Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Azərmaş
Azərmaş Açıq Səhmdar Cəmiyyəti — 6 avqust 2016-cı il tarixində Azərbaycanda yaradılmış avtomobil istehsalının təşkili üzrə müəssisədir. İlk olaraq, Neftçala Sənaye Məhəlləsində İran Khodro avtomobillərin istehsalı zavodu qurulmuşdur. Bu işin məntiqi davamı olaraq Özbəkistan istehsalı olan avtomobillərin (Ravon) yığılması zavodu, Rusiya istehsalı olan GAZ qrupu kommersiya avtomobillərinin yığılması zavodunun və gələcəkdə digər ölkə avtomobil markalarının istehsalı zavodlarının, lokallaşdırma, servis və satış (həm də ehtiyat hissələrinin) nöqtələrinin artırılması, utilizasiya proqramı, ixtisaslaşdırılmış kadr hazırlığı, hazır məhsul və ehtiyat hissələrinin ixrac imkanlarının reallaşdırılması da nəzərdə tutulmuşdur. == Tərəfdaşlar == Neftçala Sənaye Məhəlləsindəki ən böyük müəssisələrdən biri "AzKron" MMC avtomobil istehsalı zavodudur. İllik istehsal gücü 10 min avtomobil olan Azərbaycan-İran birgə müəssisəsində birinci mərhələdə — 2019-cu ilin sonunadək 6 min avtomobil istehsalı planlaşdırılır. Müəssisənin ildə 2 min avtomobilin ixracı nəzərdə tutulur. Müəssisədə 300 nəfər işlə təmin edilmişdir. 2019-cu ilin sonlarından etibarən bu avtomobillərin ehtiyat hissələrinin böyük hissəsinin Azərbaycanda istehsalının nəzərdə tutulur. Müasir texnologiyalar əsasında qurulan "AzKron" MMC avtomobil istehsalı zavodunda "Khazar","Peugeot", "Renault" kimi avtomobil modelləri istehsal olunacaq. Eyni zamanda Ravon və QAZ şirkətləri ilə tərəfdaşlıq mövcuddur.
Azarkeş
Azarkeş — İdman, futbol həvəskarı.
Azərin
Azərin (doğum adı: Anaxanım Etibar qızı Tağıyeva; 9 may 1971, Bakı) — Azərbaycan müğənnisi, Azərbaycan Respublikasının xalq artisti (2015), Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin orkestr ifaçısı, Azərbaycan Silahlı Qüvvələrinin kapitanı. == Karyerası == İlk solo albomu, 2001-ci ildə Qazaxıstandaki "Asiyanın Səsi" müsabiqəsindən sonra işıq üzü görüb. Bu diskin, həmçinin 2004-cü ildə çıxan diskin repertuarına korifey sənətkarların mahnıları və xarici klassik musiqi nümunələri daxil edilmişdir. 2006-cı ildə "Azərbaycan Respublikasının əməkdar artisti", 2015-ci ildə isə "Azərbaycan Respublikasının xalq artisti" fəxri adlarına layiq görülmüşdür.
Azəri
Azərbaycanlılar (az.-əbcəd آذربایجانلیلار‎), Azərbaycan türkləri və ya azərilər (az.-əbcəd آذریلر‎) — əsasən İranın şimal-qərbini əhatə edən Cənubi Azərbaycanda və Azərbaycan Respublikasında yaşayan türk xalqı.Azərbaycan və İrandan başqa, həm də indiki Rusiya (Dağıstan), Gürcüstan (Borçalı), Türkiyə (Qars və İğdır) və İraq ərazisində yaşayırlar. Antropoloji cəhətdən Avropoid irqinin Kaspi tipinə aiddirlər. Azərbaycan dilində danışırlar. Dindarları əsasən İslam dininin şiə təriqətindədirlər (yalnız Cəfəri məzhəbində). Müasir Azərbaycan etnosunun Cənubi Qafqaz və Şimal-Qərbi İran ərazisində formalaşması prosesi çoxəsrlik bir proses olmuş və əsasən, XV əsrin sonlarında başa çatmışdır. == Məskunlaşma == Azərbaycanlılar saylarının çoxluğuna görə Qafqazda birinci, Gürcüstan və İranda isə ikinci xalqdır. Azərbaycanın özündə isə 10,1 milyona yaxın (2019) azərbaycanlı yaşayır (ölkə əhalisinin 93,6%-i).İranda azərbaycanlılar əsasən, Qərbi Azərbaycan, Şərqi Azərbaycan, Ərdəbil və Zəncan ostanlarında çoxluq təşkil edirlər. Həmçinin, Kürdüstan ostanının şərq rayonlarında (Qürvə şəhəri yaxınlığındakı kəndlərdə), Həmədan ostanında və Qəzvin ostanının şimal rayonlarında yaşayırlar. Tehran, Kərəc və Məşhəd şəhərlərində də böyük azərbaycanlı icmaları var. İranda yaşayan azərbaycanlıların ümumi sayı, müxtəlif hesablamalara görə, 20–30 milyon nəfərdir.Rusiyada azərbaycanlılar Dağıstanın cənubunda yaşayırlar.
