Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Ayça Mutlugil
Ayça Mutlugil — Türkiyə kino və teatr aktrisası, ssenaristi. == Həyatı == Ayça Mutlugil 1 fevral 1974-cü ildə Türkiyə Cümhuriyyətinin İstanbul şəhərində anadan olmuşdur. Taner Ertürkler ilə evlidir və ailənin bir oğlan övladı var.
Ayça İnci
Ayça İnci — Türkiyə teatr, TV serial və kino aktrisası. == Həyatı == Ayçin İnci 30 aprel 1978-ci ildə Türkiyə Cümhuriyyətinin İstanbul şəhərində anadan olmuşdur. Hələ liseydə oxuduğu zamanlarda bir çox klip və reklamlarda çəkilmişdi. İstanbul şəhərində yerləşən ali məktəblərdən biri olan Müjdat Gezen Sanat Merkezi ali məktəbini bitirmişdir. O, burada 4 il müddətində kino, musiqi və teatr təhsili almışdır. XX əsrin 70-80-ci illərində Türkiyənin tanınmış aktyorlarından biri olmuş Bilal İncinin nəvəsidir. Ayça İncinin bacısı Ayçin İnci də aktrisadır.
Ayça Aykaç
Ayça Aykaç (27 fevral 1996, İzmir) — Türkiyəli voleybolçusudur . Libero mövqeyində oynayır. Hazırda Vakıfbank və Türkiyə qadınlardan ibarət milli voleybol komandasında çıxış edir. == Karyera == Ayça Aykaç voleybola 10 yaşında "Bursa Büyükşəhər Bələdiyyəspor"da başladı. 13 yaşında "Vakıfbank"a transfer oldu. Daha sonra 2014–2015 mövsümündə "İstanbul Büyükşəhər Bələdiyyəspor, 2019–2020 mövsümündə isə "Yaşılyurd" klubuna icarəyə verilib. Bu gün də o, "Vakıfbank"ın formasını geyinir. == Nailiyyətlər == === Milli komanda === 2013 — Gənc qızlar arasında Avropa çempionatı — Bürünc medal 2014 — Gənc qızlar arasında Avropa çempionatının bürünc medalı 2017 — U23 Dünya Çempionatı — Qızıl Medal 2021 — Qadın voleybolçular arasında Avropa çempionatı — Bürünc medal 2023 — Voleybol Qadınlar Millətlər Liqası — Qızıl Medal 2023 — Qadın voleybolçular arasında Avropa çempionatı — Qızıl medal === Klub === 2015–2016 CEV Qadınlar Çempionlar Liqası — Gümüş medal 2015–2016 Sultanlar Liqası — Qızıl Medal 2016–2017 FIVB Klublararası Dünya Çempionatı — Qızıl Medal 2016–2017 CEV Qadınlar Çempionlar Liqası — Qızıl Medal 2016–2017 Voleybol Qadınlar arasında Çempionlar Kuboku — Qızıl Medal 2016–2017 Kubok Voleybolu — Gümüş Medal 2016–2017 Sultanlar Liqası — Bürünc medal 2017–2018 FIVB Klublararası Dünya Çempionatı — Qızıl Medal 2017–2018 CEV Qadınlar Çempionlar Liqası — Qızıl Medal 2017–2018 Voleybol Qadınlar arasında Çempionlar Kuboku — Gümüş Medal 2017–2018 Sultanlar Liqası — Qızıl Medal 2017–2018 Kubok Voleybolu — Qızıl Medal 2018–2019 Sultanlar Liqası — Qızıl Medal 2020–2021 CEV Qadınlar Çempionlar Liqası — Gümüş medal 2020–2021 Voleybol Qadınlar arasında Çempionlar Kuboku — Gümüş Medal 2020–2021 Sultanlar Liqası — Qızıl Medal 2020–2021 Volley Kuboku — Qızıl Medal 2020–2021 FIVB Klublararası Dünya Çempionatı — Qızıl Medal 2021–2022 Voleybol Qadınlar arasında Çempionlar Kuboku — Qızıl Medal 2022–2023 Volley Kuboku — Qızıl Medal 2022–2023 Sultanlar Liqası — Bürünc medal === Fərdi === 2021 Turkish League Best Libero 16 Nisan 2021 tarihinde ildə </link> == İstinadlar == == Xarici keçidlər == (ing.) FIVB profili 2 mart 2022 tarihinde Wayback Machine sitesinde arşivlendi. (ing.) CEV profili 26 Şubat 2021 tarihinde Wayback Machine sitesinde arşivlendi. (türk.) Vakıfbank'ın sitesindeki profili 29 Nisan 2021 tarihinde Wayback Machine sitesinde arşivlendi.
