Arça rayonu (tatar. Арча районы) — Rusiya Federasiyası, Tatarıstan Respublikasının ərazisinə daxil olan inzibati rayonlardan biri.
Arça rayonu | |
---|---|
56°12′ şm. e. 49°51′ ş. u.HGYO |
|
Ölkə | |
İnzibati mərkəz | Arsk |
Tarixi və coğrafiyası | |
Yaradılıb | 10 avqust 1930 |
Sahəsi |
|
Hündürlük | 116 m |
Əhalisi | |
Əhalisi |
|
Rəsmi sayt | |
Vikianbarda əlaqəli mediafayllar |
Respublikanın şimalında yerləşir. Baltaç, Saba,Teləçə, Pitrəç, Biektau, Əntə rayonları və Mari El Respublikası (Mari-Turek və Morkinski rayonları) ilə həmsərhəddir.
İnzibati mərkəzi Arça şəhəridir.
Rayonun relyefi Kazanka çaylarının vadilərinə bölünən (yüksəkliklər: Atınka, Verezinka, Oia, Kismes) Aşit, Şoşma təpəli düzənliklərdən (hündürlüyü 170–266 m) ibarətdir.
Açıq boz meşə torpaqları geniş yayılmışdır. Meşələr ərazinin təxminən 12% -ni tutur.
1920-ci ilə qədər müasir Arça rayonun ərazisi Kazan vilayətinin Kazan qəzasının tərkibində idi. 1920-1930-cu illərdə Arça kantonunun bir hissəsi olur.
Rayon 10 avqust 1930-cu ildə təsis edilmişdir. 1 fevral 1963-cü ildə rayon ərazisinə Tatarıstan Muxtar Sovet Sosialist Respublikasının Baltaç, Tukayev və Biektay rayonlarının bir hissəsi daxil olur. 25 oktyabr 1990-cı ildə rayonun tərkibindən Ətnə rayonu ayrılır.
Əhalisi: 51,6 min nəfər (kişilər - 23,9, qadınlar - 27,7). Bunlardan 92,8% -i tatarlar, 5,9% -i ruslar, 0,5% -i marilər.
Şəhər şəraitində (Arça şəhəri) rayon əhalisinin 39,6% -i yaşayır.
Arça rayonu ərazisinə 1 şəhər və 16 kənd inzibati vahidliyi daxildir. Rayon ərazisinə ümumilikdə 128 yaşayış məntəqəsi daxildir[2].
Burada “Arça xəbərləri” adlı rayon qəzeti buraxılır. Qəzet rus və tatar dilərində nəşr olunur.
Rayonda 104 ümumtəhsil məktəbi, 2 peşə məktəbi, 61 kitabxana, 100 klub müəssisəsi, 4 xəstəxana (1997) vardır.
Ən böyük kənd təsərrüfatı rayonlarından biridir. Kənd təsərrüfatının əsasını ətlik və südlük maldarlıq, taxılçılıq təşkil edir. Əklinçilikdə əsas yeri taxılçılıq (çovdar, buğda, taxıl və paxlalı bitkilər) və kartof əsas yer tutur. Böyük balıq təsərrüfatlarına sahibdir.
Rayondan "Qərbi Avropa - Qərbi Çin" nəqliyyat dəhlizinin kiçik bir hissəsi (Yoşkar-Ola - Şali (M-7) hissəsi) keçəcəkdir.