Azərmaş ASC
Azərmaş Açıq Səhmdar Cəmiyyəti — 6 avqust 2016-cı il tarixində Azərbaycanda yaradılmış avtomobil istehsalının təşkili üzrə müəssisədir. İlk olaraq, Neftçala Sənaye Məhəlləsində İran Khodro avtomobillərin istehsalı zavodu qurulmuşdur. Bu işin məntiqi davamı olaraq Özbəkistan istehsalı olan avtomobillərin (Ravon) yığılması zavodu, Rusiya istehsalı olan GAZ qrupu kommersiya avtomobillərinin yığılması zavodunun və gələcəkdə digər ölkə avtomobil markalarının istehsalı zavodlarının, lokallaşdırma, servis və satış (həm də ehtiyat hissələrinin) nöqtələrinin artırılması, utilizasiya proqramı, ixtisaslaşdırılmış kadr hazırlığı, hazır məhsul və ehtiyat hissələrinin ixrac imkanlarının reallaşdırılması da nəzərdə tutulmuşdur. == Tərəfdaşlar == Neftçala Sənaye Məhəlləsindəki ən böyük müəssisələrdən biri "AzKron" MMC avtomobil istehsalı zavodudur. İllik istehsal gücü 10 min avtomobil olan Azərbaycan-İran birgə müəssisəsində birinci mərhələdə — 2019-cu ilin sonunadək 6 min avtomobil istehsalı planlaşdırılır. Müəssisənin ildə 2 min avtomobilin ixracı nəzərdə tutulur. Müəssisədə 300 nəfər işlə təmin edilmişdir. 2019-cu ilin sonlarından etibarən bu avtomobillərin ehtiyat hissələrinin böyük hissəsinin Azərbaycanda istehsalının nəzərdə tutulur. Müasir texnologiyalar əsasında qurulan "AzKron" MMC avtomobil istehsalı zavodunda "Khazar","Peugeot", "Renault" kimi avtomobil modelləri istehsal olunacaq. Eyni zamanda Ravon və QAZ şirkətləri ilə tərəfdaşlıq mövcuddur.
Lalə Azərtaş
Lalə Azərtaş (tam adı: Lalə Qabil qızı Azərtaş; 30 mart 1982, Bakı) — Azərbaycanlı teleaparıcı. == Həyatı == 1982-ci il martın 30-da Bakı şəhərində anadan olub. 2002-ci ildə Azərbaycan Dillər Universitetinin Tərcüməçilik fakültəsinin bakalavr, 2004-cü ildə isə magistr pilləsini qırmızı diplomla bitirib. 2002–2020-ci illərdə Azad Azərbaycan Tv-da, hal-hazırda isə Xəzər TV-də çalışır. Prezident tərəfindən fəxri diplomla təltif edilib. Bir çox beynəlxalq mükafatlarla təltif olunub. Azəriqaz İB-də İctimai Şuranın katibidir. Hal-hazırda BDU-nun Hüquqşünaslıq fakültəsinin 3-cü kursunda təhsil alır. == Şəxsi həyatı == İki qız övladı var. == İstinadlar == ""Bir Arzu var" - cəzb edir, düşündürür, həyacanlandırır… (VİDEO)" ( (az.)).
Azarkeş (dəqiqləşdirmə)
Azarkeş aşağıdakı mənalara gələ bilər: Azarkeş — İdman, futbol həvəskarı. Azarkeş (film, 2008) — Azərbaycan filmi.
