Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Antiloplar
Antiloplar (Antilopinae) — Boşbuynuzlular fəsiləsindən yarımfəsilə. Antilop boşbuynuzlular fəsiləsinin nümayəndələri içərisindəki 100-ə qədər otyeyən heyvan növünə verilən addır. Filogenetik qohumluğu əks etdirən əlamətlər əsasında düzəldilən müasir təsnifat sisteminə görə cırtdan antiloplar harna, oribi, divarböyürlər, dağ antilopları, beyralar, impalalar, oraqbuynuzlar, zürafəyəbənzər antiloplar, dzerenlər və sprinqboklar adlı cinslər antiloplar yarımfəsiləsində birləşdirilir. Əsl antilop cinsinin (Antilope) Hindistanda yaşayan harna adlı bir növü var. Antiloplar adlanan heyvanlar (kannalar, köpgəröküzlər, su keçiləri, qnular və b.) müstəqil tribalara, yaxud yarımfəsilələrə ayrılırlar. Əvvəllər antiloplara məməlilərin yığma qrupu kimi baxılırdı. Keçilər, qoyunlar və öküzlərdən başqa boşbuynuzlular fəsiləsinin tamamilə fərqli cinsləri (xarici görünüşünə və filogenetik əlaqələrinə görə) hər necə gəldi müxtəlif sistemlərə daxil edilmişdi. Sayının həddən çox artmasına görə antiloplar Afrika və Asiya ekosistemlərinin mühüm halqalarından biridir. Afrikada onlar hər növün müəyyən bitki yarusundan (ayrıca ekoloji taxçanı tutur) istifadə etdiyi çoxnövlü qruplar əmələ gətirirlər. Antilop qrupları savanna landşaftlarının formalaşmasının mühüm amilidir.
Dördbuynuzlu antiloplar
Dördbuynuzlu antilop (lat. Tetracerus quadricornis) — Boşbuynuzlular fəsiləsinin Dördbuynuzlu antiloplar cinsinin yeganə növü.
Kəkilli antiloplar
Dukerlər (lat. Cephalophinae) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin boşbuynuzlular fəsiləsinə aid heyvan yarımfəsiləsi.
Qılıncbuynuz antiloplar
Qılıncbuynuz antiloplar (lat. Hippotraginae) — cütdırnaqlılar dəstəsinin boşbuynuzlular fəsiləsinə aid yarımfəsilə.
Əsl antiloplar
Əsl antiloplar (lat. Antilopinae) — cütdırnaqlılar dəstəsinin boşbuynuzlular fəsiləsinə aid yarımfəsilə.
Ansionlar Şurası
Ansionlar Şurası (fr. Conseil des Anciens-azərb. Ağsaqqallar (aqillər, veteranlar) Şurası‎) — III Konstitusiya zamanı fransız Milli Konventinin yuxarı palatası. Departamentlərin yaşı qırxa çatmış, nigahda olan, 15 ildən artıq Fransa Respublikasında yaşayan nümayəndəlirindən seçilmiş 250 üzvə malikdir. Ansionlar Tülrində əvvəlcə Manej, sonralar isə Burbon sarayında yığışırdılar. Ansionlar Şurası prezident və katibi bir ay müddətinə seçirdi. Onun üzvüləri maaş alırdılar. Ansionlar Şurası aşağı palatanın - Beşyüzlərin qətnamələrini təsdiq və ya rədd etmək səlahiyyətinə malik olmuşdur. Beşyüzlərin təqdim etdikləri qətnamələr yalnız yuxarı palata - Ansionlar təsdiq etdikdən sonra qanuna çevrilirdi. Amma Ansionlar öz özlüyündə qanunverici təşəbbüsünə mali deyildirlər.