Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Seyid Əhməd Arvasi
Seyid Əhməd Arvasi (15 fevral 1932 - 31 dekabr 1988)—türk sosiloqu, etnoqrafı, pedaqoqu və yazıçısı. == Həyatı == Seyid Əhməd Arvasi 1932-ci ildə Ağrının Doğubeyazıt mahalında doğulub. Ailə tərəfindən Vanın Baxçasaray (Müküs) qəsəbəsinə bağlı Doğanyayla (Arvas) kəndindəndir Mühitlərində bu kəndin adına görə «Arvasilər» kimi tanınıblar. Soyadı qanunu çıxdıqdan sonra kəndlərinin adı soyadları oldu. Atası Abdülhakim Arvasidir. 1952-ci ildə Ərzurum Müəllim məktəbindən məzun olub. Bir müddət ibtidai məktəb müəllimliyi etdi. 1958-ci ildə Qazi Təhsil İnstitutu Pedaqogika fakultəsindən məzun olub. Balıkesir və İstanbuldakı Təhsil İnstitutlarında müəllimlik edib. 1979-cu ildə təqaüdə çıxıb.
Yarpasız öldürgən
Su arkası
Su tağı və ya su arkası və ya su şırnağı ilə qarşılama— hörmət və ya minnətdarlıq məqsədi ilə istifadə edilən mərasimdir.
Asiya (Fironun arvadı)
Asiya — Fironun arvadı. Allah təala "Qurani-Kərim"də onun adını çəkmişdir. Onun əri ən qəddar fironlardan biri idi. Asiya fərqli gözəlliyə və incə hisslərə malik bir qadın idi. O, ərinin əhaliyə verdiyi zülmə, istibdada qarşı çıxırdı. Asiyanın əri Fironun təkəbbürü və lovğalığı o həddə çıxdı ki, rəblik iddiası etməyə başladı. O, belə deyirdi: "Mən sizin uca rəbbinizəm". O, əhalini qorxu altında saxlamağa başladı. Camaat çarəsizlikdən ona boyun əydi və Allaha yox, Firona səcdə etdi. Firon həddini aşmışdı.
Boyar arvadı Morozova
Boyar arvadı Morozova (rus. Боярыня Морозова) — rus rəssamı Vasili Surikov (1848–1916) tərəfindən 1887-ci ildə tamamlanmış, XVII əsrdə Rus kilsəsinin parçalanmasını təsvir edə tablo. == Tarixçə == Vasili Surikovun köhnə təriqətçilər mövzusuna olan maraqları onun Sibirdəki uşaqlığı ilə bağlıdır. Köhnə təriqətçilərin olduğu Sibirdə, "Boyar arvadı Morozova haqqında povest" də daxil olmaqla dini rəvayətlər geniş yayılmışdı. Surikovun "Boyar arvadı Morozova" tablosu da buradan qaynaqlanır. == Rəsmin etüdləri == == Ədəbiyyat == Жуковский В. И., Пивоваров Д. В. Зримая сущность: (визуальное мышление в изобразительном искусстве). — Свердловск: Изд. Урал, ун-та, 1991. — 284 с. — 1000 экз.
Narva Triumfal Arkası
Narva Triumfal Arkası (rus. Нарвские триумфальные ворота) - Sankt-Peterburqda yerləşən ampir stilində inşa edilmiş memarlıq abidəsidir. Abidə “Narvskaya” metro stansiyası yaxınlığında, Staçek meydanının mərkəzində yerləşir. Triumfal darvaza 1827-1834-cü illərdə (memar Vasili Stasov, heykəltaraşlar S.S.Pimenov, V.İ. Demut-Malinovski (Şöhrət silsiləsində araba, döyüşçülərin fiqurları və altı atı işləmişdir), P.K.Klodt (ilk ciddi işidir)) 1812-ci il Vətən müharibəsi qəhrəmanlarının xatirəsinə inşa edilmişdir. Abidənin hündürlüyü 30 m, eni 28 m, keçid aralığının eni 8 m, hündürlüyü isə 15 m-dir. == Taxta darvaza == Əvvəlcə darvaza 1814-cü ildə Avropadan qayıdan rus döyüşçülərinin qarşılanması üçün Obvodniy kanalı yaxınlığında yerləşən Narva zastavasında Cakomo Kvarneginin layihəsi əsasında taxta və kirəcdən inşa edilmişdi. Darvazanın inşa olunmasına bir ay vaxt sərf olunmuşdu. Darvazanı Qələbə ilahəsinin idarə etdiyi altı atdan ibarət silsilə və roma döyüşçülərinin fiqurları bəzəyirdi.Kvarnegi darvaza üçün iki layihə təqdim etmişdi: arxitravla örtülmüş və tağlı. Tağların hər iki tərəfində tamaşaçılar və orkestr üçün tribunalar nəzərdə tutulmuşdu. 1814-cü ildə rus döyüşçüləri dörd dəfə darvazanın altından keçmişdir: 30 iyulda, 8 sentyabrda, 18 oktybarda və 25 oktyabrda.Lakin, Cakomo Kvarneginin layihəsi əsasında taxta və gəcdən inşa edilmiş abidə qısa zamanda yarasız hala düşmüşdür.
