Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Abiogenez
Abiogenez — Yerdə həyatın mənşəyi nəzəriyyəsinə aiddir. İlkin oksigensiz atmosferdə qeyri-üzvi (bioloji) reaksiyalar, yəni canlı orqanizmlər iştirak etmədən üzvi birləşmələrin əmələ gəlməsi prosesi. Canlı həyatın bəsit üzvi birləşmələr kimi cansız maddədən təbii olaraq əmələ gəlmə prosesidir. Bu hadisənin Yer kürəsində 3.8 ilə 4.1 milyard il əvvəl baş verdiyi təxmin olunur. Abiogenez araşdırmaları laboratoriya təcrübələri yanaşı çağdaş canlılar haqqında biliklərdən yola çıxaraq həyat öncəsi kimyəvi reaksiyaların Yer kürəsindəki canlı orqanizmləri necə əmələ gətirdiyini aydınlaşdırmağa çalışır. Biologiyada Yer üzərində həyatın təkamülü 2 əsas mərhələyə bölünür. Abiogenoz- qeyri bioloji yolla həyatın törəməsi. Biogenoz- bioloji yolla sadədən mürəkkəbə doğru canlıların inkişafı. == Mərhələləri == Abiogen inkişaf özü 3 ardıcıl mərhələdən ibarətdir. 1.
Allogenez
Allogenez — eyni miqyaslı adaptasiyalarla səciyyələnən orqanizmlərin müəyyən adaptasiya bölgəsində inkişafı.
Ontogenez
Ontogenez (yun. οντογένεση: ον – varlıq + γένεση) — yaranma, doğulma. Hər bir canlının dünyaya gəldiyi vaxtdan ölənə qədər keçirdiyi dövr postnatal ontogenez adlanır. Ontogenezin mənası fərdi inkişaf deməkdir. Cinsiyyətli çoxalan orqanizmlərdə fərdi inkişaf-ontogenez mayalanmış yumurta hüceyrəsindən-ziqotdan başlayır. Bu insanda yumurta hüceyrəsinin mayalandığı andan başlayaraq orqanizm ölənədək davam edir. Ontogenezi 2 dövrə bölmək olar:bətndaxili dövr və bətnxarici dövr-postembrional inkişaf. Orqanizm nəsillərinin əmələ gəlməsində iştirak edən cinsi hüceyrələrdir. Bunlar kişi cinsiyyət hüceyrəsi spermatozoid və qadın cinsiyyət hüceyrəsi yumurtahüceyrədən ibarətdir. Kişi və qadın cinsiyyət hüceyrələri mənsub olduğu orqanizmin bütün irsi əlamətlərini özündə gəzdirən hüceyrələrdir.
Ortogenez
Ortogenez (yun. ortos – istiqamətlənmiş, genezis – doğuluş, doğulma) — istiqamətlənmiş təkamül haqqında metafizik nəzəriyyə. Bu nəzəriyyəyə görə, hər bir orqanizm qrupunun təkamülü müəyyən istiqamətdə gedir. Termini təklif etmiş Haake və Eimer hesab edirdilər ki, təkamülün istiqaməti xarici amillərin orqanizmə bilavasitə təsiriylə müəyyən edilir, lakin orqanizmin özunə xas olan daxili səbəblərdən asılı olaraq yalnız müəyyən istiqamətlərdə dəyişə bilər. Digər alimlər (Lull və b.) hesab edirlər ki, ortogenetik təkamülün istiqaməti bütövlükdə daxili amillərlə müəyyən edilir. Geologiya terminlərinin izahlı lüğəti. — Bakı: Nafta-Press, 2006. — Səhifələrin sayı: 679.
Patogenez
Patogenez (qədim yunanca πάθος “əzab, xəstəlik” + γένεσις “mənşə, yaranma”) — xəstəliklərin yaranması, inkişafı mexanizmi və onların ayrı-ayrı təzahürləridir. Müxtəlif səviyyələrdə - molekulyar pozğunluqlardan tutmuş bütövlükdə bədəndəki pozğunluqlara qədər nəzərdən keçirilir. Patogenezi öyrənərək, həkimlər xəstəliyin necə inkişaf etdiyini aşkar edirlər. Patogenez doktrinasının təkamülü bütövlükdə tibbin inkişafının son dərəcə vacib hissəsidir. Məhz müxtəlif səviyyələrdə patogenetik proseslərin təsvirinin olması xəstəliklərin inkişafının səbəblərinə daha dərindən nüfuz etməyə və onlar üçün getdikcə daha təsirli terapiya seçməyə imkan verdi. Patogenez məsələləri patoloji fiziologiya, patoloji anatomiya, histologiya və biokimya tərəfindən öyrənilir, heç bir tibb ixtisası patogenez məsələlərini nəzərdən keçirmədən keçinə bilməz. Tipik patogenetik proseslərin sayı məhdud olsa da, onların birləşmələri və gedişatının şiddətinin nisbəti bir çox məlum xəstəliklər üçün unikal klinik şəkillər yaradır. Tipik patogenetik reaksiyaları, onların gedişatını və bir-biri ilə qarşılıqlı əlaqəsini bilməklə, xəstəliyin diaqnozu hələ müəyyən edilməmiş, lakin bədəndə baş verən patoloji dəyişikliklər aydın şəkildə müəyyən edilmiş hallarda belə adekvat terapiya təyin etmək mümkün olur. Beləliklə, diaqnoz qoyulana və etiotrop terapiya başlayana qədər xəstənin vəziyyətini stabilləşdirmək mümkün oldu.
Arogenez
Arogenez (yun. aϊρω – qaldırmaq və genez) Strukturun ümumi səviyyəsinin yüksəldilməsi (morfofizioloji tərəqqi) istiqamətində orqanizmlərin təkamülü; aromorfozların inkişafı əsasında baş verir. Sinonim kimi "anaqenez" termini də işlədilir.
Litogenez nəzəriyyəsi
Litogenez nəzəriyyəsi — litologiyanın çöküntü və süxurəmələgəlmənin ümumi qanunauyğunluqlarını əhatə və şərh edən ümumiləşdirici bölməsi. Litogenezin bir-birindən əhəmiyyətli dərəcədə fərqlənən bir neçə konsepsiyası irəli sürülmüşdür. Pustovalova (1940) görə əsas prinsip maddələrin miqrasiya yollarında müxtəlif qruplara ayrılmasıdır. Belə ki, qırıntı hissəciklər üçün onların parçalanmasının əsas səbəbi ölçü və xüsusi çəkilərinin fərqlənməsi, həll olmuş maddələr üçün isə kimyəvi xassələrin fərqidir. Maddələrin kimyəvi diferensiasiyası mexaniki diferensiasiyasının son mərhələsində başlayır və davam edir. diferensiasiyanın gedişində orqanizmlər heç bir rol oynamır, yalnız prosesi bir qədər sürətləndirə bilər. Pustovalov hesab edir ki, çökmə diferensiasiyasının gedişi planetar xarakterlidir. Lakin bu nəzəriyyədə diagenez mərhələsinə fikir verilməmiş, vulkanogen-çökmə litogenezin spesifik xüsusiyyətləri, ümumiyyətlə, nəzərdən keçirilməmişdir. Straxovun (1956) təklif etdiyi litogenez nəzəriyyəsində Yer səthində çöküntü süxurəmələgəlməsində 4 litogenez tipi fərqləndirilir; buz, humid, arid və vulkanogen-çökmə. Bu tiplərin hər biri, geoloji keçmişdə olduğu kimi, Yer səthində qanunauyğun yerləşmişdir.