Benzin
quruluşlu karbohidrogenlərin qarışığı; şəfaf, əksər halarda rəngsiz, xarakterik iyli madədir. 30 – 2500 C – də qaynayır, -600 C – dən aşağı temperaturda donur, asanlıqla buxarlanır və tez alovlanır. Alışma temperaturu 00 C-dən aşağıdır, sıxlığı 700-780 kq/m3-dir. B. istehsalı üçün əsas xamal neftdir. Sənayedə b. aşağıdakı üsularla alınır. 1. Neftin birbaşa distiləşməsində 160-2000C- yədək qaynayan fraksiyaları ayırmaqla; 2. Ağır neft fraksiyalarını (kerosin, qazoyl, solyar yağı, mazut və s.) krekinqləşdirməklə; 3. Neft və qaz yataqlarından çıxan qazları aşağı temperaturda sıxmaqla; 4. Ağır neft qalıqlarını və daş kömürü hidrogenləşdirməklə; 5. Kamalik riforminq üsulu ilə; 6. Su qazından ( karbon 2 oksidlə hidrogen qarışığından) sintez etməklə proses katalizatorun iştirakı ilə 180-2000 C-də aşağı təzyiqlə aparılır və alınan sintetik benzin sinti adlanır. Hazırda yüksək benzin növləri əsasən neft distilatlarının təkrar emalından alınır. B. başlıca olaraq daxili yanma mühəriklərində yanacaq kimi işlədilir. Benzin miqronlu fraksiya (nafta) – neft distilatı, benzin və ağ neftin aralıq məhsulu. Yüngül çəkili karbohidratlardan ibarət olduğundan nafta yüngül məhsul hesab edilir.