Adalar arası dəniz
Adalar arası dəniz — halqavari şəkildə adalarla ( və ya qayalıqlarla) əhatələnmiş və okeanın digər hissələrindən ayrılmış dənizlərə deyilir. Adalar arası dənizlərin böyük qismi Malay arxipelaqına daxil adaların arasında yerləşir. Adalar arası dənizlər: Filippin dənizi, Yava dənizi, Banda dənizi, Sulavesi dənizi, Solomon dənizi, Daxili Yapon dənizi, Aki dənizi, Sulu dənizi, Bismark dənizi, Halmahera dənizi, Mindanao dənizi, Koro dənizi, İrland dənizi və s. Geostruktur baxımından çağdaş Geosinknal bölgələrdə yerləşir.
Arxası qibləyə (film, 2009)
Arxası qibləyə filmi rejissor Asif Rüstəmov tərəfindən 2009-cu ildə ekranlaşdırılmışdır. Film SKM Prodakşn, Dərviş Prodüser Mərkəzi və Buta Film kino şirkəti tərəfindən istehsal edilmişdir. Filmdə əsas rolları Nicat Əliyev, Elsevər İsmayılov, Taleh İdrisov, Elmir Heydərov, Vaqif Osmanov və Gülzar Osmanova ifa edirlər. == Məzmun == Filmin qəhrəmanı gənc Əlidir. Onu döyürlər, qorxaq deyirlər… Hətta yaxın qohum-əqrəbası da onu “balaca qorxaq” adlandırır. Bu ləqəbdən qurtulmaq üçün o cəsurluğunu sübut etməlidir...
Arvadım mənim, uşaqlarım mənim (film, 1978)
Arvadım mənim, uşaqlarım mənim — kinoalmanaxı 1978-ci ildə ekranlaşdırılmışdır. Kinoalmanax 3 qısametrajlı film-novelladan ibarətdir: "Toy" (rejissor: Nicat Feyzullayev), "Bağçada rahat yer" (rejissor: Ziyafət Abbasov) və "Arvadım mənim, uşaqlarım mənim" (rejissor: Cəmil Fərəcov). Film Mərkəzi Televiziyanın (Moskva) sifarişi ilə "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Əsas rolları Kazım Abdullayev, Hacı İsmayılov, Məlahət Salmanova, Həsən Məmmədov, Ofeliya Məmmədzadə, Şamil Süleymanov, Gülşən Qurbanova və Kamil Məhərrəmov ifa edirlər.
Bakı Beynəlxalq Dinlər və Sivilizasiyalar arası Əməkdaşlıq Mərkəzi
Bakı Beynəlxalq Dinlər və Sivilizasiyalar arası Əməkdaşlıq Mərkəzi (rus. Бакинский международный центр межрелигиозного и межцивилизационного сотрудничества, ing. Baku International Centre for Interfaith and Inter-Civilizational Cooperation) ― dinlərarası dialoq platforması. BDSƏM-n yaradılma təşəbbüsü "İslam həmrəyliyi ili" çərçivəsində 21 dekabr 2017-ci il tarixində Bakı şəhərində keçirilmiş "2017 — İslam həmrəyliyi ili: Dinlər və mədəniyyətlərarası dialoq" Beynəlxalq Konfransında irəli sürülmüş və bu təklif tədbir iştirakçıları tərəfindən yekdilliklə qəbul edilmişdir. == Tarixi == Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə 2017-ci il Azərbaycan Respublikasında "İslam Həmrəyliyi İli" elan edilmişdir. Sərəncama əsaslanaraq Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) qəbul etdiyi fəaliyyət planında il ərzində İslam həmrəyliyi, İslam ilə digər dinlər arasında dialoq, əməkdaşlıq və həmrəylik istiqamətlərində ölkə daxilində və xaricdə tədbirlərin keçirilməsi nəzərdə tutulmuşdur. 21 dekabr 2017-ci il tarixində Bakı şəhərində yekunlaşdırıcı tədbir — "2017 — İslam həmrəyliyi ili: Dinlər və mədəniyyətlərarası dialoq" Beynəlxalq Konfransı keçirilmişdir. Konfransda "Bakı Beynəlxalq Dinlər və Sivilizasiyalar arası Əməkdaşlıq Mərkəzi"nin yaradılması təşəbbüsü irəli sürülmüş və yekdilliklə qəbul edilmişdir. Nəticədə Qafqaz Müsəlmanları İdarəsinin nəzdində daimi əsaslarda fəaliyyət göstərən dinlərarası əməkdaşlıq mərkəzi — BDSƏM (ing. BCIC) təsis olunmuşdur.