Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Babaylı
Babaylı (Zəngilan) — Azərbaycan Respublikasının Zəngilan rayonunun inzibati ərazi vahidində kənd. Babaylı (Kəleybər) — İranda kənd.
Badamlı
Badamlı — Azərbaycan Respublikasının Şahbuz rayonunun Badamlı qəsəbəsi ərazisində mineral bulaq. == Ümumi məlumat == Badamlı mineral suyunun kəşfi və dünyada tanıdılması geologiya-mineralogiya elmləri doktoru Əziz Əsgərovun adı ilə bağlıdır. 1947-ci ildən bəri istehsal olunan "Badamlı" Azərbaycanın ilk və ən məşhur su brendidir. Sovet İttifaqı dövründə 15 müttəfiq respublikaya satılan Badamlı suları faydalı komponentlərlə zəngin tərkibi və unudulmaz dadı ilə bütün Sovet İttifaqı alıcılarının könlünü fəth etmişdir. 1990-cı illərdə ittifaq dağıldıqdan sonra, bazar iqtisadiyyatına keçid prosesi ilə əlaqədar yaranan çətinliklərə görə Badamlı sularının ixracı dayanmışdır. Adını ərazidə yerləşən Badamlı kəndinin adından alan bulaqlar XIX əsrin sonlarında yer qatının çatlaması nəticəsində üzə çıxmışdır. Badamlı mineral süfrə suyu həzmi asanlaşdırır, iştahı artırır. Tərkibində olan minerallar insan orqanizminə müsbət təsir edir, həmçinin orqanizmdə çatışmayan mineralların bərpasına köməklik göstərir. Qiymətli süfrə suyu kimi sənaye miqyasında istifadə edilir. == Badamlı mineral su yatağı == Badamlı bulağı Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Badamlı kəndinin cənub-qərbində, 1262–1274 metr hündürlükdə yerləşir.
Baharlı
Baharlı — Azərbaycanda daha çox işlədilən təxəllüs. Bu təxəllüsü olan tanınmış insanlar Məhəmməd Baharlı — nasir, publisist. Bayramxan bəy Baharlı — ictimai xadim, Əbdürrəhim xan Baharlı — Böyük Moğolların dövlətinin görkəmli dövlət xadimi və sərkərdəsi. Bayram xan Baharlı — XVI yüzillikdə Hindistanın tarixində böyük rol oynamış şəxsiyyətlərdən biri Mirzə Vəli bəy Baharlı — Qarabağ xanlığının vəziri, şairKəndlər Baharlı (Ağdam) — Azərbaycanın Ağdam rayonunda kənd. Gül Baharlı — Azərbaycanın Ağdam rayonunda kənd. Birinci Baharlı — Azərbaycanın Ağdam rayonunda qəsəbə. İkinci Baharlı — Azərbaycanın Ağdam rayonunda qəsəbə. Baharlı (Zəngilan) — Azərbaycanın Zəngilan rayonunda kənd. Baharlı (Qafan) — Ermənistan Respublikasının cənubunda keçmiş Qafan rayonunda kənd. Baharlı (Qafan, 2) — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Qafan rayonu ərazisində kənd.
Qabaxlı
Qabaxlı (Keşişkənd) — Dərələyəz mahalında, Alagöz çayının (erm.: e. Եղեգիս գետի, l. Yeğeqis qeti) sol sahilində kənd. Qabaxlı — İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indiki Paşalı (Əzizbəyov, Vayk) rayonu ərazisində kənd. Qabaxlı (Axta) — İrəvan quberniyasının Yeni Bayazid qəzasında indi Axta (Razdan) rayonunda kənd. Qabaxlı körpüsü — İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indiki Keşişkənd (Yeğeqnadzor) rayonunda körpü. Qabaxlı çayı — İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indi Keşişkənd (Yeğeqnadzor) rayonunda çay. Qabaxlı selavı — İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indi Paşalı (Əzizbəyov, Vayk) rayonunda selav.
