BAHARLI

BAHARLI – QIŞLI Ömrün keçdisə də baharlı, qışlı; Gördün gələcəyi gün kimi aydın (S.Rüstəm).

BAHAR
BAHARSIZ
OBASTAN VİKİ
Baharlı
Baharlı — Azərbaycanda daha çox işlədilən təxəllüs. Bu təxəllüsü olan tanınmış insanlar Məhəmməd Baharlı — nasir, publisist. Bayramxan bəy Baharlı — ictimai xadim, Əbdürrəhim xan Baharlı — Böyük Moğolların dövlətinin görkəmli dövlət xadimi və sərkərdəsi. Bayram xan Baharlı — XVI yüzillikdə Hindistanın tarixində böyük rol oynamış şəxsiyyətlərdən biri Mirzə Vəli bəy Baharlı — Qarabağ xanlığının vəziri, şair Kəndlər Baharlı (Ağdam) — Azərbaycanın Ağdam rayonunda kənd. Gül Baharlı — Azərbaycanın Ağdam rayonunda kənd. Birinci Baharlı — Azərbaycanın Ağdam rayonunda qəsəbə. İkinci Baharlı — Azərbaycanın Ağdam rayonunda qəsəbə. Baharlı (Zəngilan) — Azərbaycanın Zəngilan rayonunda kənd. Baharlı (Qafan) — Ermənistan Respublikasının cənubunda keçmiş Qafan rayonunda kənd. Baharlı (Qafan, 2) — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Qafan rayonu ərazisində kənd.
Baharlı (Ağdam)
Baharlı, I Baharlı — Azərbaycan Respublikasının Ağdam rayonunun Xındırıstan kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == Orta əsrlərdə Baharlı adına ilk dəfə Qaraqoyunlu dövlətinin hökmdarı Cahanşahın hakimiyyəti illərinə təsadüf edilir. Bu soyadı XV əsrdə yaşamış Əlişəkər bəy Baharlı daşımışdır. O, yaxın qohumu Cahanşahın hakimiyyəti illərində Həmədan hakimi idi. Əlişəkər bəy Baharlının nəslinə mənsub insanlar da Baharlı soyadını daşımışlar. XVIII əsrdə Qarabağ xanlığının ictimai-siyasi, mədəni həyatında əhəmiyyətli rol oynamış Bayramxan bəy Abdulla xan oğlu Baharlı, onun oğlu Mirzə Vəli bəy Baharlı Əlişəkər bəy Baharlı nəslinin layiqli övladlarıdırlar. Hal hazırda I Baharlı kəndində yaşayan yerli əhalinin ulu babası Əlişəkər bəy Baharlıdır. I Baharlı kənd əhalisinin əksəriyyəti Mirzə Vəli bəyin nəslinə mənsubdurlar. Onların ulu babası Mirzə Vəli bəyin oğlu İbrahim bəydir. == Mədəniyyəti == Kəndin on bir illik orta məktəbi var.
Baharlı (Qafan)
Baharlı — Ermənistan Respublikasının cənubunda, Sünik mərzinin mərz mərkəzi Qafan şəhərindən 18 km şimal-qərbdə Qovşud və Gığı kəndləri arasında yerləşmiş hal-hazırda mövcud olmayan kənd. Gığı dərəsində, Qazangölçayın sol sahilində, dağ döşündə yerləşən kəndin əhalisi 1983-cü ildə Qazangölçayın üzərində su anbarı tikilməsi səbəbiylə qonşu kəndlərdən biri olan Zeyvəyə köçürülüb. Baharlı kəndinin əhalisi tamamilə azərbaycanlılardan ibarət idi. == Mənbə == Musa Urud, «Zəngəzur», Bakı, "Nurlar", 2005. Əziz Ələkbərli, «Qədim türk-oğuz yurdu "Ermənistan"», Bakı, "Sabah", 1994. PDF versiyası. // Qərbi Azərbaycanın türk mənşəli toponimləri. Müəllifi: İ. M. Bayramov; Redaktorları: B. Ə. Budaqov, H. İ. Mirzəyev, S. A. Məmmədov. Bakı: "Elm" nəşriyyatı, 696 səh. ISBN 5-8066-1452-2 Həbib Rəhimoğlu, «Silinməz adlar, sağalmaz yaralar», Bakı, "Azərnəşr", 1997.
