Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Aydan
Aydan — qadın adı. Aydan Salahova — Azərbaycan rəssamı. Aydan Höccətova — Azərbaycan şahmatçısı. Aydan Şənər — Türk maneken, aktrisa.
Aydan Höccətova
Aydan Höccətova (doğ. 6 aprel 1999, Bakı) — Azərbaycan şahmatçısı. Qadınlar arasında Beynəlxalq qrosmeyster (2018). == Erkən illəri == Aydan 1999-cu ildə aprelin 6-da Bakı şəhərində anadan olmuşdur. İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialında təhsil alıb. Televizorda şahmat haqqında veriliş gördükdən sonra onda bu oyuna maraq yaranıb.. Şahmat məşqçisi qrosmeyster Fərid Abbasovdur. == Şahmat karyerası == Aydan iki yaş yarımından şahmat oynamağa başlamış, üç yaşında dördüncü dərəcəli şahmatçı normasını yerinə yertirmişdir. Dörd yaşında artıq Bakı çempionatında iştirak etmişdir. Beş yaşında ikən Azərbaycanda ilk dəfə 10 yaşlı qızlar arasında Respublika çempionatına vəsiqə qazanmışdır.
Aydan Salahova
Aydan Salahova (25 mart 1964, Moskva) — Azərbaycan rəssamı. Məşhur rəssam Tahir Salahovun qızıdır, Moskvada yaşayır. 1992-ci ildə Rusiyada ilk müasir incəsənət qalereyalarından birini ("Aydan") açıb. Salahovanın əsərləri Tretyakov qalereyasında, Moskva Müasir İncəsənət Muzeyinin kolleksiyalarında, Roma və Nyu-York qalereyalarında saxlanır.
Aydan Şənər
Aydan Şənər — Türk maneken, aktrisa, maneken və 1981-ci il Türkiyə gözəli. == Həyatı == 1963-cü ildə Kilis ilində dünyaya göz açmışdır. Bir yaşında ailəsi ilə birlikdə Bursaya köçmüşdür. Orta məktəbi Bursada bitirmişdir. 1981-ci ildə Türkiyə gözəli seçilib. Həmin il Miss World dünya gözəllik yarışında Türkiyəni təmsil edib. Bir müddət maneken lik etdikdən sonra, 1983-cü ildə "Kiçik Ağa" serialı ilə aktyorluq karyerasına başlayıb. 1988-ci ildə Əcəm adında bir qızı olmuşdur. 1991-ci ildə həyat yoldaşı Ayxan Akbindən ayrılıb. Bir daha ailə qurmayıb.
Astanə
Astana — İranın Mərkəzi ostanının Şazənd şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 6,969 nəfər və 1,941 ailədən ibarət idi.
Aydaho
Aydaho (ing. Idaho) — Amerika Birləşmiş Ştatlarında ştat. Mərkəzi Boyze şəhəridir. Ölkənin şimal-qərbində yerləşir. Aydaho, bir-birinə bənzəməyən iki coğrafi hissəyə ayrılır. Bir qismi qayalıq dağlara bağlanan və tortul dağ zəncirləri 3500 metrə çatan yüksəlmiş batolit əhatə edən orta və şimal seqmenti və digər bir qismi Snake düzənliyinin meydana gətirdiyi cənub seqmentidir. Bu yarı quraq düzənliklərdə məşhur üsullarla qoyun yetişdiriciliyinə əlverişli bir miskotu çölü uzanar. Burada sulu əkinçilik edilə bilər. Güllə, Sink, Gümüş yataqları Coeur dalana yaxınlarında işlədilməkdədir. Əyalətdə əhəmiyyətli meşə qaynaqları mövcuddur.
Aylant
Aylant (lat. Ailanthus) — bitkilər aləminin sabunağacıçiçəklilər dəstəsinin simaroubakimilər fəsiləsinə aid bitki cinsi.
