ASİMMETRİYA
ASİYALI
OBASTAN VİKİ
Cənubi Asiya
Cənubi Asiya (benq. দক্ষিণ এশিয়া, mald. ދެކުނު އޭޝިޔާ, qüc. દક્ષિણ એશિયા, hind. दक्षिण एशिया, kann. ದಕ್ಷಿಣ ಏಷ್ಯಾ, marathi दक्षिण आशिया, nep. दक्षिण एशिया, q.pənc. دکھنی ایشیاء, sindhi ڏکڻ ايشيا, tam. தெற்கு ஆசியா, urdu جنوبی ایشیاء) — Asiyanın bölgəsi. Region Himalay dağlarından cənubda və Hind okeanındakı adalarda yerləşən ölkələrdən ibarətdir.
FIBA Asiya
FIBA Asiya, FIBA üzvləri olan 44 Asiya basketbol federasiyasının birləşdiyi konfederasiyadır.
Kiçik Asiya
Kiçik Asiya — Qara dəniz, Mərmərə dənizi, Egey dənizi və Aralıq dənizlərinin əhatə etdikləri yarımada. Avropadan Bosfor və Dardanel boğazları ilə ayrılır. Türkiyənin Asiya hissəsi burada yerləşir. Kiçik Asiya termini fransızların Minor Asia sözündən götürülüb. Türkiyədə və Yaxın Şərqdə Anadolu adlanır. Romalılar Kiçik Asiyanı fəth etdikdən sonra burada Asiya əyalətini qurmuşlar. Eramızdan əvvəl 133-cü ildə kral III Attalın vəsiyyəti ilə Perqamın Romaya birləşdirilməsindən sonra keçmiş Perqam çarlığının ərazisində formalaşmışdır. Eramızdan əvvəl I əsrdə – eramızın I əsrində ərazisi genişləndirilmişdir. Əyalət əmri eramızdan əvvəl 126-cı ildə qəbul edildi. Eramızdan əvvəl 27-ci ildən senator əyaləti, Diokletian dövründən (297-ci ildən) 7 ayrı əyalətə bölünmüşdür.
Asiya
Asiya – Avropa ilə birlikdə Avrasiya materikini əmələ gətirir. Asiya şimaldan cənuba (adalarla birlikdə) — 10,5 min km, qərbdən şərqə — 12,5 min km məsafədə uzanır. sahəsi 43,4 mln kv. km-dir. Əhalisinin sayı təxminən 4.3 mlrd nəfər təşkil edir. Onlardan 52,1 % kişilər, 47,9 %-ni qadınlardır. Şəhər-kənd əhalisinin nisbəti 37,6:62,4-ə olan kimidir. Əhalinin hər kv.km-də orta sıxlığı 84,7 nəfərdir. Ən çox sıxlıq Sinqapurda-6742 nəfərə çatır. Ən az əhali sıxlığı Monqolustanda hər kv.km-də 1,72 nəfərdir.
Asiya (dəqiqləşdirmə)
Asiya — Yer kürəsindəki ən böyük qitə
Asiya (okeanida)
Asiya (Asiya, q.yun. Ἀσία) — qədim yunan mifologiyasının personajlarından biri. Pilosdan gələn mətnlərdə bu, Potniya epitetidir. Müasir alimlərin fərziyyələrinə görə, epitet Kritin Asios şəhərində və ya Kiçik Asiyadakı Asiya bölgəsinə işarədir. Yunan mifologiyasında, okeanida Okeanla Tefiyanın qızıdır. Herodotun fikrincə, dünyanın bir hissəsinin şərəfinə adlandırılan Asiya Prometeyin həyat yoldaşıdır. Digər versiyalara görə, Asiya, Prometeyin anası, İapetin həyat yoldaşıdır . 1861-ci ildə İngilis astronomu Norman Pogson tərəfindən Madras Rəsədxanasında kəşf edilən asteroid (67) Asiyanın şərəfinə Asiya adlandırılır. Bu cür adlanması Asiya ərazisindən kəşf edilən ilk asteroid olması ilə əlaqədardır.
Asiya Dialoqu
Asiya Birliyi və yə Asiya Dialoqu (İngilis dilində: Asia Cooperation Dialogue) - Asiya ölkələri arasında birlik yaratmaq və ASEAN, SAARC və Körfəz Əməkdaşlıq Şurası kimi təşkilatlara kömək etmək məqsədilə 2002-ci ildə qurulan beynəlxalq təşkilatdır. Asiya qitəsində olslarada Şərqi Timor, Ermənistan, Gürcüstan, İraq, srail , Kipr, Şimali Koreya, Livan, Maldiv adaları, Papua-Yeni Qvineya, Suriya bu təşkilata üzv deyil.Həmçinin Azərbaycanda bu təşkilata üzv olmasada bu təşkilatla əməkdaşlıq edir.
