Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Approksimasiya
Approksimasiya — bir riyazi obyektin ona oxşar olan digəri ilə əvəz olunması. Approksimasiya obyekti kəmiyyət və keyfiyyətcə araşdıraraq mürəkkəb məsələləri daha sadə və ya əlverişli obyektlərin əsasında izah etməyə imkan yaradır. Mürəkkəb funksiyalar bu üsulla daha sadə funksiyalarla əvəz olunur, bununla həll sadələşir və tezləşir. Çətin həll olunan diferensial tənlikləri polinomlarla approksimasiya etməklə lazımi həllə gəlmək olur. Funksiyaların əvəz olunmasında istifadə olunan digər approksimasiya üsullarından biri də onları Teylor və ya Furye sıralarına parçalamaqdır. Həndəsə və topologiyada əyrilərin, səthlərin, fəzaların və inikasların approksimasiyası tədqiq edilir. Riyaziyyatda bununla məşğul olan bütöv bir bölmə mövcuddur, məsələn: funksiyaların yaxınlaşması və interpolyasiyası. İnterpolyasiya approksimasiyanın xüsusi halıdır. == Mənbə == Rezo Əliyev. Maşınqayırma leksikonu.