Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Ataraksiya
Ataraksiya (yun. atarakia — təmkinlilik) — ruhi rahatlıq və sakitlik vəziyyəti,bəzi qədim yunan filosof larının fikrincə bu vəziyyətə mütəfəkkir nail ola bilir. Demokrit, Epikur, Lukretsinin hesab etdikləri kimi, Ataraksiyaya çatmağın yolu dünyanı dərk etməkdə, qorxunun kənar edilməsində, həyəcanlardan azad olmaqdadır. Skeptiklər (Pirron və b.) öyrədirdilər ki, Ataraksiya hökm verməkdən çəkinməklə əldə edilir. Stoiklər apatiya haqqında təlimi baş verən hadisələrə, fərəh və kədərə laqeydlik kimi inkişaf etdirmişdir. Müasir elmi etika həyata sırf seyirçi münasibəti rədd edir və şəxsiyyətin fəal həyat mövqeyini ideal kimi nəzərdən keçirir. == Mənbə == Fəlsəfi Ensklopedik Lüğəti. Bakı, "Azərbaycan Ensklopediyası" Nəşriyyat Poliqrafiya Birliyi, 1997, səh. 42.
Apraksiya
Apraksiya (lat. apraxia yun. ἀπραξία — "fəaliyyətsizlik") — Böyük beyin yarımkürələri və ya döyənək cismin (lat. corpus collosum) aparıcı yollarının zədələnməsindən irəli çıxan məqsədyönlü hərəki fəaliyyət pozğunluğu. Apraksiyanın kinetik, kinestetik və konstruktiv formaları var. Kinetik Apraksiya zamanı müəyyən iş görmək üçün tələb olunan hərəkətlərdə ardıcıllıq pozulur. Xəstə ətrafdakı cismlərdən necə istifadə edəcəyini unudur. Kinestetik Apraksiya zamanı xəstə ayrı-ayrı hərəkətləri ya heç edə bilmir, ya da təhrif olunmuş şəkildə edir. Konstruktiv Apraksiyada xəstə asimmetrik elementli həndəsi fiqurları təsvir edə bilmir. Apraksiya beyin şişi, beyin qan-damar xəstəlikləri, ensefalit və s.-dən irəli gəlir.
Ataksiya
Ataksiya — parez, əzələ tonusunun pozulması və ya istəmsiz hərəkət olmadan hərəkətlərin dayanıqlı və məqsədinə uyğun şəkildə icrasında pozulmanın olması zamanı istifadə olunur. Ümumi olaraq bədən və ətraflarda olmaqla iki qrupa bölünür. Beyincik xəstəliklərinə bağlı yarana bildiyi kimi, vestibulyar nüvələr, vestibulyar sinir və ya arxa ciyə xəstəliklərində də ataksiya rast gəlinir. Qeyd olunan hissələrin funksiyasının pozulmasına irsi, iltihabi, degenerativ, damar, infeksiyon, metabolik, endokrin və ya neoplastik kibi geniş xəstəliklər qrupu səbəb ola bilər.
Traksiya
Traksiya və ya Dartma — sınıqlarda və onurğa sütünü xəstəliklərində istifadə olunan ortopedik metod. Onurğanın traksiyası əzələ kontrakturalarını azaldır, sinir sıxılmaları zamanı dekompressiya törədir, fəqərəarası diskin daxili təzyiqini azaldır . Traksion müalicə ortoped-travmatoloji və nevroloji profilli xəstələrin reablitasiyasında fəqərəarası disk fraqmentlərinin protruziyasının azaldılması, fəqərəarası diskin yerdəyişməsi zamanı, onurğada əyrilik olduqda, bir çox reflektor pozulmalarda istifadə olunur .