ALIŞMAQ

f.
1. Öyrəşmək, vərdiş etmək, adət etmək. Soyuğa alışmaq. Papirosa alışmaq. Zəhmətə alışmaq.
– Ata hər gün gedər işə, çalışar; Nə qədər zəhmət olsa da alışar. M.Ə.Sabir.
[Əzim dayının] daima qapalı və incə dodaqları ancaq ən mühüm fikirlərini anlatmaq üçün açılmağa alışmışdı. A.Şaiq.
[İsfəndiyar] əlini alnına dayadı və bir neçə saniyə dayanıb qaranlığa alışmaq istədi. M.Hüseyn.

// məc. Ünsiyyət bağlamaq, isinişmək, öyrəşmək.
2. Dadanmaq, öyrəşmək. Çaqqal toyuq damına alışıb, hər gecə bir toyuq aparır. İt qonşu həyətə alışıbdır.
3. Əhliləşmək, ələ öyrənmək, isinişmək. Nə qədər əlləşdilərsə də, tülkünün balası evə alışmadı.

Sinonimlər (yaxın mənalı sözlər)

  • ALIŞMAQ I ALIŞMAQ, YANMAQ, ALOVLANDIRMAQ, ODLANMAQ (od tutub yanmaq) II alışmaq bax öyrəşmək
  • ALIŞMAQ odlanmaq — alovlanmaq — yanmaq
  • ALIŞMAQ qızarmaq — utanmaq
  • ALIŞMAQ öyrənmək — dadanmaq
  • ALIŞMAQ öyrətmək — əhliləşmək — isinişmək

Omonimlər

  • ALIŞMAQ ALIŞMAQ I f. Odlanmaq, alovlanmaq, od tutub yanmaq. Alışsa yerlər də, yansa göylər də; Ölümdən qorxmarıq sən olan yerdə (S

Antonimlər (əks mənalı sözlər)

  • ALIŞMAQ ALIŞMAQ – SÖNMƏK Ümid onun gözündə; Gah alışır, gah da sönür (B.Vahabzadə). ALIŞMAQ – TƏRGİTMƏK Gülsənəm ilə Maro bir-birinə alışırdılar (S
ALIŞMA₃
ALIŞMAQ

Digər lüğətlərdə

вымога́ться до́пряма прокто́лог хомути́нный ла́герем ломба́рдный отпочко́вывание пневмова́куумный при́тча ску́дость балагол мечу чупытошный alinement crackle-china cross-cultural goony hers privilege га оказываться перетянуться першить расщелина смолёный