Baharlı (Qürvə)
Baharlı (fars. بهارلو‎) — İranın Kürdüstan ostanı Qürvə şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 1,128 nəfər yaşayır (269 ailə). Əhalisini azərbaycan türkləri təşkil edir.
Baharlı (Sisyan)
Baharlı — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Sisyan rayonunda kənd. == Tarixi == Qarakilsə kəndindən şərqdə, Vağudi kəndinin yaxınlığında yerləşmişdir. Toponim qədim qayı türk tayfasına mənsub olan baharlı etnonimi əsasında əmələ gəlmişdir. Bu tayfa XVI əsrdə qızılbaşların tərkibində indiki Ermənistanın ərazisinə gəlmiş və əsasən Zəngəzurda yaşamışlar. Etnotoponimdir. Quruluşca sadə toponimdir. == Əhalisi == Kənddə 1831-ci ildə 9 nəfər, 1873-cü ildə 41 nəfər, 1886-cı ildə 55 nəfər, 1897-ci ildə 124 nəfər, 1908-ci ildə 171 nəfər, 1914-cü ildə 49 nəfər azərbaycanlı yaşamışdır. 1917-ci ildə kəndin sakinləri qırğınlarla deportasiya edilmiş və kənd ləğv edilmişdir. İndi xaraba kənddir.
Baharlı (Türkmənistan)
Bäherden (türkm. Baharly) — Türkmənistanın Ahal vilayətində sənaye şəhəri. Bəzi mənbələrdə Baharden kimi yazılır. == Tarixi == Şəhər öz adını Qərbi Türkmənlərin Qaraqoyunlu tayfa ittifaqına daxil olan Baharlı tayfasından götürüb. == Coğrafiyası == Şəhər Aşqabaddan 101 km-də, Kopetdağın şimal ətəyində yerləşir. == Əhalisi == Şəhərin əhalisi 24 139 nəfərdən ibarətdir (2008).
Baharlı (Xocalı)
Baharlı (əvvəlki adları: Moşxmhat (? - 29 dekabr 1992); Quşçubaba (29 dekabr 1992 - 20 noyabr 2020) — Azərbaycan Respublikasının Xocalı rayonunun Qarabulaq kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Xocalı rayonunun Moşxmhat kəndi Quşçubaba kəndi, Azərbaycan Respublikası Milli Məclisinin 20 noyabr 2020-ci il tarixli, 196-VIQ saylı Qərarı ilə Xocalı rayonunun Qarabulaq kənd inzibati ərazi dairəsi tərkibindəki Quşçubaba kəndi Baharlı kəndi adlandırılmışdır. 1992-ci ildən 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. İkinci Qarabağ müharibəsi zamanı 2020-ci il noyabrın 7-də Azərbaycan Ordusu tərəfindən işğaldan azad edilmişdir. == Əhalisi == 2005-ci ildə Dağlıq Qarabağda qondarma rejim tərəfindən keçirilən əhalinin siyahıyaalmasına əsasən Baharlı kəndinin əhalisinin faktiki sayı 52 nəfər, qondarma qeydiyyatdakı əhalinin sayı 61 nəfər təşkil edirdi.
Baharlı (Zəngilan)
Baharlı — Azərbaycan Respublikasının Zəngilan rayonunun Çöpədərə kənd inzibati ərazi dairəsində kənd. 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 21 oktyabr 2020-ci il tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. == Tarixi == Baharlı adına ilk dəfə orta əsrlərə aid mənbələrdə təsadüf edilir. Bu soyadı ilk dəfə XV əsrdə yaşamış Əlişəkər bəy Baharlı daşımışdır. O, yaxın qohumu Qaraqoyunlu dövlətinin hökmdarı Cahanşahın hakimiyyəti illərində Həmədan hakimi idi. XVIII əsrdə Qarabağ xanlığının ictimai-siyasi, mədəni həyatında əhəmiyyətli rol oynamış Bayramxan bəy Abdulla xan oğlu Baharlı, onun oğlu Mirzə Vəli bəy Baharlı Əlişəkər bəy Baharlı nəslinin layiqli övladlarıdırlar. Zəngilan rayonunun Baharlı kəndinin yerli əhalisi Əlişəkər bəy Baharlının, onun nəslindən olan Mirzə Vəli bəy Baharlının ovladlarıdır. == Mədəniyyəti == Ermənistan Respublikası Silahlı Qüvvələrinin işğalına qədər kəndin geniş, yaraşıqlı orta məktəbi, ikimərtəbəli universamı, kitabxanası, tibb məntəqəsi, klubu və s. vardı.
