Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Bağbanlı
Bağbanlı (Ağdam) — Azərbaycan Respublikasının Ağdam rayonunun inzibati ərazi vahidində kənd. Bağbanlı (Quba) — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində qəsəbə.
Bağbanlı (Ağdam)
Bağbanlar — Azərbaycan Respublikasının Ağdam rayonunun Bağbanlar kənd inzibati ərazi dairəsində kənd.Kənd 1993-ci il iyulun 4-də Ermənistan Ordusu tərəfindən işğal olunmuşdur. 20 noyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir. == Tarixi == Bağbanlar Ağdam rayonunun eyniadlı inzibati ərazi vahidində kənd. Qarqar çayının sağ sahilindən bir qədər aralı, Qarabağ düzündədir.
Bağbanlı (Quba)
Bağbanlı — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində qəsəbə. Barlı bələdiyyəsinin tərkibindədir. == Tarixi == Bağbanlı Quba rayonunun Zərdabi inzibati ərazi vahidində qəsəbə. Qusar maili düzənliyindədir. Yaşayış məntəqəsi 12 №-li meyvəçilik sovxözünün 2-ci Şöbəsində salındığı üçün belə adlandırılmışdır.
Barbarlıq
Barbarlar (yun. bάrbαroi, lat. barbari, çin. 華夷之辨 – yadellilər, əcnəbilər) – qədim yunanların, sonra isə romalıların, həmçinin hindlilərin, Uzaq Şərq xalqlarının, yapon və çinlilərin dil və mədəniyyətcə onlara yad olan başqa tayfa və xalqlara verdikləri addır. == Tarixi == Eramızın başlanğıcında ən çox german tayfalarını barbar adlandırırdılar. Yeni dövrün tarix ədəbiyyatında "Barbar" termini Roma imperiyasını istila edib, onun ərazisində müstəqil krallıqlar (barbar krallıqlar) yaradan xalqları müəyyənləşdirmək üçün işlədilmişdir. Roma imperiyasında quldarlığın ləğvi və feodal münasibətlərinin formalaşmasında barbar istilaları mühüm rol oynamışdır. Məcazi mənada – imperialist müharibə qızışdırıcıları, irqi ayrı-seçkilik və apartheyd siyasəti yeridənlər, kobud, qəddar adamlar, mədəni sərvətləri dağıdanlar və b. da barbar adlandırılır. === Avropa dəmir dövrü === Antik dövrdə bu söz yunanlar tərəfindən yunan olmayan xalqlara qarşı istifadə olunurdu.
Bağbanlar
Bağbanlar (Ağdam) — Azərbaycan Respublikasının Ağdam rayonunun eyniadlı inzibati ərazi vahidində kənd. Bağbanlar (Biləsuvar) — Azərbaycan Respublikasının Biləsuvar rayonunun eyniadlı inzibati ərazi vahidində kənd. Bağbanlar (Samux) — Azərbaycan Respublikasının Samux rayonunun eyniadlı inzibati ərazi vahidində kənd.
Barbarlıq (dilçilik)
Barbarlıq (dilçilik) — Barbarlıq bir dildə qeyri-standart bir söz, ifadə və ya tələffüzdür, xüsusən də morfologiyada səhv kimi qəbul edilir. Bu etiket əvvəlcə qədim yunan və ya latın dilini digər dillərlə qarışdırmaq üçün tətbiq edilmişdi, lakin klassik tədqiqatlarda hər hansı uyğun olmayan söz və ya ifadələrə, nəhayət, cilalanmamış və ya kobud hesab edilən istənilən dilə istinad etmək üçün genişləndirilmişdir. Termin əsasən yazılı dil üçün istifadə olunur. Müasir dilçilikdə ümumi qəbul edilmiş texniki mənası olmayan bu termin müasir deskriptor alimləri tərəfindən az istifadə olunur. == Mənşəyi == Barbarlıq termini ilk dəfə ellinlər tərəfindən dillərinə daxil olan yad elementlər üçün istifadə edilmişdir. (“Barbarismos” sözü “barbaros” sözü ilə bağlıdır; o, ellinlərin işlətdiyi təbiətin təqlidi olan “bar-bar-bar” sözündəndir, “danışmaq” mənasını verir – buna görə də hər iki barbarın mənfi xasiyyəti. və barbarlıq.) Eynilə, digər dillərdə anglicism, ingiliscə qallicism [Məsələn, to be present at əvəzinə kömək etmək üçün feldən istifadə etmək, müq. Fransız köməkçisi] barbarlığa misal olaraq germanizm, ispanizm və s. == İngilis dili == Uyğun olmayan istifadəni təsvir etmək üçün ingilis dilində sözün ən erkən istifadəsi 16-cı əsrdə, xüsusilə klassiklərlə əlaqəli mətnlərdə digər dillərin Latın və ya Yunanca ilə qarışdırılmasına istinad etmək idi. XVII əsrə qədər barbarlıq daha ümumi və daha az dəqiq olan uyğun olmayan bir dil hissi almışdı.
