Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Apaçilər
Apaçilər — Şimali Amerikada yaşayan hindu qəbiləsi. == Haqqında == Apaçilər və onlara qohum tayfa sayılan navaxlar Şimali Amerikanın bir sıra ərazilərində, Kanadanın cənub və şimal bölglərində indi özlərini demokratiyanın müəllifləri, insan haqlarının bariz müdafiəçiləri elan etmiş "Qoca qitə"nin sakinləri oralara ayaq basanadək əsrlər boyu yaşamışdılar. Hindu tayfaları haqqında təhqiqat aparanlar yazırlar ki, "yeni dünya"nın yerli əhalisinin həyat və düşüncə tərzi, məişətləri çox fərqli olsa da, sonucda ümumi keyfiyyətlərinə görə başqa planetdən gəlmiş kimi görünmürdülər. "Ağlar" (hindu tayfaları Avropadan gələnləri belə adlandırırdılar) onları ilk görərkən qəribə nəzərlərlə baxdıqları kimi "qırmızı dərililər" də (avropalılar da hindulara belə ad vermişdilər) elə eyni maraq və təəccüblə ]]qərb]]li qonaqları qarşılamışdılar. Bəzi təhqiqatçılar qeyd edir ki, ilk dəfə avropalıları görən qoca hindu] kahinlərdən biri belə deyibmiş: mənim tayfamı öldürəcək ağ dalğalar yaxındadır. Bəlkə də həmin vaxt kimsə söhbətin nədən getdiyini anlamamışdı, amma çox keçmədi ki, "Qoca qitə"dən gələnlər Amerikanın zəngin, münbit, ucsuz-bucaqsız torpaqları, sərvətləri üçün hindu tayfalarını kütləvi şəkildə qırmağa, ən yaxşı halda isə onları yaşamaq mümkün olmayan sərt iqlimli, susuz çöllərə köçürməyə başladılar. Hindu tayfaları isə müasir silahlarla silahlanmış "ağlar"a qarşı savaşdılar. Əliyalın, oxlarla, nizələrlə... Avropalılar uzun illər Amerika qitəsində törətdiklərini gizlətməyə çalışsalar da bu mümkün olmadı. Hərçənd əndazəsi və dərəcəsi bilinməyən bu qətliamların gizlədiləcək bir yönü də qalmamışdı.
Aramilər
Aramilər (Aramicə: ܣܘܪ̈ܝܝܐ ܐܪ̈ܡܝܐ) — Mesopotamiyadan olan Semit bir xalqdır, günümüzdə: Türkiyənin cənub-şərqində, Suriyanın şimal-şərqində və İraqın şimalında. Arami xalqının öz dili, Arami dili var. Bu bir vaxtlar qlobal bir dil idi və İsa Məsihin də danışdığı Orta Şərq dil frankası idi. Aramilər Xristianlığı qəbul edən ilk xalqlardan biri idi və müxtəlif Arami kilsələrinin bir hissəsidir. Zülm və zülmə görə arameylilər, əsasən Qərbi Avropa, Amerika və Okeaniyada diasporada yaşayırlar. == Aramilərin əlifbası == Aramilər e.ə 11–10-cu əsrlərdə finikiya əlifbasını mənimsəmişlər, lakin 8-ci əsrin ortalarından etibarən arami əlifbası yalnız ona məxsus olan spesifik əl yazı formasını əldə etmişdir. Arami yazısının təkamülünün əsas istiqaməti-işarələrin ifadəsinin sadələşməsidir. E.ə 7-ci əsrin sonu −6-cı əsrdə moavitlər və idmeylər tərəfindən əxz olunmuş paleoyəhudi yazısı arami yazısının təsirinə məruz qalmağa başlamışdır. Yaxın Şərq xalqlarının bir çoxu arami dilini ikinci dil kimi, çox vaxt isə əsas dil kimi istifadə edirdilər. Fars dövründə isə sadə arami şrifti mövcud olmuşdur, lakin arami dilinin kursiv şəkilli əl yazısının təsiri daha böyük idi, belə ki, hətta bərk material üzərindəki yazılar da kursiv əl şrifti ilə yazılırdı.
Aranilər
Aranilər və ya Aranoğulları sülaləsi — tarixi rəvayətə görə bu sülalənin banisi miladdan öncə Qafqaz Albaniyasının hökmdarı olmuş Aran hesab olunur. Bu nəslin nümayəndələri Qafqaz Albaniyasında hakimiyyətə gəlmiş Arşaki I Vaçaqanadək (miladi tarixlə 215–255) yəni, onun miladi 215-ci ilədək bu ölkəni idarə etmişlər. Adları tarixi məxəzlərdə çəkilən nümayəndələri Oroys, Kozis və Zoberdir. "Alban ölkəsinin tarixi" əsərinə görə Arandan sonra hakimiyyətə Aray, Ənuşavan, Parət, Ərbaq, İsanın həmdövrü Zavan, Pərnas, Sur, Həvəng, Vaştaq, Əmbək, Ərnək, Şəvərş, Horay, Vəstamkar, Həraq, Hiran, Əncaq, Dalaq, Huray, Zərmehr, Davudun həmdövrü Borc, Ərbun, Bəzək, Xoy, Yusaq, Qaynaq, Sqayordu (bu öz tacını Babil çarından almışdı), Paruy, Pərnəvaz, Pəçuç, Kornaq, Pavus, az yaşamış Yeruand və Tiqran gəlmişdir.
Sacilər
Sacilər — Ərəb əsarətinə qarşı mübarizə dövründə Azərbaycanda yaranmış güclü dövlətlərindən biri idi. Sacilər dövləti Azərbaycanı, İranı, qismən Türkiyə və İraq ərazilərini əhatə etmiş dövlətdir. Dövlətin əsasını 889-ci ildə Məhəmməd İbn Əbu Sac qoymuşdur. Sacilər dövləti - Məhəmməd ibn Əbu Sac tərəfindən əsası qoyulmuş dövlətin paytaxtları müxtəlif vaxtlarda Marağa və Ərdəbil şəhərləri olmuşdur. Dövlət 941-ci ildə süqut etmişdir. == Sülalənin mənşəyi == Sacilər dövlətini Sacilər yaratmışlar. Sacilər mənşəcə Mərkəzi Asiyanın Əşrusən vilayətindən idilər. Azərbaycan mənbələrində onların türk mənşəli, Qərb mənbələrində isə soqd mənşəli olduğu qeyd edilir. Mənbələrin məlumatına görə, Əbu Sac Divdad Afşin titullu türk əmirləri nəslindən olan adlı-sanlı sərkərdə idi. M.X.Şərifli qeyd edir ki, bu dövlətin tarixi son vaxtlaradək ətraflı öyrənilmirdi.
Sacilər dövləti