Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Amper
Amper (işarəsi: A) — Cərəyan şiddətinin vahidi. BS-də əsas vahiddir və cərəyanlı naqillərin maqnit qarşılıqlı təsirinə görə təyin edilir. Aralarındakı məsadə 1 metr olan iki paralel, sonsuz uzun naqildən eyni şiddətdə cərəyan keçərkən onların 1 metr uzunluq hissəsinə vakuumda 2x10−7 N qüvvə ilə təsir edən cərəyan şiddətinə 1 Amper deyilir. Elektrik cərəyanının güc vahidi fransız fiziki, kimyaçısı və riyaziyyatçısı Andre Mari Amperin (1775-1836) şərəfinə belə adlandırılıb.
Joan Qamper
Joan Gamper (22 noyabr 1877[…], Vintertur, Sürix kantonu – 30 iyul 1930[…], Barselona) — İsveçrə idmançısı, "Barselona" futbol klubunun yaradıcısı, futbolçusu və prezidenti. O, həmçinin İsveçrənin "Sürix" və "Bazel" futbol klublarının yaradılmasının təşəbbüskarlarından biri hesab olunur. == Erkən illəri == Hans-Maks Qamper İsveçrənin Vintertur şəhərində anadan olmuşdur. O, Kamper (böyük) və Rosina Emma Hessiqin beş uşağından üçüncüsü və yaşca ən böyük oğlu idi. O, səkkiz yaşında olarkən anası vərəmdən ölmüş və ailə Sürixə köçmüşdür. Artıq erkən yaşlarında Qamper qızğın velosipedçi və qaçışçı kimi tanınırdı. Ömrü boyu bütün idman növlərinin həvəskarı olmuşdur. Futboldan əlavə reqbi, tennis və qolf oynamışdır, lakin İsveçrədə futbolçu və "Bazel" klubunun daimi kapitanı kimi məşhurlaşmışdır. 1897-ci ildə Fransada işləməyə başlamış, Lionda reqbi klubunda çıxış etmişdir.
Sergi Samper
Amper-tərəzi
Amper-tərəzi — elektrik ölçü cihazlarını yoxlamaq məqsədilə elektrik cərəyan şiddətinin vahidi olan amperi təyin etmək üçün istifadə olunan elektromexaniki cihazdır. Bu cihaz həmçinin cərəyan tərəzisi də adlanır. == Ümumi məlumat == Məlumdur ki: "Amper elə sabit cərəyan şiddətinin vahididir ki, vakuumda sonsuz uzunluğa malik iki paralel naqil bir-birindən 1 metr məsafədə yerləşən zaman bu naqillərin hər 1 metri arasındakı qarşılıqlı təsir qüvvəsi 2·10-7 Nyuton-a bərabər olsun . Tərifdə sonsuz uzun naqillər anlayışı mövcuddur ki, bu da təcrübədə tətbiq oluna bilməz. Buna görə də, real problemləri həll etmək üçün sonlu ölçülərə malik naqilləri olan xüsusi elektromexaniki cihaz - amper-tərəzi hazırlanmışdır. Onun köməyi ilə elektrodinamika qanunları əsasında tələb olunan cərəyan şiddətini hesablamağa imkan verən məlumatlar əldə edilir. İlk amper-tərəzi 1882-ci ildə İngilis fiziki Uilyam Tomson (Lord Kelvin) tərəfindən hazırlanmışdır. Konstruksiyasının fərqləndirici xüsusiyyəti kompakt və dəqiq olmasıdır. Çünki, cərəyanın gücü iki koaksial bir qatlı solenoidlərin qarşılıqlı təsir qüvvəsi ilə təyin olunur. == Konstruksiyası və işi == Dizaynına görə, amper-tərəzi analoq tərəzilərə bənzəyir.
