Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Beatles
Bitlz — "Beatles" (qrupun üzvlərini ayrı-ayrılıqda bitllar və ya bitlzlar adlandırırlar) – Liverpul şəhərindən olan Con Lennon, Pol Makkartni, Corc Harrison və Rinqo Starı (əsl adı – Riçard Starki) özündə birləşdirən, 60-cı illərin məşhur ingilis rok qrupu. Beatles rok-pop musiqisinə misilsiz töhfələr verməklə onu köklü surətdə dəyişdirmişdir. Ötən əsrin 60-cı illərində görünməmiş məşhurluq qazanan qrup XX əsrin musiqi mədəniyyətində ən parlaq fenomenlərdən birinə çevrilir. Beatles bir çox satış rekordlarını qıraraq 50-dən artıq mahnısı ilə dünyanın müxtəlif ölkələrinin musiqi çatlarına liderlik etmişdir. Amerika Səsyazmalar Sənayesi Assosiasiyasının məlumatına görə Beatles ABŞ-də bütün dövrlərin səsyazmaları ən çox satılmış qrupudur. Öz səsyazma studiyalarının, EMİ-nin yaydığı məlumatlara görə isə 1985-ci ilə qədər dünyada qrupun 1 milyarddan artıq diski satılmışdır. 2004-cü ildə tanınmış Rolling Stone jurnalının apardığı sorğular əsasında tərtib edilən "Bütün dövrlərin 100 ən yaxşı sənətçisi" siyahısında Beatles-i I yerə layiq görmüşdür. == Tarixi == Yaradıcılığının ilkin dövrlərində 50-ci illərin rok&roll və lokal skiffl janrlarına üstünlük verən qrup, sonrakı illərdə Tin Pan Alleydən başlamış psixodelik janrlarına kimi yeni musiqi cərəyanlarını təqdim etmişdir. Qrupun əksər mahnılarını Lennon-Makkartni dueti bəstələmişdir. 1963-cü il qrupun tarixində əlamətdar olur.
Dalbergia bathiei
Dalbergia bathiei (lat. Dalbergia bathiei) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin dalbergiya cinsinə aid bitki növü.
Emilia bathiei
Emilia bathiei (lat. Emilia bathiei) — mürəkkəbçiçəklilər fəsiləsinin emilia cinsinə aid bitki növü.
Backing vocal
Bek vokal — Əsas vokalisti və ya digər bek vokalistləri uyğunluq təmin edərək arxa fonda müşayiət edən müğənni.
Backing vocalist
Bek vokal — Əsas vokalisti və ya digər bek vokalistləri uyğunluq təmin edərək arxa fonda müşayiət edən müğənni.
John Beattie
Con Cerard Beatti (9 noyabr 1926, Qaven – 9 iyul 2020, Klaydbank, Uest Danbartonşir) — Şotlandiya aktyoru. == Həyat və karyera == Beatti 9 noyabr 1926-cı ildə Şotlandiyanın Qlazqo şəhərində anadan olub. "Scotch & Wry" və "Lord C. Nesbitt" komediya janrları ilə tanınırdı. Karyerasının sonunda sağ "River City" sabun operasında Malkolm Hamiltonun xarakteri ilə ekranlara çıxdı. Beattie, aktyor karyerasına görə 2007-ci ildə Britaniya Kral Şərəf Medalı ilə təltif edilmişdir. == Ölüm == Beattie, 9 iyul 2020-ci ildə, 93 yaşında, Şotlandiyada bir qocalar evində öldü.
