1. Gümüş pul (ilk dəfə 1329-cu ildə Sultan Orxan kəsdirmişdir).
M.Füzulinin “Şikayətnamə” əsərində aqça şəklində işlənir.
2. Bəzi balıqların üzərindəki parlaq sədəf kimi pərəklər; pulcuq.
Dastanlarda 1-ci mənaya rast gəlinir.
Bu Müslümü kim yetirsə Sayada,
Savab eylər yüz axçadan ziyada.
Varım, yoxum bircə odur dünyada,
Nə zillətlə boya yetirdim, çoban.
(“Sayat bəy-Səyalı xanım”)