Qazaxlı
Qazaxlı — Azərbaycan Respublikasının Daşkəsən rayonunun Əmirvar kənd inzibati ərazi dairəsində kənd. == Toponimikası == Oykonim "Qazaxdan gəlmələr, qazaxlılar" mənasındadır. == Tarixi == Kəndi XVIII əsrdə Qazax mahalının Musaköy (Xanlıqlar) kəndindən çıxmış ailələr bina etdiyinə görə belə adlanmışdır. === Tarixi abidələri === Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. == Coğrafiyası və iqlimi == Kənd dağətəyi ərazidə yerləşir. == Əhalisi == == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir. == Mədəniyyəti == Kənddə Qazaxlı kənd kitabxana filialı, Qazaxlı kənd klubu fəaliyyət göstərir. == Təhsil == Kənddə təhsil müəssisəsi mövcud deyil. == Din == Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır. == Səhiyyə == Kənddə səhiyyə müəssisəsi mövcud deyil.
Sadaxlı
Sadaxlı (gürc. სადახლო) — Gürcüstan Respublikasının Aşağı Kartli diyarı Marneuli bələdiyyəsinin inzibati-ərazi vahidində kənd. == Fiziki-coğrafi mövqe == Sadaxlı kəndi Sarvan şəhərindən 35 km, paytaxt Tiflisdən isə 65 km cənubda, dəniz səviyyəsindən təqribən 450 metr yüksəklikdə, Tona çayının sol sahilində yerləşir. Həmin ərazidə bu çay həm də Ermənistanla Gürcüstanın sərhəd xəttinin bir hissəsini təşkil edir. == Əhalisi == 2002-ci ildə Gürcüstanda aparlmış sonuncu siyahıyaalmanın nəticələrinə əsasən kənddə 2272 ailədə 9450 nəfər əhali yaşayır. Kənd əhalisinin 50,1%-i kişilər, 49,9%-i isə qadınlardan ibarətdir. Ailələrin orta say tərkibi 4,2 nəfərdir. Rəsmi statistikaya əsasən kənd sakinlərinin 97%-i etnik azərbaycanlılardan ibarətdir. Sadaxlı kəndi əhalisinin sayına görə Borçalıda və Gürcüstanda ən böyük kənd yaşayış mətəqəsidir. == Təsərrüfatı == Sadaxlı Marneuli rayonunun aqrar kəndidir.
Babalı
Babalı (Cəlilabad) — Cəlilabad rayonunun inzibati ərazi vahidində kənd. Babalı (Çaldıran) — Bəbəli — Xaçmaz rayonunun inzibati ərazi vahidində kənd.
Babaylı (Kəleybər)
Babaylı (fars. بابايلو‎) — İranın Şərqi Azərbaycan ostanının Kəleybər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 61 nəfər yaşayır (15 ailə).
Babaylı (Zəngilan)
Babaylı — Azərbaycan Respublikasının Zəngilan rayonunun Məmmədbəyli kənd inzibati ərazi dairəsində kənd.1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 21 oktyabr 2020-ci il tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. == Tarixi == Babaylı kəndi 1917-ci ildə Baba Yaqublu şəklində qeydə alınmışdır. Görünür, sonralar oykonimin ikinci komponenti ixtisara uğramışdır. Etnotoponimdir. Toponimikada belə bir məlumat da var ki, yaşayış məntəqəsini XIX əsrin əvvəllərində Cənubi Azərbaycanın Babaylı kəndindən köçüb gələnlər saldığına görə belə adlanmışdır.
Badamlı (Marağa)
Badamlı (fars. باداملو‎‎‎‎‎‎‎) - İranın Şərqi Azərbaycan ostanının Marağa şəhristanı ərazisinə daxil olan kənd.
Badamlı (Qoşaçay)
Badamlı (fars. باداملو‎) — İranın Qərbi Azərbaycan ostanının Qoşaçay şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 264 nəfər yaşayır (54 ailə).