The Beatles
Bitlz — "Beatles" (qrupun üzvlərini ayrı-ayrılıqda bitllar və ya bitlzlar adlandırırlar) – Liverpul şəhərindən olan Con Lennon, Pol Makkartni, Corc Harrison və Rinqo Starı (əsl adı – Riçard Starki) özündə birləşdirən, 60-cı illərin məşhur ingilis rok qrupu. Beatles rok-pop musiqisinə misilsiz töhfələr verməklə onu köklü surətdə dəyişdirmişdir. Ötən əsrin 60-cı illərində görünməmiş məşhurluq qazanan qrup XX əsrin musiqi mədəniyyətində ən parlaq fenomenlərdən birinə çevrilir. Beatles bir çox satış rekordlarını qıraraq 50-dən artıq mahnısı ilə dünyanın müxtəlif ölkələrinin musiqi çatlarına liderlik etmişdir. Amerika Səsyazmalar Sənayesi Assosiasiyasının məlumatına görə Beatles ABŞ-də bütün dövrlərin səsyazmaları ən çox satılmış qrupudur. Öz səsyazma studiyalarının, EMİ-nin yaydığı məlumatlara görə isə 1985-ci ilə qədər dünyada qrupun 1 milyarddan artıq diski satılmışdır. 2004-cü ildə tanınmış Rolling Stone jurnalının apardığı sorğular əsasında tərtib edilən "Bütün dövrlərin 100 ən yaxşı sənətçisi" siyahısında Beatles-i I yerə layiq görmüşdür. == Tarixi == Yaradıcılığının ilkin dövrlərində 50-ci illərin rok&roll və lokal skiffl janrlarına üstünlük verən qrup, sonrakı illərdə Tin Pan Alleydən başlamış psixodelik janrlarına kimi yeni musiqi cərəyanlarını təqdim etmişdir. Qrupun əksər mahnılarını Lennon-Makkartni dueti bəstələmişdir. 1963-cü il qrupun tarixində əlamətdar olur.
Leonid Batkin
Leonid Mixailoviç Batkin (rus. Леонид Михайлович Баткин, 29.6.1932)—Rusiya tarixçisi, ədəbiyyatşünas və mədəniyyətşünası. == Həyatı == Leonid Mixailoviç Batkin Xarkov şəhərində anadan olub. == Yaradıcılığı == L.M.Batkin özünün "Mədəni-məntiqi yanaşmanın bəzi şərtləri haqqında" məqaləsində yazır: "Bütün mətnlər və bütün mövqedən götürülən mətnlər mədəni fenomen deyil. Onu mədəni edən bizim qarşımızda olan simasız-əşyavi "informasiya", passiv və dilsiz tədqiqat obyekti deyil, daha dəqiq desək, "mətn" yox özgə təxəyyülünün məhsuludur." Biz müəlliflə, başqası ilə, onun dünyagörüşü ilə təbii ki mətn daxilində aparıcı mövqedə duran fikirlə tanış oluruq. Mədəniyyətin tərkibində mənalardan (və onların ötürülmə qaydaları) başqa nə yoxdur. Bu – dərk olunmuş dünyada qarşılaşmadır. Bizim şəxsi mövcudluğumuzun dərki mədəni ünsiyyətin ilkin situasiyasının tərkibinə daxil olur. Mənalar heç də hər zaman bir-birinə uyğun olmur, bəzən hətta təəccüb doğura biləcək dərəcədə bir-birindən uzaq olur. Bu, məsələni çətinləşdirsə də, eyni zamanda tərcümə aktını (izahı) mümkün və zəruri edir.
Əl-Batin
Əl-Batin (ər. الباطن) — Allahın adlarından biri. Mahiyyəti gizli olan, gözlərdən, idrak və duyğulardan əslini gizləmiş və zatı ilə batin olan deməkdir. əl-Batin adı ilə hər şeyin, daxili quruluşuna nüfuz edərək, hər şeyə, hər şeydən yaxın olandır O! Kaaf surəsi (50), 16: "... Və Biz ona şah damarından daha yaxınıq." Fatır surəsi (35), 38: "... Əlbəttə, O, ürəklərdə olanları da bilir." Qəsəs surəsi (28), 69: "Sənin Rəbbin onların sinələrində gizlində də, aşkarda da nə etdiklərini bilir." Mülk surəsi (67), 13 "Sözünüzü gizli saxlasanız da, istər açıq deyin; bilin ki, O, ürəklərdə olanları biləndir." Aləmlərin yaradıcısı əl-də Odur dostlar! Uca Rəbbim, Sən "Əvvəl" sin, Sən "Axır" sin, Sən "Zahir" sin, Sən "Batin" sın. Adlarına sığınaraq, evvelimi, ahırımız, zâhirimi və bâtınımı nurunla nurlandırmanı diləyirəm. Dualarımı qəbul eylə Allahım!
The Beatles (albom)
The Beatles (White Album) — Böyük Britaniyanın "The Beatles" rok qrupunun ononcu studiya albomu, ikiqat boşqab.
With The Beatles
With The Beatles — Böyük Britaniyanın "The Beatles" rok qrupunun ikinci studiya albomu.
