Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Avtoklav
Avtoklav ( avto…+lat. clavis-açar) – 1) texnikada atmosfer təzyiqindən yüksək təzyiqdə və qızdırmaqla müxtəlif prosesin aparılması üçün aparat. Avtoklav boyaq maddələrinin istehsalında, sintez prosesləri, rezin məmulatların vulkanlaşdırılması, konservlərin sterilləşdirilməsi, həmçinin tikinti materialları sənayesi, hidrometallurgiya və s. sahələrdə işlədilir. Tibdə sarğı materiallarını, alətləri, eləcə də mikroorqanizmlər yetişdirmək üçün qida mühitini, infeksiya düşən materialları,operasiya xələtlərini və s. təzyiqlə sterilizə edən aparat.