Azarkeş (film, 2008)
Azarkeş tammetrajlı bədii televiziya filmi rejissor Cavid Təvəkkül tərəfindən 2008-ci ildə ekranlaşdırılmışdır. İctimai televiziyada istehsal edilmişdir. Film Argentina futbol komandasının fanatik azarkeşinin başına gələn hadisələrdən bəhs edir. Əsas rolları Əjdər Həmidov, Səidə Quliyeva və Kəmalə Hüseynova ifa edirlər. == Məzmun == Film Argentina futbol komandasının fanatik azarkeşinin başına gələn hadisələrdən bəhs edir.
Azəri Star
Azəri Star mahnı müsabiqəsi — 2004-2011-cu illər Azərbaycanda, Space telekanalında yayımlanmış musiqi televiziya müsabiqəsiAzəri Star müsabiqəsi Azəri Star Production tərəfindən hazırlanmışdı. Layihənin yaradıcısı Kemal Cenk İçten idi. İlkin müsabiqə 2004-ci ildə baş tutmuşdu. Müsabiqənin qalibləri SMS vasitəsi ilə TV izləyiciləri tərəfindən müəyyən olunurdu. Azəri Star müsabiqəsinin baş vokal məllimi – Teymur Əmrah olmuşdu.
Azəri Torpağı
Azəri Torpağı — 1999-ci il Eyyub Yaqubovun Duet Amburan albomundan olan mahnı.
Azəri dili
Azəri (azari, adari, fars. آذری‎ āḏarī [ , ərəb. الأذرية‎ əl-āḏarīya) — Atropatenanın ölü iran dili o zaman regionda geniş yayılmışdır. Regionun tam türkləşməsindən sonra Azərbaycan türkcəsi ilə yerdəyişməsi baş vermişdir.10–12-ci əsrlərdə ərəb coğrafiyaşünaslarından azərilərin Atropatenanı təsvir etdiyinə dair sübutlar var. Bu barədə əl-Məsudi yazırdı. İbn Haukal, Yakut əl-Həməvi, əl-Bəlazuri və digər ərəb müəllifləri də bu barədə xəbər verirlər. == İlk tədqiqatlar == Azəri dili haqqında yalnız 20-ci əsrdə, Əhməd Kəsrəvinin (1890–1946) "Azəri yoxsa Azərbaycanın qədim dili" (fars. آذری یا زبان باستان آذربایجان‎) adlı kitabında məlumat verilir. Kitab 1926-cı ildə Tehranda işıq üzü görmüşdür. Kəsrəvi ilk dəfə orta əsrlərdə Atropatenada yayılmış azəri dilinin materiallarını ortaya çıxarmış, onun iran xarakterini sübut etmişdir.Sonralar iranşünaslıqda inqilab iranşünas alim Boris Vsevolodoviç Millerin "Bu bölgənin türkləşməsinə qədər Azərbaycan əhalisinin dili məsələsinə dair" əsərinin Moskvada 1930-cu ildə nəşri sayəsində baş verdi.
Azəri soyqırımı
Şərqi Anadoluda ermənilərin türk-müsəlman əhaliyə qarşı qırğınları – erməni-daşnak silahlı quldur dəstələrinin türk-müsəlman əhaliyə qarşı törətdikləri kütləvi qırğınlar. == Tarixi == Birinci dünya müharibəsi (1914-1918) illərində ermənilərin Türkiyəyə qarşı ilk silahlı çıxışı çoxdan hazırlıq gördükləri Zeytun bölgəsində oldu. Onlar Türkiyədə hərbi səfərbərliyə qarşı çıxır, qeydiyyat üçün səfərbərlik məntəqələrinə gedən müsəlmanları qətlə yetirir, qarət edirdilər. Zeytundakı erməni "Hnçaq" komitəsinin yığıncağında "ingilislər İsgəndəruna çıxacaqları üçün Adana, Maraş işğal olununcaya qədər üsyanlarla səfərbərliyə mane olmaq, ingilislərin hərəkatını dəstəkləmək, jandarmaların silah və cəbhəxanalarını ələ keçirmək, hökumət məmurlarını və ailə üzvlərini öldürmək, teleqraf tellərini kəsmək" tövsiyə olunmuşdu. 1915-ci ilin fevralında hərəkətə başlayan 800 nəfərlik erməni quldur dəstəsi Maraşın teleqraf xəttini kəsmiş, hərbi qışlaya basqın etmiş və Təkkə monastırına sığınmış – 304 Şəmsəddin Məhəmməd Sahib-Divandı. 25 jandarma həlak olmuş, 34-ü yaralanmışdı. Bundan əlavə, Maraşın müxtəlif yerlərində çoxlu müsəlman öldürülmüşdü. Bölgədən orduya çağırılan ermənilərin hamısı fərarilik etmişdi. 1915 il fevralın 24-də Rusiyanın İngiltərədəki səfiri İngiltərə Xarici İşlər Nazirliyinə gedərək, zeytunlu bir erməninin Qafqaz canişini knyaz Voronsov-Daşkova müraciət edərək, türk ordularının əlaqə yollarını kəsmək üçün ermənilərin 15 minlik bir qüvvə topladıqlarını, ancaq silah və sursatın olmadığını söylədiyini bildirmişdi. İngilis və fransızların Antakya limanı vasitəsiylə yardım göndərə biləcəyi güman edilirdi.
