Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Axtalama
Axtalama (xədim etmə)- bioloji erkəyin cinsiyyət orqanını itirdiyi cərrahi, kimyəvi və ya başqa bir yolla edilən prosesdir. Bu sterilizasiyaya səbəb olur və testosteron kimi müəyyən hormonların istehsalının azalmasına səbəb olur. Axtalanmış şəxs və ya heyvan nəsilartırma qabiliyyətini itirir. Əsasən cəza, yaxud heyvan populyasiyanın tənzimlənməsində istifadə olunur. == Tarixi == Axtalamanın ilk dəfə harada və nə zaman tətbiq olunduğu məlum deyil. Ancaq tarix boyu qaliblərin məğlubları diri, yaxud ölü halda axtaladıqları məlumdur. Cinsiyyət vəziləri (xaya) ilə bərabər cinsiyyət orqanının da çıxarılması ölüm riskini artırdığı üçün irəli tarixi dönəmlərdə ancaq cinsiyyət vəziləri çıxarılırdı. Ancaq axtalamadan həmişə cəzalandırmaq üçün istifadə olunmamışdır. Bir çox mədəniyətlərdə axtalanmış oğlan uşaqlarından xüsusi tərbiyə olunaraq saraylarda, əksər hallarda isə hərəmlərdə istifadə olunmuşdur. Tarixdə axtalanmış şəxslərin bəzən yüksək rütbə tuta bildiyi hallar da olmuşdur.
Atakama
Atakama səhrası (isp. Desierto de Atacama) — Cənubi Amerikanın qərb sahilində, Çilinin ərazisində yerləşən (22° və 27 °C.e. arasında) səhra. İkinci Sakit okean müharibəsinə (1879 — 1883) qədər Boliviyaya aid idi. Peru cərəyanı, atmosferin aşağı qatlarını soyudur və atmosfer çöküntülərinin düşməsinə (ildə 50 mm-dən də az) mane olan temperatur inversiyasını yaradır. Elə buna görə də, bu səhra Yer kürəsinin ən quraq yeri hesab olunur. Atakama səhrası orta hündürlüyü 610 metrə çatan dağlıq və təpəlik ərazilərdən ibarətdir. Daşlı, qumlu səhradır. Səhranın uzunluğu 960 km-ə çatır. Sahilində yanvar ayının orta temperaturu — 19 - 20 °C, iyul ayında isə 13 - 14 °C təşkil edir.
Atlama
Atlama — Azərbaycanda qida qəbulundan (əsasən nahar və şam yeməyindən) sonra, eləcə də isti günlərdə toy və ziyafət məclislərində, qonaq qəbul edildikdə və başqa şadyanalıqda susuzluğu ardan qaldırmaq üçün içilir. == Tərkibi == Bu içkidən 1 litr hazırlamaq üçün aşağıdakı ərzaqlar lazımdır: qatıq – 400 q, su – 600 q, duz – zövqə uyğun, göyərti, xiyar == Hazırlanma qaydası == Atlama qatıqdan hazırlanan ayrana oxşar sərinləşdirici içkidir. Atlamanı qoyun və inək qatığından çoxlu miqdarda hazırlamaq üçün tuluğa qatıq və su töküb cavan oğlanın tərkinə bağlayırlar. Oğlan ata minir (atlanır) və atı otərəfə bu tərfə çalır. Bu zaman tuluq çalxalanır və qatıq suda yaxşı həll olur. Çox güman ki, içkinin adı da buradan götürülmüşdür. Atlamaya bir qədər duz vurduqdan sonra içilir. Ayranı əvəz etdiyindən atlamaya qatıq ayranı da deyilir. Müasir dövrdə atlamanı elektrik mikserində kokteyl kimi hazırlamaq daha əlverişlidir. Atlamadan doğramac hazırlamaq üçün də istifadə edilir.
Atlama (mifologiya)
Atlama — Mifoloji bir termin olaraq fövqəladə səfər deməkdir. Ümumi olaraq sıçrayaraq bir maneəni aşma, ayaqların yerdən kəsilməsiylə birlikdə başqa bir yerə olma deməkdir. Lakin xüsusilə Türk nağıllarında və mifologiyasında iştirak edən söylencelerde başqa aləmlərə keçmək, ölçü dəyişdirmək mənasında istifadə edilər. Yeraltına atlama yolu ilə gedilər. Atlamada bu dünya ilə digər dünya arasındakı sərhədlər ortadan qalxar. Atlama üç yolla həyata keçirilir. Quş və ya başqa bir heyvan cildinə girərək. Bu şəkildə bir çox mənfi xarici faktorun varlığı zərər verə bilməz. İnsanların və ya kötücül varlıqların diqqətini çəkmədən sürətli bir şəkildə o biri aləmə gedilər. Fövqəladə bir heyvana minib səfər edərək.
Paraşütlə atlama
Paraşütizm — kafi bir yüksəklikdən atlanılılması nəticəsi paraşüt adı verilən parçanın etibarlı bir sürətdə yerə enmək məqsədiylə açılması olaraq reallaşan əyləncə idmanıdır. == Quruluşu == Paraşütçülər əksəriyyətlə təyyarədən atlar və ümumiyyətlə düzlüklərə və açıq bir göyə ehtiyac duyarlar. Kiçik bir aerodromdan yola çıxılar və paraşütçülər təxminən 4000 metr yüksəklikdə təyyarədən atlarlar. Əksəriyyətlə "qarın aşağı" mövqedə bir müddət sərbəst düşərlər. 760 metr ətrafında tam şişəcək şəkildə paraşütlərini açarlar. Paraşütçülər, təyin olunmuş bir sahəyə enməyi məqsədlər. Paraşütçülər sərbəst eniş əsnasında saatda 190 km və üzəri sürətlərdə hərəkət edər. İstifadə etdikləri paraşütlər bu şərtlərdə açılmağa dözə biləcək şəkildə hazırlanmış və özbaşına şüşən qanad paraşütləridir. Ana paraşüt pozular və ya açılmazsa vəsaitdəki avtomatik bir sistem dövrəyə girər və ehtiyat paraşüt açılar. Paraşütlər də sərbəst atlaçıların süzülməyi idarə etmək və yerə etibarla enə bilmək üçün istifadə etdikləri istiqamətləndirmə kordonları və qulpları vardır.
Salar de Atakama
Salar de Atakama (isp. Salar de Atacama) — Cənubi Amerikada, Çili ərazisində yerləşən şoranlıq. Atakama səhrasının cənubunda, hər tərəfdən dağlarla əhatə olunan ərazidə yerləşir. Ən yaxın şəhər San Pedro de Atacama 55 km şimalda yerləşir. Şərqdə And dağları, qərbdən isə Kordilyer-Domeyka dağ sistemi ilə ilə əhatələnir. Ərazidə bir neçə vulkan yerləşir: Liankabur, Akamaraçi, Aquas-Kaltentes və Çilinin ən aktiv vulkanı Laskar. Onların çoxu şoranlığın şərqində yerləşir. == Təsviri == Salar de Atakama 3 min. km² əraziyə, 100 km uzunluğa, 80 km enə malikdir. Bu göstəriciyə görə Boliviyada yerləşən Uyuni şoranlığından (10 582 km²) və Argentinada Salinas Qrandesdən sonra (6 000 km²) üçüncüdür.