Ayça Ayşin Turan
Ayça Ayşin Turan — Türk aktrisa. == Həyatı == Ayça Ayşin Turan 1992-ci il oktyabr ayının 25-də İstanbulda dünyaya göz açmışdır. Kiçik yaşlarından aktyorluğa olan xüsusi marağı onu Türkiyənin məşhur seriallarına qədər gətirib çıxarmışdır. Hazırda tələbədir. 2011-ci ildə yayımlanan və yayımlandığı müddətdə izlənmə rekordu qıran, məşhur türk serialı "Dinlə Sevgili"də Gülfəm rolunu canladıran Ayça Ayşin Turan bu rolu ilə məşhurlaşmışdır. 2013-cü ildə "Qaragül" serialında Türkiyənin məşhur aktyorları və o cümlədən böyük sənətçi Özcan Dəniz ilə bir araya gələrək daha da şöhrət qazanmış və izləyicilərin sevimlisinə çevrilmişdir. == Mənbə == Ayşin Turan kimdir?
Akça
Akça (osman. اقچه, türk. akçe — «ağımtıl») — Osmanlı imperiyası və qonşu dövlətlər ərazisində dövriyyədə olan XIV-XIX əsrlərə aid kiçik gümüş sikkə. Aspr (yun. άσπρος — "ağımtıl") - Orta-Şərqi Avropada mövcud olan "akça" sikkəsinin yunan adı. Bir sıra dillərdə (məsələn, Tatar dilində) akça toplu bir isim - "pul" mənasına malikdir. == Osmanlı akçaları == === İlk Osmanlı akçaları === İlk dəfə Osmanlı akçaları 1327-ci ildə Hülakü sikkələri modelində Sultan Orxan (Osmanlı dövlətinin qurucusu I Osmanın oğlu) tərəfindən zərb edilmışdi. Akça üzərində İslamın qanunlarına görə, şəkillər deyil, yalnız ərəb əlifbasında yazı var idi. Uzun namaz cümlələri olan sikkə hazırlanması üslubu tezliklə dəyişdirildi və sikkələrin üzərində Sultan və atasının adları, zərb yeri və tarixi, eyni zamanda ərəb dilində qısa arzuların mətni yazılmağa başladı. Sikkələrin üzərində Ərəb dilində: خلد ملكه "hullide mülkuhu" (hakimiyyəti sonsuza qədər olsun) və ya Ərəb dilində: عز نصره "azze nesruhu" (Allah sizə kömək etsin) yazılırdı.
Alça
Alça (lat. Prunus cerasifera) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin gavalı cinsinə aid bitki növü. Azərbaycanın meşələri cır alça ilə boldur. Bundan başqa o rayonların çoxunda becərilir. Azərbaycanda ilboyu cır alça böyük həcmdə yığılır. Meyvəsi qidada tər və quru şəkildə itsifadə olunur. Həmçinin mürəbbə, cem istehsalında və konservləşdirilmədə istifadə edilir. Bundan əlavə, Azərbaycanda alça "lavaşı" hazırlamaq geniş yayılıb. Bunun üçün alçanın əti məcməilərə yayılaraq günəşdə qurudulur. Alça lavaşı qida ilə yeyilir.
Arça
Arça və ya Arsk (tatar. Арча; rus. Арск) — Rusiya Federasiyasında yerləşən şəhər. Tatarıstan Respublikasına daxildir.