Beatles For Sale
Beatles For Sale — Böyük Britaniyanın "The Beatles" rok qrupunun studiya albomu. == Mahnı siyahısı == === Birinci tərəf === "No Reply" (Lennon, Makkartni) "I'm a Loser" (Lennon, Makkartni) "Baby's in Black" (Lennon, Makkartni) "Rock and Roll Music" (Berri) "I'll Follow the Sun" (Lennon, Makkartni) "Mr.
Nothing But a Heartache
Nothing But a Heartache (azərb. Heç bir iztirab‎) – C. C. Catch tərəfindən 1988-ci ildə ifa edilmiş mahnıdır.
Somebody's Watching Me
Somebody's Watching Me – Rockwell və Maykl Ceksonun birgə ifa etdiyi mahnı. Mahnı ABŞ və Avropa ölkələrində böyük uğur qazanmış, 1984 – cü ildə Billboard Hot 100 – da ikinci yerə Billboard R&B singles – da birinci yerə, UK Singles Chart – da isə altıncı yerə kimi yüksəlmişdir. Somebody's Watching Me Rockwellin yaradıcılığında ən pik zirvə olmuşdur. Belə ki, bu mahnıdan sonra onun müəyyən qədər məşhurlaşan mahnısı "Obscene Phone Caller" olmuşdur ki, o da Billboard Hot 100 – də yalnız otuz beşinci yerə kimi yüksələ bilmişdir. İlk ifadan sonra "Somebody's Watching Me" mahnısına dəfələrlə müxtəlif ölkələrdən olan musiqiçilər tərəfindən müraciət olunmuş, mahnının yeni versiya və remixləri yaradılmışdır. == DJ BoBo versiyası == İsveçrəli məşhur dj. DJ BoBo 1992-ci ildə mahnıya müraciət etmiş və sinql şəklində satışa buraxmışdr. DJ BoBonun işlədiyi yeni versiya İsveç və İsveçrədə birinci, Almaniyada dürdüncü, Avstriya, Niderland və Norveçdə üçüncü, Avstraliyada isə on üçüncü yerə kimi yüksələ bilmişdir. Kompozisiyaları CD Single Somebody Dance With Me (Radio Mix) Somebody Dance With Me (Club Mix) Uh-Uh! (Deejay Remix) Somebody Dance With Me (Live In Switzerland) Remix – CD-Maxi Fresh 1240 Somebody Dance With Me (Remix) Move Your Feet Somebody Dance With Me (Live In Switzerland) Remix Italien – CD-Maxi DWA 0097 Somebody Dance With Me (Heaven Trouble Remix) Somebody Dance With Me (Radio Mix) Somebody Dance With Me (Club Mix) Uh-Uh!
Entertainment Software Rating Board
Entertainment Software Rating Board (ESRB) - ABŞ və Kanadada kompüter video-oyunları və başqa əyləncəli proqram təminatı üçün reytinqlərin qəbul və təyin olunması ilə məşğul olan qeyri-hökumət təşkilatı. 1994-cü ildə Interactive Digital Software Association (indiki adı – Entertainment Software Association) tərəfindən yaradılıb. Oyunun reytinqi məhsulun bağlamasının üzərində çap olunur, onun reklamında yerləşdirilir və saytında göstərilir. İstehsalçı şirkət rəsmi olaraq satışa buraxılmayanadək ona reytinq almağa borclu deyil, çünki işlənib hazırlanma gedişində oyunun məzmunu əhəmiyyətli dərəcədə dəyişilə bilər. Reytinq iki hissədən ibarətdir: reytinq nişanından və məzmunun qısa təsvirindən. Reytinq nişanı, adətən, bağlamanın üz tərəfində sol, yaxud sağ aşağı küncdə yerləşir və oyun üçün ən münasib yaş kateqoriyasını müəyyənləşdirir. Məzmunun təsviri qutunun arxa tərəfində, adətən, sol, yaxud sağ aşağı küncdə yerləşdirilir və oyunun məzmunun bəzi elementlərini sadalayır. ESRB reytinqlərinin loqotipində oyunun tövsiyə olunduğu yaş kateqoriyasının adının başlanğıc hərfləri göstərilir. Hazırda aşağıdakı loqotiplərdən istifadə olunur: • “EC” (“Early childhood”) – “Kiçik yaşlı uşaqlar”; • “E” (“Everyone”) – “Hər kəs”; • “E10+” (“Everyone 10 and older”) – “10 yaşdan yuxarı hər kəs”; • “T” (“Teen”) – “Yeniyetmələr”; • “M” (“Mature”) – “Yetkin yaşlılar”; • “AO” (“Adults Only 18+”) – “Yalnız böyüklər”; • “RP” (“Rating Pending”) – “Reytinq gözlənilir”. Əvvəllər mövcud olmuş “K-A” (“Kids to Adults”) – “Uşaqdan böyüyədək” reytinqi 1998-ci ildə “E” (“Everyone”) ilə əvəz olunub.