Badamlı (dəqiqləşdirmə)
Yaşayış məntəqələri AzərbaycanBadamlı (kənd, Şahbuz) — Azərbaycanın Şahbuz rayonunda kənd. Badamlı (qəsəbə, Şahbuz) — Azərbaycanın Şahbuz rayonunda qəsəbə.İranBadamlı (Qoşaçay) — İranın Qərbi Azərbaycan ostanının Qoşaçay şəhristanı ərazisinə daxil olan kənd. Badamlı (Marağa) — İranın Şərqi Azərbaycan ostanının Marağa şəhristanı ərazisinə daxil olan kənd.DigərBadamlı — Azərbaycanın Şahbuz rayonunda bulaq Badamlı qəbiristanlığı — Şahbuz rayonunun Badamlı kəndində arxeoloji abidə. Badamlı nabat — Karameləoxşar Azərbaycan şirniyyatı. Badamlı türbəsi — Azərbaycan Respublikasının Şahbuz rayonunun Badamlı kəndində memarlıq abidəsi.
Baharlı (Ağdam)
Baharlı, I Baharlı — Azərbaycan Respublikasının Ağdam rayonunun Xındırıstan kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == Orta əsrlərdə Baharlı adına ilk dəfə Qaraqoyunlu dövlətinin hökmdarı Cahanşahın hakimiyyəti illərinə təsadüf edilir. Bu soyadı XV əsrdə yaşamış Əlişəkər bəy Baharlı daşımışdır. O, yaxın qohumu Cahanşahın hakimiyyəti illərində Həmədan hakimi idi. Əlişəkər bəy Baharlının nəslinə mənsub insanlar da Baharlı soyadını daşımışlar.XVIII əsrdə Qarabağ xanlığının ictimai-siyasi, mədəni həyatında əhəmiyyətli rol oynamış Bayramxan bəy Abdulla xan oğlu Baharlı, onun oğlu Mirzə Vəli bəy Baharlı Əlişəkər bəy Baharlı nəslinin layiqli övladlarıdırlar.Hal hazırda I Baharlı kəndində yaşayan yerli əhalinin ulu babası Əlişəkər bəy Baharlıdır. I Baharlı kənd əhalisinin əksəriyyəti Mirzə Vəli bəyin nəslinə mənsubdurlar. Onların ulu babası Mirzə Vəli bəyin oğlu İbrahim bəydir. == Mədəniyyəti == Kəndin on bir illik orta məktəbi var. I Baharlı kənd tam orta məktəbinin əsası 1913-cü ildə Şuşa real məktəbinin məzunu Cabbar bəy İsmayıl bəy oğlu Vəlibəyov tərəfindən qoyulmuşdur. Hazırda I Baharlı kənd tam orta məktəbi Cabbar bəy Vəlibəyovun adını daşıyır.
Baharlı (Qafan)
Baharlı — Ermənistan Respublikasının cənubunda, Sünik mərzinin mərz mərkəzi Qafan şəhərindən 18 km şimal-qərbdə Qovşud və Gığı kəndləri arasında yerləşmiş hal-hazırda mövcud olmayan kənd. Gığı dərəsində, Qazangölçayın sol sahilində, dağ döşündə yerləşən kəndin əhalisi 1983-cü ildə Qazangölçayın üzərində su anbarı tikilməsi səbəbiylə qonşu kəndlərdən biri olan Zeyvəyə köçürülüb. Baharlı kəndinin əhalisi tamamilə azərbaycanlılardan ibarət idi. == Mənbə == Musa Urud, «Zəngəzur», Bakı, "Nurlar", 2005. Əziz Ələkbərli, «Qədim türk-oğuz yurdu "Ermənistan"», Bakı, "Sabah", 1994. PDF versiyası. // Qərbi Azərbaycanın türk mənşəli toponimləri. Müəllifi: İ. M. Bayramov; Redaktorları: B. Ə. Budaqov, H. İ. Mirzəyev, S. A. Məmmədov. Bakı: "Elm" nəşriyyatı, 696 səh. ISBN 5-8066-1452-2 Həbib Rəhimoğlu, «Silinməz adlar, sağalmaz yaralar», Bakı, "Azərnəşr", 1997.