Hüseyn Azəri
Hüseyn Azəri (Hüseyn Eyvaz oğlu Əzizov; 1979, Bakı) — jurnalist. == Həyatı == Hüseyn Azəri 1979-cu ildə Bakı şəhərinin Kürdəxanı qəsəbəsində anadan olub. Zabrat-1 qəsəbəsindəki 192 saylı orta məktəbi bitirdikdən sonra ali təhsilə yiyələnib. İxtisasca hüquqşünasdır. 1997-ci ildən jurnalistika sahəsində çalışır. "İnternews Azerbaijan"da "Güzgü", ANS TV də "İç xəbər", "Poçt qutusu", "Kişi işi" verilişlərində müxbir, aparıcı və redaktor vəzifələrində çalışıb. İctimai Televiziyada "Carçı" xəbərlər proqramının, ARB-24 TV-də əsas xəbər aparıcılarından olub, baş redaktor vəzifəsinədək yüksəlib. Dövlət Bayrağı Meydanında mətbuat xidmətinin rəhbəri kimi fəaliyyət göstərib. Hazırda Dövlət Reklam Agentliyinin mətbuat katibidir. Ailəlidir, 2 övladı var.
Kəbir Azəri
Kəbir Azəri (tam adı: Kəbir Məmmədov; 21 may, 1960, Maştağa, Bakı, Azərbaycan SSR, SSRİ — 19 yanvar, 1997, Bakı, Azərbaycan) — Azərbaycanlı meyxanaçı. == Həyatı == === Erkən illəri === 1960-cı il mayın 21-də Bakının Buzovna kəndində anadan olub. Kimya Texnologiyası Texnikumunda təhsil alıb. İlk dəfə meyxananı 12 yaşında deyib. === Yaradıcılığı === Meyxanalarının əsas mövzusu canlı həyat hadisələrinin təsviri, insan təbiətindəki nöqsanları ifşa, vətənə məhəbbət, qələbəyə inam hissi olub. === Ölümü === O, 1997-ci ilin yanvarın 19-da məclisə gedərkən dostu və meyxanaçı Nizami Rəmzi ilə birgə yol qəzasında həlak olub. Ekspertizaya görə, içkili olan Nizami Rəmzi maşını sürərkən şəhərdən çıxan İkarusla toqquşaraq həlak olmuşdu.
Rahib Azəri
Rahib Azəri — İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin mətbuat katibi. Televiziya və radio verilişlərinin aparıcısı. Müxtəlif televiziya və radio verilişlərinin müəllif və tərtibçisi. Əməkdar mədəniyyət işçisi (2016). == Bioqrafiyası == Rahib Azəri 1962-ci ildə Bakı şəhərində ziyalı bir ailədə dünyaya gəlib. Atası mühəndis, anası isə uşaq həkimi işləyib. 1969-cu ildə Bakı şəhəri 132 nömrəli orta məktəbə daxil olub. 1979-cu ildə orta məktəbi bitirib. Özü jurnalist olmaq istəsə də həmin il atasının istəyi ilə M. Əzizbəyov adına Neft Kimya İnsitutunun, energetika fakultəsinə daxil olub. 1984-cü ildə institutu bitirb və 10 il ixtisası üzrə energetik kimi çalışıb.
