAÇILIQ
ƏDA
OBASTAN VİKİ
Əczaxana
Aptek (Yunanca: apotheke(anbar) ) - reseptlə dərman hazırlayan, hazır dərman və digər tibbi mallar saxlanan və satılan tibbi müəssisə. == Etimologiya == XX əsrin əvvəllərinə aid Azərbaycandilli mənbələrdə dəvaxana (دواخانا) adlandırılmışdır. == Keçidlər == Vikianbarda Aptek ilə əlaqəli mediafayllar var.

Digər lüğətlərdə