Baharlı (Qürvə)
Baharlı (fars. بهارلو‎) — İranın Kürdüstan ostanı Qürvə şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 1,128 nəfər yaşayır (269 ailə). Əhalisini azərbaycan türkləri təşkil edir.
Baharlı (Sisyan)
Baharlı — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Sisyan rayonunda kənd. == Tarixi == Qarakilsə kəndindən şərqdə, Vağudi kəndinin yaxınlığında yerləşmişdir. Toponim qədim qayı türk tayfasına mənsub olan baharlı etnonimi əsasında əmələ gəlmişdir. Bu tayfa XVI əsrdə qızılbaşların tərkibində indiki Ermənistanın ərazisinə gəlmiş və əsasən Zəngəzurda yaşamışlar. Etnotoponimdir. Quruluşca sadə toponimdir. == Əhalisi == Kənddə 1831-ci ildə 9 nəfər, 1873-cü ildə 41 nəfər, 1886-cı ildə 55 nəfər, 1897-ci ildə 124 nəfər, 1908-ci ildə 171 nəfər, 1914-cü ildə 49 nəfər azərbaycanlı yaşamışdır. 1917-ci ildə kəndin sakinləri qırğınlarla deportasiya edilmiş və kənd ləğv edilmişdir. İndi xaraba kənddir.
Baharlı (Türkmənistan)
Bäherden (türkm. Baharly) — Türkmənistanın Ahal vilayətində sənaye şəhəri. Bəzi mənbələrdə Baharden kimi yazılır. == Tarixi == Şəhər öz adını Qərbi Türkmənlərin Qaraqoyunlu tayfa ittifaqına daxil olan Baharlı tayfasından götürüb. == Coğrafiyası == Şəhər Aşqabaddan 101 km-də, Kopetdağın şimal ətəyində yerləşir. == Əhalisi == Şəhərin əhalisi 24 139 nəfərdən ibarətdir (2008).
Baharlı (Xocalı)
Baharlı (əvvəlki adları: Moşxmhat (? - 29 dekabr 1992); Quşçubaba (29 dekabr 1992 - 20 noyabr 2020) — Azərbaycan Respublikasının Xocalı rayonunun Qarabulaq kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Xocalı rayonunun Moşxmhat kəndi Quşçubaba kəndi, Azərbaycan Respublikası Milli Məclisinin 20 noyabr 2020-ci il tarixli, 196-VIQ saylı Qərarı ilə Xocalı rayonunun Qarabulaq kənd inzibati ərazi dairəsi tərkibindəki Quşçubaba kəndi Baharlı kəndi adlandırılmışdır. 1992-ci ildən 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. İkinci Qarabağ müharibəsi zamanı 2020-ci il noyabrın 7-də Azərbaycan Ordusu tərəfindən işğaldan azad edilmişdir. == Əhalisi == 2005-ci ildə Dağlıq Qarabağda keçirilən əhalinin siyahıyaalmasına əsasən Baharlı kəndinin əhalisinin faktiki sayı 52 nəfər, qeydiyyatdakı əhalinin sayı 61 nəfər təşkil edirdi.