Sabir Azəri
Sabir Əli oğlu Azəri — nasir, tərcüməçi, 1970-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Jurnalistlər Birliyinin üzvü (1964). == Həyatı == 1938-ci il martın 22-də Azərbaycanın Ağstafa rayonunun Dağkəsəmən kəndində anadan olmuşdur. Orada orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinin jurnalistika şöbəsində təhsil almışdır (1956-1961). Sonra "Azərbaycan gəncləri" qəzeti redaksiyasında ədəbi işçi (1961-1962), Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətində redaktor (1962-1966), "Ədəbiyyat və incəsənət" qəzeti redaksiyasında publisistika şöbəsinin müdiri (1967-1968), "Ulduz" jurnalında nəsr şöbəsinin müdiri (1968-1973), məsul katib (1973-1976), "Ulduz" jurnalında baş redaktor müavini vəzifələrində işləmişdir (1976-1993). == Yaradıcılığı == Tələbəlik illərindən ədəbi fəaliyyətə başlamışdır. "Duman çəkilir" pyesi tamaşaya qoyulmuş, onun əsasında "Köhnə bərə" fılmi çəkilmişdir. "Dalanda" romanı Moskvada "Sovetski pisatel" jurnalında və onun əlavəsi "Roman-qazeta"da (1990, N 22) kütləvi tirajla buraxılmışdır. Bu romanın rus dilində 3 milyon 500 min nüsxə ayrıca kitab halında nəşri onun yaradıcılığına ciddi maraq oyatmış, "Molodaya qvardiya" və "Sovetski pisatel" nəşriyyatları povest və hekayələrini dönə-dönə kütləvi tirajla buraxmışlar. "Qorxu" povesti "Karvan" jurnalında (1990, N7), "Sonsuzluq" romanı "Azərbaycan" jurnalında (1990, Nll-12) dərc olunmuşdur. Yazıçı otuza yaxın kitabın müəllifidir.
İbrahim Azəri
A­ta­ki­şi­yev İb­ra­him Ağa Kə­rim oğ­lu (İbrahim Azəri) (21 mart 1898 – 25 yanvar 1969) — Azərbaycan aktyoru. == Həyatı == Mil­li Təh­lü­kə­siz­lik Na­zir­li­yi­nin ar­xi­vin­də D.Bün­yad­za­də adı­na Türk Döv­lət Dram Teat­rı­nın akt­yor­la­rın­dan və ümu­mi əmək­daş­la­rın­dan Azər­bay­can Mər­kə­zi İc­raiy­yə Ko­mi­tə­si Səd­ri S.A­ğa­ma­lıoğ­lu­nun ün­va­nı­na da­xil ol­muş bir əri­zə sax­la­nı­lır. Bu əri­zə 3 no­yabr 1926-cı il­də ya­zıl­mış, 10 no­yabr 1926-cı il ta­rix­də Az.­MİK ka­tib­li­yi­nin rəi­si İ.­Sə­məd­za­də­nin və tex­ni­ki ka­tib B.Rza­bə­yo­vun mü­şai­yət mək­tu­bu ilə Azər­bay­can Döv­lət Si­ya­si ida­rə­si­nə (QPU) gön­də­ril­miş­dir. Əri­zə­nin mət­ni be­lə­dir: "Bu il okt­yab­rın or­ta­la­rın­da əmək­da­şı­mız İb­ra­him Azə­ri­nin (Ata­ki­şi­ye­vin) va­li­deyn­lə­ri onun ba­ğış­lan­ma­sı haq­qın­da bi­zə mü­ra­ciət et­miş­lər. Şüb­hə­siz, bu mü­ra­ciət bi­zi öz iş yol­da­şı­mı­zın ax­ta­rı­şı­na sövq et­mə­yə bil­məz­di. O öz hə­ya­tın­da elə pis hə­rə­kət et­mə­miş­dir. Be­lə ki, biz onu yax­şı ta­nı­yı­rıq. Azə­ri­nin va­li­deyn­lə­ri­nin əri­zə­lə­rin­dən dər­hal son­ra biz onun Döv­lət Si­ya­si İda­rə­si (DSİ) tə­rə­fin­dən həbs edil­di­yi­ni eşit­dik. DSİ ki­mi ida­rə­nin iş­lə­ri­nə əx­la­qi və hü­qu­qi ba­xım­dan mü­da­xi­lə­miz düz­gün ol­ma­sa da, yol­da­şı­mı­zın həb­si­nin sə­bəb­lə­ri­ni bil­mək is­tə­mə­sək də sə­nə­tin mə­na­fe­yi xa­ti­ri­nə nə­zə­ri­ni­zə çat­dı­rı­rıq ki, bi­zim ikiil­lik iş­lə­ri­mi­zin ha­zır­lıq mər­hə­lə­si yol­daş Azə­ri­nin fəa­liy­yə­ti ilə sıx bağ­lı ol­muş­dur. Əgər müm­kün ol­sa biz yol­da­şı­mız Azə­ri­yə zə­ma­nət ver­mə­yə, ona za­min dur­ma­ğa ha­zı­rıq.