Amper qanunu
Amper qanunu — elektrik cərəyanı elementində maqnit sahəsinin göstərdiyi mexaniki təsir qüvvəsini müəyyən edən qanun. Maqnit sahəsinin cərəyanlı naqilə etdiyi təsir qüvvəsi (F) maqnit sahəsinin induksiyası B, naqilin uzunluğu L, naqildən keçən cərəyan şiddəti İ və naqil ilə maqnit sahəsinin induksiya vektoru arasındakı a bucağının sinusu ilə tərs mütanəsibdir.
Amper çayı
Amper (alm. Amper, Ammer‎) — Almaniyanın Bavariya bölgəsindən axan çay. == Əsas göstəriciləri == Amper çayının uzunluğu 185 km, hövzəsinin sahəsi isə 3247,76 кm²-dir. Çay öz başlanğıcını Şimali Alp dağlarından götürür. Ammerze gölünə tökülənə qədər çay Ammer adlanır. Ammer bir çox dağ çaylarının birləşməsindən yaranır. Bunlardan biri Linder çayıdır. Bir çox rəsmi məlumatlarda Amper Linder və başqa çaylarla birlikdə qeyd edilir. Bavariya əyalətində çayın uzunluğu 209,49 km-dir. Çay əvvəl İzar çayına tökülür ki, oradan da Dunaya qovuşur.
Andre Amper
Andre Mari Amper (fr. André-Marie Ampère; 20 yanvar 1775[…], Lion – 10 iyun 1836[…], Marsel) — məşhur fransız fiziki və riyaziyyatçısı. Elektrodinamikanın elmi əsasını yaradanlardan biridir. O, fizika elminə ilk dəfə olaraq "elektrik cərəyanı" anlayışını daxil etmiş, molekulyar cərəyanlar fərziyyəsini irəli sürmüşdür. Amper Paris Elmlər Akademiyasının üzvü olmuşdur. == Fəaliyyəti == Andre Mari Amper zadəgan ailəsindədir. 14 yaşı olarkən Didro və Jan Leron Dalamberin yazdığı 20 cildlik ensiklopediyanı tam oxumuş, təbiət elmləri və riyaziyyat ilə məşğul olmağa başlamışdır. 1801-ci ildə Burk-an-Bresdəki Mərkəzi məktəbin kafedrasına təyin olunmuşdur. 1805-ci ildə Parisin politexnik məktəbində tərcüməçi vəzifəsində çalışmışdır. 1809-cu ildə fəaliyyət göstərdiyi məktəbdə professor adı almışdır.
Joan Kamper kuboku
Joan Qamper kuboku (kat. Trofeu Joan Gamper) — Barselona futbol komandası tərəfindən hər il avqust ayında mövsüm başlamazdan əvvəl təşkil edilən yoldaşlıq oyunu turniri. Barselona komandasının yaradıcısı, oyunçusu və ilk prezidenti olan Joan Qamperin şərəfinə təşkil edilən turnir klubun ev oyunlarını keçirdiyi Kamp Nou stadionunda oynanılır. Turnir ilk dəfə 1966-cı ildə həmin dövrdə Barselonanın prezidenti Enrik Llaudet tərəfindən təşkil edilmişdir. Qalib gələn komandaya 10 kq ağırlığında olan mərmər qaidənin üzərinə olan, beş mikrometr qalınlığında qızıl ilə örtülən, 800 qram ağırlığında olan gümüş kubok verilir.Başlanğıcda turnirdə 4 komanda iştirak edirdi. Bu dövrdə turnirdə iki yarımfinal, üçüncülük matçı və final oyunu keçirilirdi. 1966-cı ildə təşkil edilən ilk turnirdə Barselona ilə yanaşı Belçikadan Anderlext, Fransadan Nant və Almaniyadan Köln iştirak etmişdir. Finalda Kölnü 3–1 məğlub edən Barselona kubokun ilk sahibi olmuşdur. Kubokun finalında məğlub olan Köln 1978 və 1981-ci ildə kuboku qazanmışdır. 1979-cu ildə isə finalda məğlub olmuşdur.