Asiya Karrera
Eyşa Karrera (6 avqust 1973, Nyu-York, ABŞ) — ABŞ pornoaktrisası, ssenaristi və modeli. 300-dən artıq pornoqrafik filmdə iştirak etmişdir. Ateistdir. Eyşa Karrera 1973-cü ildə ABŞ-nin Nyu-York şəhərində anadan olmuşdur. Atası yapon, anası alman əsillidir. Ailədə 4 uşaqdan biridir. Uşaqlıq vaxtında piyano dərsləri almışdır. 1990-cı ildə barlarda striptizçi olaraq çalışmışdır. 1993-cü ildə isə artıq porno kassetlər yayımlamışdır. Bəzən "Cessika Bennett" ləqəbi ilə də filmlərdə iştirak etmişdir.
Asiya Oyunları
Asiya Oyunları — Beynəlxalq Olimpiya Komitəsinin dəstəyi ilə, Asiya Olimpiya Komitəsinin isə birbaşa təşkilatçılığı ilə keçirilən çox idman növlü tədbir. Bir növ Yay Olimpiya Oyunlarının Asiya qitəsi üçün olan yarışlarıdır. Yarışlar ilk dəfə 1951-ci ildə Hindistanda, Yeni Dehli şəhərində keçirilmişdi. Samsung Group şirkətinin spornsorluğu ilə 1998-ci ildən "Asiya Oyunlarının Ən Dəyərli Oyunçusu" seçilir.
Asiya ardıcı
Azor ardıcı (lat. Juniperus brevifolia) — bitkilər aləminin çılpaqtoxumlular şöbəsinin i̇ynəyarpaqlılar sinfinin cupressales dəstəsinin sərvkimilər fəsiləsinin ardıc cinsinə aid bitki növü. Azor adalarıında rast gəlinir, endemikdir. Təbii şəkildə dəniz səviyyəsindən 250–800 m yüksəklikdə olan dağlarda bitir.
Asiya ağacdələnləri
Asiya ağacdələnləri (lat. Megalaimidae) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin ağacdələnkimilər dəstəsinə aid heyvan fəsiləsi.
Asiya boymadərəni
Asiya boymadərəni (lat. Achillea asiatica) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin boymadərən cinsinə aid bitki növü.
Asiya camışları
Asiya camışları (lat. Bubalus) — Boşbuynuzlular fəsiləsinin öküzlər yarımfəsiləsinə aid heyvan cinsi.Azərbaycanda camış ən qədim zamanlardan bəri yetişdirilir. Dağıstan MR, Kuban, Qara dəniz sahilləri, Krım və Dunay çayı ətrafında da camışçılıq inkişaf etmişdir. Vəhşi camışlara Hindistanın bəzi tropik meşələrində, xüsusən şərq bataqlıqlarında, mərkəzi əyalətlərində, habelə Seylon adasının şərqində indi də rast gəlmək olur. Təbii xassələrinə görə camış susevər (hidrofil) heyvandır. Camış əhliləşdirilmiş halda Malıy adaları, Çin, Yaponiya, İran, Misir və Türkiyədə xeyli miqdarda yayılmışdır. Cənubi Avropada camışlar Bolqarıstan, Ruminiya, Albaniya, Macarıstan, Yunanıstan, Yuqoslaviya və başqa Balkan ölkələrində, hətta az miqdarda Çexoslovakiyada, Cənubi İtalyanın Kalabriya hissəsində və Siciliya adasında da yetişdirilir. Bu ölkələrdə yağıntı az olsa da, çoxlu çay və su mənbələri vardır. Camış isti günlərdə həmişə nohurlarda, bataqlıq yerlərdə, durğun sularda, gölməçələrdə, yaxud çaylarda yatmağı sevir. Suda olduqda camışın ancaq başı kənarda qalır, baş adətən bel ilə bir hündürlüklə durur, bu da onun suda yaşamaq adəti ilə əlaqədardır.
