Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Astanə
Astana — İranın Mərkəzi ostanının Şazənd şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 6,969 nəfər və 1,941 ailədən ibarət idi.
Astanə Əşrəfiyə
Astaneyi-Əşrəfiyyə — İranın Gilan ostanında yerləşən şəhər. Astaneyi-Əşrəfiyyə əhalisinin əksəriyyətini giləklər təşkil edir.
Astanə Əşrəfiyə şəhristanı
Astaneyi-Əşrəfiyyə şəhristanı (Farsca: شهرستان آستانه اشرفیه‎) - İran İslam Respublikasının Gilan ostanının şəhristanlarından biridir. == Ərazi == == Əhali == 2006-cı il əhali siyahıya almasına əsasən şəhristanın ümumi əhalisi 107,801 nəfərdir . === Milli tərkib === Şəhristan əhalisi əsasən giləklərdən ibarətdir. == Bəxşlər == Mərkəzi (Astaneyi-Əşrəfiyyə) bəxşiəhali : 72,867 nəfər (2006 s.a.)şəhər əhalisi : 36,298 nəfər (2006 s.a.) kənd əhalisi : 36,569 nəfər (2006 s.a.)Kiyəşəhr bəxşiəhali : 34,934 nəfər (2006 s.a.)şəhər əhalisi : 13,762 nəfər (2006 s.a.) kənd əhalisi : 21,172 nəfər (2006 s.a.) == Şəhərlər == Mərkəzi (Astaneyi-Əşrəfiyyə) bəxşində :Astaneyi-Əşrəfiyyə şəhəriƏhalisi : 36,298 nəfər (2006 s.a.)Kiyəşəhr bəxşində :Kiyəşəhr şəhəriƏhalisi : 13,762 nəfər (2006 s.a.) == Dehistanlar == Şəhristanda 6 dehistan (kənd rayonu) vardır.
Aşxanə
Aşxanə- İranın Şimali Xorasan ostanının şəhərlərindən və Manə və Səməlqan şəhristanının mərkəzidir.2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 18,234 nəfər və 4,642 ailədən ibarət idi.
ASEAN
Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyası, ASEAN (Association of Southeast Asian Nations) - 8 avqust 1967-ci ildə Vyetnam müharibəsindən qaynaqlanan kommunist genişləməyə qarşı olaraq Filippin, Malayziya, Tayland, İndoneziya və Sinqapur arasında qurulan beynəlxalq təşkilat. O vaxtdan bəri,8 Yanvar 1984-cü ildə Bruney Darussalam , 28 iyul 1995-ci ildə Vyetnam, 23 iyul 1997-ci ildə Laos və Myanma və 30 aprel 1999-cu ilda Kamboca. və Şərqi Timor 11 noyabr 2022-ci il təşkilata daxil olmuşdur. 2005-ci ildə təşkilatın ümumi daxili nəticəsinin cəmi təxminən 884 milyard dollar idi. İldə 4%lшk bir böyümə nisbəti tutulmuşdur. 2006da GSYH 1,066 trilyona yüksəlmişdir. 2010-cu ildə, onun kombinə nominal ÜDM-ini 1,8 trilyon ABŞ dollarına çatıb.4,46 milyon kvadrat kilometrə yayılan ASEAN bölgəsinin ümumi əhalisi tqəribən 600 milyon nəfərdir. ASEAN təşkilatının prioritet hədəfləri arasında bölgə ölkələrinin iqtisadi böyüməsinə təkan qazandırılması, ictimai və mədəni inkişaf, bölgədə sülh və sabitliyin təmin edilməsi yerləşir. 2003-ci ildə ASEAN liderlərinin ASEAN'ın 3 hissəni əhatə etməsinin lazım olduğu qərarı ilə ASEAN Təhlükəsizlik Birliyi, ASEAN İqtisadi Birliyi və ASEAN Cəmiyyət və Mədəniyyət Birliyi yaradıldı. ASEAN'ın ən üst qərar vermə orqanı hər il həyata keçirilən ASEAN dövlət başçıları zirvəsidir.ASEAN ölkələrinin xarici işlər nazirləri də hər il bir dəfə bir yerə gəlir.Bundan başqa əkinçilik və meşəbəyilik, ticarət, enerji, ətraf mühit, maliyyə, sağlamlıq, investisiya, əmək, hüquq, çöl inkişaf, yoxsulluğun azaldılması, telekommunikasiya, beynəlxalq cinayət, nəqliyyat, turizm kimi mövzularda ASEAN ölkələrinin nazirlərinin bir yerə gəldiyi yığıncaqlar təşkil edilməkdədir.