Joan Qamper kuboku
Joan Qamper kuboku (kat. Trofeu Joan Gamper) — Barselona futbol komandası tərəfindən hər il avqust ayında mövsüm başlamazdan əvvəl təşkil edilən yoldaşlıq oyunu turniri. Barselona komandasının yaradıcısı, oyunçusu və ilk prezidenti olan Joan Qamperin şərəfinə təşkil edilən turnir klubun ev oyunlarını keçirdiyi Kamp Nou stadionunda oynanılır. Turnir ilk dəfə 1966-cı ildə həmin dövrdə Barselonanın prezidenti Enrik Llaudet tərəfindən təşkil edilmişdir. Qalib gələn komandaya 10 kq ağırlığında olan mərmər qaidənin üzərinə olan, beş mikrometr qalınlığında qızıl ilə örtülən, 800 qram ağırlığında olan gümüş kubok verilir.Başlanğıcda turnirdə 4 komanda iştirak edirdi. Bu dövrdə turnirdə iki yarımfinal, üçüncülük matçı və final oyunu keçirilirdi. 1966-cı ildə təşkil edilən ilk turnirdə Barselona ilə yanaşı Belçikadan Anderlext, Fransadan Nant və Almaniyadan Köln iştirak etmişdir. Finalda Kölnü 3–1 məğlub edən Barselona kubokun ilk sahibi olmuşdur. Kubokun finalında məğlub olan Köln 1978 və 1981-ci ildə kuboku qazanmışdır. 1979-cu ildə isə finalda məğlub olmuşdur.
Andre Mari Amper
Andre Mari Amper (fr. André-Marie Ampère; 20 yanvar 1775[…], Lion – 10 iyun 1836[…], Marsel) — məşhur fransız fiziki və riyaziyyatçısı. Elektrodinamikanın elmi əsasını yaradanlardan biridir. O, fizika elminə ilk dəfə olaraq "elektrik cərəyanı" anlayışını daxil etmiş, molekulyar cərəyanlar fərziyyəsini irəli sürmüşdür. Amper Paris Elmlər Akademiyasının üzvü olmuşdur. == Fəaliyyəti == Andre Mari Amper zadəgan ailəsindədir. 14 yaşı olarkən Didro və Jan Leron Dalamberin yazdığı 20 cildlik ensiklopediyanı tam oxumuş, təbiət elmləri və riyaziyyat ilə məşğul olmağa başlamışdır. 1801-ci ildə Burk-an-Bresdəki Mərkəzi məktəbin kafedrasına təyin olunmuşdur. 1805-ci ildə Parisin politexnik məktəbində tərcüməçi vəzifəsində çalışmışdır. 1809-cu ildə fəaliyyət göstərdiyi məktəbdə professor adı almışdır.
2016 Joan Kamper kuboku
2016 Joan Kamper kuboku — 51-ci dəfə təşkil edilən Joan Kamper kubokudur. İspaniya klubu və ev sahibi olan Barselona klubu ilə İtaliya təmsilçisi Sampdoriya klubu Barselona şəhərində yerləşən Kamp Nou stadionunda üz-üzə gəliblər. Bu oyun Sampdoriya klubunun Joan Kamper Kubokunda üçüncü iştirakı ilə əlamətdar olub. Bundan əvvəlki görüşlərdə — 1997-ci ildə penaltilərlə məğlub olmuş, 2012-ci ildə isə 1-0 hesabı ilə qalib gəlmişdir. Oyunun prinsipiallığını artıran səbəblərdən biri də Barselonanın 24 il əvvəl Sampdoriyanı 1992 Avropa Kubokunun Finalında məğlub etməsi idi. Lionel Messi 7-ci dəfə qol vurdu və 3-cü dəfə oyunun adamı seçildi. Hər iki uğur kubokun tarixində rekord hesab olunur.