Bağbanlar (Ağdam)
Bağbanlar — Azərbaycan Respublikasının Ağdam rayonunun Bağbanlar kənd inzibati ərazi dairəsində kənd.Kənd 1993-ci il iyulun 4-də Ermənistan Ordusu tərəfindən işğal olunmuşdur. 20 noyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir. == Tarixi == Bağbanlar Ağdam rayonunun eyniadlı inzibati ərazi vahidində kənd. Qarqar çayının sağ sahilindən bir qədər aralı, Qarabağ düzündədir.
Bağbanlar (Biləsuvar)
Bağbanlar (əvvəlki adı: Arxangelovka) — Azərbaycan Respublikasının Biləsuvar rayonunun Bağbanlar kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Biləsuvar rayonunun Arxangelovka kəndi Bağbanlar kəndi və müvafiq olaraq Arxangelovka kənd Soveti Bağbanlar kənd Soveti adlandırılmışdır. == Toponimikası == Kəndin keçmiş adı Arxangelovka olmuşdur. XX əsrin əvvəllərində Rusiyanın Arxangelsk vilayətindən köçüb gələnlər burada məskunlaşmış, köhnə yaşayış yerlərinin adını yeni məskənlərinə vermişdilər. 1991-ci ildən kəndin adı Bağbanlar kimi rəsmiləşmişdir. Etnotoponimdir. 1933-cü ildə Bərdə rayonunun Mehdixanlı inzibati ərazi vahidində də eyniadlı kənd qeydə alınmışdır. Bəzi ədəbiyyatlarda və yerli əhalinin dilində Bağmanlar variantı da işlənir. == Tarixi == === Tarixi abidələri === Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. == Coğrafiyası və iqlimi == Kənd Mahmudçala gölündən bir qədər aralı, Muğan düzündə, rayonun şimal-qərb istiqamətində yerləşir.
Bağbanlar (Gəncə)
Bağbanlar — Gəncə şəhərində yaşayış sahəsi.
Bağbanlar (Samux)
Bağbanlar — Azərbaycan Respublikasının Samux rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Samux rayonunun İnstitut qəsəbə inzibati-ərazi vahidi tərkibindəki yaşayış məntəqəsi Bağbanlar kəndi adlandırılmış və rayonun yaşayış məntəqələri uçot məlumatına daxil edilmişdir. == Əhalisi == Əhalisinin sayı 813 nəfərdir.
Bağbanlar bələdiyyəsi
Biləsuvar bələdiyyələri — Biləsuvar rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis edilib. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Elmar Babanlı
Elmar Babanlı ( 28 sentyabr 1982, Bakı şəhəri) — cüdo üzrə beynəlxalq dərəcəli hakim, "Neftçi İdman Klubu" İctimai Birliyinin idman və sağlamlıq məsələləri üzrə baş meneceri, Azərbaycan Cüdo Federasiyasının baş katibi (2015-ci ildən). Tofiq Babanlının oğludur. == Həyatı == Elmar Babanlı 28 sentyabr 1982-ci ildə Bakı şəhərində anadan olub. Əslən Qazax rayonunun Muğanlı kəndindəndir. 2005-ci ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasını bitirib.
Fuad Babanlı
Fuad Babanlı (Babanlı Fuad Abdulla oğlu; 17 aprel 1945, Qazax – 17 mart 2020) — Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair-dramaturq. Sərbəst güləş üzrə SSRİ idman ustası. == Həyatı == Fuad Babanlı 17 aprel 1945-ci ildə Qazax şəhərində müəllim ailəsində anadan olub. 1951 - 1961-ci illərdə Qazax şəhərində orta məktəbdə oxuyub.1971-ci Azərbaycan Politexnik İnstitutunu bitirib. İxtisasca mühəndisdir. 1964 – 1967-ci illərdə Ordu sıralarında xidmətdə olub. Sərbəst güləş üzrə SSRİ idman ustasıdır. Müxtəlif vəzifələrdə çalışıb. Fuad Babanlı 17 mart 2020-ci ildə vəfat edib. == Ailəsi == İki oğlu, dörd nəvəsi vardır.