Aylanu
Aylanu - türk mifologiyasında və xalq inancında can dəyişdirmə, yəni bir başqasının yerinə öz canını vermə, "Öz Yerinə Öz" anlayışı. Aylanı da deyilir. Bir adamın başqasının yerinə ölməyi qəbul etməsidir. Ən gözəl və ən mükəmməl nümunəsi Dəli Domrul əhvalatında iştirak edir. İnsanın nə qədər fədakarlıq və ərdəm sahibi olduğunun bir ilahi qüdrət tərəfindən ölçülməlidir. İnsanın lazım olduğunda ailəsi və bu səbəbdən vətəni uğrunda canından imtina edib keçə bilməyəcəyik sınanır. == Etimologiya == (Ay / Ağ) kökündən törəmişdir. Köçmək, dəyişmək mənalarını ehtiva edər. Aylanmak sözü gəzmək, hərəkət etmək, sürmək kimi tərkibə malikdir. Monqolcada Ayl sözcüyü qohumluq bağını ifadə edər.
Aşxanə
Aşxanə- İranın Şimali Xorasan ostanının şəhərlərindən və Manə və Səməlqan şəhristanının mərkəzidir.2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 18,234 nəfər və 4,642 ailədən ibarət idi.
Çaydan
Çaydan — qaynar su hazırlamaq üçün istifadə edilən kiçik bir mətbəx ləvazımatı. Çaydanlar, bir soba üzrə yerləşdirilməsi ilə və ya öz elektrik qızdırıcı element tərəfindən qızdırıla bilər. İlk çaydanlar bişirməkdən başqa məqsədlər üçün qədim Mesopotamiyada istifadə olunmuşdur.
Abdan
Abdan — İranın Buşehr ostanının Deyr şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 6 058 nəfər və 1 224 ailədən ibarət idi.
Adana
Adana — Türkiyənin ili və ən çox əhalisi olan VI şəhəri. 2018-ci ilin məlumatlarına görə 2.220.125 əhalisi vardır. İlin sahəsi 13.844 km²-dir. İldə hər km² 160 nəfər düşməkdədir. Bu sayı ən çox Seyhan ilində 1787 nəfərdir. 01.02.2018 məlumatlarına görə 4-ü ilçəsi (Seyhan, Yüreğir, Çukurova, Sarıçam) olmaqla ümumi 15 ilçəsi və bələdiyyəsi vardır. Bu yerlərdə 831 məhəllə vardır. Türkiyədəki VI böyük metropoliya sahə olub, ölkənin irəlidə gedən ticarət və mədəniyyət mərkəzidir. Mədən ehtiyatlarına görə IV bölgə olan Adana xrom, dəmir, manqan, qurğuşun və sink yataqları baxımından əhəmiyyət daşımaqdadır. Adananın mərkəzi Mərsin, Adana, Osmaniyyə və Hatay illərini əhatə edən coğrafi, iqtisadi və mədəni məzrkəz bölgə olan Çukurovanın mərkəzində yerləşir.
Adans.
Mişel Adanson (fr. Michel Adanson; 7 aprel 1727[…], Eks-an-Provans[d] – 3 avqust 1806[…], Paris) — Fransa təbiətçisi və səyyahı. == Adansonun şərəfinə adlandırılan takson == Adansonun şərəfinə Əməköməcikimilər fəsiləsinə aid Adansoniya (Adansonia) cinsi adlandırılmışdır. Həmin cinsə Afrika və Avstraliyanda olan bir çox bitkilər, o cümlədən də, məşhur Adansonun Afrika səyahətində təsnif etdiyi baobab (Adansonia digitata) ağacı daxildir.
Aldan
Aldan çayı — Rusiyada çay. Aldan (şəhər) Rusiyada şəhər.
