Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Babalı
Babalı (Cəlilabad) — Cəlilabad rayonunun inzibati ərazi vahidində kənd. Babalı (Çaldıran) — Bəbəli — Xaçmaz rayonunun inzibati ərazi vahidində kənd.
Bayatı
Bayatı — Azərbaycan lirik xalq şeir janrı. Qafiyə sistemi aaba prinsipi ilə qurulan dörd misralı və hər misrası yeddi hecadan ibarət olan şeir şəkli. İlkin-arxaik şeir biçimlərindən biri olduğu üçün bu şeir qəlibi təkcə Azərbaycan xalq ədəbiyyatında deyil, bütövlükdə türk folklor etnocoğrafiyasında geniş yayılmış formalardandır. == Məzmun == Bayatının mənşəçə bayatların adı ilə bağlı olduğu ehtimal edilir. 7 hecalı 4 misradan ibarətdir. 3-cü misrası sərbəst, qalanları həmqafiyə olur. Əsas fikir son iki misrada ifadə edilir. Bayatılar mövzuca rəngarəngdir. Bayatılarda xalqın kədəri, ictimai quruluşa, zülmə qarşı etirazı, yadelli işğalçılara nifrəti, azadlıq və xoşbəxtlik arzuları ifadə edilmiş, məhəbbətə, ayrılığa, dostluğa aid təsirli bayatılar söylənmişdir. Xalq ədəbiyyatının başqa janrları kimi, bayatılar da nəsildən-nəslə keçərək, müxtəlif variantlara düşmüşdür.
Qayalı
KəndlərQayalı (Bərdə) — Azərbaycanın Bərdə rayonunda kənd. Qayalı (Qubadlı) — Azərbaycanın Qubadlı rayonunda kənd. Qayalı (Şörəyel) — Ermənistan Respublikasının Şörəyel mahalında kənd. Qayalı (Dərələyəz) — İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, sonralar keçmiş Paşalı (Əzizbəyov, Vayk) rayonun ərazisində kənd.BələdiyyələrQayalı bələdiyyəsi —DigərQayalı (Kəkildağ) düşərgəsi Qayalı dağlar — Şimali Amerika Kordilyer dağlarının şimalında dağ sistemi.
Akman (Bakalı)
Axman (başq. Ахман, rus. Ахманово) — Başqırdıstan Respublikasının Bakalı rayonunda yerləşən kənd. Kənd Axman kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Bakalı): 7 km, ən yaxın dəmiryol stansiyasından (Tuymazı stansiyası): 69 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə çuvaşlar (38 %), kryaşenlər (34 %) üstünlük təşkil edir. == Tnınmış şəxslər == Najib Anasbaev (1921—2013) — yazıçı, şair, dramaturq.
Aleksandrovka (Bakalı)
Aleksandrovka (başq. Александровка, rus. Александровка) — Başqırdıstan Respublikasının Bakalı rayonunda yerləşən kənd. Kənd Bozor kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Bakalı): 46 km, kənd sovetliyindən (Bozor): 20 km. ən yaxın dəmiryol stansiyasından (Tuymazı stansiyası): 91 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə ruslar (81 %) üstünlük təşkil edir.
Babalı (Cəlilabad)
Babalı — Azərbaycan Respublikasının Cəlilabad rayonunun inzibati ərazi vahidində kənd. == Etimologiyası == Babalı toponimi Pirembel tayfasının tirələrindən olan eyni adlı nəslin adındandır. Babalı kəndi Cəlilabad rayonunun qədim yaşayış məskənlərindən biridir.Kəndin ərazisindən tapılmış bəzi maddı-mədəniyyət nümunələri belə bir fikir söyləməyə imkan verir. Təsadüfi tapıntılara baxmayaraq ,kəndin ərazisində indiyə qədər nə arxeoloji nə də etnoqrafik tədqiqatlar aparılmayıb. Mövcud məlumatların qeyri-qənaətbəxş olması müəyyən araşdırmalar aparmağı zəruri etdi.Araşdırmalar zamanı bir-çox mənbələrdə Babalı sözü ilə bağlı maraqlı tarixi məlumatlarla rastlaşdım.Lakin,həmin məlumatlar: 1)Kənddə məskunlaşmanın mövcud tarixi versiyalarının yanlış olduğunu bəlli etdi. 2)Babalı sözünün tayfa adı ilə bağlı olduğunu sübut etdi. Mövcud məlumatlar nədən ibarətdir? 1. Babalı əhalisi VII əsrdə Ərəbistandan gəlmədir. 2.Babalı əhalisi Xaçmaz rayonundan gəlmədir.