Mustafa Babanlı
Mustafa Babanlı — Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin keçmiş rektoru (2015–2023), texnika elmləri doktoru, professor. AMEA-nın müxbir üzvü Məhəmməd Babanlının kiçik qardaşı, azərbaycanlı yazıçı Vidadi Babanlının əmisi nəvəsidir. Qazax rayonunun Birinci Şıxlı kəndindəndir, Saatlı şəhərində anadan olub. == Həyatı == Mustafa Baba oğlu Babanlı 1968-ci il fevral ayının 21-də müəllim ailəsində anadan olub. 1983-cü ildə Bakı şəhəri 1 saylı Fizika-Riyaziyyat təmayüllü orta məktəbi bitirib, elə həmin il də Kiyev Politexnik İnstitutunun mühəndis-fizikası fakültəsinin metallar fizikası ixtisasına daxil olub. 1989-cu ildə Ukrayna Milli Texniki Universitetinin mühəndis-fizikası fakültəsinin metallar fizikası ixtisasını fərqlənmə diplomu ilə bitirdikdən sonra gənc mütəxəssis kimi Azərbaycan Milli Elmlər Akademiyasının "Kristal" təcrübə zavodlu xüsusi konstruktor bürosunda mühəndis-texnoloq kimi əmək fəaliyyətinə başlamışdır. M. Babanlı 1990–1992-ci illərdə Ukrayna Milli Elmlər Akademiyasının Metallar Fizikası İnstitutunda aspiranturada təhsil almış, 1993-cü ildə vaxtından əvvəl, "Bərk cisimlərin fizikası" ixtisası üzrə, "İfrat sürətlə soyudulmuş TiNiCu ərintilərində faza çevirmələri" mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək, fizika-riyaziyyat elmləri namizədi elmi dərəcəsi almışdır. 1996-cı ildən Azərbaycan Texniki Universitetinin metallurgiya və metalşünaslıq kafedrasında işləyir. Əvvəlcə assistent, 2001–2010-cu illərdə dosent, 2010–2015-ci illərdə professoru vəzifəsində işləmişdir. 2010–2015-ci illərdə Azərbaycan Texniki Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru vəzifələrində çalışmışdır.
Məhəmməd Babanlı
Məhəmməd Baba oğlu Babanlı (1952, Saatlı rayonu) — azərbaycanlı kimyaçı, AMEA-nın müxbir üzvü (2014). BDU-nun prorektoru (1992-1994), AMEA-nın Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda elmi işlər üzrə direktor müavini, həmin İnstitutda Dissertasiya Şurasının sədr müavini, eyni zamanda "Qeyri-üzvi funksional materiallar" şöbəsinin müdiridir. Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiya­sının Kimya üzrə Ekspert Şurasının sabiq sədri. Rusiya Təbiətşünaslıq Akademiyasının müxbir üzvü, Lütfi Zadə adına Elmlər Akademiyasının həqiqi üzvüdür. Rusiya EA Rəyasət Heyətinin diplomuna və Nauka/İnterperiodika beynəl­xalq akademik nəşriyyatının mükafatına layiq görülmüşdür. Bir neçə dəfə Azər­baycan Respublikası Təhsil Nazirliyinin və BDU rektorunun Fəxri fərmanları və "Tərəqqi" medalı ilə təltif edilmişdir. Qazax rayonunun Birinci Şıxlı kəndindəndir, Saatlı rayonunun Əliabad kəndində anadan olub. == Həyatı == Məhəmməd Babanlı 1952-ci ildə Saatlı rayonunda müəllim ailəsində anadan olmuşdur. Orta məktəbi 1968-ci ildə Ağstafa şəhərində medalla bitirmiş və Azərbaycan Dövlət Universitetinin kimya fakültəsinə daxil olmuşdur. 1973-cü ildə universiteti fərqlənmə diplomu ilə bitirmiş və aspiranturada saxlanmışdır.