Aydın
Aydın — Azərbaycan kişi adı. Aydın Ata — türk mifologiyasında əfsanəvi ozan. Aydın Feyzullayev — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsi şəhidi, itkin. Aydın Bayramov — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsi şəhidi. Aydın Əhmədli — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsi şəhidi. Aydın Rüstəmov — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsi şəhidi. Aydın Bəşirov — Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin sabiq rəisi. Aydın Kələntərli — neft hasilatı sahəsində tanınmış Azərbaycanlı alimi. Aydın Mirzəzadə — Azərbaycan Respublikası II, III, IV, V və VI çağırış Milli Məclisinin deputatı. Aydın Süleymanov — fizika-riyaziyyat elmləri namizədi, Aydın Şükürov — "Tanıtım" qəzetinin baş direktoru, siyasətçi Aydın Əfəndi — rusdilli Azərbaycan şairi Aydın Həsəni — Aydın Paşacanov — Aydın Rəcəbov — Azərbaycan xalçaçı-rəssamı Aydın Ağabəyov — Aydın Abıyev — ədəbiyyatşünas Aydın Əzim Kərimoğlu — bəstəkar Aydın İbrahimov — güləşçi.
Ayran
Ayran - nehrədə yağı alınmış qatığın qalığı, yüksək kalorili qida məhsuludur. O qatığa su və duz əlavə etməklə də əldə edilir. == Tarixi == Ayranın yaranma tarixi çox maraqlıdır. Belə ki, Göytürklər zamanında turşumuş qatığın (yoqurdun) turşuluğunu azaltmaq məqsədilə ona su qatmışlar. Və belecə yeni içki növü, yəni ayran meydana çıxmışdır. == Ümumi məlumat == Hələ qədimdən yerli üsulla qatıqdan kərə yağı aldıqda, qatığın və xamanın nehrədə çalxalanmasından əldə edilən südəbənzər turşməzə maye, ayran adı ilə sərinləşdirici içki kimi istifadə edilmişdir. Tərkibində az miqdarada yağ, zülalal və 0,7- 0,8%- dək süd turşusu olur. Həzm orqanlarının fəaliyyətini yaxşılaşdırır, dovğa və kələkoş bişirmək, doğramac hazırlamaq, şor almaq və s. məqsədlər üçün istifadə edilir. Hazırda ayranı sənayedə xüsusi texnologiya ilə istehsal edirlər.
Ayxan
Ayxan — Kişi adı.
Aydın Abi Aydın (Aydın Abiyev)
Aydın Müstəcəb oğlu Abiyev (Aydın Abi Aydın) (28 aprel 1939, Hilədərə, Lerik rayonu – 16 fevral 2022) — ədəbiyyatşünas, tənqidçi, lüğətçi, filologiya elmləri doktoru (1997), professor (1998), Azərbaycan Yazıçılar Birliyinin üzvü (2000), Azərbaycan Jurnalistlər Birliyinin üzvü. == Həyatı == Aydın Abiyev 28 aprel 1936-cu ildə Lerik rayonunun Hiledərə kəndində anadan olub. O, orta məktəbi Biləsuvarda oxuduqdan sonra Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Şərqşünaslıq fakültəsinə qəbul olur. Abıyev 1957–1962-ci illərdə Şərqşünaslıq fakültəsinin türk şöbəsində təhsil alıb. == Fəaliyyəti == === Əmək fəaliyyəti === Aydın Abıyev əmək fəaliyyətinə Azərbaycan Elmlər Akademiyasının Yaxın və Orta Şərq Xalqları İnstitutunda kiçik elmi işçi kimi başlayıb. Daha sonra o, 1975-ci ildə baş elmi işçi olub. Abıyev 1978–1981-ci illərdə Türkiyənin İsgəndərun şəhərində tərcüməçi kimi çalışıb. O, 1981–1992-ci illərdə yenidən Şərqşünaslıq İnstitutunun türk filologiyası şöbəsində baş elmi işçi və şöbə müdiri vəzifələrində çalışıb. Aydın Abıyev 1968-ci ildə "Görkəmli türk yazıçısı Ömər Seyfəddinin həyatı və yaradıcılığı" mövzusunda namizədlik dissertasiyası müdafiə etmiş, alimlik dərəcəsi almışdır. Abıyev 1997-ci ildə "XIX əsrin ikinci yarısı — XX əsrin əvvəllərində türk ədəbiyyatında satira və onun Azərbaycan ədəbiyyatı ilə əlaqəsi" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir.
Astanə Əşrəfiyə
Astaneyi-Əşrəfiyyə — İranın Gilan ostanında yerləşən şəhər. Astaneyi-Əşrəfiyyə əhalisinin əksəriyyətini giləklər təşkil edir.
