1. Gümüş pul (ilk dəfə 1329-cu ildə Sultan Orxan kəsdirmişdir).
M.Füzulinin “Şikayətnamə” əsərində aqça şəklində işlənir. Dastanda həmçinin qızıl pul mənasında da rast gəlinir.
2. Bəzi balıqların üzərindəki parlaq sədəf kimi pərəklər, pulcuqlar da axça adlanır. (“Koroğlu” dastanının lüğəti)
Dastanda 1-ci mənaya rast gəlinir.
Mən bu dünyada aşığam,
Aşıq deyiləm, işığam,
Axcasız, pulsuz aşığam,
Malım yoxdur alam səni.
(M.Elyas. “Nəğmələr kitabı”)
*
Tövləbaşıya bir kisə qızıl verib dedi:
– Tövləbaşı, al bu axçaları, yeddi arxdan dolanına belə bəsdi. (“Zərnişan xanımın Çənlibelə gəlməyi”) (İ.A., B.A.)