Baharlı mağarası
Baharlı (Baharden) — Türkmənistan ərazisində karst mağarası. Mağara Axal vilayətinin Baharlı şəhərindən 19 km cənub-şərqdə, Aşqabad şəhərinin 120 km-də, Kopetdağ dağlarının şimal ətəklərində yerləşir. == Kəşf olunma tarixi == Mağara artıq XVIII əsrdən məlumdur. Mağara və daxilində olan göl haqqında ilk elmi məlumat 1886-cı ilə təsadüf edir. 1896-cı ildə yerli qəzetlərin birində mağara və göl haqqında geniş məlumat çap edilmiş və o vaxtdan bu ərazi aşqabadlıların sevimli məkanına çevrildi. 1976-cı ildə mağara geoloqlar tərəfindən araşdırılmış, sonralar isə Aşqabad speleoloqları mağaranı tədqiq etmiş. V.H. Dublyanski mağaranı geniş təsvir etmiş == Ümumi məlumat == Mağara Koy silsiləsində, Duqun dağı ətəyində yerləşir. Mağara girişindən 800 metr aralı, dərin dərə ilə Koy çayı axır. Bu çay mağara daxilindəki göl suyunun yer səthinə çıxışıdır. Beş girişi olan mağara əsas böyük əhəngdaşlı zaldan ibarətdir.
Baharlı oymağı
Baharlı oymağı — Qaraqoyunlu tayfa konfederasiyasına daxil olan tayfalardan biri. Baharlı tayfası/oymağının üzvləri uzun müddət Cənubi və Şimali Azərbaycan, Türkiyə, İranın Fars, Kerman əyalətləri ərazisində yaşamış, XX əsr boyunca oturaq həyata keçmiş və demək olar ki, özünün tayfa quruluşunu, kimliyini itirmişdir. Baharlı tayfası/oymağı Azərbaycan türklərini təşkil edən tayfalardan biridir və Azərbaycan türkcəsində danışmaqdadırlar. J. Malkolmun fikrincə, baharlılar əslən Şamlı tayfasının bir qoludurlar. Şamlılar əsas Qızılbaş tayfalarından biri olmuş və Əmir Teymur tərəfindən Suriyadan İrana gətirilmişdirlər. A. Houtum-Schindler qeyd edir ki, onlar Fars ostanında əsasən başqaları tərfəindən ərəblər olaraq qeyd edilirlər və gümanki bu onların vaxtilə Suriyadan gətirilməsi ilə bağlıdır. Lakin bu müəlliflərin heç biri bu iddiaları üçün hansısa sənəd göstərmir, Pierre Oberling bunu qeyd edərək, əlavə edir ki, gümanki bu əlaqələndirmə Xəmsə tayfa konfederasiyasındakı ərəb tayfası ilə bağlıdır. Digər tərəfdən, Baharlılar ilə Qaragözlülər arasında yaxın əlaqə olduöu bəllidir və Qaragözlülərin Şamlı tayfasının bir hissəsi olduğu bilinməkdədir. Qoşaçayın (indki Miandoab) 25 km şimal-qərbində Qaragözlü adlanan kənd vardır və bu yer Marağanın şimal-qərbində yaşayan Baharlıların yaşayış yerinə çox yaxındır. Həmədanın qərbində də Baharlı və Qaragözlülərin adı ilə bağlı xeyli yaşayış yerləri mövcuddur.