Şəhanə Yusifova
ASEAN yolu
ASEAN yolu (ing. ASEAN Way), Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyasının regional və rəsmi himni.
ASEAN–Yaponiya əlaqələri
ASEAN–Yaponiya əlaqələri — Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyası ilə Yaponiya arasındakı mövcud olan ikitərəfli əlaqələr. == Tarixi == ASEAN–Yaponiya əlaqələri 1972-ci ildə yaradılmışdır. Münasibətlərinin qurulmasında və inkişafında hər iki tərəfin maraqları vardır. Həmin vaxtlarda Yaponiyanın hökumət nümayəndələri bəyan etmişdilər ki, "Yaponiya əsas diqqəti ASEAN ölkələri ilə sosial-iqtisadi və siyasi sabitliyi qorumağa yönəldəcəkdir." 1976-cı ildə isə Assossiasiya üzvləri Yaponiya ilə münasibətləri daha geniş səviyyədə qurmaq qərarına gəldilər. 1976-cı ilin sonlarında ASEAN-ın Baş katibi Tokiyoya səfər etdi. Bu səfər zamanı gələcəkdə ASEAN–Yaponiya forumunun keçirilməsi qərara alındı. 1977-ci ilin martında Cakartada ilk ASEAN–Yaponiya forumu keçirildi. Nəticədə, XX əsrin 70-ci illərindən başlayaraq Yaponiya ABŞ-dən sonra ASEAN-la iqtisadi əlaqələri olan ikinci dövlətə çevrildi. 1997-ci ildən başlayaraq hər il yapon liderlərinin iştirakı ilə ASEAN+1 (Yaponiya) sammiti keçirilir. Yaponiyanın ASEAN-la daimi əlaqələri hər il keçirilən ASEAN–Yaponiya forumu vasitəsilə də həyata keçirilir.
İran Aseman Hava Yolları reys 3704
İran Aseman Hava Yolları reys 3704 - İranın Tehran şəhərindən Yasuc şəhərinə planlanmış daxili uçuş reysi. 18 fevral, 2018-ci ildə İran Aseman Hava Yollarına məxsus ATR 72-212 təyyarəsi Səmirom yaxınlığında Zaqros dağlarının Dena zirvəsində qəzaya uğrayıb. Təyyarədə olan 59 sərnişin və 6 ekipaj üzvünün hamısı hәlak olub. == Təyyarə == Qəzaya uğrayan, 391 seriya nömrəli və EP-ATS qeydiyyat nömrəli ATR 72-212 təyyarəsi 1993-cü ilin oktyabr ayında istehsal olunmuşdur. İlk uçuşunu 25 oktyabr tarixində edən təyyarə elə həmin ilin 12 dekabr tarixində İran Aseman Hava Yollarına təhvil verilmişdir. Yalnız İran Aseman Hava Yollarında fəaliyyətdə olan 24 yaşlı təyyarə bu qəzaya qədər heç bir ciddi qəza şəraiti ilə qarşılaşmamışdır.İran Aseman Hava Yollarının sahib olduğu 29 təyyarə arasında 6 ədəd ATR təyyarəsi vardı. ATR-lərin 3-ü hələdə fəaliyyətdədir. == Qəza == Tehran şəhərinə məxsus Mehrabad Beynəlxalq aeroportundan Yasuc şəhərində yerləşən Yasuc aerportuna ölkə daxili uçuş planlanmışdı. Təyyarə Tehrandan təxminən 04:30-da (UTC) havalandı və təxminən bir saat sonra Dena dağına çırpıldı. Təyyarədə olan 59 sərnişin və 6 ekipaj üzvündən sağ qalan olmadı.