1. Axıb bir yerə yığılmaq, hər tərəfdən axıb gəlmək, axıb tökülmək; axmaq. Çöl suları axışıb dərəyə tökülür.
– Qızdı günəş, əsdi isti yellər; Qarlar əridi, axışdı sellər.
2. məc. Axın halına gəlmək, getmək, yayılmaq (bəzən “axışıb gəlmək” şəklində işlənir). Böyük xalq kütləsi meydana axışırdı.
– Yurdun hər bucağından igidlər, pəhləvanlar, oxatanlar, … məşhur ozanlar axışıb gəlmişdi.
Axşama yaxın şairin xaraba kəndə gəldiyi xəbəri … kənd əhalisi arasında yayılırkən, hamı axışıb kəndə doğru üz tutdu.
Minlərcə gənclər kitab üçün axışıb gəlirlər.
// Pərakəndə halda hərəkət etmək, getmək.
Buludlar parçalanıb cənuba doğru axışmağa başladı.