Baharlı sülaləsi
Baharlı və ya Baranlı sülaləsi — Oğuz Yabqu Dövlətini, Qaraqoyunlular dövlətini, Qütbşahları və Aud nəvvablığını idarə etmiş türk sülaləsi. == Sülalənin yaranması == Sülalənin banisi Tural bəy sayılır. 1202-ci ildə Mərkəzi Asiyadan Diyarbəkir ətrafına köçmüşdü. Onun nəvəsi Bayram xoca idi. Cəlairilər dövründə Ərciş hakimi olmuşdu. Bayram xocadan sonra hakimiyyətə qardaşı oğlu Qara Məhəmməd gəlmişdir. == Əsas sülalə üzvləri == === Qaraqoyunlu bəyləri === Qara Mənsur Bayram xoca (1351–1380) Qara Dursun (Bayram xocanın qardaşı) Qara Məhəmməd (1380–1389) Bayram (ö. 1389) Misr xacə Qara Yusif (d.1355–ö.1420) Pirbudaq (1410–1413) Şahməhəmməd Şah Əli Qara İsgəndər (1421–1429/1431–1435) Əlvənd - Həmədan hakimi Yar Əli Məlik Qasim Həsən bəy Şah Qubad İspənd (Bağdad hakimi – 1432–1445) Fulad Mirzə (Bağdad hakimi – 1445–1446) Cahan şah Pirbudaq - Əmisi Pirbudaqla qarışdırmamalıdır. İsfahan hakimi idi. Həsənəli Sultanəli Qasımbəy Mirzə Məhəmməd - Pirbudağı edam etmiş, özü də Uzun Həsən tərəfindən edam olunmuşdur.
Birinci Baharlı
Birinci Baharlı — Azərbaycan Respublikasının Ağdam rayonunun Birinci Baharlı qəsəbə inzibati ərazi dairəsində qəsəbə.
Gül Baharlı
Gül Baharlı (əvvəlki: II Baharlı) — Azərbaycan Respublikasının Ağdam rayonunun Üçoğlan kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == Gül Baharlı (əvvəlki adı II Baharlı kəndi) rayon mərkəzindən 20 km şm.-ş.-də, Qarabağ düzündədir. Gül Baharlı (əvvəlki adı II Baharlı kəndi) kəndində yaşayan yerli əhalinin ulu babası Əlişəkər bəy Baharlıdır. Kənd əhalisinin əksəriyyəti Mirzə Vəli bəy Baharlının nəslinə mənsubdur. == Mədəniyyət == Kəndin ümumi orta məktəbi vardır. II Baharlı kənd məktəbi 30-cu illərdə dördillik ibtidai məktəb kimi yaranmışdır. Ağalar Əliyev II Baharlı kənd məktəbinin ilk müdiri olmuşdur. Vəli Əliyev (1936-1937), Xosrov Əliyev (1937-1941) II Baharlı kənd məktəbinin müdiri vəzifələrində işləmişlər. II Dünya Müharibəsi illərində II Baharlı kənd məktəbi fəaliyyətini dayandırmalı olmuşdur. II Baharlı kənd məktəbi 1946-cı ildə bərpa edilmiş, Ağdamın Qiyaslı kənd sakini Fərrux müəllim həmin məktəbin müdiri olaraq 1959-cu ilə kimi bu vəzifədə çalışmışdır.
Baharlı (Qafan, 2)
Baharlı — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Qafan rayonu ərazisində kənd olmuşdur. == Tarixi == Basut çayının sağ sahilində yerləşmişdir. Qafan rayonundakı Baharlı kəndi ilə qarışıq salmaq olmaz. Hər biri ayrı-ayrı kənddir. Toponim Zəngəzurda yaşayan baharlı türk etnonimi əsasında formalaşmışdır. Etnotoponimdir. Quruluşca sadə toponimdir. == Əhalisi == 1886-cı ildə 432 nəfər, 1907-ci ildə 455 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ildə azərbaycanlılar ermənilər tərəfindən qırğınlarla qovularaq kənd ləğv edilmişdir.
Baharlı yaşayış yeri
Baharlı — abidə Ağdam rayonu Mirəşelli kəndinin Bənövşələr köçgün qəsəbəsindən 500 m cənub-qərbdə yerləşir. Bu diametri 78 m, hündürlüyü 1,5 m olan təpə Qarabağ müharibəsi zamanında səngər qazılması nəticəsində dağıdılmışdır. Toplanılmış saxsı kolleksiyası neolit və son tunc – erkən dəmir dövrlərinə aiddir.