Wars for Nothing (Boqqi mahnısı)
"Wars for Nothing" (azərb. Müharibələr boş yerə‎) — Macarıstanlı ifaçı Boqlarka Çəmər Boqqinin(Səhnə adı ilə sadəcə-Boqqi), akustik gitara ilə müşayiət edilən həzin sülh mahnısı. Macarıstan Avroviziya Mahnı Müsabiqəsinin 60 illik ildönümündə, məhz bu ballada ilə təmsil olunmuşdur. == Mahnı == Müxtəlif coğrafiyalardakı qaynar nöqtələrin mövcudluğunu, ölkələrarası bitmək bilməyən fəlakətli müharibələri "Səbəbsiz savaşlar" kimi tanımladan mükəmməl musiqi əsərinin sözləri Şara Hilin Bori, bəstəsi isə Aron Sebastyan və ifaçının özü tərəfindən ərsəyə gətirilmişdir. Boqqi sülhə çox ümidsizdir və dəhşətli faciələrin qurbanı olan uşaqları isə, "Ulduzlara qovuşanlar" kimi səciyyələndirir. == Buraxılış tarixi == == Beynəlxalq arenada == Macarıstanın milli seçim yarışması olan A Dal-ın, 28 fevral 2015-ci il tarixində baş tutan sayca dördüncü buraxılışında, Boqlarka Çəmər Boqqinin ifasındakı "Wars for Nothing" balladası qələbə qazanmışdır. Bu, mahnının beynəlxalq arenalarda səslənməsinə şərait yaratdı. Avroviziya Mahnı Müsabiqəsi 2015 "Wars for Nothing" mahnısı, Boqqinin səsləndirməsi ilə, sayca 60-cı Avroviziya Mahnı Müsabiqəsində, ölkəni uğurla böyük finala yüksəltmiş(Daha ətraflı-Macarıstan Avroviziya 2015 Mahnı Müsabiqəsində) və finalın yekun səsvermə nəticələrinə əsasən 19 xal toplayaraq, beynəlxalq yarışmanı 20-ci sırada tamamlamışdır.
P.Y.T. (Pretty Young Thing)
P.Y.T. (Pretty Young Thing) — Maykl Ceksonun "Thriller" albomundakı mahnılardan biri.
Baksinq Günü
Baksinq Günü (ing. Boxing Day), bir ictimai bayram və tətil gün, xüsusilə MDB ölkələri, Britaniya, Avstraliya, Yeni Zelandiya və Kanada da. Bu gün Milad bayramının sonrakı günü hər il Dekabrın 26-da qeyd olunur. == Etimologiya == Baxmayaraq ki bu günün adlandırılmasının əsas səbəbi aydın deyil . ancaq kökü "box" (qutu) olduğu inanılır ki,Milad bayramının hədiyyələr qutusuna ışarə edir. Keçmişdə, bu gün yoxsul işçilərə hediyə verilərdi. == Alış-veriş == Britaniya, Kanada ,Yeni Zelandiya və Avstraliyanın bəzi əyalətlərində, Baksinq günü əsasən Amerika Birləşmiş Ştatlarında Şükran sonrakı günü qədər, bir alış-veriş bayramı kimi tanınır.
Nattinq Uolles
Nattinq Volles (17 noyabr 1861 - 19 iyul 1941) — Amerika Birləşmiş Ştatlarının dövlət katibi, eyni zamanda fotoqraf və rəssam. Onun atmosfer fotoşəkilləri Kolonial intibah memarlığı üslubunu canlandırmağa kömək etmişdir. == Həyatı == Albion və Elizabet Nattinqin ikinci övladı olan Nattinq Volles Massaçusets ştatının Rokbotom şəhərində 17 noyabr 1861-ci ildə anadan olmuşdur. Atası vətəndaş müharibəsində şəhid olmuşdur. Aile 1969-cu ildə İngiltərədən gələn və Massaçusets ştatının Qroton şəhərinə basqın zamanı hindular tərəfindən öldürülən Con Nattinqin nəslindəndir. Hindlilər Con Nattinqin başını kəsmiş və başqalarının ərazidə yerləşməsinə mane olamaq üçün onu dirəyə qoymuşdular. == Təhsil və şəxsi həyatı == Nattinq Volles Men ştatının Aqasta şəhərində orta məktəbi bitirib. Ekster Fillips Akademiyasında, Harvard Universitetində, Hartford İlahiyyat seminariyasında və Birlik İlahiyyat seminariyasında oxumuşdur. Harvard Universitetini 1887-ci ildə bitirmişdir. Nattinq 1893-cü ildə Vitman kollecindən ilahiyyat doktoru dərəcəsi qazanmışdır.