Babalı (Çaldıran)
Babalı (fars. بابالو‎) - İranın Qərbi Azərbaycan ostanının Çaldıran şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 354 nəfər yaşayır (61 ailə).
Babalı Ağayev
Babəli Ağayev (1 fevral 1932, Biləsuvar rayonu – 10 avqust 2019) — Lerik Rayon Partiya Komitəsinin birinci katibi. == Həyatı == 1932-ci ildə Biləsuvar rayonunda kəndli ailəsində anadan olmuşdur, azərbaycanlıdır, 1958-ci ildən Sovet İttifaqı Kommunist Partiyası üzvüdür, ali təhsili var – V. İ. Lenin adına Azərbaycan Pedaqoji İnstitutunu və Sovet İttifaqı Kommunist Partiyası MK yanında Ali Partiya Məktəbini bitirmişdir 1955–1965-ci illərdə Puşkin rayonunun məktəblərində pedaqoji işdə çalışmışdır. 1965–1968-ci illərdə Puşkin Rayon Partiya Komitəsinin katibi, partiya məktəbinin müdavimi olmuşdur. 1968–1970-ci illərdə Kürdəmir Rayon Zəhmətkeş Deputatları Soveti İcraiyyə Komitəsinin sədri vəzifəsində işləmişdir. 1970-ci ildən Azərbaycan KP Lerik RK-nın birinci katibidir. Azərbaycan SSR Ali Sovetinin ticarət bə əhaliyə məişət xidməti komissiyasının üzvüdür. Azərbaycan KP təftiş komissiyasının üzvüdür. Səkkizinci və doqquzuncu çağırış Azərbaycan SSR Ali Sovetinə deputat seçilmişdir (Lerik seçki dairəsi). 4 övladı var. 87 yaşında vəfat etmişdir.
Bakalı (Xaybulla)
Bakalı kəndi (başq. Баҡалы) - Rusiyanın Başqırdıstan Respublikası Xaybulla rayonu Tanalık kənd sovetliyinə daxil olan kənd. == Adı == 10 sentyabr 2007-ci ildək Bakalı ferması adlanırdı. == Əhali == 2002-ci il ümumrusiya siyahıya alınmasına görə Başqırdıstan Respublikası Bakalı kəndinin milli tərkibi: başqırdlar 82 %. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Akyar): 32 km., kənd sovetliyindən (Podolsk): 8 km. ən yaxın dəmiryol stansiyasından (Sara stansiyası): 90 km. == İstinadlar == == Mənbə == Başqırdıstan Respublikası Bələdiyyələr Şurası.
Bakalı rayonu
Bakalı rayonu (başq. Баҡалы районы) — Rusiya Federasiyası, Başqırdıstan Respublikasının ərazisinə daxil olan inzibati rayon. İnzibati mərkəzi Ufa şəhərindən 173 km və Tuymazıdan 75 km məsafədə yerləşən Bakalı kəndidir. == Coğrafi yerləşməsi == Başqırdıstanın qərbində, İleş rayonu, şərqdən - Çekmaquşev rayonu, cənubdan - Şaran rayonu, qərbdən - Tatarıstanla həmsərhəddir. Rayonun sahəsi 1951 km²-dir. Rayon Ağidel çayı vadisinə şimala doğru sürüşən Buqulma-Belebey yüksəkliyinin şimal hissəsində yerləşir. İqlimi kontinental və mülayim rütubətlidir. Su yatağının qaldırılmış hissəsi qarışıq geniş yarpaqlı meşələr, aşağı hissəsi palıd, ağcaqayın meyvələri ilə səciyyələnir. Meşələr rayonun 44% ətarizini tutur. Xun çayı rayon ərazisindən axır, İk çayı cənub-qərb tərəfdən axır.
Balsıklı (Bakalı)
Balsıklı (başq. Балсыҡлы, rus. Балчиклы) — Başqırdıstan Respublikasının Bakalı rayonunda yerləşən kənd. Kənd Köhnə Koros kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Bakalı): 27 km, ən yaxın dəmiryol stansiyasından (Tuymazı stansiyası): 104 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə marilər (74 %) üstünlük təşkil edir.
Batrak (Bakalı)
Batrak (başq. Батрак, rus. Батрак) — Başqırdıstan Respublikasının Bakalı rayonunda yerləşən kənd. Kənd Yeni Ursay kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Bakalı): 55 km, ən yaxın dəmiryol stansiyasından (Tuymazı stansiyası): 95 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə ruslar (61 %) üstünlük təşkil edir.