Aydaşı (cemston)
Aydaşı – Na-K-lu alümosilikat mineralıdır. Kimyəvi formulu (Na, K)AlSi3O8-dir. Ortoklazın şəffaf, rəngsiz növüdür. Mineral həmçinin adulyar (İsveçrədə Adula dağ yatağın adına görə) kimi də tanınır. == Etimologiya == == Tarixi == == Geologiya == === Formasiya === == Yataqları == Aydaşının yataqları əsasən Qərbi Azərbyacanda Göyçə gölü ətrafında, Avstraliya, Avstriya Alpları, Meksika, Madaqaskar, Norveç, Polşa, Hindistan, Şri-Lanka və ABŞ-dadır. == Adulyarlaşma == Andezit-bazalt tərkibli vulkanitlərin metasomatoz nəticəsində dəyişilərək başqa minerallarla yanaşı adulyarın əmələgəlmə prosesi. Adulyarlaşma adətən müasir vulkanların solfatar fəaliyyəti sayəsində baş verir. Adulyarlaşma propillit və törəmə kvarsit formasiyaları üçün səciyyəvidir. Qızıl, gümüş, civə, sürmə və b. metal filizlərinin çökməsini müşayiət edən kvars-adulyar-serisit tərkibli metasomatitləri əmələ gətirir.
Aydişə (Qoşaçay)
Aydişə (fars. ايديشه‎‎‎‎) - İranın Qərbi Azərbaycan ostanının Qoşaçay şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 831 nəfər yaşayır (185 ailə).
Aymani Aydəmirova
Aymani Aydəmirova (8 mart 1965) — müğənni, aktrisa, Çeçenistan Respublikasının xalq artisti, İnquşetiya Respublikasının xalq artisti, Rusiya Federasiyasının əməkdar artisti. Çeçenistan Respublikasının Əməkdar İncəsənət Xadimi, Çeçenistan Respublikasının Əməkdar Mədəniyyət İşçisi. Çeçenistan Dövlət Filarmoniyasının bədii rəhbəri. Milləyyətcə çeçendir. == Bioqrafiyası == Aymani Aydəmirova 1965-ci il martın 8-də anadan olmuşdur. Yaradıcılıq fəaliyyətinə 1981-ci ildə Çeçen-İnquş Dövlət Filarmoniyasının solist-vokalistinin işinə girərək başlayır. Müğənni karyerasının ilk günlərindən xalq mahnılarının istedadlı ifaçısı kimi diqqəti cəlb edir. Krasnodar Mədəniyyət İnstitutunu xor dirijoru ixtisası üzrə bitirmişdir. Təhsil aldığı müddətdə Kuban Kazak Xorunda işləyir. 1990-cı ildə "Jovxar" (İnci) adlı qız qrupunu qurur.
Boyse (Aydaho)
Boyse (ing. Boise [ˈbɔɪsiː] (yerli tələffüz) və ya [ˈbɔɪziː]) — Aydaho ştatının inzibati mərkəzi və ən böyük şəhəri, Eyda dairəsinin mərkəzi. Boyse şəhəri Boyse çayı üzərində yerləşir və Boyse şəhərinin əsas ərazisi, Solt-Leyk-Siti (ştat Yuta) və Portlend (ştat Oreqon) arasındakı ən böyük şəhərdir. 2017-ci ilə dair hesablamalara görə, Boyse şəhərinin əhalisi 226,570 nəfər, Boyse şəhərətrafı bölgəsi isə 709.845 nəfər idi. 2010-cu ildə Boyse, ABŞ-nin ən çox yaşadığı 104-cü şəhər idi. == Tarixi == Çay boyunca bu quraq ərazidə böyüyən meşələr buraya kütləni cəlb edildi. Fransızca bois (ağac, ağaclar) sözündən əvvəl çayın adı, daha sonra Fort Boyse (indiki şəhərdən təxminən 40 mil (64 km) qərbdə, Parma kəndi yaxınlığında, Boyse çayı ilə birləşdiyi yerin yaxınlığında) istehkamı. Oregon sərhədindəki Sneyk çayı bu qala Hadsonların körfəzi şirkəti tərəfindən 1830-cu illərdə qurulmuş və 1850-ci illərdə tərk edilmiş, lakin Oreqon yolu boyunca baş verən çoxsaylı qətllər Amerika ordusunu 1863-cü ildə Vətəndaş müharibəsi zamanı qalanı yenidən qurmağa vadar etmişdir. Yeni sahə Oreqon yolunun iki böyüyən gümüş mədən sahəsini (Boyse və Ovayhi çay hövzələri) birləşdirən əhəmiyyətli bir yol ilə kəsişməsinə yaxın olduğu üçün seçildi. 1860-cı illərin ortalarında yaxınlıqdakı Aydaho şəhəri əhalisi baxımından daha böyük idi, lakin nəqliyyat yollarının kəsişməsində rahat yerləşən Fort Boyse tez bir zamanda buna başladı və 1863-cü ildə Boyse şəhər statusuna layiq görüldü.
