Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Stoneman Douglas məktəbində atışma
== Məlumat == ABŞ-nin Parkland şəhərində (Florida ştatı) “Marjory Stoneman Douglas” məktəbində baş verən silahlı insident nəticəsində 17 nəfərin öldüyü təsdiqlənib. Onun sözlərinə görə, 12 nəfər məktəbdə, 3 nəfər məktəbin qarşısında güllələnərək öldürülüb, daha 2 nəfər isə xəstəxanada keçinib. Ölənlər arasında həm şagirdlər, həm də böyüklər var. Yaralıların sayını açıqlamayan polis nümayəndəsi bir neçə nəfərin xəstəxanada əməliyyata götürüldüyünü təsdiqləyib. Məktəbdə atəş açan 1999-cu il təvəllüdlü Nikolas Kruz saxlanılıb. Bundan əvvəl o daxili nizam-intizam qaydalarını pozduğuna görə məktəbdən xaric edilib. Parkland şəhəri Mayamidən 60 km şimalda yerləşir. Məlumata əsasən, 18 yaşlı gənc məktəbə daxil olaraq şagirdlərə atəş açıb. Onun əvvəllər həmin məktəbdə təhsil aldığı məlum olub. Hücumun əsəb pozuntusu səbəbindən törədildiyi ehtimal edilir.
Sendi Huk ibtidai məktəbində atışma
Sandi Huk ibtiadi məktəbinə silahlı hücum (ing. Sandy Hook Elementary School shooting) — Amerika Birləşmiş Ştatları Konnektikut ştatının Nyu Taun şəhərində yerləşən Sandi Huk ibtidai məktəbində yaşanmış silahlı hücum hadisəsi. Hadisə 2012-ci ilin 14 dekabrında yerli vaxtla saat 9:35 də baş vermişdir.