Bayram xan Baharlı
Məhəmməd Bayram xan Baharlı (18 yanvar 1501, Bədəxşan – 31 yanvar 1561) — XVI yüzillikdə Hindistanın tarixində böyük rol oynamış şəxsiyyətlərdən biri, səsli sərkərdə, fazil filosof, şanlı şair. == Həyatı == Onun babaları XV yüzildə İranın şimalında, Azərbaycanın cənubunda böyük dövlət qurmuş Qaraqoyunlu tayfa ittifaqının Baharlı oymağındandır. Bayram xanın uluları Qaraqoyunlu sultanları yanında dövlət xidmətçiləri idilər. Onlar Əlişəkkər ölkəsində (Həmədan, Borucerd, Dinavər) yaşayırdılar və cəsur əsgər idilər. Özü tanınmış sərkərdə olmuş əmisinin adını daşıyırdı. Bayram xanın ana babası Herat hakimi Sultan Hüseyn Bayqaranın (1471–1526) sarayında xidmət etmişdi. O, XVI yüzilin önlərində Bədaxşanda Seyfəli bəyin ailəsində doğulmuşdu. Gərgin çalışmalarımıza və axtarışlarımıza baxmayaraq bu görkəmli sərkərdənin doğum tarixini dəqiqləşdirə bilməmişik. Onun yaşam yolu üzərində Türkmən və Hind alimləri də işləyirlər. Şərqi Benqaliyada yaşayan, tanınmış hind alimi, professor Sukumar Reyin "Bayram xan" monoqrafyasında qeyd olunur ki, Bayram xan təxminən 1497-ci ildə anadan olmuşdur.
Bayramxan bəy Baharlı
Canəli bəy Baharlı
Cəmşidqulu bəy Baharlı
Cəmşidqulu bəy Baranlı — Qütbşahlar sülaləsindən Qalkondanın ikinci hökmdarı. == Həyatı == Sultanqulu bəy Baranlının oğlu olan Cəmşidqulu bəy 2 sentyabr 1543-cü ildə atasını öldürərək taxta çıxıb. Hakimiyyət dövründə Bidər sultanlığı ilə müharibə aparıb. Yaxşı təhsil almış və ədəbiyyatı sevirdi. 1550-ci ildə xəstəlikdən vəfat etmişdi. == Ailəsi == Sübhanqulu şah adlı oğlu vardı. Onu əvəz etmişdir.
I Baharlı (Ağdam)
Baharlı, I Baharlı — Azərbaycan Respublikasının Ağdam rayonunun Xındırıstan kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == Orta əsrlərdə Baharlı adına ilk dəfə Qaraqoyunlu dövlətinin hökmdarı Cahanşahın hakimiyyəti illərinə təsadüf edilir. Bu soyadı XV əsrdə yaşamış Əlişəkər bəy Baharlı daşımışdır. O, yaxın qohumu Cahanşahın hakimiyyəti illərində Həmədan hakimi idi. Əlişəkər bəy Baharlının nəslinə mənsub insanlar da Baharlı soyadını daşımışlar. XVIII əsrdə Qarabağ xanlığının ictimai-siyasi, mədəni həyatında əhəmiyyətli rol oynamış Bayramxan bəy Abdulla xan oğlu Baharlı, onun oğlu Mirzə Vəli bəy Baharlı Əlişəkər bəy Baharlı nəslinin layiqli övladlarıdırlar. Hal hazırda I Baharlı kəndində yaşayan yerli əhalinin ulu babası Əlişəkər bəy Baharlıdır. I Baharlı kənd əhalisinin əksəriyyəti Mirzə Vəli bəyin nəslinə mənsubdurlar. Onların ulu babası Mirzə Vəli bəyin oğlu İbrahim bəydir. == Mədəniyyəti == Kəndin on bir illik orta məktəbi var.