Bamberq
Bamberq (alm. Bamberg‎ əvvəl Babenberg) — Almaniyanın Bavariya torpağının, Yuxarı Frankoniya bölgəsindəki şəhər. Regnits çayı sahilində yerləşir. Universitet Mərkəzi, Katolik Yepiskopu kafedrası var. Bamberq Almaniyanın İkinci Dünya Müharibəsi illərində sağ qalan bir neçə böyük tarixi şəhərlərindən biridir. 1993-cü ildə tarixi mərkəz YUNESKO-nun Ümumdünya irsi Siyahısına daxil edilmişdir. == Qardaşlaşmış şəhərlər == Rodez, Fransa; Bedford, Böyük Britaniya; Naqaoka, Yaponiya; Esterqom, Macarıstan; Fillax, Avstriya; Praqa, Çexiya.
Barter
Barter və ya dəyişmə müqaviləsi — bir tərəfin əmlakının alınması müqabilində həmin tərəfə onun əmlakı dəyərində başqa bir əmlakın verilməsini öhdəsinə götürməklə bağlı vətəndaş hüququ növüdür.
Baster
Fransa Qvadelupası inzibati mərkəzi Bas-Ter şəhəri ilə qarışdırmamalı Baster (ing. Basseterre, keçmiş Sent-Kristofer) — Sent-Kits adasının cənub hissəsində yerləşən şəhər, Sent-Kits və Nevis dövlətinin paytaxtı. Vest-Hindin ən qədim şəhərlərindən biri, 1627-ci ildə əsası qoyulub. Əhalisi 11 min nəfər (2003). 1867-ci ildə baş vermiş yanğından ciddi zərər çəkmişdir. O zaman cəmi bir neçə bina salamat qalmışdı. Şəhərin mərkəzi fontanı olan balaca ictimai parkdır, Müstəqillik meydanı adlanır. 1790-cı ildə bura qul bazarı kimi istifadə edilirdi. Təsərüffatından yeyinti sənayesi inkişaf etmişdir (şəkər, içkilər). Tarixi əşyalar saxlanan sent-Kristofer_Xeritic_Sisayeti muzeyi vardır.
Bəmpur
Bəmpur — İranın Sistan və Bəlucistan ostanının İranşəhr şəhristanının Bəmpur bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 9,073 nəfər və 1,664 ailədən ibarət idi.
Jammer
Passiv Jammer: Jammer-Siqnal kəsici (siqnal qarışdırıcı, siqnal pozucu) , qarşılıqlı sistemdə aradakı əlaqəni pozmaq üçün yaradılmış cihaz. Müasir texnikada alıcını (əksəriyyətlə radio) hədəfləyən qüvvətli bir ötürücü. Siqnalın daşınma şəkli ən sıx elektromexaniki dalğa olmaq üzrə səs, işıq (UV-dən IR-yə qədər) də ola bilər. Alıcının həssas olduğu bant aralığında yüksək gücdə siqnalı qəbul edərək alıcının giriş nötəsinin bütün bant üçün təzyiqlənməsini təmin edir və alıcını “karlaşdırar”. Siqnal boğucu, alıcıda seçicilik və həssaslıq xüsusiyyətlərini hədəf alır. Q faktoru yüksək alıcılar bu cür maneə törətmələrə qarşı daha müqavimətlidirlər. Əsasən aşağıdakı yerlərdə tətbiq olunur: İctimaiyyətdə yüksək səslə radio-tv dinləmələrinə maneə törətmək. Kino, konsert, teatr kimi cib telefonlarının istifadəsinin qadağan olunduğu mühitlərdə nizamı təmin etmək üçün. Uzaqdan idarə edilən alətlərin işinə maneə törədilməsi. Uzaqdan idarə edilən bombaların əvvəlcədən atılması ya da bloklanması.
Jumper
Jumper ~ перемычка ~ atlatıcı ~ atqı - elektron sxemin müxtəlif kontaktlarını birləşdirmək yolu ilə aparat vasitələrinin köklənməsi ( konfiqurasiyasının dəyişdirilməsi) üçün kiçik çəngəl, yaxud tellər. Bax: DIP SWITCH. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov). İnformatika terminlərinin izahlı lüğəti. “Bakı” nəşriyyatı, 2017, 996 s.