Asiya camışı
Asiya camışı, Hindistan camışı və ya Su camışı (lat. Bubalus bubalis - Boşbuynuzlular fəsiləsinin Öküzlər yarımfəsiləsinə aid heyvan növü.Hind vəhşi camışı – arni (Bos arnee) cənubi Asiyada Himalay dağlarından Benqaliyədək, Assam cınqıllarında, Birma və Siamda, habelə Seylon adasında yaşayır. Keçmişdə Beynəlnəhreyndə (Mesopatamiyada) və bəzi müəlliflərin yazdığına görə, şimali Afrikada da yaşayırmış. Hind camışı 200 sm hündürlükdə və 1500 kq ağırlığında olur. Assam ölkəsində olanlar Borneo və Seylon adalarında olanlara nisbətən uzunbuynuzludurlar. Vəhşi hind camışı ev camışına çox oxşayır, bu səbəbdən onu ev camışının mənşəyi hesab edirlər.
Asiya depressiyası
Asiya depressiyası və ya Cənubi Asiya depressiyası — yay aylarında Asiya qitəsi üzərində yaranan alçaq təzyiq sahəsi. İyulda mərkəzində, yəni Əfqanıstan üzərində təzyiq 995 millibara çatır. Asiya depressiyasının cənub hissəsini qitədən tropiklərə doğru yönəlmiş ekvatorial depressiya hesab etmək. Şimalda onun yaranmasına səbəb qitə üzərində qütb cəbhəsi siklonlarının fəaliyyətidir. Энциклопедический словарь. 2009. Азиатская депрессия.
Mərkəzi Asiya
Mərkəzi Asiya və ya Orta Asiya — Asiyanın cənub-qərbdə Xəzər dənizinə, şimal-qərbdə Şərqi Avropaya, şərqdə Çinə və Monqolustana, cənubda Əfqanıstan və İrana, şimalda Rusiyaya qədər uzanan altregionu. Buraya keçmiş sovet respublikaları olan Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistan daxildir. 1924–1925-ci illərə qədər "Türküstan" adlanırdı. Mərkəzi Asiya tarixən İpək yolu ticarət yolları ilə sıx bağlı olmuşdur. Avropa ilə Uzaq Şərq arasında insanların, məhsulların və ideyaların daşınması üçün kəsişmə rolunu oynamışdır. Mərkəzi Asiyanın əksər ölkələri hələ də dünya iqtisadiyyatının bir hissəsidir. Bu regiona daxil olan ölkələr qərbdə Xəzər dənizi sahilindən başlamış şərqdə Çinin Böyük Xinqan dağlarınadək yerləşir. Bu yeganə regiondur ki, heç bir ölkəsinin okeana bilavasitə çıxış yolu yoxdur. Transsibir magistralına və Xəzər-Volqa su yoluna çıxışı olan şimal-qərb hissəsinin iqtisadi-coğrafi mövqeyi daha əlverişlidir. Bu yollar regionu Qafqaz və Avropa ölkələri ilə birləşdirir.
Orta Asiya

Qərbi Asiya
Ön Asiya, Qərbi Asiya və ya Cənub-Qərbi Ön Asiya — Asiyada coğrafi region. Coğrafi baxımdan Zaqafqaziya, Kopetdağ, Kiçik Asiya, İran yaylası, Mesopotamiya, Ərəbistan yarımadası və Levantı əhatə edir. Siyasi baxımdan isə Yaxın Şərq (Afrikadakı ərazilər istisna olmaqla), Orta Şərq və Cənubi Qafqaz nəzərdə tutulur. Hazırda bu region aşağıdakı ölkələri əhatə edir: Fiziki coğrafi mövqeyi. Cənub-Qərbi Asiya dünya sivilizasiyasının ən qədim mərkəzlərindən biri olmuşdur. Bu geniş regionda Anadolu, İran yaylaları Mesopotamiya ovalığı, Ərəbistan yarımadası yerləşir. Ön Asiya dağlıq yaylalarında yerləşən Anadolu və İran yaylaları, Əfqanıstan əsasən dağlıq ərazilərdir. Burada hündür dağ silsilələri arasında geniş çökəklər yerləşir. Hinduquş dağları regionun ən hündür dağlarıdır. Mərkəzi hissədə enli qurşaq şəklində uzanan yaylalar Ön Asiya yaylaları adlanır.
