ASTAN

AS(İ)TAN(Ə)

f. 1) kandar, astana; 2) eşik, bayır, həyət, çöl, dışarı; 3) sarayın giriş qapısı, dərgah; 4) paytaxt.

ASMANSUZ
ASTİN
OBASTAN VİKİ
Astan Şahverdiyev
Astan Şahverdiyev (15 fevral 1947, Qaryagin – 15 aprel 2018, Çiləgir, Qusar rayonu) — Texnika elmləri doktoru, professor. Azərbaycan Respublikası Milli Məclisinin III, IV və V çağırış deputatı. == Həyatı == Şahverdiyev Astan Nüşrəvan oğlu 15 fevral 1947-ci ildə Füzuli şəhərində anadan olmuşdur. 1964-cü ildə Cəbrayıl rayonunun Böyük Mərcanlı kənd orta məktəbini bitirmiş və həmin ildə də Azərbaycan Neft və Kimya İnstitutuna qəbul olmuş, 1970-ci ildə institutu bitirmişdir. 1972–1974-cü illərdə hərbi xidmətdə olmuşdur. 1978-ci ildə Azərbaycan Texniki Universitetinin aspiranturasına daxil olmuş və 1981-ci ildə İstilik fizikası üzrə namizədlik dissertasiyası müdafiə etmişdir. 1982-ci ildə müsabiqə yolu ilə Azərbaycan Texniki Universitetinin "İstilik texnikası və istilik qurğuları" kafedrasına assistent vəzifəsinə seçilmişdir. Şahverdiyev elmi fəaliyyətimi davam etdirərək 1992-ci ildə Moskva Energetika İnstitutunda doktorluq dissertasiyası müdafiə edib, texnika elmləri doktoru alimlik dərəcəsi və 1994-cü ildə professor elmi adı alıb. 1995-ci ildə Nyu-York Elmlər Akademiyasının həqiqi üzvü seçilmişdir. 2001-ci ildə Azərbaycan Texniki Universitetinin "İstilik və soyuqluq texnikası" kafedrasının müdiri vəzifəsinə seçilmişdir.
"Astananın 10 illiyi" medalı
"Astananın 10 illiyi" medalı (qaz. 10 жыл Астана) — Qazaxıstan Respublikasının Prezidenti Nursultan Nazarbayevin 6 may 2008-ci il tarixli Fərmanına uyğun olaraq, paytaxtın Astana şəhərinə köçürülməsinin 10-cu ildönümünü qeyd etmək üçün təsis edilmiş Qazaxıstan Respublikasının dövlət mükafatı. == Ordenin statusu == 1. "10 il Astana" yubiley medalı (bundan sonra — yubiley medalı) Qazaxıstan Respublikasının vətəndaşlarına və Qazaxıstan Respublikasının və paytaxtının qurulmasına və inkişafına böyük töhfə verən xarici vətəndaşlara verilir. 2. Yubiley medalının verilməsi üçün namizədlər Qazaxıstan Respublikasının Prezidentinə Parlament, Hökumət, Konstitusiya Şurası, Ali Məhkəmə, nazirliklər, bölgələrin, Astana və Almatı şəhərlərinin rəhbərləri, ictimai birliklər və Qazaxıstan Respublikasının digər mərkəzi dövlət orqanları sədrləri tərəfindən təqdim olunur. 3. Yubiley medalı Qazaxıstan Respublikasının Prezidenti tərəfindən verilir, həmçinin Qazaxıstan Respublikası Prezidenti adından aşağıdakılar təqdim edə bilər: 1. Qazaxıstan Respublikasının dövlət katibi; 2. Qazaxıstan Respublikası Parlament komissiyalarının sədrləri; 3.
100 ilin astanasında (film, 1992)(I)
100 ilin astanasında (film, 1992)(II)
Astana
Astana (qaz. Astana, Астана; 1961-ci ilə qədər Aqmolinsk, 1961–1992-ci illərdə Selinoqrad, 1992–1998-ci illərdə Aqmola (Qazax dilindən tərcümədə "Ağ Qəbir"), 1998–2019-cu illərdə Astana (Qazax dilindən tərcümədə "Paytaxt"), 2019–2022-ci illərdə Nur-Sultan (Qazaxıstanın 1-ci prezidenti Nursultan Nazarbayevin şərəfinə) — Qazaxıstanın paytaxtı. Şəhər XIX əsrin 30-cu illərində İşim çayının sahilində salınıb. Əsası 1830-cu ildə qala kimi qoyulmuş, 1832-ci ildən isə şəhərdir. Burada 100-dən çox millətin nümayəndəsi yaşayır. İqlim kontinentaldır. Belə ki yayda həddindən artıq isti, qışda isə uzunmüddətli şaxtalı günlər müşayiət olunur. 1997-ci ilin dekabr ayının 10-dan Qazaxıstanın paytaxtıdır. Adı bir neçə dəfə dəyişdirilib. Belə ki, 1830-dan 1961-ə kimi Aqmolinsk, 1961-dən 1992-ə kimi Çelinoqrad, 1992-dən 1998-ə kimi isə Aqmola adlandırılmışdır.