Atça
Atça - Türkiyə Respublikasının Aydın vilayəti Sultanhisar ilçəsində bəldə. == Tarix == == Coğrafya == == Kültür == == Əhali == Bəldə əhalisi 2000-ci il rəsmi qeydlərinə görə 7.660 nəfərdir. Bəldəyə bağlı 5 adət kənd ilə 4 məhəlləsi vardır. Məhəllə olaraq: Aydınoğlu, Cumhuriyet, Çelebioğlu və Yenimahalle məhəllələri vardır. == Bələdiyyəsi == Atça Bələdiyyəsi 1867-ci ildə quruldu.
Ayka
Ayka (mac. Ajka) — Macarıstanın Vesprem medyesində şəhər. Alüminium kombinatı, böyük İES var. Şüşə və odadavamlı kərpic istehsal olunur. Yaxınlığında boksit və qonur kömür çıxarılır.
Ayla
Ayla — qadın adı. Ayla Erduran — Türk skripkaçı. Ayla Fişer — Avstraliyalı aktrisa və yazıçı. Ayla Çəlik — Türkiyəli müğənni və söz yazarı. == Həmçinin bax == Ayla (film, 2017) — rejissoru Can Ulkay, ssenaristi Yiğit Güralpın 2017-ci il Türkiyə və Cənubi Koreyanın birgə istehsalı olan film.
Ayna
Ayna (qəzet) — həftəlik ictimai-siyasi Azərbaycan qəzeti. Ayna TV — Azərbaycanda fəaliyyət göstərən azərbaycandilli internet televiziya kanalı. Filmlər Ayna (film, 2000) — qısametrajlı bədii televiziya filmi. Ayna (film, 2006) — qısametrajlı cizgi filmi.
Aya
Aya (ilahə) — Akkad mifologiyasında işıq ilahəsi, günəş ilahı Şamaşın həyat yoldaşı. Aya (ad) — ad.
Adilə Ayda
Adilə Ayda (Rusca: Гадиле Садреевна Максудова / Gadile Sadreyevna Maksudova, Tatarca: Гадилә Садри кызы Максудова / Ğädilä Sadri qızı Maqsudova, 7 mart 1912, Sankt-Peterburq – 5 oktyabr 1992, İstanbul) – Türkiyənin ilk qadın diplomatı. Ancaq müasir dövrdə daha çox Etrusklar mövzusunda kitabları və mülahizələri ilə tanınır. Kontenjan senatorluğuna seçilmişdir. == Həyatı == 1912-ci ildə dönemin Duma üzvü Sadretdin Nizametdinoviç Maksudov (sonraki Sadri Maksudi Arsal) ilə Orenburqlu qızıl mədəni sahibi Rami ailəsinden Kamilə Rami (Arsal)nin qızı olaraq Sankt-Peterburqda doğuldu. Ayda Türkiyə Cümhuriyəti Roma səfirliyində elçi-müsteşar vəzifəsində çalışdığı illərdə Etrusklar mövzusunda araşdırma aparmış və fransızca və türkcə olaraq yazdığı əsərlərdə Etruskların proto-türk olduğu görüşünü işləmişdir. Xarici İşlər Nazirliyindən təqaüdə çıxdıqdan sonra prezident Fəxri Korutürk tərəfindən kontenjan senatoru seçilmişdir. Ayda iki dəfə ailə qurmuşdu. Doktor olan ilk ərinden uşağı olmamışdır. İkinci əri mühendis Reşid Mazhar Aydanın iki kızı (Gönül Pultar ve Gülnur Üçok) və beş nəvələri olmuşdur. == Biblioqrafiya == "L’Influence de Victor Hugo sur Mallarmé." Dialogues.
