Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Arxiyatr
Arxiyatr, o cümlədən arxiyator, arxiyater (qədim yunan dilində άρχι «əsas, böyük + ιατρός «həkim» sözlərindən əmələ gəlib) — Hakim şəxslərin, əsasən də Roma imperatorları yanında xidmət edən baş həkim. Bu rütbəni tanınan ictimai vəzifələri yerinə yetirən həkimlər də daşıyırdı. == Tarixi == Tarixdə ilk xatırlanan arxiyatr imperator Neronun həkimi Böyük Andirmaxdır. Arxiyatrlar Archiatri palatini — saray arxiyatrları və Archiatri populares — xalq və ya şəhər üçün arxiyatrlar. Birincilər bəzi hallarda ali dövlət vəzifələri tuta bilirdilər (Comites et Archiatri Sacri palatini). İkincilər isə digər öhdəlikləri ilə yanaşı, əhalini də müalicə etməli və onu dərmanla təmin etməli idilər. Arxiyatrlar şəhərlərdə kollegiyalar yaradır və hökumətdən təqaüd alırdılar. Son Roma imperiyası sarayının arxiyatrları primi medici və ya primi medicorum adlanır, davamlı olaraq elə bir nüfuz qazanırdılar ki, Böyük Feodosi və Qonoriya yanında olduğu kimi komitlər, vikiyariuslara (canişinlərə) və dükslərə (italyancada dojlara) çevrilirdilər.