Tofiq Babanlı
Tofiq Xanlar oğlu Babanlı (14 fevral 1937, Naxçıvan – 10 yanvar 2022, Bakı) — Məşhur boksçu, SSRİ idman ustası (1958), Azərbaycan Respublikasının Əməkdar məşqçisi (1965), Beynəlxalq dərəcəli hakim (1995), Azərbaycan Respublikasının Əməkdar Bədən Tərbiyəsi və İdman xadimi (2006), 1993-cü ildən Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Komitəsində, 1996-cı ildən isə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyində baş məsləhətçi. == Həyatı == Tofiq Babanlı 14 fevral 1937-ci ildə Naxçıvan şəhərində anadan olub. Əslən Qazax rayonunun Muğanlı kəndindəndir. Orta məktəbi bitirdikdən sonra təhsilini Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunda davam etdirib. 1960-cı ildə institutu bitirdikdən sonra Bakı Uşaq Gənclər İdman Məktəbində boks üzrə məşqçi-müəllim kimi əmək fəaliyyətinə başlayıb. Uzun illər müxtəlif idman cəmiyyətlərində və Yüksək İdman Ustalığı Məktəbində baş məşqçi vəzifəsində çalışıb. Respublika yığma komandasına rəhbərlik edib. Yetirmələri 12 dəfə SSRİ çempionatı və birinciliklərinin qalibi və mükafatcısı olublar. Yetirməsi Kamal Babayev 1965-ci ildə Azərbaycan boks tarixində ilk dəfə olaraq, gənclərin Avropa kuboku yarışında qızıl medal qazanıb. 1989-cu ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunda pedoqoji fəaliyyətə başlayıb.
Vidadi Babanlı
Babanlı Vidadi Yusif oğlu (5 yanvar 1927, Birinci Şıxlı) — nasir, şair, tərcüməçi, 1954-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycanın əməkdar incəsənət xadimi (1986), Prezident təqaüdçüsü. "Şərəf" (2022) == Həyatı == Vidadi Babanlı 1927-ci il yanvarın 5-də Qazax rayonunun Şıxlı kəndində müəllim ailəsində doğulmuşdur. Burada orta məktəbi bitirdikdən sonra ADU-nun fılologiya fakültəsində təhsil almışdır (1944–1949). Bir il Sabirabad şəhər orta məktəbində müəllim işləmiş, sonra Bakıya köçüb "Azərbaycan müəllimi" qəzeti redaksiyasında ədəbi işçi vəzifəsində çalışmışdır. Moskvada M. Qorki adına Ədəbiyyat İnstitutuna təhsil almağa göndərilmiş, orada aspiranturaya daxil olsa da, səhhəti üzündən Bakıya qayıtmalı olmuşdur. Burada "Ədəbiyyat qəzeti" redaksiyasında ədəbi işçi, sonra şöbə müdiri işləmişdir (1954–1960). Yaradıcılıqla əlaqədar Sumqayıt şəhərində fəhlə yataqxanasında tərbiyəçi olmuş, əsərinə material toplamışdır. "Azərbaycan" jurnalı redaksiyasında nəsr şöbəsinə başçılıq etmişdir (1961–1968). C. Cabbarlı adına "Azərbaycanfılm" kinostudiyasının dublyaj şöbəsində baş redaktor əvəzi (1974–1976), "Yazıçı" nəşriyyatında baş redaktor müavini (1978–1981) olmuşdur. Hazırda bədii yaradıcılıqla məşğuldur.
Yusif Babanlı
Yusif Babanlı (tam adı: Babanlı Yusif Məmməd oğlu; 9 aprel 1984, Ordubad rayonu) — professor, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının prorektoru, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin bölməsinin sədri, Azərbaycan Respublikasının Boks idman növü üzrə idman ustası, Azərbaycan Boks Federasiyasının İcraiyyə Komitəsinin üzvü, Respublika dərəcəli hakim, Azərbaycan Mədəniyyət İşçiləri Müstəqil Həmkarlar İttifaqının Respublika Komitəsinin Rəyasət Heyətinin, İctimai Televiziya və Radio Yayımları Şirkətinin Yayım Şurasının ,Azərbaycan Yazıçılar Birliyinin üzvü və "Olimpiya" Boks İdman Klubu Ictimai Birliyinin təsisçisidir. YAP Respublika Gənclər Birliyinin İdarə Heyətinin üzvü olmuşdur. == Həyatı == Babanlı Yusif Məmməd oğlu, 1984-cü ildə aprel ayının 9-da Naxçıvan MR, Ordubad rayonunda ziyalı ailəsində anadan olmuşdur. 1990–2001-ci illərdə Ordubad rayonunda orta məktəbdə təhsil almış, 2001–2005-ci illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının bakalavr, 2005–2008-ci illərdə magistr pilləsini fərqlənmə diplomu ilə bitirmişdir. İkinci təhsilini Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının "Dövlət və bələdiyyə idarəetməsi" ixtisası üzrə almışdir. Azərbaycan Silahlı Qüvvələri sıralarında həqiqi hərbi xidmət keçmişdir. Ailəlidir. 2 övladı var. == Təşkilati fəaliyyəti == Akademiyanın ictimai həyatında fəallığı ilə seçilən Babanlı 2001-ci ilin noyabr ayından Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının Tələbə Həmkarlar Təşkilatının sədri olmuşdur. 2009-cu ilin yanvar ayından Azərbaycan Boks Federasiyasının İcraiyyə Komitəsinin üzvü və Təşkilat Komitəsinin sədridir.