Əli Azəri
Əli Azəri (d.1900-v.1966) — filologiya elmləri namizədi. == Həyatı == == Fəaliyyəti == "Ölülər"in Təbriz tamaşasında Şeyx Nəsurullah rolunu ifa edən Əli Azəri 1921-ci ildə Cəlil Məmmədquluzadə ilə birlikdə Təbrizdən köçüb Bakıya gəlmiş, ömrünün sonuna kimi burada yaşamışdır. Əli Azəri uzun illər Azərbaycan Dövlət Universitetinin şərqşünaslıq fakültəsində müəllimlik etmiş, fars dilinin tədrisi üzrə bir neçə dərslik və Mirzə Cəlil haqqındakı xatirələrini əhatə edən "Bircə yarpaq" (1966) kitabçasını yazmışdır. == Kitabları == "Bircə yarpaq", Bakı, 1966.
Azəri (dəqiqləşdirmə)
Azəri dili — İran dilləri qrupuna daxil olduğu iddia edilən və mövcudluğu təsdiqlənməyən qədim dil. Azərbaycan dili — Azərbaycan Respublikasının və Rusiya Federasiyasının Dağıstan Respublikasının rəsmi dövlət dilinin qeyri-rəsmi adlardan bir. Azəri Bakı FK — Azəri futbol klubu Bakı şəhərində yaranmışdır. Azəri Press Agentliyi — Azərbaycanda fəaliyyət göstərən "müstəqil" informasiya agentliklərindən biri. Azəri-Çıraq-Günəşli — Xəzərin Azərbaycan sektorunda ən iri neft yatağı. Azeri — Estoniyada balaca bir volost. Azərin — Azərbaycan müğənnisi.
Andris Ameriks
Andris Ameriks (latış. Andris Ameriks‎: d. 5 mart 1961; Yurmala, Latviya SSR) — latviyalı dövlət və siyasi xadim; Latviya Seyminin V (1993—1995) və VI (1995—1998) çağırış üzvü; Latviya Seyminin sədr müavini (1995—1998). == Həyatı == Andris Ameriks 1961-ci il martın 5-də Yurmala şəhərində anadan olub.
Azəri-Press Agentliyi
Azərbaycan Press Agentliyi və ya qısa olaraq APA — 2005-cü ildən fəaliyyət göstərən Azərbaycanın informasiya agentliyi. "APA" informasiya agentliyi 2005-ci ildən fəaliyyət göstərir. 2012-ci ilin 3 oktyabrında agentliyin əsasında "APA Holdinq" təsis olunub. Holdinqə Azəri Press Agentliyi, "Lent.az" İnformasiya Agentliyi MMC, "Vesti.az" İnformasiya Agentliyi MMC, "Kulis.az", "APASport.az" İnformasiya Agentliyi MMC, APA TV, "APA ADVERTİSEMENT PR" MMC, "APA SERVİS" MMC daxildir.2018-ci ildə bir müddət fəaliyyətini dayandırıb.Holdinqin prezidenti Vüsalə Mahirqızı, Direktorlar Şurasının sədri isə Nurşən Quliyevdir.
Azəri Bakı FK
"Azəri" — Bakını təmsil etmiş futbol klubu. == Tarixi == Bakı şəhərində yaranmışdır. == Fəaliyyəti == 3 dəfə futbol üzrə Azərbaycan çempionatının elitasında iştirak etmişdir.