Ön Asiya

Şimali Asiya
Şimali Asiya — bu region Asiya qitəsinin çox böyük bir hissəsini tutmuşdur . İnzibati cəhətdən Rusiya Federasiyasının Ural dağların dan şərqdə yerləşən geniş bir ərazisini əhatə edir . Şimal Buzlu okeanından Mərkəzi Asiyaya - Monqolustan və Çin sərhədlərinə , Ural dağlarından Sakit okean sahillərinə qədər uzanır . Mürəkkəb relyefə , çox təzadlı təbii şəraitə , zəngin təbii ehtiyatlara malik olması regionun əhəmiyyətini çox artırır . Geniş düzənliklər və hündür dağ sistemləri regionun relyefinin ümumi mənzərisini müəyyən edir. Orta Sibir yaylası , Verxoyansk , Çersk , Baykalətrafı dağlar Sixote - Alin , Sta Şimalda çayların ətrafında ovalıqlar geniş sahə tutur ( Mərkəzi novoy , Cuqcur , Koryak dağları regionun əsas relyef formalarıdır . Yakutiya ovalığı və s . ) . Ərazinin çox hissəsi platforma sahəsinə aid Burada fəaliyyətdə olan vulkanlar ( məsələn , Klyuçevskaya Sopka ) , qeyzerlar diqqəti cəlb edir , güclü zəlzələlər tez - tez təkrarlanır . Coğrafi mövqeyi regionun təbii şəraitində də həlledici rol oynayır .
Şərqi Asiya
Şərqi Asiya (çin. 东亚, kor. 동아시아, yap. 東アジア) — Asiyanın şərq hissəsi. Sakit okeana yumşaq, subtropik və tropik zolaqlara yaxımdır. Relyefi mürəkkəb dağ və düzənlikdir. Seysmik aktiv zonadır. Düzənliklər şumlanır və yaşıllıqlarla zəngindir. İqlimi musson, sezona görə rütubətli, tayfunlu və daşqınlıdır. Şərqi Asiyaya Çin, Tayvan, Yaponiya, Koreya Xalq Demokratik Respublikası, Koreya Respublikası, Monqolustan aid edilir.
Asiya alması
Asiya alması (lat. Malus asiatica) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin alma cinsinə aid bitki növü.
Asiya koryuşkası
Asiya koryuşkası (lat. Osmerus mordax) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin koryuşkakimilər dəstəsinin koryuşkalar fəsiləsinin koryuşka cinsinə aid heyvan növü.
Asiya meşəgilası
Adi meşəgilası (lat. Prunus padus) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin gavalı cinsinə aid bitki növü. Rusiya, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Çin, Koreya, Yaponiya və Monqolustanda təbii arealları vardır. Orta və yuxarı dağ qurşaqlarında (Laçın, Ağdərə, Naxçıvan MR) nadir hallarda rast gəlinir. Azərbaycanda nadir və nəsli kəsilmək təhlükəsində olan bitki növüdür. CR A2abc;C1. Aşağı və orta dağ qurşaqlarında quru bozqırlaşmış daşlıqayalı yamaclarda yayılmışdır. Azərbaycanda dar bir arealı vardır. Adi meşə gilası təbiətdə hündürlüyü 6–7 m-ə qədər olan ağacdır. Bitkinin qabığı qaramtıl boz rəngdə olur.
Asiya Xayrullina
Asiya Həsənovna Xayrullina (tatar. Асия Хәсән кызы Хәйруллина; 15 iyun 1921, Apas rayonu, Tatarıstan MSSR – 4 noyabr 2004, Kazan) — Tatar teatrının sovet və rus aktrisası, teatr müəllimi. Tatarıstan Respublikasının əməkdar artisti (1992). Tatarıstan Muxtar Sovet Sosialist Respublikasının əməkdar artisti (1970). Tatarıstan Respublikasının Qabdulla Tukay adına Dövlət Mükafatı laureatı (1958). Asiya Xasanovna Xayrullina 1921-ci il iyulun 15-də Tatarıstan Muxtar Sovet Sosialist Respublikasının Tetyuşki kantonunun Bikeyevski volostunun Yasaşno-Barışevo kəndində anadan olub. Volqaboyu davam edən aclığın ən qızğın vaxtında anadan olan Asiya cəmi yeddi uşağı olan varlı bir kəndlinin ailəsində beşinci uşaq olub. O, uşaqlığını Sviyajsk kantonunun Tenkovski volostunun Qızıl-Bayraq kəndində keçirib. Atası var-dövlətini və bütün əmlakını sovet hakimiyyətinə təhvil verərək, 1927-ci ildə evdən çıxarılma və sürgün edilmə qorxusu ilə ailəsini bu kəndə köçürüb. O bir neçə il imkanlı əmisi Zakirin himayəsində Kazanda yaşamış, ibtidai məktəbi orada bitirib.
Babadağ (dağ, Orta Asiya)
Babadağ — Orta Asiyanın cənubunda Özbəkistan və Tacikistanın sərhədlərində dağ silsiləsi. Hündürlüyü 2292 m, uzunluğu isə 125 km-ə çatır.