Astana-1964 FK
Astana-1964 (qaz. Астана-1964 Футбол Клубы) — Qazaxıstanın paytaxtı Astana şəhərini təmsil edən futbol klubu. == Komandanın rəngləri == == Adları == 1964: "Dinamo" (Selinoqrad) (qaz. «Динамо» (Целиноград)) 1975: "Selinnik" (Selinoqrad) (qaz. «Целинник» (Целиноград)) 1994: "Sesna" (Akmola) (qaz. «Цесна» (Акмола)) 1996: "Selinnik" (Akmola) (qaz. «Целинник» (Акмола)) 1997: "Astana" FK (qaz. «Астана» ФК) 1999: "Jenis" (Astana) (qaz. «Жеңіс» (Астана)) 2006: "Astana" FK (qaz. «Астана» ФК) 2009: "Namis" (Astana) (qaz.
Astana (film, 1986)
Astana tammetrajlı televiziya tamaşası rejissor Bünyad Məmmədov tərəfindən 1986-cı ildə ekranlaşdırılmışdır. Azərbaycan televiziyasında istehsal edilmişdir. Film içkinin məngənəsinə düşmüş, evini, ailəsini, uşağını tərk edib tüfeyli həyat tərzini seçən Andrey Buslayın başına gələn hadisələrin ətrafında cərəyan edir. Əsas rolları Yaşar Nuri, Firəngiz Şərifova, Süleyman Ələsgərov, Bəsti Cəfərova və Abbas Qəhrəmanov ifa edirlər. == Məzmun == Film içkinin məngənəsinə düşmüş, evini, ailəsini, uşağını tərk edib tüfeyli həyat tərzini seçən Andrey Buslayın başına gələn hadisələrin ətrafında cərəyan edir. Qarlı günlərin birində yaxşı insanlardan biri onu qar-borandan xilas edib evinə gətirir. Andrey bu evdə toplaşan təmiz qəlbli insanlardan bir növ dərs alır. Atasına, anasına, keçmiş həyat yoldaşına Andreyin ölümü ilə bağlı xəbər çatdırılır. Beləliklə, Andrey dəhşətli bir sınaqdan keçməli olur. Öz "ölümü"nə kənardan baxaraq ibrət götürən Andrey aqibətinin çox acınacaqlı olacağını anlayır və hər şeyi düzəltmək ümidilə geriyə-kəndinə dönmək qərarına gəlir...
Astana (film, 1988)
Astana qısametrajlı sənədli filmi rejissor Tofiq Mütəllimov tərəfindən 1988-ci ildə çəkilmişdir. Film "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Filmin mövzusu adamlarımızın, xüsusilə gənclərimizin sağlam tərbiyəsinə və bu işdə mövcud olan bir sıra mühüm probelmlərə həsr olunmuşdur. == Məzmun == Filmin mövzusu adamlarımızın, xüsusilə gənclərimizin sağlam tərbiyəsinə və bu işdə mövcud olan bir sıra mühüm probelmlərə həsr olunmuşdur. Filmin mərkəzində əsas etibarilə bir sıra səbəblər üzündən həyatda büdrəyən, bəzən də özündən asılı olmayaraq cinayət məsuliyyətinə cəlb olunan, nəhayət, öz yaramaz hərəkətləri üçün vicdan əzabı çəkən adamlar durur. Belə ki, onların əksəriyyəti həbs cəzasını çəkib yenidən həyata qayıdarkən, hamı kimi sağlam əxlaqla əmək sahəsində özlərini doğrultmağa çalışır. Vaxtilə buraxdıqları səhvi düzəltməyə, mənəvi cəhətdən pak, əsil insan kimi yaşamağa cəhd göstərirlər. Lakin buna baxmayaraq belə adamlar bəzən həyatda çətin maneələrlə qarşılaşırlar. Həbsdən qayıdan adamlara soyuq münasibət bəslənilir, onlara etinasızlıq göstərilir, etibar olunmur. Bütün bu mənfi münasibətlər filmdə tənqid edilməklə, adamlarımıza müsbət, insani hisslər aşılanır.
