Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Amblen
Ambleon (fr. Ambléon) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Belle kantonuna daxildir. Kommunanın dairəsi — Belle. INSEE kodu — 01006. == Əhalisi == 2010-ci ildə əhalinin sayı 116 nəfər təşkil edirdi.
Emblem
Emblem (q.yun. ἔμβλημα)—yunan sözü olub, "nişan", yaxud. "qabarıq bəzək" deməkdir. Müəyyən ideyanı və anlayışı ifadə edən şərti simvolik təsvirdir. Məsələn, Bakının emblemi 3 simvolik alov şöləsi və qağayı təsvirindən ibarətdir. Ağ göyərçin sülh rəmzidir. Burada dəniz dalğası ifadə olunur.
Ambleon
Ambleon (fr. Ambléon) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Belle kantonuna daxildir. Kommunanın dairəsi — Belle. INSEE kodu — 01006. == Əhalisi == 2010-ci ildə əhalinin sayı 116 nəfər təşkil edirdi.
Rambler
"Rambler" (rus. Рамблер) — məşhur internet axtarış sistemlərindən biri; veb portal. Yaradıcısı Dmitri Kryukovdur. == Tarixi == Dmitri Kryukov arzusunda olduğu axtarış sistemini hazırlayarkən ilk növbədə layihəyə ad fikirləşir. Bunun üçün o, ingilis-rus lüğətini açır, onun diqqətini "Rambler" sözü cəlb edir. Sözün mənası – "sərsəri, səyyah, avara" Dmitrinin xoşuna gəlir. Həqiqətən də axtarış maşınının robotları gecə-gündüz informasiyanı yığaraq, dinclik bilmədən saytlar üzrə hərəkət edirlər. Artıq 1996-cı ilin payızında axtarış sisteminin son variantı hazır idi. 1996-cı il, sentyabrın 26-da rambler.ru domeni qeydiyyata alındı, oktyabrın 8-də yaradıcının ad günündə "Rambler" rəsmən təqdim olundu. Başlanğıc mərhələdə 100 min sənəd indeks edilmişdi.
Şamble
Şamble (fr. Chamblet) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Monmaro kantonuna daxildir. Kommunanın dairəsi — Monlyuson. INSEE kodu — 03052. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 1066 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 685 nəfər (15-64 yaş) arasında 494 nəfər iqtisadi cəhətdən, 191 hərəkətsiz (fəaliyyət göstərici 72.1%, 1999-cu ildə 70.4%) idi. Fəal olan 494 nəfərdən 451 nəfər (241 kişi və 210 qadın), 43 nəfər işsiz (20 kişi və 23 qadın) idi. 191 fəaliyyətsiz şəxsin 33 nəfəri şagird və ya tələbə, 85 nəfər təqaüdçü, 73 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
Ablej
Ablej (fr. Ableiges) — Fransada bələdiyyə , region — İl-de-Frans, departament —Val-d’Uaz. Əhalisi — 972 nəfər (2000). Bələdiyyə Paris şəhərinin 37 km şimal-qərbində, Serji belediyyənin 8 km şimal-qərbdə yerləşir.
Amber
Amber (Fransızca tələffüz: [ɑ̃bɛʁ]; Auvergnat: Embèrt, fr. Ambert) — Fransanın mərkəzində yerləşən Overn regionun Püi-de-Dom departamentinin kommunası (əsas şəhəri). == Coğrafiyası == Amber Alye çayının bir qolu olan Dore çayın kənarında yerləşir.
Aləm gözəl (ablom)
Aləm gözəl – Azərbaycan Respublikasının əmədar artisti, müğənni Abbas Bağırovun studiya albomu. Alboma 16 mahnı daxildir. == Albom haqqında == Albomda Arif Məlikov, Emin Sabitoğlu, Ənvər Sadıqov və s. bəstəkarların mahnıları yer alır.
Bulbophyllum gamblei
Bulbophyllum gamblei (lat. Bulbophyllum gamblei) — səhləbkimilər fəsiləsinin bulbofillium cinsinə aid bitki növü.
Dendrobium amplum
Dendrobium amplum (lat. Dendrobium amplum) — səhləbkimilər fəsiləsinin dendrobium cinsinə aid bitki növü.
Dendrobium gamblei
Dendrobium aphyllum (lat. Dendrobium aphyllum) – səhləbkimilər fəsiləsinin dendrobium cinsinə aid bitki növü. == Sinonimləri == Limodorum aphyllum Roxb. (1795) (Basionym) Cymbidium aphyllum (Roxb.) Sw. (1799) Epidendrum aphyllum (Roxb.) Poir. (1810) Dendrobium cucullatum R.Br. (1821) Dendrobium pierardii Roxb. ex Hook. (1822) Dendrobium macrostachyum Lindl. (1830) Dendrobium tetrodon Rchb.f.