Bakı Asiya Universiteti
Bakı Asiya Universiteti — Azərbaycanda mövcud olmuş özəl universitet. Bakı Asiya Universiteti 2015-ci ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinə müraciət edərək, universitetin fəaliyyətinin müvəqqəti dayandırılması barədə bu ali məktəbin Elmi Şurasında qərarın qəbul edildiyini bildirmiş və burada təhsil alan tələbələrin digər ali təhsil müəssisələrində yerləşdirilməsini xahiş etmişdir. Təhsil Nazirliyi tərəfindən Universitetin xahişi təmin olunmuş və 8 ixtisas üzrə təhsil alan 270 tələbənin digər universitetlərdə təhsillərinin davam etdirilməsinə razılıq verilmişdir. Qafqaz Universitetlər Birliyinin üzvü idi.
Cənub-Qərbi Asiya
Ön Asiya, Qərbi Asiya və ya Cənub-Qərbi Ön Asiya — Asiyada coğrafi region. Coğrafi baxımdan Zaqafqaziya, Kopetdağ, Kiçik Asiya, İran yaylası, Mesopotamiya, Ərəbistan yarımadası və Levantı əhatə edir. Siyasi baxımdan isə Yaxın Şərq (Afrikadakı ərazilər istisna olmaqla), Orta Şərq və Cənubi Qafqaz nəzərdə tutulur. Hazırda bu region aşağıdakı ölkələri əhatə edir: Fiziki coğrafi mövqeyi. Cənub-Qərbi Asiya dünya sivilizasiyasının ən qədim mərkəzlərindən biri olmuşdur. Bu geniş regionda Anadolu, İran yaylaları Mesopotamiya ovalığı, Ərəbistan yarımadası yerləşir. Ön Asiya dağlıq yaylalarında yerləşən Anadolu və İran yaylaları, Əfqanıstan əsasən dağlıq ərazilərdir. Burada hündür dağ silsilələri arasında geniş çökəklər yerləşir. Hinduquş dağları regionun ən hündür dağlarıdır. Mərkəzi hissədə enli qurşaq şəklində uzanan yaylalar Ön Asiya yaylaları adlanır.
Cənub-Şərqi Asiya
Cənub-Şərqi Asiya — Çin, Hindistan və Avstraliya arasında makroərazini əhatə edən region. Hind-Çin yarımadasını, Malay arxipelaqını və Asiya-Sakit okean regionunun bir hissəsini əhatə edir.Regiona İndoneziya,Laos,Myanma,Tailand,Malayziya,Yeni Qvineya,Vyetnam,Kamboca, Filippin adaları daxildir. Берзин Э. О. Юго-Восточная Азия в 13-16 вв. — М., 1982. Литвинов Н. Н. Стратегический менеджмент на примере Азиатско-Тихоокеанского региона. Монография. — Соликамск: Типограф, 2010. — 200 [10] с. — (Strategic Management in the Asian-Pacific) — ISBN 978-5-91252-029-7 Народы Юго-Восточной Азии. — М., 1966.
Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyası
Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyası, ASEAN (Association of Southeast Asian Nations) - 8 avqust 1967-ci ildə Vyetnam müharibəsindən qaynaqlanan kommunist genişləməyə qarşı olaraq Filippin, Malayziya, Tayland, İndoneziya və Sinqapur arasında qurulan beynəlxalq təşkilat. O vaxtdan bəri,8 Yanvar 1984-cü ildə Bruney Darussalam , 28 iyul 1995-ci ildə Vyetnam, 23 iyul 1997-ci ildə Laos və Myanma və 30 aprel 1999-cu ilda Kamboca. və Şərqi Timor 11 noyabr 2022-ci il təşkilata daxil olmuşdur. 2005-ci ildə təşkilatın ümumi daxili nəticəsinin cəmi təxminən 884 milyard dollar idi. İldə 4%lшk bir böyümə nisbəti tutulmuşdur. 2006da GSYH 1,066 trilyona yüksəlmişdir. 2010-cu ildə, onun kombinə nominal ÜDM-ini 1,8 trilyon ABŞ dollarına çatıb. 4,46 milyon kvadrat kilometrə yayılan ASEAN bölgəsinin ümumi əhalisi tqəribən 600 milyon nəfərdir. ASEAN təşkilatının prioritet hədəfləri arasında bölgə ölkələrinin iqtisadi böyüməsinə təkan qazandırılması, ictimai və mədəni inkişaf, bölgədə sülh və sabitliyin təmin edilməsi yerləşir. 2003-ci ildə ASEAN liderlərinin ASEAN'ın 3 hissəni əhatə etməsinin lazım olduğu qərarı ilə ASEAN Təhlükəsizlik Birliyi, ASEAN İqtisadi Birliyi və ASEAN Cəmiyyət və Mədəniyyət Birliyi yaradıldı.