Akça Qoca
Akça Qoca — Osmanlı Dövlətinin qurucularından, Osman Qazinin silah yoldaşlarından olub, Orxan Qaziyə də lələlik etmişdir. == Həyatı == Təqribən 1320-ci ildə İzmit və ətraf ərazilərinin fəthi ilə vəzifələndirilmişdir. Akça Qoca Sakarya ətrafına və İzmitə etdiyi hücumlarda buralarda bəzi qalaları əldə etmiş Ayan gölü (indi Sapanca gölü) tərəfindəki palankanı (ətrafı xəndəklərlə qazılmış kiçik qala) alaraq özünə qərargah etmiş və daha sonra Ermənibazarı və Kandırını zəbt etmiş və tayfa bəylərindən Qonur Alp ilə birlikdə Aydos və Samandıranı almışdılar. Samandıra qalası Akça Kocaya mülk olaraq verilmişdir. İzmit ilə Üsküdar arasındakı bütün Türk müvəffəqiyyətləri Akça Qoca ilə Abdurrahman Qazinin fəaliyyətləri sayəsində təmin edilmişdir. Akça Qocanın vəfatı 1326-cı ildə sonra olub qəbri Kandırada bir təpə üstündədir. Bunun adına nisbətlə İzmit vilayətinə Kocaeli deyilmişdir. Respublika dövründə Düzceye 50 km məsafədəki Akça şəhərə Akçaqoca adı verilmişdir. Akça Qocanın oğlu Hacı İlyas və nəvəsi Gebze qazısı Fəzlullah, Osmanlı Dövlətində əhəmiyyətli xidmətlər etmişlər.
Akça Xan
Ola Ayna
Temitayo Olufisayo Olaoluva "Ola" Ayna (8.10.1996) — Premyer liqa təmsilçilərindən olan Çelsi klubunda və İngiltərə U-20 millisində müdafiənin sağ cinahında çıxış edən peşəkar Nigeriya əsilli İngiltərə futbolçusudur.
Alça (dəqiqləşdirmə)
Arça rayonu
Arça rayonu (tatar. Арча районы) — Rusiya Federasiyası, Tatarıstan Respublikasının ərazisinə daxil olan inzibati rayonlardan biri. Respublikanın şimalında yerləşir. Baltaç, Saba,Teləçə, Pitrəç, Biektau, Əntə rayonları və Mari El Respublikası (Mari-Turek və Morkinski rayonları) ilə həmsərhəddir. İnzibati mərkəzi Arça şəhəridir. == Coğrafiyası == Rayonun relyefi Kazanka çaylarının vadilərinə bölünən (yüksəkliklər: Atınka, Verezinka, Oia, Kismes) Aşit, Şoşma təpəli düzənliklərdən (hündürlüyü 170–266 m) ibarətdir. Açıq boz meşə torpaqları geniş yayılmışdır. Meşələr ərazinin təxminən 12% -ni tutur. == Tarixi == 1920-ci ilə qədər müasir Arça rayonun ərazisi Kazan vilayətinin Kazan qəzasının tərkibində idi. 1920-1930-cu illərdə Arça kantonunun bir hissəsi olur.
Axça (Marağa)
Axça — İranın Şərqi Azərbaycan ostanında kənd.. == Coğrafi yerləşməsi == Marağa şəhristanının Mərkəzi bölgəsinin Səracu kəndistanında, Marağa şəhərindən 31,5 km cənub-şərqdədir.
Ayba Sultan
Eybə Sultan — Ağqoyunlu dövlətində sərkərdə. Uzun Həsənin əmisi oğlu Danə Xəlilin oğlu idi. Eybə Sultanın qardaşı Yaqubcanı Fars hakimi olmuşdur. Bir qardaşı Gözəl Əhməd Bayandur, digər qardaşı isə Nur Əli bəydir.
Ayka Hakoyama
Ayka Hakoyama (d. 27 iyul 1991, Naqano, Yaponiya) — Yaponiyanı təmsil edən sinxron üzgüçü. Ayka Hakoyama 2016-cı ildə Yaponiyanı Olimpiya Oyunlarında təmsil etdi və yarışların bürünc medalını qazandı. Hakoyama həm də 2015-ci ildə Kazan şəhərində Dünya Çempionatının bürünc medalını qazanıb. == Karyerası == Ayka Hakoyama 2016-cı ildə karyerasında birinci dəfə Braziliyanın Rio-de-Janeyro şəhərində Olimpiya Oyunlarında qüvvəsini sınadı. Ayka Hakoyama komanda yoldaşları ilə birgə yarışların finalında 189.2056 xal topladı və XXXI Yay Olimpiya Oyunlarının bürünc medalını qazandı.