Astana (Şazənd)
Astana — İranın Mərkəzi ostanının Şazənd şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 6,969 nəfər və 1,941 ailədən ibarət idi.
Astana Arena
«Astana Arena» — Qazaxıstanın paytaxtı Astana şəhərində yerləşən stadion. Stadionun tutumu 30 000 yerlikdir. Stadion ilk rəsmi açılışda Kajımukan stadionu adlanır. Stadion güləşçi Kajımukan Munaytpasovun şərəfinə adlandırılmışdır. Sonradan stadionun hazırkı adı Astana Arena olaraq təstiqlənmişdir. Stadion futbol üzrə ixtisasladırılsada digər məqsədlər üçün uyğunlaşdırıla bilər. Burada güləş, cüdo və boks kimi idman yarışları keçirilə bilər. Stadion 30 000 azarkeşlikdir. Stadionun üzəri 20 dəqiqə ərzində açıla və bağlana bilir. Bütün infrastruktura sahibdir.
Astana Beynəlxalq Hava Limanı
Nursultan Nazarbayev adına Beynəlxalq Hava Limanı (qaz. Astana Xalıqaralıq Äwejaýı) (IATA: NQZ, ICAO: UACC) — Astana şəhərindən 16,7 km cənub-şərqdə yerləşən beynəlxalq hava limanı. == Tarixi == Astananın ilk hava limanı 1931-ci ildə şəhərin kənarında tikilmişdir və İkinci Dünya müharibəsindən sonra daha da inkişaf edilmişdir. Ancaq Nursultan Nazarbayev adına Beynəlxalq Hava Limanına çevrilən yeni hava limanı, şəhərin cənubundan 11 kilometr məsafədə inşa edilmiş və noyabr 1963-cü ildə açılmışdır. Aeroflot və onun yerli müdirliyi tərəfindən böyük ölçüdə istifadə edilmişdir. 1997-ci ilin dekabrında Almatıdan Astanaya paylamanın ardından hava limanı bir sıra böyük təkmilləşdirmələrə məruz qaldı. Yaponiya memarı Kişo Kurokava tərəfindən hazırlanan yeni sərnişin terminalı 2005-ci ilin fevral ayında açılıb. Digər təkmilləşdirmə isə 2017-ci ildə Expo 2017-də ikinci bir terminalın açılması ilə baş verdi - bütün beynəlxalq uçuşlar bu yeni terminala köçdü. 2015-ci il ərzində sərnişin sayı 3,366,560-a çatıb. == Terminallar == Yerli və beynəlxalq uçuşlar üçün ayrı terminal binaları mövcuddur.
Astana FK
Astana FK (qaz. Астана Футбол Клубы) — Qazaxıstanın paytaxtı Astana şəhərini təmsil edən futbol klubu. == Tarixi == "Astana"nın əsası 2009-cu ildə, "Lokomotiv" adıyla qoyulub. Qazaxıstan Dəmir Yollarının sponsorluq etdiyi klub 2011-ci ildən hazırkı adını daşıyır. Komanda əsası qoyulduğu il qatıldığı çempionatı 2-ci pillədə başa vurur. Beləliklə ilk qatıldığı çempionatdan avrokuboklara vəsiqə qazansa da, UEFA onların lisenziyasını qəbul etmir və nəticədə "Astana" qitənin ali futbol qurumu tərəfindən üç il müddətinə avrokuboklardan kənarlaşdırılır. Buna görə də, paytaxt təmsilçisi avrokuboklarda debütünü 2013-cü ilədək təxirə salır. "Astana" avrokuboklarda ilk oyununu Avropa Liqasında Bolqarıstan "Botev"inə qarşı keçirib. "Sarı-göylər"in avrokuboklarda debütü uğursuz alınıb. Belə ki, paytaxt təmsilçisi bolqarlarla ev oyununda 0:1, səfərdə isə 0:5 hesabıyla məğlub olaraq, mübarizəni elə ilk mərhələdəcə dayandırır.