Cənub Qərbi Asiya subregionu
Ön Asiya, Qərbi Asiya və ya Cənub-Qərbi Ön Asiya — Asiyada coğrafi region. Coğrafi baxımdan Zaqafqaziya, Kopetdağ, Kiçik Asiya, İran yaylası, Mesopotamiya, Ərəbistan yarımadası və Levantı əhatə edir. Siyasi baxımdan isə Yaxın Şərq (Afrikadakı ərazilər istisna olmaqla), Orta Şərq və Cənubi Qafqaz nəzərdə tutulur. Hazırda bu region aşağıdakı ölkələri əhatə edir: Fiziki coğrafi mövqeyi. Cənub-Qərbi Asiya dünya sivilizasiyasının ən qədim mərkəzlərindən biri olmuşdur. Bu geniş regionda Anadolu, İran yaylaları Mesopotamiya ovalığı, Ərəbistan yarımadası yerləşir. Ön Asiya dağlıq yaylalarında yerləşən Anadolu və İran yaylaları, Əfqanıstan əsasən dağlıq ərazilərdir. Burada hündür dağ silsilələri arasında geniş çökəklər yerləşir. Hinduquş dağları regionun ən hündür dağlarıdır. Mərkəzi hissədə enli qurşaq şəklində uzanan yaylalar Ön Asiya yaylaları adlanır.
Cənubi Asiya daşqınları (2017)
Cənubi Asiya daşqınları - 2017-ci ilin iyul ayından etibarən Cənubi Asiya bölgəsində musson hava axınlarının səbəb olduğu daşqın fəlakəti. Daşqınlar Hindistan, Pakistan, Nepal və Banqladeşdə yaşayan ümumilikdə 41 milyon insana təsir edib, 1.300-dən çox insan həlak olub.
Cənubi Asiya depressiyası
Asiya depressiyası və ya Cənubi Asiya depressiyası — yay aylarında Asiya qitəsi üzərində yaranan alçaq təzyiq sahəsi. İyulda mərkəzində, yəni Əfqanıstan üzərində təzyiq 995 millibara çatır. Asiya depressiyasının cənub hissəsini qitədən tropiklərə doğru yönəlmiş ekvatorial depressiya hesab etmək. Şimalda onun yaranmasına səbəb qitə üzərində qütb cəbhəsi siklonlarının fəaliyyətidir. Энциклопедический словарь. 2009. Азиатская депрессия.
Cənubi Asiya ölkələrinin siyahısı
Cənubi Asiya ölkələrinin siyahısı — Region Himalay dağlarından cənubda və Hind okeanındakı adalarda yerləşən ölkələrdən ibarətdir. Əfqanıstan, Banqladeş, Butan, Maldiv, Nepal, Hindistan, Pakistan və Şri-Lankanın mövcud əraziləri Cənubi Asiyanı təşkil edir. Cənubi Asiya Regional Əməkdaşlıq Təşkilatı 1985-ci ildə yaradılan və Cənubi Asiyadan olan bütün 8 ölkəni əhatə edən iqtisadi əməkdaşlıq təşkilatıdır. Cənubi Asiya 5.1 milyon km2 (1.9 milyon m3) ərazini əhatə edir. Bu isə Asiya qitəsinin 11.51 faizi, dünya torpaq sahəsinin isə 3.4 faizi deməkdir. Cənubi Asiyanın əhalisi təxminən 1,749 milyard yəni dünya əhalisinin təxminən dörddə biri deməkdir. Cənubi Asiya həmçinin dünyanın ən sıx əhalisi olan və ən sıx məskunlaşılan coğrafi bölgədir. Ümumiyyətlə, bu region Asiya əhalisinin təxminən 39.49 faizini (dünyanın əhalisinin 24 faizdən çoxunu) təşkil edir və geniş əhali qrupuna malikdir. Bölgədə 600 milyon müsəlman, 35 milyon xristian və 25 milyon buddist yaşayır.