Ayta (tanrı)
Ayta və ya Eyta — etrusk mifologiyasında yeraltı dünyanın ilahi hökmdarı olan qədim yunan tanrısı Aidin qarşılığı. == Təsviri == Ayta etrusklara aid məzar daşlarında yalnız bir neçə yerdə təsvir edilmişdir. Bunlara Orvietodakı Qolini türbəsi və Tarkviniyadakı II Orkus türbəsi addir. Ayta həmçinin, həyat yoldaşı Fersipneya (qədim yunan tanrısı Persefonanın etrusklardakı qarşılığı) ilə birlikdə təsvir edilmişdir.
Ayya burnu
Ayya (ukr. Айя, yun. Άγια, krımtat. Ayya, Айя) — Ukraynada, Krımın cənub sahilində, Balaklavanın cənub-şərqində, 13 kilometr uzunluğunda sahil burunu. Ərazi Sevastopolun Balaklavski rayonunun bir hissəsidir. Ayya burnu Krımın cənub sahillərini qərbdən məhdudlaşdırır. Burunun adı yunanca "aios" (άγιος – müqəddəs) sözündəndir. Ehtimal olunur ki, yunanlar bu yerləri müqəddəs hesab etmiş və öz əcdadlarını burada dəfn etmişlər. == Ədəbiyyatda və incəsənətdə == Bəzi tədqiqatçılar hesab edirlər ki, Ayya burnu qədim yunan və Roma coğrafiyaçılarının haqqında bəhs etdiyi əfsanəvi Kriumetopondur. Burun "Ayya burnunda fırtına" (1875) rəsm əsərində rəssam İvan Ayvazovski tərəfindən təsvir edilmişdir.
Ayçi prefekturası
Ayçi prefekturası — Yaponiyanın Çubu regionunda, Honşu adalarının mərkəzi hissəsində prefektura. Ərazisi 5 164 kvadrat kilometr, əhalisi 7 415 000 nəfərdir. Mərkəzi Naqoya şəhəridir.
Yabanı alça
Yabanı alça– Qızılgülçiçəklilər fəsiləsinin gavalı cinsinə aiddir. 30-dan çox növü vardır. Yabanı alça Qafqaz, Orta Asiya və Zaqafqaziyada geniş yayılmışdır. Azərbaycanda ən çox Quba və Xaçmaz rayonlarında, Dağlıq Qarabağda bitir. Alça yarpaqlamazdan bir az əvvəl mart-may aylarında çiçəkləyir. Çiçəkləri ağ və xırdadır. Yabanı alçanın meyvələri iyun ayından başlamış sentyabrın axırına qədər müxtəlif vaxtlarda yetişir. 4-7 yaşında bar verir. 100-120 il ömür sürür. Meyvələri əksəriyyətlə yumrudur.
Ağca
Ağca Qonbad (Bicar) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd. Ağca Qala (Urmiya) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. Ağca xan — türk mifologiyasında əfsanəvi xaqan. Mehmet Əli Ağca — türk cinayətkar.
Acca
Akka (lat. Acca) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinə aid bitki cinsi.
Ayıca
Ayıca (lat. Arctia) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinin pulcuqluqanadlılar dəstəsinin erebidlər fəsiləsinə aid heyvan cinsi. == Növləri == Arctia brachyptera H. Edwards, 1881 Arctia caja Linnaeus, 1758 Arctia festiva Hufnagel, 1766 Arctia flavia Fuessly, 1779 Arctia intercalaris Eversmann, 1843 Arctia ladakensis O. Bang-Haas, 1927 Arctia olschwangi H. Edwards, 1881 Arctia opulenta H. Edwards, 1881 Arctia rueckbeili Fuessly, 1779 Arctia villica Linnaeus, 1758 Syn.
Alca borealis
Pinguinus impennis (lat. Pinguinus impennis) — pinguinus cinsinə aid heyvan növü. == İstinadlar == == Xarici keçidlər == Auk Egg Auction Time Magazine, November 26, 1934.
Alca impennis
Pinguinus impennis (lat. Pinguinus impennis) — pinguinus cinsinə aid heyvan növü. == İstinadlar == == Xarici keçidlər == Auk Egg Auction Time Magazine, November 26, 1934.