Seyfəli bəy Baharlı
Sultanqulu bəy Baharlı
Sultanqulu bəy Baranlı (1518–1543) — Qütbşahlar dövlətinin yaradıcısı. == Həyatı == Qaraqoyunlu şahzadəsi idi. 1470-ci ildə, Həmədanın Sədabad kəndində doğulmuşdur. Atası Üveysqulu bəy Baranlı, anası isə Məryəm xanım olmuşdur. Babası Pirqulu bəy Baranlı Qara İsgəndərin, nənəsi Xədicə bəyim isə Cahanşahın nəvəsi idi. Babası öləndə hələ 12 yaşı vardı. Ovlanmaq və hərb ilə məşğul olmaqdan xüsusi zövq alırdı. 31 dekabr 1477-ci ildə Uzun Həsənin ölümü və Sultan Yaqubun taxta çıxmasından sonra ailəsi qorxuya düşdü. Atası Üveysqulu buna görə də qardaşı Allahqulu oğlu ilə birlikdə dini yaymaq bəhanəsilə Kafiristana göndərdi. Nemətulla Vəlinin nəticəsi II Nemətullah da onlara kömək edirdi.
Məhəmməd Baharlı
Əhmədov Məhəmməd Əhməd oğlu (12 mart 1948, Zəngilan rayonu – 14 iyun 2019, Bakı) — nasir, publisist. == Həyatı == Məhəmməd Baharlı 1948-ci il 12 martda Zəngilan rayonunun Baharlı kəndində anadan olmuşdur. Burada orta məktəbi bitirdikdən sonra 1965–1969-cu illərdə Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsində təhsil almışdır. Əmək fəaliyyətinə "Azərbaycan gəncləri" qəzeti redaksiyasında ədəbi işçi kimi başlamışdır. 1970–1971-ci illərdə ordu sıralarında xidmət etmişdir. "Azərbaycan məktəbi" jurnalı redaksiyasında şöbə müdiri, məsul katib (1971–1985), "Kənd həyatı" jurnalı redaksiyasında məsul katib (1986–1988), "Azərbaycan məktəbi" jurnalı redaksiyasında məsul katib (1988–1989), "Gənclik" və "Molodost" jurnalları redaksiyasında məsul katib (1989–1992), "Təhsil" qəzetinin baş redaktoru (1992–1993) işləmişdir. 1993-cü ildən Azərbaycan müəllimi qəzetinin fəaliyyətini bərpa etmiş, 2002-ci ilədək onun baş redaktoru olmuşdur. Dünyasını dəyişənə qədər Təhsil Nazirliyinin elmi-metodik jurnalı olan "Azərbaycan dili və ədəbiyyatı tədrisi"nin baş redaktoru vəzifəsində işləmişdir. Məhəmməd Baharlının yaradıcılığında elmi-pedaqoji, publisistik və nəsr əsərləri, həmçinin şeirləri başlıca yer tutur. Mətbuatda yüzlərlə yumoristik hekayəsi dərc olunub.
İkinci Baharlı
İkinci Baharlı — Azərbaycan Respublikasının Ağdam rayonunun İkinci Baharlı qəsəbə inzibati ərazi dairəsində qəsəbə.
Məhəmməd bəy Baharlı
Məhəmməd bəy Baharlı (XV əsr – 1466)— Qaraqoyunlu əmiri. Əlişəkər bəy Baharlının oğlu. == Həyatı == Məhəmməd bəy Baharlı Cahanşahın oğlu Pirbudaq bəyin əmiri olmuşdur. Pirbudaq bəy Şirazda atasına qarşı qiyam qaldıranda Məhəmməd bəy Baharlı onun tərəfində idi. Cahanşah oğlunun qiyamını yatırtmaq istəyi ilə Ucanda düşərgə salmışdır. Məhəmməd bəy Baharlı Pirbudaq bəyin əmri ilə 1500 nəfərlik döyüşçü ilə onun düşərgəsinə hücum etmişdir. Lakin atası Əlişəkər bəyin 5000 nəfərlik ordusu qarşısında davam gətirə bilməmişdir. Məhəmməd bəy Baharlı məğlub olmuş, 300 nəfər döyüşçü ilə əsir düşmüşdür. Məhəmməd bəy Baharlı Cahanşaha qarşı döyüşdüyü üçün edam olunmalı idi. Əlişəkər bəy Baharlının övladı olması onu ölümdən xilas etmişdir.
