Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Boyur
Boyur — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun inzibati ərazi vahidində kənd. Boyur kəndi dağətəyi ərazidədir. Toponim qədim türk sözü olan və "dağ döŞü", "dağ yamacı" mənalarını bildirən bair sözünun yerli tələffüz formasıdır. Ərazini relyef cəhətdən təsvir edir. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd ərazisi 25 noyabr 2020-ci ildə Azərbaycana qaytarılıb.
Belə Buyurdu Zərdüşt
Zərdüşt belə deyirdi: Hamı və heç kim üçün kitab (alm. Also sprach Zarathustra: Ein Buch für Alle und Keinen‎) — alman filosof Fridrix Nitsşe tərəfindən qələmə alınmış kitab (1882-1885). Kitabı müəyyən bir kateqoriyaya aid etmek çətindir. Nitsşenin düşüncələrinin ən yüksək səviyyəyə çatdığı yetkinlik dövrü bu kitab ilə başlayır. O, bu kitabı "yazılmış ən dərin əsər" olaraq təqdim etmişdir. Əsərdə bir çox fərqli mövzuya toxunulmuşdur. Bu kitab bir çox tənqidlərə məruz qalmışdır. == Məzmun və quruluşu == Əsər 4 əsas bölməyə ayrılır. 83 bölümdən ibarətdir və hər bölümün başlıq mövzusu insan davranışları və faktlardır. İlk iki hissəsini 1883-cü ildə, üçüncü hissəni 1884-cü ildə, dördüncü və son hissəni 1885-ci ildə yazmışdır.
Qızılı boyunlu qızılquş
Qızılı boyunlu qızılquş (lat. Falco chicquera) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qızılquşkimilər dəstəsinin qızılquşlar fəsiləsinin qızılquş cinsinə aid heyvan növü.