Epigeneium amplum
Dendrobium amplum (lat. Dendrobium amplum) — səhləbkimilər fəsiləsinin dendrobium cinsinə aid bitki növü.
Eupatorium amplum
Ageratina ampla (lat. Ageratina ampla) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin ageratina cinsinə aid bitki növü. == Sinonimləri == Eupatorium amplum Benth.
Olimpiya emblemi
Hər bir Olimpiya Oyunlarının bir və ya daha çox fərqli elementlərlə Olimpiya halqaları ilə birlikdə dizayn olunan xüsusi Olimpiya emblemi var. Emblemlər Olimpiya Oyunlarının Təşkilat Komitəsi və ya təşkilatçı ölkənin Milli Olimpiya Komitəsi tərəfindən yaradılır. Olimpiya oyunları üçün hazırlanmış Olimpiya embleminin təsdiqi Beynəlxalq Olimpiya Komitəsinin səlahiyyətindədir. Olimpiya emblemindən Olimpiadanın sponsorları tərəfindən reklam materiallarında və hər bir Olimpiya iştirakçısının geyimində istifadə olunur.
Procter&Gamble
Procter & Gamble — Mərkəzi ABŞ-də yerləşən təmizləyici vasitələr və şəxsi qayğı məhsulları istehsalı ilə məşğul olan şirkət. P&G-nin mərkəzi qərargahı Amerika Birləşmiş Ştatlarının Ohayo ştatının Sinsinnati şəhərində yerləşir. Şirkətin əsası 1837-ci ildə Böyük Britaniyadan olan sərmayeçilər Vilyam Prokter və Ceyms Qembl tərəfindən qoyulmuşdur. Fəaliyyətə başladığı ilk illərdən təmizləyici vasitələr və şəxsi qayğı məhsulları istehsalı ilə məşğul olan şirkət zamanla fəaliyyət sferasını genişləndirmiş və istehsal etdiyi məhsulların çeşidini artırmışdır. Chief Executive Magazine jurnalının apardığı araşdırmalardan sonra P&G liderlik bacarıqlarının inkişaf etdirilməsi üçün ən yaxşı 40 şirkətdən biri seçilmişdir. == Tarixi == 1837-ci il ABŞ-də yeni bir iş qurmaq üçün heç də münasib zaman hesab olunmurdu. Ohayo ştatının Sinsinnati şəhəri yeni formalaşan bir iş mərkəzi olsada ölkənin ümumi mənzərəsi yeni bir böhranın hər an başlana biləcəyini göstəriridi. Həmin dönəmdə onlarla bankın iflas etməsi mütəxəssislərin bu barədə olan ehtimallarını daha da gücləndirdi. 1837-ci ildə Vilyam Prokter və Ceyms Qemblın planlarına Sinsinnati şəhərinə köçüb burada yaşamaq daxil deyildi. Şəhər hələ XIX əsrin əvvəllərində sürətlə inkişaf edən və böyüyən bir mərkəz olsada İngiltərədən gələn Vilyamın və İrlandiyadan gələn Ceymsin niyyəti qərb ştatlarına doğru irəliləmək idi.
Procter & Gamble
Procter & Gamble — Mərkəzi ABŞ-də yerləşən təmizləyici vasitələr və şəxsi qayğı məhsulları istehsalı ilə məşğul olan şirkət. P&G-nin mərkəzi qərargahı Amerika Birləşmiş Ştatlarının Ohayo ştatının Sinsinnati şəhərində yerləşir. Şirkətin əsası 1837-ci ildə Böyük Britaniyadan olan sərmayeçilər Vilyam Prokter və Ceyms Qembl tərəfindən qoyulmuşdur. Fəaliyyətə başladığı ilk illərdən təmizləyici vasitələr və şəxsi qayğı məhsulları istehsalı ilə məşğul olan şirkət zamanla fəaliyyət sferasını genişləndirmiş və istehsal etdiyi məhsulların çeşidini artırmışdır. Chief Executive Magazine jurnalının apardığı araşdırmalardan sonra P&G liderlik bacarıqlarının inkişaf etdirilməsi üçün ən yaxşı 40 şirkətdən biri seçilmişdir. == Tarixi == 1837-ci il ABŞ-də yeni bir iş qurmaq üçün heç də münasib zaman hesab olunmurdu. Ohayo ştatının Sinsinnati şəhəri yeni formalaşan bir iş mərkəzi olsada ölkənin ümumi mənzərəsi yeni bir böhranın hər an başlana biləcəyini göstəriridi. Həmin dönəmdə onlarla bankın iflas etməsi mütəxəssislərin bu barədə olan ehtimallarını daha da gücləndirdi. 1837-ci ildə Vilyam Prokter və Ceyms Qemblın planlarına Sinsinnati şəhərinə köçüb burada yaşamaq daxil deyildi. Şəhər hələ XIX əsrin əvvəllərində sürətlə inkişaf edən və böyüyən bir mərkəz olsada İngiltərədən gələn Vilyamın və İrlandiyadan gələn Ceymsin niyyəti qərb ştatlarına doğru irəliləmək idi.