Məlikə ayıca
Məlikə ayıca (lat. Collimorpha dominula) — pulcuqqanadlılar dəstəsinin ayıcalar fəsiləsinə aid kəpənək növü. Qanadları açılmış halda 50-54 mm-dir. Ön qanadları yaşılımtıl-qaradır, bəzən göy rəngə çalır. Üzərində 3 ədəd iri sarımtıl-ağ rəngli ləkə, 3 ədəd kiçik sarı rəngli ləkə vardır. Arxa qanadlar qırmızı rəngdədir, ön və arxa kənarlarında, o cümlədən, zirvəsində iri qara ləkələr var. Döşündə iki sarımtıl zolaq, qarıncığ arxa qanadlar kimi qırmızıdır, hər buğum üzərində üçkünc qara ləkələr birləşərək zolaq əmələ gətirmiş və qarıncığın sonuna qədər uzanmışdır. Rusiya və Avropanın cənubu və şimalında, Qafqazda və Kiçik Asiyada rast gəlinir. Azərbaycanda isə Şəki-Zaqatala, Quba-Xaçmaz, Gəncə-Daşkəsən zonaları və Naxçıvan MR-da yayılmışdır. Böyük və Kiçik Qafqazın dağətəyi və dağlıq meşələri, kolluqlar.
Qara ayıca
Qara ayıca (lat. Axiopoena maura) — buğumayaqlılar tipinin pulcuqqanadlılar dəstəsinin ayıcalar fəsiləsinə aid olan növ. Qanadları açıq halda 100–105 mm-dir. Ön qanadın uzunluğu 43–48 mm-dir. Hər iki cinsin rəngi eynidir. Ön qanadlar ipək parıltılı, qara rənglidir. Arxa qanadların əsası kərpici-qırmızı, kənarı isə bozumtul-qaradır. Bəzən ön qanadların xarici kənarında 1–2 ağ ləkə olur. Yaxalığı qırmızı, qarıncığı qonuru-qırmızı olub, ucu qaradır. Növə Orta Asiya, Pakistanın şimal-qərbi, Əfqanıstan, Türkmənistan, Qazaxıstan, Zaqafqaziya, Azərbaycan və Şərqi İran ərazilərində rast gəlinir.
Qırmızınöqtəli ayıca
Qırmızınöqtəli ayıca (lat. Utetheisa pulchella) — pulcuqluqanadlılar dəstəsinə aid nadir növ. Qanadları açılmış halda 38-40 mm-dir. Ön qanadları sarımtıl-ağdır, bəzən ağ rəngdə olur. Üzərində səpələnmiş halda kiçik qara nöqtələr və onların arasında bir qədər iri qırmızı nöqtələr var. Qanadların zirvəsində aypara şəklində qara rəngli ləkə, onun altında aşağıya doğru 6 ədəd qara rəngli kiçik nöqtələr düzülmüşdür. Arxa qanadlar tamam ağdır, ətrafı qara rənglə haşiyələnmişdir, haşiyənin yuxarı və orta hissəsi enlidir. Qanadın kənarlarında olan saçaqlar ağdır. Başı və döşü sarımtıl-ağ rəngdədir. Qarıncığı ağdır, azacıq tutqundur.
Acca sellowiana
Acca sellowiana (lat. Acca sellowiana), feyxoa — bitkilər aləminin mərsinçiçəklilər dəstəsinin mərsinkimilər fəsiləsinin akka cinsinə aid bitki növü. Sellov feyxoası çox faydalı, müalicə əhəmiyyətli bitki olub, son illərdə Azərbaycanda da müvəffəqiyyətlə becərilir. Feyxoanın xoş ətirli, şirəli meyvələri vardır. Meyvələrin qabığı qalın olsa da, lət hissəsi xüsusilə dadlıdır, turşməzədir, sərinləşdiricidir. Feyxoa meyvələrinin ətri ananas və çiyələk meyvələrinin iyini xatırladır. Meyvələrin tərkibində 6,9 %-ə qədər şəkər, 2,5 % üzvi turşular (alma, limon, və s. turşular), pektin maddələr, 280 mq C vitamini, karotin və s. vardır. Bundan başqa, meyvələrin tərkibində üzvi birləşmə şəklində yod da müəyyən edilmişdir.