Futbol üzrə Asiya Super Kuboku
Asiya Super Kuboku (ingl. Asian Super Cup) AFK Çempionlar Liqası və Asiya Kuboklar Kuboku qalibləri arasında keçirilən beynəlxalq futbol yarışıdır. Turnirə 1995-ci ildə start verildi. Ancaq kuboklar vahid olaraq birləşdirildikdən sonra turnir 2002-ci ildə başa çatdı. Asiya Super Kubokunun son qalibi Cənubi Koreyadan olan "Suvon Samsung Bluvinqs" klubu oldu. Aşağıdakı siyahıda Asiya Super Kuboku qalibləri və finalçılarının ölkələrlə nəticələri qeyd olunmuşdur.
Futbol üzrə Asiya kuboklar kuboku
Asiya Kuboklar Kuboku Asiya Futbol Konfederasiyası (AFK) tərəfindən təşkil olunan futbol turniridir. 1991-ci ildə start verilən turnir AFK-ya daxil olan ölkələrin milli kubok sahibləri arasında keçirlir. Asiya Kuboklar Kuboku qalibi Asiya Super Kubokunu qazanmaq üçün AFK Çempionlar Liqası qalibini məğlub etməlidir. Turnir Asiya Çempionlar Kubokuna birləşdirildi və 2002/03 mövsümündən etibarən AFK Çempionlar Liqası adıyla fəaliyyətini davam etdirdi. Futbol üzrə Asiya kuboklar kubokunun statistikası.
I Dünya müharibəsində Asiya və Sakit okean cəbhələri
Asiya və Sakit okean cəbhəsi — Birinci Dünya müharibəsi'nin, qansız keçən bir cəbhəsi idi. Cəbhədəki yeganə həqiqi hərbi hərəkat, Yaponiya imperiyası'nın Sindao hücumu idi. Bunun yanında, bugünkü Papua-Yeni Qvineya, Bitə Paya və Tomada da kiçik miqyaslı münaqişələr baş vermişdir. Sakit okeandakı digər Alman bölgələrində hər hansı bir hərəkət müşahidə olunmamışdı. 600 Alman və 3400 Çinlidən ibarət qüvvə tərəfindən qorunan Sindao, Almanların bölgədəki ən mühüm bazası idi. Avstriya-Macarıstan İmperiyası'nın əsgərlərinin qoruduğu qala isə Alman donanması və Avstriya-Macarıstan donanmasına aid bir neçə gəmiylə dəstəklənirdi. Yaponlar bölgəyə 50.000 əsgər və altı döyüş gəmisindən ibarət bir qoşun göndərərkən Britaniyalılar müharibəyə 1600 nəfərlik bir dəstək birliyi ilə qatılmışdılar. Qala 31 oktyabrda bombalanmaya başlandı. Yaponiya İmperiya donanması və quru qoşunları 6 noyabr gecəsi bir hücum həyata keçirdi. Qala, bir gün sonra ələ keçirilərkən Almanların 200, Yapon qüvvələrinin 1455 can itkisi olduğu açıqlanmışdır.
Kiçik Asiya ağac qurbağası
Kiçik Asiya ağac qurbağası (lat. Hyla savignyi) — ağac qurbağaları fəsiləsinə aid olan növ. Uzunluğu 45-50mm-ə çatır. Gözünün altında qara xal yoxdur. Burun dəliklərindən başlayan ağ haşiyəli qara zolaq bədənin yanları ilə axıra qədər uzanaraq bədəni bel və qarın hissəyə ayırır. Şərqi ağac qurbağasından fərqli olaraq qasıq nahiyədə xətt ilgək şəkli əmələ gətirmir. Temperaturdan və fondan asılı olaraq rəngini dəyişir. Şimali-Qərbi Afrikadan Şimali İran və Cənubi Qafqaza qədər Ön Asiyada yayılmışdır. Azərbaycanda qərb, cənub və şərq rayonlarında rast gəlinir. Respublikada ilk dəfə Menetriye tərəfindən 1830-cu ildə Lənkəran ətrafında qeydə alınmışdır.
Kiçik Asiya dağ ərəbdovşanı
Kiçik Asiya gürzələri
Kiçik Asiya gürzələri(lat. Montivipera) — Gürzələr fəsiləsinə aid ilan cinsi. Əvvəllər isə bura daxil növlər Əsl gürzələr cinsinə daxil edilirdi. Cinsə 8 növ daxildir: Montivipera albicornuta — İranın şimal-qərbi Zəncan Montivipera albizona — Anadolu gürzəsi — Türkiyə endemiki Montivipera bornmuelleri — Livan, İsrail, Suriya Montivipera bulgardaghica — Türkiyə endemiki Montivipera latifii — Lətif gürzəsi — İran endemiki Montivipera raddei — Radde dağ gürzəsi — Ermənistanda, Naxçıvan (Azərbaycan), İran və Türkiyə. Montivipera wagneri — Vanqer gürzəsi — Şərqi Türkiyə və şimal-qərbi İran Montivipera xanthina — Kiçik Asiya gürzəsi — Türkiyə, Suriya, Yunanıstanın adalarında.