Azəri Press Agentliyi
Azərbaycan Press Agentliyi və ya qısa olaraq APA — 2005-cü ildən fəaliyyət göstərən Azərbaycanın informasiya agentliyi. "APA" informasiya agentliyi 2005-ci ildən fəaliyyət göstərir. 2012-ci ilin 3 oktyabrında agentliyin əsasında "APA Holdinq" təsis olunub. Holdinqə Azəri Press Agentliyi, "Lent.az" İnformasiya Agentliyi MMC, "Vesti.az" İnformasiya Agentliyi MMC, "Kulis.az", "APASport.az" İnformasiya Agentliyi MMC, APA TV, "APA ADVERTİSEMENT PR" MMC, "APA SERVİS" MMC daxildir.2018-ci ildə bir müddət fəaliyyətini dayandırıb.Holdinqin prezidenti Vüsalə Mahirqızı, Direktorlar Şurasının sədri isə Nurşən Quliyevdir.
Azəri Qızı Günel
Günel Rəhman qızı Zeynalova vəya Azəri Qızı Günel (25 oktyabr 1985, Ağdam) — Əslən azərbaycanlı olan Türkiyə müğənnisi. == Həyatı == Günel Zeynalova 25 oktyabr 1985-ci ildə Ağdamda anadan olmuşdur. == Karyerası == Hal-hazırda Türkiyədə fəaliyyət göstərir. == Albomları == === Ne olur Allahım (1998) === 25 dekabr 1998-ci ildə işıq üzü görə alboma 12 mahnı daxil idi:01. Azeri Kızı Günel — Ne Olur Allahım 02. Azeri Kızı Günel — Kimlere Kaldı Dünya 03. Azeri Kızı Günel — Ağrıma Gidiyor 04. Azeri Kızı Günel — Çoçukların Günahı Ne 05. Azeri Kızı Günel — Herşey Yolunda 06. Azeri Kızı Günel — Bizim Köy 07.
Azəri Torpağı (mahnı)
Azəri Torpağı — 1999-ci il Eyyub Yaqubovun Duet Amburan albomundan olan mahnı.
Azəri Türk (jurnal)
Azəri Türk (türk. Azeri Türk) — 1928–1931-ci illərdə Azərbaycan Cümhuriyyətinin bolşeviklər tərəfindən işğal edilməsindən sonra İstanbula gələn ziyalılar tərəfindən nəşr edilən elmi, ədəbi, ictimai, iqtisadi və siyasi jurnal. 1928-ci il fevralın 1-də nəşrə başlayan və 15 gündən bir çıxan jurnalın imtiyaz sahibi Məmməd Sadıq Axundzadə, müdir və baş redaktoru isə Məhəmməd Əmin Rəsulzadə idi. Jurnalın demək olar ki, bütün nömrələrində Azərbaycanın problemlərinə dair məqalələr var idi. Çünki jurnalın nəşr olunduğu 1928–1931-ci illərdə Azərbaycan çox çətin bir dövr yaşayırdı. "Azəri Türk" problemlərin həlli mövqeyindən çıxış edərək müstəqillik mövzusunda həm Azərbaycanda, həm də xaricdə yaşayan Azərbaycan türkləri arasında fikrin formalaşmasında böyük rol oynamışdır. 1928-ci ilin noyabrında Məhəmməd Əmin Rəsulzadə və Mirzə Bala Məmmədzadə ilə Məmməd Sadıq Axundzadə arasında baş vermiş anlaşılmazlığa görə Məhəmməd Əmin Rəsulzadə və Mirzə Bala Məmmədzadə jurnaldan ayrılaraq "Odlu Yurd" jurnalını qurublar. Sonradan Şəfi bəy Rüstəmbəylidə də jurnaldan ayrılaraq "Odlu Yurd" jurnalına keçmişdir. == Haqqında == İlk nömrəsi 1928-ci il fevralın 1-də İstanbulda nəşr olunan jurnalın cəmi 29 sayı işıq üzü görmüşdür. "Orhaniye", "Milliyet" və "Amedi" mətbəələrində çapdan çıxan jurnalın qiyməti əvvəlcə 10 quruş olsa da, daha sonra 20 quruşa qalxmışdı.
Endi Serkis
Endrü Klement Serkis (d. 20 aprel 1964[…] — İngilis aktyoru və film rejissoru. Üzüklərin hökmdarı üçləməsində Qollumu və Meymunlar planetindəki Sezarı canlandırmışdır. == Həyatı == Serkis, Midlseksin Ruislip Manor bölgəsində doğulub böyümüşdür. Onun anası Layl ingilisdir və əlil uşaqlara müəllimlik edir, atası Klement Serkis iraqda doğulub və ginekoloqdur. Serkisin tam soyadı Sarkisyandır və o, erməni əsillidir.