Baharlı (Zəngilan)
Baharlı — Azərbaycan Respublikasının Zəngilan rayonunun Çöpədərə kənd inzibati ərazi dairəsində kənd.1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 21 oktyabr 2020-ci il tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. == Tarixi == Baharlı adına ilk dəfə orta əsrlərə aid mənbələrdə təsadüf edilir. Bu soyadı ilk dəfə XV əsrdə yaşamış Əlişəkər bəy Baharlı daşımışdır. O, yaxın qohumu Qaraqoyunlu dövlətinin hökmdarı Cahanşahın hakimiyyəti illərində Həmədan hakimi idi.XVIII əsrdə Qarabağ xanlığının ictimai-siyasi, mədəni həyatında əhəmiyyətli rol oynamış Bayramxan bəy Abdulla xan oğlu Baharlı, onun oğlu Mirzə Vəli bəy Baharlı Əlişəkər bəy Baharlı nəslinin layiqli övladlarıdırlar.Zəngilan rayonunun Baharlı kəndinin yerli əhalisi Əlişəkər bəy Baharlının, onun nəslindən olan Mirzə Vəli bəy Baharlının ovladlarıdır. == Mədəniyyəti == Ermənistan Respublikası Silahlı Qüvvələrinin işğalına qədər kəndin geniş, yaraşıqlı orta məktəbi, ikimərtəbəli universamı, kitabxanası, tibb məntəqəsi, klubu və s. vardı. == Coğrafiyası və iqlimi == Baharlı kəndi dünyada ikinci, Avropada birinci çinar meşələrinin boy verdiyi Bəsitçayın Araza qovuşacağındadır. == Əhalisi == Erməni işğalına qədər bu kənddə otuzadək ailə yaşayırdı. === Şəxsiyyətləri === Məhəmməd Əsədov — Azərbaycanın görkəmli dövlət xadimi, milis general-mayoru.
Baharlı mağarası
Baharlı (Baharden) — Türkmənistan ərazisində karst mağarası. Mağara Axal vilayətinin Baharlı şəhərindən 19 km cənub-şərqdə, Aşqabad şəhərinin 120 km-də, Kopetdağ dağlarının şimal ətəklərində yerləşir. == Kəşf olunma tarixi == Mağara artıq XVIII əsrdən məlumdur. Mağara və daxilində olan göl haqqında ilk elmi məlumat 1886-cı ilə təsadüf edir. 1896-cı ildə yerli qəzetlərin birində mağara və göl haqqında geniş məlumat çap edilmiş və o vaxtdan bu ərazi aşqabadlıların sevimli məkanına çevrildi. 1976-cı ildə mağara geoloqlar tərəfindən araşdırılmış, sonralar isə Aşqabad speleoloqları mağaranı tədqiq etmiş. V.H. Dublyanski mağaranı geniş təsvir etmiş == Ümumi məlumat == Mağara Koy silsiləsində, Duqun dağı ətəyində yerləşir. Mağara girişindən 800 metr aralı, dərin dərə ilə Koy çayı axır. Bu çay mağara daxilindəki göl suyunun yer səthinə çıxışıdır. Beş girişi olan mağara əsas böyük əhəngdaşlı zaldan ibarətdir.
Baharlı oymağı
Baharlı oymağı — Qaraqoyunlu tayfa konfederasiyasına daxil olan tayfalardan biri. Baharlı tayfası/oymağının üzvləri uzun müddət Cənubi və Şimali Azərbaycan, Türkiyə, İranın Fars, Kerman əyalətləri ərazisində yaşamış, XX əsr boyunca oturaq həyata keçmiş və demək olar ki, özünün tayfa quruluşunu, kimliyini itirmişdir. Baharlı tayfası/oymağı Azərbaycan türklərini təşkil edən tayfalardan biridir və Azərbaycan türkcəsində danışmaqdadırlar.J. Malkolmun fikrincə, baharlılar əslən Şamlı tayfasının bir qoludurlar. Şamlılar əsas Qızılbaş tayfalarından biri olmuş və Əmir Teymur tərəfindən Suriyadan İrana gətirilmişdirlər. A. Houtum-Schindler qeyd edir ki, onlar Fars ostanında əsasən başqaları tərfəindən ərəblər olaraq qeyd edilirlər və gümanki bu onların vaxtilə Suriyadan gətirilməsi ilə bağlıdır. Lakin bu müəlliflərin heç biri bu iddiaları üçün hansısa sənəd göstərmir, Pierre Oberling bunu qeyd edərək, əlavə edir ki, gümanki bu əlaqələndirmə Xəmsə tayfa konfederasiyasındakı ərəb tayfası ilə bağlıdır. Digər tərəfdən, Baharlılar ilə Qaragözlülər arasında yaxın əlaqə olduöu bəllidir və Qaragözlülərin Şamlı tayfasının bir hissəsi olduğu bilinməkdədir. Qoşaçayın (indki Miandoab) 25 km şimal-qərbində Qaragözlü adlanan kənd vardır və bu yer Marağanın şimal-qərbində yaşayan Baharlıların yaşayış yerinə çox yaxındır. Həmədanın qərbində də Baharlı və Qaragözlülərin adı ilə bağlı xeyli yaşayış yerləri mövcuddur. Həmçinin Pierre Oberlinqin 1957-ci ildə Şiraz şəhərində İbrahim xan Baharlı və Əmirağa xan Baharlı ilə etdiyi müsahibədən bəlli olmuşdur ki, Fars ostanında yaşayan Baharlı oymağının Qaragözlü adında oymağı vardır.
