Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Anceti
Busiris (q.yun. Βουσιρίτης νομός) və ya Anceti (q.misir 𓈩; "lələkli şahin"), — Qədim Misirdə inzibati rayon (nom). Busiris Aşağı Misirdə yerləşirdi və regionda sayca doqquzuncu nom idi. Misirşünaslıqda bu ad müxtəlif şəkildə oxunur və transliterasiya edilir. Bunlara "Anceti", "Aneceti", "Anetzi" və "Ati" daxildir. Tədqiqatda bu nom adətən "L09" adlandırılır.
Arctic Monkeys
Arctic Monkeys — 2002-ci ildə Şeffilddə qurulan ingilis rok qrupu. Qrup üzvləri Aleks Törner, Ceymi Kuk, Nik O'Melli və Mett Heldersdir. Qrupun üzvü Endi Nikolson ilk albom çıxdıqdan qısa müddət sonra 2006-cı ildə qrupu tərk etdi. Arctic Monkeys internet vasitəsilə məşhurlaşan ilk qruplardan biri kimi bilinir, onların 2006-cı ildə buraxdığı ilk albomu "Whatever People Say I Am, That's What I'm Not" Birləmiş Krallığın hit-parad tarixində ən tez satılan debüt albomu oldu və ən böyük debüt albomlarından biri kimi qarşılandı. Onlar 2007 "BRIT" mükafatlarında "Ən Yaxşı İngilis Albomu" mükafatını qazandılar. Qrupun 2007-ci ildə yayımladığı ikinci albomu "Favourite Worst Nightmare" tənqidçilər tərəfindən bəyənildi və 2008 "BRIT Mükafatlarında "Ən Yaxşı İngilis Albomu" mükafatına layiq görüldü. Onlar 2009-cu ildə "Humbug" və 2011-ci ildə "Suck It and See" albomlarını buraxaraq uğur qazanmağa davam etdilər. Qrupun məşhurluğu tənqidçilər tərəfindən bəyənilən 2013-cü ildə işıq üzü görmüş beşinci albom "AM" ilə daha da artdı, bu albom qlobal hit olan "Do I Wanna Know?" ilə tanınır. Mahnı dörd Billboard hit-paradında birinci pillədə qərarlaşdı və ABŞ-də platin sertifikatına layiq görüldü. Onlar 2014 "BRIT" mükafatlarında Britaniyada üçüncü dəfə "İlin Albomu" mükafatını qazandılar.
Yevgeni Vuçetiç
Yevgeni Viktoroviç Vuçetiç (15 (28) dekabr 1908, Dnepr – 12 aprel 1974, Moskva) — sovet heykəltaraşı, pedaqoq, professor. SSRİ Rəssamlıq Akademiyasının vitse-prezidenti (1970—1974). Sosialist Əməyi Qəhrəmanı (1967). SSRİ xalq rəssamı (1959). == Həyatı == Yevgeni Vuçetiç 28 dekabr 1908-ci ildə Ukraynanın Yekaterinoslav (indiki Dnipro) şəhərində anadan olmuşdur. Atası—Viktor Vuçetiç milliyətcə Çernoqoriya serbi idi və Rusiya vətəndaş müharibəsində iştirak etmişdi. Anası—Anna Andreyevna isə fransız idi. Yevgeni 1931—1933-cü illərdə İ.E.Repin adına rəssamlıq, heykəltəşlıq və memarlıq institutunda təhsil almışdır. 1941-ci ildə Böyük Vətən müharibəsi başlandıqdan sonra Yevgeni Vuçetiç orduya çağırılır. Döyüşlərdə fərqləndiyinə görə Vuçetiç podpolkovnik vəzifəsinə yüksəlir və Vətən Müharibəsi Ordeni ilə təltif olunur.
Stefan Bayçetiç
Stefan Bayçetiç (22 oktyabr 2004, Viqo, Qalisiya) — İngiltərə Premyer Liqasında çıxış edən Liverpulun futbolçusu.
Live at the Royal Albert Hall (Arctic Monkeys albomu)
"Live at the Royal Albert Hall" – ingilis rok qrupu Arctic Monkeys-in 7 iyun 2018-ci ildə Londonda yerləşən Royal Albert Hall-da etdiyi çıxışdan ibarət canlı albomu. Albom 4 dekabr 2020-ci ildə Domino Recording Company tərəfindən buraxıldı və bütün gəlirlər War Child xeyriyyə fonduna bağışlandı. == Mahnı siyahısı == Bütün mahnıların sözlərini Aleks Törner yazıb, musiqiləri Arctic Monkeys bəstələmişdir.