BATIQ

sif.
1. Çuxura düşmüş, dərinə düşmüş, çökmüş. Batıq ordlar. Batıq göz.
[Fərmanın] sinəsi batıq, sifəti saralıb, çiyinləri qalxıb. Ə.Haqverdiyev.
[Rüstəm:] Qoy onun [Nübarın] o quyuya düşmüş batıq gözləri lap kəlləsinə çıxsın. S.Rəhimov.

2. Zədələnmə və s. nəticəsində bir tərəfi batmış, çökmüş, çökəklik əmələ gəlmiş. Böyrü batıq vedrə. Yanı batıq cam.
– Astanada tüstülənir böyrü batıq samovar. S.Rüstəm.

// İs. mənasında. Bir qədər batmış, çökmüş, çuxura düşmüş yer. Vedrənin batığı. Ordun batığı.
3. Boğuq, batmış. Batıq səs.
– Qoy hələ Salman çəksin, – deyə Aslan yarımçıq və batıq bir səslə Qulam müəllimə cavab verdi. S.Rəhimov.
[Ərbabın] batıq səsi eşidildi. Mir Cəlal.

4. Bulaşıq, bulaşmış, çirkli, bir şeyə batmış. Batıq qab. Batıq boşqab.

Sinonimlər (yaxın mənalı sözlər)

  • BATIQ bulaşıq — çirkli
  • BATIQ boğuq — xırıltılı
  • BATIQ çökək — çuxur

Antonimlər (əks mənalı sözlər)

  • BATIQ BATIQ – ÇIXIQ Qoy onun o quyuya düşmüş batıq gözləri lap kəlləsinə çıxsın (S.Rəhimov); Elə bil onun gözü yerindən oynamış, çıxıq kimi görünürdü
BATI
BATIQLIQ

Digər lüğətlərdə