Baharlı sülaləsi
Baharlı və ya Baranlı sülaləsi — Oğuz Yabqu Dövlətini, Qaraqoyunlular dövlətini, Qütbşahlıları və Aud nəvvablığını idarə etmiş türk sülaləsi. == Sülalənin yaranması == Sülalənin banisi Tural bəy sayılır. 1202-ci ildə Mərkəzi Asiyadan Diyarbəkir ətrafına köçmüşdü. Onun nəvəsi Bayram xoca idi. Cəlairilər dövründə Ərciş hakimi olmuşdu. Bayram xocadan sonra hakimiyyətə qardaşı oğlu Qara Məhəmməd gəlmişdir. == Əsas sülalə üzvləri == === Qaraqoyunlu bəyləri === Qara Mənsur Bayram xoca (1351–1380) Qara Dursun (Bayram xocanın qardaşı)Qara Məhəmməd (1380–1389) Bayram (ö. 1389) Misr xacə Qara Yusif (d.1355–ö.1420) Pirbudaq (1410–1413) Şahməhəmməd Şah Əli Qara İsgəndər (1421–1429/1431–1435) Əlvənd - Həmədan hakimi Yar Əli Məlik Qasim Həsən bəy Şah Qubad İspənd (Bağdad hakimi – 1432–1445) Fulad Mirzə (Bağdad hakimi – 1445–1446) Cahan şah Pirbudaq - Əmisi Pirbudaqla qarışdırmamalıdır. İsfahan hakimi idi. Həsənəli Sultanəli Qasımbəy Mirzə Məhəmməd - Pirbudağı edam etmiş, özü də Uzun Həsən tərəfindən edam olunmuşdur.
Bataqlı torpaqlar
Bataqlı torpaqlar — dənizsahili çökəklərdə, düzənliklərin depresiya sahələrində, çayların axmazlarında lokal şəkildə rast gəlinən torpaq tipidir. Bu torpaqlar 137 min hektar sahəni əhatə edir. == Yayıldığı ərazilər == Lənkəran rayonu, Kür-Araz ovalığı, Naxçıvanın düzənlikləri, Qanıx-Əyriçay vadisi, Dəvəçinin Ağzıbirçala gölü hövzəsi və s yerlərdə yayılmışdır. == Bitki örtüyü == Bataqlı torpaqların inkişaf etdiyi ərazi üçün halofitlər (qamış, çil, sirkən və s.) iştirak etdiyi su-bataqlıq bitki qruplaşmaları səciyyəvidir. Qeyd olunan bitkilər hər il torpağa böyük miqdarda fitokütlə verir. == Morfoloji tərkibi == Torpaqəmələgətirən süxurlar laylı allüvial çöküntülər, karbonatlı, şoranlaşmış gillər və gillicələrdir. Düzən sahələrdə qurunun bataqlaşma prosesi ağır qranulometrik tərkibli süxurlar üzərində gedir. Qrunt sularının səviyyəsi çox vaxt səthdən 10-158 sm dərinlikdə yerləşir, quraqlıq mövsümündə isə 50-80 sm-lik dərinliyə düşür. Bataqlı torpaqlar torpaqəmələgəlmə və qleyləşmə prosesinin qarşılıqlı təsiri nəticəsində əmələ gəlir. Torflaşma Azərbaycanda zəif gedir.