Ambel (İzer)
Ambel (fr. Ambel) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Matezin-Triev kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38008. Kommunanın 1999-cu il üçün əhalisi 22 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 735-dən ilə 1596 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 530 km cənub-şərqdə, Liondan 140 km cənub-şərqdə, Qrenobldan 50 km cənubda yerləşir.
Amber (rayon)
Amber (fr. Ambert) — Fransanın Overn regionun rayonlarından (fr. Arrondissement) biri . Departamenti — Püi-de-Dom. Suprefektur - Amber. Rayonun əhalisi 2006-cı ildə 27 458 nəfər təşkil edirdi. Əhalinin sıxlığı 23 nəfər / km². Rayonun sahəsi 1188 km².
Amber Herd
Amber Lora Herd (ing. Amber Laura Heard; 22 aprel 1986, Ostin) — ABŞ aktrisası.
Amber Hörd
Amber Lora Herd (ing. Amber Laura Heard; 22 aprel 1986, Ostin) — ABŞ aktrisası.
Amber Staxovski
Amber Staxovski (d. 14 mart 1983) — Birləşmiş Ştatları təmsil edən su poloçusu. == Karyerası == Amber Staxovski, ABŞ yığmasının heyətində 2004-cü ildə Yunanıstanın Afina şəhərinin ev sahibliyində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Bürünc medal uğrunda görüşdə Avstraliya yığmasını 6:5 hesabı ilə məğlub edən ABŞ yığması, Afina Olimpiadasının bürünc medalına sahib oldu.
Rüriklər sülaləsinin emblemi
Rüriklər sülaləsinin emblemi — Kiyev Rus knyazları tərəfindən müəyyən əşyaların sahibliyini göstərmək üçün istifadə edilən ailə emblemi. Rüriklər sülaləsinin markalarında, möhürlərində, sikkələrində təsvir edilmişdir. Zadəganların heraldik gerblərindən fərqli olaraq, Rüriklər sülaləsinin emblemləri bütün ailəyə və ya qəbiləyə aid deyildi, lakin şəxsi idi. Hər şahzadənin öz emblemi var idi. Onlardan biri Ukrayna gerbinin əsas elementi olan tridentdir. == Yazılı mənbələr == Kiyev Rus knyazlarının ailə emblemləri haqqında ilk məlumat X əsrin ortalarına təsadüf edir. İbn Miskəveyh 943–944-cü illərdə slavyanların Bərdəyə yürüşündən bəhs edərkən qeyd etmişdir ki, ruslar götürdükləri əsirlərin üzərilərində möhürlü bir gil parçası şəklində öz işarələrini buraxırdılar. Möhürdə hansı işarənin təsvir edildiyi məlum deyil. Tarixçilərə görə, bunun o illərdə hökmranlıq edən I İqorun gerbi olması mümkündür. Bu rusların İqorun döyüşçülərinin bir hissəsi olub-olmaması da məlum deyil, çünki qədim rus salnamələri Bərdəyə basqın barədə məlumat vermir.
Şərqi Türkistanın emblemi
Şərqi Türkistanın emblemi (uyğ. شەرقىي تۈركىستان دۆلەت گېربى) — Şərqi Türkistan İslam Respublikasının müstəqilliyi elan edilərkən — 1933-cü ilin 12 noyabrında yaradılmışdır. Respublika süqut etdikdən sonra Şərqi Türkistan azadlıq hərəkatının simvollarından biri halına gəlmişdir. == Strukturu == Bismillah ortada gözəl xəttatlıq üslubunda yazılır. Bismillahın altında isə aypara yerləşir. Emblemin yuxarı hissəsində isə 3 ulduz əks olunmuşdur. Bu 3 ulduz Şərqi Türkistan torpaqlarında yaranmış və inkişaf etmiş 3 türk xaqanlığını tərənnüm edir. Bu xaqanlıqlar bunlardır. Göytürk xaqanlığı Uyğur xaqanlığı Qaraxanilər dövlətiEmblemdə həmçinin müxtəlif ölçüdə 18 dairə vardır. Bu dairələr bu regionda yaşayan 18 yerli tayfanı tərənnüm edir.