Kemper
Kemper(fr. Quimper)— Fransanın Bretan regionunun rayonlarından biri. Departament — Finister. Superfektura — Kemper. Rayon əhalisi 2006-cı ildə 310 442 təşkil edir. Əhalinin sıxlığı -141 nəf./km². Sahəsi — 2202 km².
Komper
Komper (fr. Compeyre, oks. Compèire) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Şərqi Miyo kantonuna daxildir. Kommunanın dairəsi — Miyo. INSEE kodu — 12070. Kommuna təxminən Parisdən 530 km cənubda, Tuluza şəhərindən 150 km şimal-şərqdə, Rodezdən isə 50 km cənub-şərqdə yerləşir. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 527 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 163 nəfər arasında (15-64 yaş arasında) 117 nəfər iqtisadi fəal, 46 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 71,8%, 1999-cu ildə 67,6%).
Pampers
Pampers - 1961-ci ildə Procter & Gamble şirkəti tərəfindən yaradılmış uşaq bezləri. Pampers yumşaq, birdəfəlik və rahat olduğu üçün istehlakçılar tərəfindən böyük maraqla qarşılanmışdır. Pampers brendi Procter & Gamble şirkətində çalışan kimya mühəndisi Viktor Mils tərəfindən yaradılmışdır. ABŞ-də XX əsrin ikinci yarısından etibarən evdar qadınlar öz körpələrinin baxımı üçün birdəfəlik və rahat olacaq bezlərə çox ehtiyac duyurdular. Layihənin üzərində 1950-ci illərdən etibarən işləməyə başlayan Mils, yaratdığı yeni brendi ilk dəfə nəvəsinin üzərində sınamış və uğurlu nəticə əldə etmişdir. Pampers sözü bolqar dilindən olan (bolq. Памперси) sözündən götürülmüş, tərcüməsi (azərb. uşaq bezi‎) deməkdir. == Pampersin sonrakı illəri və bu günü == 1966-cı ildə Pampersə Wingfold dizaynı əlavə edilir və 1969-cu ildə isə müxtəlif yaşlı,bədən ölçülü körpələrə uyğun üçünçü ölçü yaradılır. 70-ci illərin əvvəllərində Pampers bezlərindən Amerika Birləşmiş Ştatlarında geniş istifadə olunurdu.
Tampere
Tampere — böyüklüyünə görə Finlandiyanın üçüncü şəhəridir. 200-dən çox göllə əhatə olunmuş təpədə yerləşir. == Görməli yerlər == Burada pravoslav kilsəsi, nəhəng qala, “Kehryasaari” və “Koskike-skus” ticarət mərkəzləri yerləşir. Şəhərin başlıca görməli yeri əyləncəli Syarkyanni parkı sayılır. Parkda 30-dan çox attraksion, zoopark və akvarium, ölkənin ən hündür qülləsi “Nyasinneula” yerləşir.
Vampir
Vampir (q.türk İçkək) və ya Qaniçən — yarı insan, yarı heyvan mifik məxluqlar. Azərbaycan mifologiyasında "Xortdan" adlanır. == "Vampir" və "Vampirizm" == İngilis dilində olan "vampir" sözü macar mənşəli olub XVIII əsrin əvvəllərindən, daha dəqiq desək, Avropa dövlətlərinin qitənin şərq ucqarlarını maraqlanmağa başlamasından sonra işlənməyə başlanmışdır. Modern Vampir termininin mənşəyi Slavyan və Türk xalqlarında rast gəlinən Ubır termininə əsaslanır. Ubır inancının ilk olaraq Volqa-İdil çayı və Pontus çöllərində meydana gəldiyi, qıpçaq-kuman köçləri ilə müxtəlif coğrafiyalara və slavyanlar arasında yayıldığı düşünülür. Modern "Vampir" sözü slavyan dilləri və türkcə "онпыр (onpyr)" şəklindən türər; "V" səsi köhnə bolqar nazal burun saitindən əvvəl əlavə olunur, bunu ənənəvi bolqar forması впир (vpir) sübut edir. (digər adlar: onpyr, vopir, vupir, upir, upierz.)Günəşin batması ilə yenidən doğması arasında olan zaman intervalı ərzində dirilərək məzarlardan çıxdığına, insanlara hücum edib onların qanlarını içdiyinə inanılan fövqəlvarlıqlar kimi təsəvvür edilən "vampir" sözünün hərfi mənası "qaniçən" deməkdir. Con Haynrix Zopfius özünün 1733-cü il tarixli "Serb vampirləri" adlı elmi işində yazmışdır: "Vampirlər gecələr öz məzarlarından çıxaraq yataqlarında sakit yatmış insanlara hücum edib bədənlərindəki qanlarını sorur və onları məhv edirlər. Vampirlər kişi, qadın və uşaqların yaşına və cinsinə baxmadan onlara zərər verirlər…". Skoffern isə özünün "Stray Leaves of Science and Folk lore" ("Elmin və folklorun baxımsız yarpaqları") adlı əsərində yazır: "Vampirlərə verə bildiyim ən gözəl anlayış onun yaşayan, şər ruhlu, qatil ölü bədən olmalarıdır.