Əhməd Babanlı
Əhməd Yusif oğlu Babanlı — Alim, texnika elmləri doktoru, Türkiyənin Aydın Universitetinin professoru, Mesor peyk sisteminin, kompüter vasitəsilə ali məktəblərdə tələbə qəbulu sisteminin hazırlanmasında fəal iştirak etmişdir. == Həyatı və elmi fəaliyyəti == Əhməd Babanlı 1938-ci il iyunun 27-də Qazax şəhərində anadan olmusdur. Əslən Birinci Şıxlı kəndindəndir. Orta məktəbi qızıl medalla bitirdikdən sonra Azərbaycan Neft və Kimya İnstitutunun (indiki Neft və Sənaye Universiteti) energetika fakültəsinə daxil olmuş və 1961-ci ilde institutu fərqlənmə diplomu ilə bitirərək əmək fəaliyyətinə başlamışdır. 1961-1981-ci illərdə Moskva şəhərinin bir sıra elmi-tədqiqat institutlarında mühəndis, elmi işçi, laboratoriya müdiri vəzifələrində çalışmışdır. 1967-1970-ci illərdə Moskva Energetika İnstitutunun əyani aspirantı olmuşdur. 1970-ci ildə Moskva şəhərində dissertasiyasını müdafiə edərək texnika elmlari namizədi elmi adı almışdır. 1981-ci ildə Bakıya qayıdaraq Azərbaycan Neft Akademiyasının Proqramlaşdırma kafedrasında dosent kimi pedaqoji fəaliyyətini davam etdirir. Elm və texnikanın aparıcı sahələrində bir sıra gərəkli işlərin müəllifidir. Mesor peyk sisteminin, kompüter vasitəsilə ali məktəblərdə tələbə qəbulu sisteminin hazırlanmasında fəal iştirak etmişdir.
Muğanlı (Bağbanlar, Ağdam)
Muğanlı — Azərbaycan Respublikasının Ağdam rayonunun Bağbanlar kənd inzibati ərazi dairəsində kənd. 20 noyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir.
Baranlıq-i Hüseynxan (Miyanə)
Baranlıq-i Hüseynxan (fars. برنليق حسين خان‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 145 nəfər yaşayır (36 ailə).
Baranlıq-i Mədədxan (Miyanə)
Baranlıq-i Mədədxan (fars. برنليق مددخان‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 294 nəfər yaşayır (70 ailə).
Xaqanlıq
Xanlıq və ya xaqanlıq — xan, xaqan, xatun və ya xanımın idarə etdiyi ictimai-siyasi birlik. Bu ictimai-siyasi birliklər adətən Avrasiya çöllərində yerləşən köçəri türk, monqol və tatar cəmiyyətləri idi.Xanlıq orta əsrlərdə türkdilli xalqlarda ictimai-siyasi birlik idi. Onu xan idarə edirdi ki, adı da buradandır. Krım, Həştərxan, Kazan xanlıqları daha məşhur idi. 1740-cı illərdə Azərbaycanda 10-dan çox xanlıq meydana gəlmişdi. Onlardan Qarabağ, Quba, Şəki, Xoy xanlıqları Azərbaycanın siyasi həyatında mühüm rol oynamışdılar. Xanlıqlar XIX əsrin ikinci yarısınadək mövcud olmuşdular.Xaqanlıq erkən orta əsrlərdə türkdilli xalqlar da ictimai-siyasi birlik. Onu xaqan idarə edirdi, adı da buradandır. Monqol, Avar, Hun, Türk xaqanlıqları məşhur olmuşlar. Xanlıq ilə müqayisədə xaqanlıq çoxsaylı kiçik xanlıqların ona tabe olduğu böyük köçəri dövlət idi.