Elvin Astanov
Elvin Əmrah oğlu Astanov (5 iyul 1979; Qafan rayonu, Ermənistan SSR) — Azərbaycanı təmsil edən yüngül atlet. 2020-ci ildə baş tutan XVI Yay Paralimpiya Oyunlarının qalibi olub. == Həyatı == Elvin Astanov 1979-cu il iyulun 5-də Qafan rayonunda anadan olub. 2007-ci ildə Xızı rayonu ərazisində yol-nəqliyyat hadisəsi nəticəsində onurğa sütunu sındı. == Karyerası == 2021-ci ilin iyun ayında Elvin Astanov Polşada baş tutan Dünya Çempionatında 8.22 metr nəticə ilə turnirin qalibi oldu. 2021-ci ilin avqust ayında isə Elvin Astanov Yaponiyada baş tutan XVI Yay Paralimpiya Oyunlarında mübarizə apardı. Nüvə itələmə turnirində Elvin Astanov 8.77 metr nəticə ilə qızıl medala sahib oldu. Azərbaycan Prezidenti İlham Əliyevin 6 sentyabr 2021-ci il tarixli Sərəncamına əsasən XVI Yay Paralimpiya Oyunlarında qazandığı nailiyyətlərə və Azərbaycan idmanında xidmətlərinə görə Elvin Əmrah oğlu Astanov "Şöhrət" ordeni ilə təltif edildi.
Kıçık (astana)
Kıçık (başq. ҡыҫыҡ) — Başqırdıstanın dağ çayı olan Zilim çayında yerləşən astana. Astana-dayazlıq 3-3,5 km məsafədə uzanır. Astana Baştım və Zilmerdak silsilələrinin ayrıldığı yerdir. Bura su idmanı həvəskarlarının sevimli yerlərindəndir. Ərazi çətinlik dərəcəsinə görə 2 balla qiymətləndirilir. Astananın sonunda, sahildə düşərgə və hamam vardır. == Mənbə == "СПЛАВ ПО РЕКЕ ЗИЛИМ - ПОРОГ КЫСЫК - ТОЛПАРОВСКИЕ СКАЛЫ". // wanders-k.ru. 2012-05-15 tarixində orijinalından arxivləşdirilib.
Yuxarı Astanlı
Yuxarı Astanlı — Azərbaycan Respublikasının Yardımlı rayonunun inzibati ərazi vahidində kənd. Kənd Aşağı Astanlı, və Çanaxbulaqla qonşudur. Kəndin yerləşdiyi ərazi qədim yaşayış məskənlərindəndir. Meşənin ətəyində səfalı yerdə yerləşmişdir. Yeganə içməli su mənbəyi dağ bulaqlarıdır. Əhalinin əsas gəlir mənbəyi əkinçilik və təsərrüfatdır. Kənd rayon mərkəzindən təxminən 28 km məsafədədir.
İqbal Astanlı
Şərqin Astanasında (1939)
Film Şərqin qapısı adlanan Azərbaycanın nailiyyətlərindən bəhs edir. Film saxlanılmayıb.
Şərqin astanasında (film, 1939)
Film Şərqin qapısı adlanan Azərbaycanın nailiyyətlərindən bəhs edir. Film saxlanılmayıb.
Heydər Əliyev küçəsi (Astana)
Heydər Əliyev küçəsi — Astanada Azərbaycanın Ümummilli lideri Heydər Əliyevin adını daşıyan küçə. == Haqqında == Heydər Əliyevin şərəfinə adlandırılmış küçə Astananın Yesil rayonunda yerləşir. Dördzolaqlı küçə Ulu Dala prospekti ilə kəsişir. Küçənin uzunluğu 1400 metrdir. Heydər Əliyev küçəsində dərin mənalı bir monument ucaldılıb. Bu memarlıq nümunəsinə daxil olan elementlər türk köklərinin ortaqlığını, mədəni dəyərlərin yaxınlığını və Azərbaycan xalqına hörməti vurğulayır. Monumentin üzərindəki QR-kodu skanlamaqla Heydər Əliyevin həyatı haqqında daha çox məlumat əldə etmək olar. === Açılışı === 10 aprel 2023-cü ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev küçənin açılış mərasimində iştirak ediblər.
Əbdülhəsən Astana-Əsl
Əbdülhəsən Astana-Əsl (d. 1947; Təbriz) — əslən azərbaycanlı İran-Amerikan elm xadimi, struktural mühəndisi və Berkli Kaliforniya Universitetinin professoru. 1947-ci ildə Pəhləvi İranında dünyaya gəlmişdir. Bakalavr təhsilini mülki mühəndislik ixtisasi üzrə Tehran Politexnik İnistitutunda, magistr (1979) və doktorantura təhsilini (1982) Miçiqan Universitetində almışdır. Hal-hazırda Berkli Kaliforniya Universitetində professor olaraq çalışmaqdadır. O, 11 sentyabr terror hücumu zamanı Dünya Ticarət Mərkəzinin çöküşünü araşdıran dünyanın aparıcı struktural mühəndisləri arasında yer almışdır. O, 1998-ci ildə Amerika Polad Konstruksiyası İnistitutunun Higgins Lectureship Mükafatını qazanmışdır. Bu mükafat Astana-Əslin araşdırdığı sahədə ən nüfuzlu mükafat hesab edilir. O, hal-hazırda Kaliforniyada mühəndislik fəaliyyəti ilə yanaşı, struktural və körpü mühəndisliyi sahəsində konsultasiyalarla, məhkəmələrdə öz sahəsinə dair ekspertliklərlə, həmçinin də elmi araşdırmalarla, nəşrlərlə məşğuldur. Onun araşdırma sahəsinə zəlzələ mühəndisliyi və mühəndislik etikasına da daxildir.