Giorqos Merkis
Giorqos Merkis (yun. Γιώργος Μερκής; 30 iyul 1984[…], Limasol, Limasol rayonu[d]) — Kipr futbolçusu, futbol üzrə Kipr çempionatında çıxış edən "APOEL" FK-nın və Kipr milli futbol komandasının müdafiəçisi. == Karyera == === Apollon Limassol === Merkis "Apollon Limassol" akademiyasının yetirməsidir. O, 2001/2002 mövsümündə, 17 yaşında debüt etmişdir. Karyerasının böyük əksəriyyətini "Apollon"da keçirmiş və burada bir çempionluq, iki kubok və bir super kubok qazanmışdır. Klubda on beş il çıxış etdikdən sonra onun müqaviləsi 12 yanvar 2016-cı ildə qarşılıqlı olaraq ləğv edilmişdir. === APOEL === Merkis 12 yanvar 2016-cı ildə başqa bir Kipr klubu olan "APOEL" ilə 18 aylıq müqavilə imzalamışdır. O, 17 yanvar 2016-cı ildə "Enosis Neon Paralimni" ilə ev oyununda rəsmi debüt etmişdir. Oyun 3:0 hesablı qəbələ ilə başa çatmışdır. O, "APOEL"də ilk qolunu 2 aprel 2016-cı ildə keçmiş komandası "Apollon Limassol"a qarşı vurmuşdur.
Azeri (volost)
Azeri (est. Aseri vald) — Estoniyada balaca bir volost. Volostin sahəsi — 67,1 км². Onlardan 30 % meşədir. Volost mərkəzinin ərazisində 8 kənd var. Məlumatlara görə 2003-cü ildə Kooqu kəndində 38 insan yaşayırdı, Rannu kəndində — 201, Kırtsialuse kəndində — 33, Azerialu kəndində — 30, Kırkkyula kəndində — 38, Kalvi kəndində — 40, Kestla kəndində — 37, Oru kəndində — 24 adam.
Azeri Brothers
"Azeri brothers" (azərb. Azəri qardaşları‎) — Azərbaycanlı pəhləvanlar – Hüseyn və Laçın Abdulhüseynov qardaşlarından ibarət qrup. 9 qat rəsmi dünya rekordçularıdır. == Qardaşlar == Abdulhüseynov qardaşları Quba rayonunda anadan olublar. Onlar vaxtilə məşhur pəhləvan olmuş atalarının yolunu davam etdirirlər. Ataları Əli və əmiləri Qəmbər qədim pəhləvanlıq sənəti ilə mesqul olmuş, bir çox ölkələrdə Azərbaycanı təmsil etmişlər. Əli pəhləvan 1992-ci ildə Qubada "Pəhləvan Əli" İdman Klubunu yaratmışdır. Uşaq vaxtlarından idmanla məşğul olmağa başlayan Hüseyn və Laçın qardaşlarda həmin klubda məşqlər etmiş, bir neçə idman növü ilə məşğul olmuşlar. 2000-ci illərdə qol güləşi üzrə keçirilmiş respublika çempionatlarında dəfələrlə qalib olmuşlar. Abdulhüseynov qardaşları hazırda öz rayonlarında gələcəyin pəhləvanlarını yetişdirməklə məşğuldurlar.
Azeri Kızı Günel
Günel Rəhman qızı Zeynalova vəya Azəri Qızı Günel (25 oktyabr 1985, Ağdam) — Əslən azərbaycanlı olan Türkiyə müğənnisi. == Həyatı == Günel Zeynalova 25 oktyabr 1985-ci ildə Ağdamda anadan olmuşdur. == Karyerası == Hal-hazırda Türkiyədə fəaliyyət göstərir. == Albomları == === Ne olur Allahım (1998) === 25 dekabr 1998-ci ildə işıq üzü görə alboma 12 mahnı daxil idi:01. Azeri Kızı Günel — Ne Olur Allahım 02. Azeri Kızı Günel — Kimlere Kaldı Dünya 03. Azeri Kızı Günel — Ağrıma Gidiyor 04. Azeri Kızı Günel — Çoçukların Günahı Ne 05. Azeri Kızı Günel — Herşey Yolunda 06. Azeri Kızı Günel — Bizim Köy 07.