Amankənd
Amankənd — Azərbaycan Respublikasının Biləsuvar rayonunun Amankənd kənd inzibati ərazi dairəsində kənd.
== Toponimikası ==
Toponimikada bu yaşayış məntəqəsinin adını Qarabağın otuzikilər tayfasının amanlı tirəsinin adı ilə bağlayırlar. Oykonim "amanlı tirəsinə məxsus kənd" deməkdir. Etnotoponimdir.
== Tarixi ==
=== Tarixi abidələri ===
Amankənd kəndində aşağıdakı daşınmaz tarix və mədəniyyət abidələri qeydə alınmışdır:
== Coğrafiyası və iqlimi ==
Kənd Muğan düzündə, rayonun cənub istiqamətində yerləşir. Dərvişli, Ağalıkənd və Ovçubərə kəndləri ilə sərhəddir.
31 may 2023-cü ildə Bolqarçayda olacaq sel təhlükəsindən vətəndaşların qorunması məqsədilə Biləsuvar rayonunun Yuxarı Ağalı, Amankənd və Muğan kəndlərinin sakinləri təxliyə edilmişdir.
== Əhalisi ==
=== Tanınmış şəxsləri ===
Ağayar Şükürov — fəlsəfə elmləri doktoru, professor.
=== Şəhidləri ===
Babayev Rauf Əzizağa oğlu — Birinci Qarabağ müharibəsində itkin düşmüş kənd sakini.
Kərimov Eyvaz Əzizağa oğlu (1975–1994) — Birinci Qarabağ müharibəsi şəhidi.