Amber şahmat turniri
Amber şahmat turniri (rəsmi adı ilə ing. Amber Rapid and Blindfold Chess Tournament) — 1992-2011-ci illərdə keçirilmiş illik şahmat turniri. Turnirə ancaq dəvət yolu ilə dünyanın ən yaxşı şahmatçıları iştirak edirdilər. 1993-cü ildə keçirilən ikinci turnirdən etibarən gözübağlı şahmat və sürətli şahmat da turnirin proqramına salınmış və turnirin özü Monakonun paytaxtı Monte Karlo şəhərində keçirilməyə başlanmışdır. Turnirin sponsoru qiyabi şahmat üzrə dünya çempionu olmuş holland biznesmen Yup Van Osterom olmuşdur. Onun qızının şərəfinə adlandırılmış bu turnirin ilin mart ayında təşkil olunurdu. Van Osteromun bacısı da öz adını Kristal Kelli şahmat turnirinə vermişdir. Turniri ən çox Vladimir Kramnik qazanmışdır. (6 dəfə) Vişvanatan Anand yeganə şahmatçıdır ki, eyni turnirdə həm sürətli şahmat, həm də gözübağlı şahmat turnirlərinin qalibi olub. (Bunu iki dəfə etmişdir: 1997 və 2005-ci ildə) Sürətli şahmatda ən çox qalib gələn Anand (9 dəfə), gözübağlı şahmatda isə ən çox qalib gələn Kramnikdir.
Monestye-d'Ambel
Monestye-d'Ambel (fr. Monestier-d'Ambel) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Matezin-Triyev kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38241. Kommunanın 1999-cu il üçün əhalisi 1810 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 405 ilə 700 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 460 km cənub-şərqdə, Liondan 70 km cənub-şərqdə, Qrenobldan 29 km şimal-qərbdə yerləşir.
Filozey amöblər
Filozey amöblər (lat. Filosea) — İbtidailərin sinfidir. == Quruluşu == Sapşəkilli psevdopodiyaları çox vaxt şaxələnən, nadir hallarda bir-biri ilə anastomozlaşan amöblərdir. Çanaqları nazik silisium lövhəcikləri idiosomlarla örtülür. Bəzən bu örtük kənar mineral və ya başqa ekzogen hissəciklərdən ibarət ola bilər. Çanağının forması ovalvarı, yumurta və ya çöpşəkilldir. Ağızcıq əsas etibarilə piriminaldır. Ağızın kənarları ya hamar, ya da müxtəlif formalı və ölçülü dişciklərlə əhatələnmişdir. == Çoxalması == Çoxalması aqam yolladır. Bəzi növlərdə cinsi proses məlumdur.
Çanaqlı amöblər
Çanaqlı amöblər (lat. Testacealobosia) — İbtidailərin Lobosa sinfinə daxil olan yarımsinifdir. Zərif sitoplazmatik bədəni qorumaq üçün birkameralı çanaq quran amöbşəkilli orqanizmlərdir. Çanaqlı amöblərin sitoplazması iki təbəqəyə bölünür: şəffaf, törəməsiz ektoplazma və dənəvər endoplazma. == Həyat tərzi == Hərəkət və qidanın tutulması lobopodiyalar (məs., Arcellidae, Dittlugiidae, Centropyxidae fəsilələri), fillopodiyalar (Englyphidae fəsiləsi), retikulopodiyalar (Polystomidae, Microgromiidae fəsilələri) şəklində olan psevdopodiyaların köməyilə həyata keçir. == Quruluşu == Çanaqlı amöblərin əksəriyyəti birnüvəlidir. Ancaq ikinüvəlilərə də rast gəlinir. Yığılıb-açılan vakuol bir və ya bir neçədir. Çanağın düzəldiyi materialdan asılı olaraq amöblər üç böyük qrupa bölünür: keratin tipli zülaldan ibarət (Arcella), ekzogen mənşəli mineral hissəciklərdən ibarət – ksenosom (Difflugiidae, Centropyxidae, Plagiopyxidae fəsilələri) və nəhayət, endogen mənşəli materialdan – indosomdan (Diffugiidae fəsiləsi) təşkil olunmuşlar. Çanaqlı amöblərdə ağız (psevdopodiyaların çıxması üçün deşik) birdir, ancaq bir neçə cins üçün 2 və ya 3-5 ağızcığın olması da səciyyəvidir.