Amber
Amber (Fransızca tələffüz: [ɑ̃bɛʁ]; Auvergnat: Embèrt, fr. Ambert) — Fransanın mərkəzində yerləşən Overn regionun Püi-de-Dom departamentinin kommunası (əsas şəhəri). == Coğrafiyası == Amber Alye çayının bir qolu olan Dore çayın kənarında yerləşir.
Ampir
Ampir (fr. Empire) — XIX əsrin birinci otuz illiyində, klassisizmin inkişafının sonunda memarlıq və dekorativ incəsənətdə üslub. Massivliyi ilə, qabarıq monumental formaları və zəngin dekoru ilə xarakterizə olunur. Öz inkişafında Qədim Romanın, Qədim Misirin və s. bədii irsinə arxalanırdı. Fransada I Napoleonun imperiyası dövründə yaranmışdır; o, memorial memarlığı və saray interyerlərinin parad möhtəşəmliyi ilə fərqlənirdi. == Tarixi == Ampir üslubunda Qədim Yunanıstan və Roma imperiyası dövrü bədii nümunələri təqlid edilmiş, həmçinin Qədim Misir incəsənəti motivlərindən istifadə edilmişdir. Klassizm zəmində yaranmış Ampir üslubunda forma və dekorların sadəliyi, zərifliyi tədricən onların yığcamlığı və monumental ifadəliyi ilə əvəz olunmuşdur. I Napoleon imperiyası dövründə ampir üslubunda əsas diqqət hakimiyyətin əzəmətini, hərbi möhtəşəmliyni, qüdrətini daha da dolğun ifadə edən memarlıq üsulları və detallarına verilirdi. Fransız memarlarından Ş.Persiye, P.Fonten və J.F.Şalqren ampir üslubunun görkəmli nümayəndələrindən hesab olunurlar.
Aloe camperi
Aloe camperi (lat. Aloe camperi) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin asfodelinakimilər fəsiləsinin əzvay cinsinə aid bitki növü.
Bagger 288
Bagger 288 — enerji və mədən şirkəti Rheinbraun üçün Krupp tərəfindən istehsal edilmiş tırtıllı mobil zolaq qazma maşınıdır. Onun tikintisi 1978-ci ildə başa çatmış və 13.500 tonla Big Muskieni geridə qoyaraq dünyanın ən ağır quruda hərəkət edən nəqliyyat vasitəsi olmuşdur. Onun dizaynı beş il, tikintisi də həmçinin beş il çəkmiş, ümumi dəyəri isə 100 milyon ABŞ dolları dəyərində olmuşdur. 1995-ci ildə çəkisi 14200 ton olan Bagger 293 ən ağır quruda hərəkət edən nəqliyyat nəqliyyat vasitəsi adını ondan almışdır.
Ramsər
Ramsər — İranın Mazandaran ostanının şəhərlərindəndir. Həm də Ramsər şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 31,659 nəfər və 9,421 ailədən ibarət idi.