Nattinq Volles

Qatlinq pulemyotu
Qatlinq pulemyotu (ing. Gatling gun, çox zaman sadəcə Qatlinq) - çoxlüləli, yüksəksürətli atıcı silah. İlkin pulemyotlardan biri. Qısa zaman müddətində çoxsaylı atəşləri nəticəsində güclü güllə seli əmələ gətirməsi ilə məşhurdur. Qatlinq prinsipi ilə işləyən müasir pulemyotlar dəqiqədə 6,000-6,600-ə qədər atəş aça bilirlər. İlkin nümunəsi əl ilə hərəkətə gətirilən olsa da, müasir dövrdə pulemyotun mexanizmləri elektrik mühərriki ilə hərəkətə gəlir. Əsasən ABŞ istehsalı olan hərbi təyyarələrdə, vertolyotlarda və digər döyüş vasitələrində istifadə edilir. Çəkisinin ağırlığı və güclü təpməsi ondan yalnız döyüş texnikasında istifadə etməyə imkan verir.
Sun Yatinq
Sun Yatinq (24 fevral 1988) — Çini təmsil edən su poloçusu. == Karyerası == Sun Yatinq, Çin yığmasının heyətində 2008-ci ildə Çinin ev sahibliyində baş tutan XXIX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Beşinci pillə uğrunda görüşdə İtaliya yığmasını 10:8 hesabı ilə məğlub edən Çin yığması, XXIX Yay Olimpiya Oyunlarını beşinci pillədə başa vurdu. Daha sonra Sun Yatinq, Çin yığmasının heyətində 2012-ci ildə Birləşmiş Krallığın London şəhərinin ev sahibliyində baş tutan XXX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Beşinci pillə uğrunda görüşdə Rusiya yığmasını 16:15 hesabı ilə məğlub edən Çin yığması, London Olimpiadasını beşinci pillədə başa vurdu. Sun Yatinq, Çin yığmasının heyətində 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərinin ev sahibliyində baş tutan XXXI Yay Olimpiya Oyunlarında mübarizə apardı. Yeddinci pillə uğrunda görüşdə Braziliya yığmasını 10:5 hesabı ilə məğlub edən Çin yığması, Rio-de-Janeyro Olimpiadasını yeddinci pillədə başa vurdu.
5 batlıq sikkə
5 batlıq sikkə (tay เหรียญ 5 บาท) — Tailandda işlədilən bat sikkələrindən biri. 1988-ci ildən dövriyyədədir. 500 satanqa bərabərdir. Sikkənin ön tərəfində Tailand kralı Bhumibol Adulyadeyin portreti, arxa tərəfindən isə Banqkokda yerləşən Vat Bençamabofit buddist mədəninin görünütüsü əks olunmuşdur. == 2009-cu il dəyişiklikləri == 2 fevral 2009-cu ildə Tailand Xəzinə Departamenti sikkə ilə bağlı bir neçə dəyişiklik tətbiq edəcəyini açıqlamışdır. Sikkənin ağırlığı 7,5 qramdan 6 qrama düşürülmüşdür və qalınlığı azaldılmışdır. Lakin metal tərkibi və digər xüsusiyyətlər olduğu kimi saxlanılmışdır.
Barkinq və Dagenhem borosu
Barkinq və Dagenhem borosu (ing. Barking and Dagenham) — Londonun 32 borosundan biri. Böyük Londonun şimal-şərqində yerləşir və sahəsi 36,09 km²-dir. 1965-ci ilədək London qraflığına daxil olmayan Kənar Londonun bir hissəsi olmuşdur. 1 aprel 1965-ci ildə Esseksin Barkinq və Dagenhem rayonlarının birləşdirilməsi hesabına yaradılmışdır. Barkinq və Dagenhem 2012 Yay Olimpiya Oyunlarının keçirildiyi 6 London borosundan biridir.