Astananın tarixi
Astana — Qazaxıstanın paytaxtıdır. 1830-cu ildə Rusiya imperiyasıda mahal mərkəzi kimi yaradılmış qəsəbə 1832-ci ildə şəhər statusu almış və adı dəyişdirilərək Akmol adlandırılmışdı. 1838-ci il üsyanları zamanı dağılan Akmol, XIX əsr boyu Rusiya hakimiyyəti tərəfindən yenidən qurulub. 1941–1945-ci illər Böyük Vətən müharibəsi illərində Akmol, Belorusiya SSR, Ukrayna SSR və SSRİ-nin Baltikyanı respublikalarındakı Sovet fabriklərinin təxliyəsi üçün mühüm nəqliyyat mərkəzi idi. Almaniyanın məğlubiyyətindən sonra SSRİ-nin digər bölgələrində yaşayan Volqa almanları Akmola köçürülməyə başladı. Sovet İttifaqına Nikita Xruşşovun rəhbərliyi dövründə Akmol, Ümumittifaq komsomol hərəkatının mərkəzinə çevrildi. Sovet İttifaqının ehtiyacları üçün əkin sahələrinin genişləndirilməsi və taxıl istehsalının həcmini artırmaq məqsədilə buraya SSRİ-nin bütün bölgələrindən xeyli sayda komsomol işçiləri və kommunistlər gətirildi. Sovet İttifaqının ehtiyacları üçün əkin sahələrini inkişaf etdirmək və taxıl istehsalının həcmini artırmaq üçün SSRİ-nin bu bölgəsinə SSRİ-nin bütün bölgələrindən çoxlu sayda komsomol işçiləri və kommunistlər gəlirdi. Bu dövrdə şəhər Tselinoqrad adlanırdı. Sovet İttifaqının dağılması və Qazaxıstanın müstəqillik əldə etməsindən sonra şəhərin adı "ağ məzar" mənasını verən tarixi Akmol ilə dəyişdirildi.
Lola Astanova
Lola Astanova (ing. Lola Astanova; 1982, Daşkənd) — özbək mənşəli ABŞ pianoçusu. Əsasən Şopen, List və Raxmaninovun əsərlərini həm orijinalda, həm də öz interpretasiyasında ifa edir. == Bioqrafiya == Lola Astanova Daşkənddə fortepiano müəlliməsi və mühəndis-ixtiraçı ailəsində anadan olub. Anası əvvəlcə qızının musiqi karyerasının əleyhinə olmuşdu, çünki o, bunun çox çətin bir peşə olduğunu hesab edirdi, amma atası onun musiqi təhsili almasında israr etdiyi üçün altı yaşında olan Lola istedadlı uşaqlar üçün V. A.Uspenski adına məktəbdə (indiki Özbəkistan Dövlət Konservatoriyası yanında İstedadlı Uşaqlar Akademik Liseyi) dərs deyən professor Tamara Popoviçin yanına aparıldı. Bütün təhsil illəri ərzində Astanova tez-tez Moskvaya gəlirdi və burada sovet pianoçusu Lev Naumovdan dərs alırdı. Naumov qeyd edirdi ki, “klassik musiqiyə gəldikdə, Lola Astanova həqiqətən parlaq intuitiv qabiliyyətə malikdir” . Səkkiz yaşında Astanova pianoçu kimi qastrol səfərlərinə başladı. O, Almaniya, Fransa, Avstriya, İtaliya və Rusiyada həm solo konsertlərdə, həm də orkestrlərin tərkibində çıxış edib. 1996-cı ildə Moskvada keçirilən gənc pianoçuların Şopen adına II Beynəlxalq müsabiqəsinin laureatı oldu .
100 ilin astanasında (Teymur Bəkirzadə filmi)
100 ilin astanasında (Tofiq Mütəllimov filmi)
Astanada göydələndə yanğın

Digər lüğətlərdə