Baharlılar
Baharlı oymağı — Qaraqoyunlu tayfa konfederasiyasına daxil olan tayfalardan biri. Baharlı tayfası/oymağının üzvləri uzun müddət Cənubi və Şimali Azərbaycan, Türkiyə, İranın Fars, Kerman əyalətləri ərazisində yaşamış, XX əsr boyunca oturaq həyata keçmiş və demək olar ki, özünün tayfa quruluşunu, kimliyini itirmişdir. Baharlı tayfası/oymağı Azərbaycan türklərini təşkil edən tayfalardan biridir və Azərbaycan türkcəsində danışmaqdadırlar. J. Malkolmun fikrincə, baharlılar əslən Şamlı tayfasının bir qoludurlar. Şamlılar əsas Qızılbaş tayfalarından biri olmuş və Əmir Teymur tərəfindən Suriyadan İrana gətirilmişdirlər. A. Houtum-Schindler qeyd edir ki, onlar Fars ostanında əsasən başqaları tərfəindən ərəblər olaraq qeyd edilirlər və gümanki bu onların vaxtilə Suriyadan gətirilməsi ilə bağlıdır. Lakin bu müəlliflərin heç biri bu iddiaları üçün hansısa sənəd göstərmir, Pierre Oberling bunu qeyd edərək, əlavə edir ki, gümanki bu əlaqələndirmə Xəmsə tayfa konfederasiyasındakı ərəb tayfası ilə bağlıdır. Digər tərəfdən, Baharlılar ilə Qaragözlülər arasında yaxın əlaqə olduöu bəllidir və Qaragözlülərin Şamlı tayfasının bir hissəsi olduğu bilinməkdədir. Qoşaçayın (indki Miandoab) 25 km şimal-qərbində Qaragözlü adlanan kənd vardır və bu yer Marağanın şimal-qərbində yaşayan Baharlıların yaşayış yerinə çox yaxındır. Həmədanın qərbində də Baharlı və Qaragözlülərin adı ilə bağlı xeyli yaşayış yerləri mövcuddur.
Baharlılar (kitab)
Mirzə Vəli bəy Baharlı
Mirzə Vəli bəy Baharlı (1725 – 1795, Tehran) — Qarabağ xanlığının vəziri, şair, Əlişəkər bəy Baharlının nəslindəndir. == Həyatı == Mirzə Vəli bəy Baharlı təxminən 1725-ci ildə anadan olmuşdur. Onun XV əsrdə yaşamış ulu babası Əlişəkər bəy Baharlı yaxın qohumu Qaraqoyunlu hökmdarı Cahanşahın hakimiyyəti dövründə uzun illər Həmədan, Vorucerd və Nəhavənd hakimi olmuşdur. Böyük Moğollar İmperatorluğunun başçısı Əkbər şahın atabəyi olub, ölkəni 4 il müstəqil idarə etmiş, eyni zamanda incə ruhlu şair xanlar xanı Bayram xan Seyfəli bəy oğlu Baharlı, dövlət xadimi olmaqla yanaşı türk, fars, hind dillərində şeirlər yazmış oğlu Mirzə Əbdürrəhim xan Əlişəkər bəy Baharlının nəslinə mənsub olub Mirzə Vəli bəyin ulu babalarıdırlar. Orxan Zakiroğlunun (Baharlı) tədqiqatına görə Mirzə Vəli bəyin atası Bayramxan bəy Abdulla xan oğlu Baharlı Qarabağ xanlığının qurucusu Pənahəli xanın zamanında xanlığın hörmətli insanlarından idi. Mirzə Vəli bəy Baharlı mükəmməl mədrəsə təhsili almış, ərəb, fars dillərini bilmişdir. Şəriət elmlərinin gözəl bilicisi olan Mirzə Vəli bəy Baharlı eyni zamanda incə ruhlu şair kimi də tanınmışdır. Rəvayətə görə Molla Pənah Vaqif saraya Mirzə Vəli bəy Baharlının təklifi ilə dəvət edilmişdir. Orxan Zakiroğlu (Baharlı) yazır ki, gənclik illərində Mirzə Vəli bəy Baharlı Qarabağ xanlığının qurucusu Pənahəli xanın sarayında xidmət etmişdir. O, Pənahəli xanın etibar etdiyi, güvəndiyi saray əyanlarından biri idi.

Digər lüğətlərdə