Dəm çaydanı
Dəm çaydanı, Balaca çaydan və ya Çaydanlıq — çay yarpaqların və ya bitki mənşəli qarışığı qaynar və ya qaynara yaxın suda dəmləmək üçün istifadə edilən qab.Bir boyun və yan dəstəyi ilə təchiz olunmuş bütün forma və ölçülərdə olur.Çaynik saxsı, qalayla qurğuşunun qarışığı, çini, şüşə və ya çuqun cinsində ola bilər.
Elektrik çaydanı
İlk elektrik qızdırıcı cihazı çaydanın alt hissəsində yerləşdirilirdi. Su ilə qızdırıcı arasında metal təbəqə olduğundan o, çox gec qaynayırdı. 1923-cü ildə Artur Larqc xüsusi mis borudan ibarət qızdırıcı cihazı çaydanın içərsində yerləşdirdi. Bu çaydanda su çox sürətlə qızırdı.
Andante
Andante (it. Andante) — musiqidə orta sürət tempini bildirən termini, italyanca "andare" felindən yaranmış, mənası getmək deməkdir. Musiqili ötürmələrdə beş əsas dərəcəli hərəkət templəri içində (largo, andante, moderato, allegro, presto) andante ikinci yerdə gəlir.
Aydınev
Aydınev - İrəvan əyalətinin Şirakel nahiyəsində kənd adı. == Toponimikası == Qızılbaşların Aydıneli tayfasının adından və ev - "dayanacaq" sözündən ibarətdir. Qeyd etmək lazımdır ki, bəzi qədim toponimlərdə ev həm də "tikinti", "bina", "ibadət evi" mənasındadır; XIX əsrdə Kutais quberniyasının Şaropan qəzasında Kolevi (Kol tayfasının adından) və Siqnax qəzasında Kulevi, Tatev - Albaniyada monastır, Avey (əsli "Ay-ev") Qazax rayonunda qədim ibadətgahın yerləşdiyi dağ adı və s.
Vardane
Vardane — Krasnodar diyarında, Soçi şəhərinin mikrorayonu. Lazarevski rayonunun "Soçi kurort-şəhər" tərkibinə daxildir. == Coğrafiyası == Vardane rayonu Qara dəniz sahilində, Buu çayının mənsəbində yerləşir. Rayon mərkəzi Lazarevskoeden 37 km cənub-şərqdə, Soçinin mərkəzindən 40 km şimal-qərbdə və Krasnodardan 270 km cənubda (yolla) yerləşir. A-147 "Cubqa-Adler" federal avtomobil yolu və Şimali Qafqaz dəmiryolunun bir qolu yaşayış məntəqəsindən keçir. Vardane dəmir yolu platforması yaxınlıqda yerləşir. Çınqıllı çimərlik zolağının uzunluğu 600 metr, eni isə 5 metrdir. Vardana qəsəbəsi dar sahil zolağında yerləşir və üç tərəfdən dağlar və silsilələr ilə əhatə olunub. Kəndin relyefi əsasən dağlıqdır. Orta hündürlük dəniz səviyyəsindən 36 metrdir.