Batdaxlı mürgəkotu
Epipactis palustris (lat. Epipactis palustris) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinin mürgəkotu cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir – VU B1ab(iii)+2ab(iii). Azərbaycanın nadir növüdür. == Qısa morfoloji təsviri == Çoxillik ot bitkisidir. Kökümsovları böyük deyil, sürünəndir, qalınlığı 1 sm-ə qədərdir. Gövdəsinin hündürlüyü 40-70 sm-dir. Alt yarpaqları uzunsov, uzunluğu 4-sm-ə qədərdir. Yuxarıdakılar lansetşəkilli, sivri, tədricən çiçəkaltlığına keçir. Çiçək qrupu çoxçiçəkli salxım şəklindədir.
Badamlı (Şahbuz)
Badamlı — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda kənd. == Tarixi == 29 mart 2005-ci ildə Badamlı qəsəbəsi Badamlı kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, həmin qəsəbə mərkəz olmaqla, Badamlı qəsəbə inzibati ərazi vahidi yaradılmışdır. == Mədəniyyəti == Kənd əhalisi əsasən heyvandarlıqla məşğul olur.Kənddəki meyvə ağaclarının əsasını badam ağacları təşkil edir. == Coğrafiyası və iqlimi == Badamlı mineral suyu da məhz bu kəndin ərazisində çıxır. Bu mineral suyun mənbəyi badam meşəliyi və üzümlüklə örtülmüş gözəl bir vadidə, dəniz səviyyəsindən 1.400 m yüksəklikdə, Naxçıvan şəhərinin 30 kilometrliyində eyniadlı kəndin kənarında yerləşir (Naxçıvan MR Şahbuz rayonu). Bu yer gündəlik debiti 2,5 mln. litrə çatan karbonatlı su-narzan bulaqları sayəsində məşhurlaşmışdır. Bu suyun tərkibində yod, brom, mis, borat turşusu vardır. İstifadədə olan bulaqların əsasında Qafqazda ən böyük mineral sudoldurma zavodlarından biri fəaliyyət göstərir. «Badamlı-5» iştahı artıran, həzm prosesini yaxşılaşdıran, susuzluğu yatıran, gözəl süfrə içkisi kimi məşhurdur.
Badali
Badali — İrəvan quberniyasının Eçmiədzin qəzasında kənd adı. == Tarixi == 1920-ci ildə Azərbaycan türklərindən ibarət əhalisi qovulmuş və Türkiyədən gəlmə ermənilər yerləşdirilmişdir. 1946-cı ildə kənd ermənicə Yexnazut adlandırılmışdır. 1728-ci ilə aid mənbədə İrəvan xanlığının Göycə nahiyəsində Bədəli və Bədəlli adlı iki kəndin adı qeyd olunmuşdur. == Toponim == Yerli tələffüz şəkli Bədili. XIX əsrdə Şimali Qafqazda Ter əyalətinin Xasavyurt dairəsində Bada-Yurt (kənd adı), həmin əyalətin Kızılyar dairəsində Bata-Yort (kənd adı) Azərbaycanda Yelizavetpol quberniyasında Badakənd, Badaçay, Badasu, Cavad qəzasında Badibad, Naxçıvanda Batabat, Talış-Lənkəran bölgəsində Badalan toponimləri ilə mənaca eynidir. XIX əsrdə Qazax qəzasında Bayta (qışlaq adı), Borçalı qəzasında Baytalı (qışlaq adı) toponimləri də bu sıraya aid edilə bilər. Musa Kalankatlının 'Alban tarixində V əsrə aid hadisə ilə əlaqədar olaraq Albaniyada Saz-Baday (saz qamışlıq deməkdir) kənd adı çəkilmişdir. (Alban tarixi, I kitab, 33-cü fəsil). == İstinadlar == == Həmçinin bax == İrəvan quberniyası Eçmiədzin qəzası Şimali Qafqaz == Ədəbiyyat == Qeybullayev Q.Ə. Qədim türklər və Ermənistan.