Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Bresler qulançarı
Bresler qulançarı (lat. Asparagus breslerianus) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin qulançarkimilər fəsiləsinin qulançar cinsinə aid bitki növü. == Təbii yayılması == Yabanı halda dünyanın mülayim iqlimi rayonlarında – Şimali Afrikada, Avropada, Kiçik və Mərkəzi Asiyada, Şimali Amerikada, Avstraliyada və Yeni Zelandiyada bitir. == Botanika təsviri == Hündürlüyü 50-150 sm olan, çox şahələnmiş, budaqlı, çoxillik bitkidir. Gövdəsi çılpaq, hamar, budaqları düz, yuxarı istiqamətlznmişdir. Kladodiləri nazik, düz, sapşəkilli, uzunluğu 1-3 sm, üç-altı ədəd, oturaqdır, yuxarı istiqamətlənmiş və ya çox-az gövdəyə yapışmışdır. Çıçəklərı ağ-sarımtıl, 1-2 ədəd, uzun,ortasından bölünmüş və ya bir az aşağı vəya yuxarı ayaqlarda əsas oxda və budaqlarda yerləşir; ççiçəkyanlığı zəngvari-qıfşəkilli, uzunsov hissəlidir. Kanarları ağ haşiyəlidir. Erkək çıçiçəklərin uzunluğu təxminən 5 mm, tozluqları təxminən erkəkcik saplarına bərabərdir. Çox qisa ayaqlarda yerləşmiş oturaq, uzunluğu təxminən 1 sm-dir.
Daur qulançarı
Daur qulançarı (lat. Asparagus dauricus) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin qulançarkimilər fəsiləsinin qulançar cinsinə aid bitki növü.
Dərman qulançarı
Dərman qulançarı (lat. Asparagus officinalis) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin qulançarkimilər fəsiləsinin qulançar cinsinə aid bitki növü. == Təbii yayılması == Atlantik okeanı hövzəsində və Mərkəzi Avropada, Qafqazda, Qərbi Sibirdə, Orta Asiyada, Afrikada və Asiyada yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 50-150sm-ə çatan çoxillik bitkidir. Gövdəsi düz dayanan, hamar budaqlıdır. Yan budaqları yastılaşmışdır. Əsas yarpaqları pulçuqlara qədər reduksiyaya uğramış yarpaqlar əvəz edir. Onların qoltuqlarında nazik, düz,uzunluğu 1-3 sm olan, 3-6 ədəd oturan filokladodiləri vardır. Bitki ikievlidir. Çiçəkləri yan budaqların qoltuqlarında yerləşir.
Koxinxin qulançarı
Koxinxin qulançarı (lat. Asparagus cochinchinensis) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin qulançarkimilər fəsiləsinin qulançar cinsinə aid bitki növü.
Xəzər qulançarı
Dərman qulançarı (lat. Asparagus officinalis) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin qulançarkimilər fəsiləsinin qulançar cinsinə aid bitki növü. Atlantik okeanı hövzəsində və Mərkəzi Avropada, Qafqazda, Qərbi Sibirdə, Orta Asiyada, Afrikada və Asiyada yayılmışdır. Hündürlüyü 50-150sm-ə çatan çoxillik bitkidir. Gövdəsi düz dayanan, hamar budaqlıdır. Yan budaqları yastılaşmışdır. Əsas yarpaqları pulçuqlara qədər reduksiyaya uğramış yarpaqlar əvəz edir. Onların qoltuqlarında nazik, düz,uzunluğu 1-3 sm olan, 3-6 ədəd oturan filokladodiləri vardır. Bitki ikievlidir. Çiçəkləri yan budaqların qoltuqlarında yerləşir.
İran qulançarı
İran qulançarı (lat. Asparagus persicus) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin qulançarkimilər fəsiləsinin qulançar cinsinə aid bitki növü. Volqa çayında və Cənubi Qafqazın şərqinə, Şimali İrana və Şərqi Sibirə qədər olan ərazilərdə, sahilyanı tuqay meşələrində. Hündürlüyü 2m-ə çatan çoxillik bitkidir. Budaqları düz bucaq altında yerləşir və sallanır. Kladodiləri 1-5 ədəd, bəzən dəstədə 8 ədəd olub, öz aralarında qeyri-bərabər yerləşir, uzunluğu 1-5 sm, düz və ya bir az əyilmişdir. Gövdəsi əyilmiş, çox vaxt sarmaşan, çılpaq və çox budaqlıdır. Çiçək saplaqları 1-4 ədəd olub, uzunluğu 1.2 sm-dir. Çiçəkləri uzunsov-qıfşəkillidir, erkək çiçəklərinin uzunluğu təxminən 0,6 sm-dir. Toxumla çoxaldılır.