Kiçik Asiya gürzəsi
Kiçik Asiya gürzəsi (lat. Vipera xanthina), gürzələr (Viperidae) fəsiləsindən sürünənlər növü. Status. Kiçik arealı, dar endemik növdür. Yayılması. Naxçıvan MR-in Ordubad, Culfa və Şahbuz rayonlarında rast gəlir. Yaşayış yeri. Daşlıq qayalıqlarda, dağ yamaclarında, çınqıllıqlarda və kserofit bitki örtüyü ilə zəngin sahələrdə yaşayır, dəniz səviyyəsindən 1000–2500 m yüksəklikdə rast gəlir. Sayı. Xarakterik yaşayış yerlərində orta hesabla hər hektar sahəyə 4–6 fərd düşür.
Kiçik Asiya gürzəsi (cins)
Kiçik Asiya gürzələri(lat. Montivipera) — Gürzələr fəsiləsinə aid ilan cinsi. Əvvəllər isə bura daxil növlər Əsl gürzələr cinsinə daxil edilirdi. Cinsə 8 növ daxildir: Montivipera albicornuta — İranın şimal-qərbi Zəncan Montivipera albizona — Anadolu gürzəsi — Türkiyə endemiki Montivipera bornmuelleri — Livan, İsrail, Suriya Montivipera bulgardaghica — Türkiyə endemiki Montivipera latifii — Lətif gürzəsi — İran endemiki Montivipera raddei — Radde dağ gürzəsi — Ermənistanda, Naxçıvan (Azərbaycan), İran və Türkiyə. Montivipera wagneri — Vanqer gürzəsi — Şərqi Türkiyə və şimal-qərbi İran Montivipera xanthina — Kiçik Asiya gürzəsi — Türkiyə, Suriya, Yunanıstanın adalarında.
Kiçik Asiya kolluq siçanı
Kiçik asiya kolluq siçanı (lat. Microtus majori) , (Rodentia) dəstəsindan bir Məməli növü.
Kiçik Asiya kərtənkələsi
Kiçik Asiya gürzəsi (lat. Parvilacerta parva) — Əsl kərtənkələlər fəsiləsinə aid kərtənkələ növü. Elədə böyük olmayan və uzunluğu 6,5 sm olan kərtənkələdir. Ümumi uzunluqları 14–16 sm olur. Rəngi boza calır. Başı elədə böyük olmur. Erkəklərin çütləşmə zamanı boğaz nahiyəsi yaşıl rəng alır. Quyruğun aşağı hissəsi krem-sarı və ya ağımtıl olur. Növ əsasən Türkiyənin şərq və mərkəzi hissələrində, həmcinin Ermənistanda yayılmışdır. Quru dağlıq və qayalıq ərazilərdə yayılırlar.
Kiçik Asiya qar siçanı
Kiçik Asiya qar çöl siçanı (Chionomys roberti) , (Rodentia) dəstəsindan bir Məməli növü. Baş Qafqaz silsiləsi və Kiçik Qafqazda Ch. roberti (Kiçik Asiya qar çöl siçanı) endemik hesab olunur. Az təhlükə altındadır, mühafizəyə baxımlı növdür. Nadir, azsaylı, ümumi areal daxilində az öyrənilmiş növdür. Bədəninin uzunluğu 160 mm, quyruq uzunluğu 84–98 mm, qulağı 17 mm, arxa pəncəsi 29 mm-ə qədərdir. Yaşlı fərdlərinin çəkisi 81 qr ətrafındadır. Rəngi kifayət qədər tünd, qonur və ya qonur-qəhvəyi, quyruğu kəskin ikirənglidir, tükü kobud, quyruğu nisbətən seyrək tüklərlə örtülmüşdür. Üst azı dişlərinin uzunluğu 7–8 mm, aşağı 7–8.2 mm. M1–3.0–3.16–3.5 mm.
Kiçik Asiya qar çöl siçanı

Kiçik Asiya qum siçanı
Kiçik Asiya qum siçanı (lat. Meriones tristrami) , (Rodentia) dəstəsindan bir Məməli növü. Kür-Araz düzənliyinin sağ qolunda və Talışın dağətəyi və dağüstü cöllərində yayılmışdır (Eyqelis, 1980).

Digər lüğətlərdə