Bayanlı (Bicar)
Bayanlı (fars. بيانلو‎) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 604 nəfər yaşayır (148 ailə). Əhalisini azərbaycan türkləri təşkil edir.
Bayatı-Qacar
Bayatı-Qacar – lad əsası baxımından Rastla eynidir. Bayatı–Qacar müstəqil dəstgah olmaqla yanaşı, eyni zamanda bir şöbə kimi vaxtilə "Dügah"da işlənmişdir. Yeri gəlmişkən, onu da əlavə edək ki, Bayatı–Qacar bir şöbə kimi Şur dəstgahının tərkibində də işlənir. Bayatı–Qacar öz xarakteri etibarilə dinləyicidə qəm-qüssə, kədər hissləri oyadır.Bayatı–Qacar 8 şöbə və guşədən ibarətdir: Bayatı–Qacar, Çoban bayatı, Bayatı–Türk, Qatar, Bayatı, Gəbri, Hicaz, Şikəsteyi–Fars [mənbə göstərin].
Bayatı-Şiraz
Bayatı-Şiraz – Azərbaycan musiqisində 1) yeddi ladlardan (məqamlardan) biri, 2) yeddi əsas muğam dəstgahlarından biri. == Etimologiya == Bayatı türk ədəbiyyatında lirik şeir, mahnı janrıdır. Bayat həm də qədim türk tayfalarının birinin adı olub. Dahi şair Məhəmməd Füzuli də bu tayfadan olub. == Tarixçəsi == Bəhram Mansurov “Bayatı-Şiraz” muğamının müstəqil muğam kimi yalnız XIX əsrin axırlarından mövcud olduğunu və əvvəllər isə “Bayatı - İsfahan” dəstgahı kimi tanındığını söyləyir. "Bayatı-İsfahan" klassik Şərq musiqisində ”İsfahan” adlanaraq 12 əsas muğamdan biri olub . Hazırda Bayatı-İsfahan şöbəsi Bayatı–Şiraz dəstgahının əsas şöbələrindən biri. == Bayatı-Şiraz muğam dəstgahı kimi == Məcmusu: “Bərdaşt”, “Mayeyi-Bayatı-Şiraz”, “Nişibi–fəraz”, “Bayatı–İsfahan”, “Zil Bayatı-Şiraz”, “Xavəran”, “Üzzal”, “Dilrüba” və “Bayatı-Şiraza ayaq (kadensiya)” kimi şöbə və guşələrdən ibarətdir.Bu muğam dəstgah “sol” bayatı-şiraz məqam kökündə (tonallığında) ifa olunur. “Bayatı-Şiraz” muğamı öz gözəl, axıcı melodikasına və dərin təsir qüvvəsinə görə musiqiçilər tərəfindən çox zaman “ərusi – musiqi” (“musiqinin gəlini”) adlandırılır. Ü. Hacıbəyov “Bayatı-Şiraz”ı emosional baxımdan qəmli əhvali-ruhiyyə daşıyan muğam kimi xarakterizə etmişdir.
Bayatı (albom)
Bayatı (rus. Баяты) — Azərbaycan bəstəkarı Eldar Mansurovun 7 mahnıdan ibarət albomu. Albom SSRİ-nin "Melodiya" ümumittifaq musiqi şirkəti tərəfindən yayımlanmışdır. == Hazırlanması == Alboma yalnız Eldar Mansurovun Vahid Əzizin sözlərinə yazdığı mahnılar daxildir. Mahnıları Rafiq Babayevin bədii rəhbərlik etdiyi Azərbaycan SSR Dövlət Teleradio Şirkətinin Estrada-Simfonik Orkestrinin solist ansamblının üzvləri Brilliant Dadaşova, Cəfər Behbudov, Aygün Kazımova və Firəngiz Rəhimbəyova ifa etmişdir.
Bayatı–Türk
Bayatı–Türk — Şur dəstgahı tərkibində olmaqla özlüyündə dügah, fili, şikəstə, camədəran, Mehdiyi zərrabi, ruh-ül-ərvah kimi şöbələri birləşdirən muğam. Şərq musiqisində Rast dəstgahında niiriz və mübərriğə arasında səslənən şöbə.
Boyalı səhləb
Boyalı səhləb (lat. Orchis picta) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinin səhləb cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Hündürlüyü 15-35 sm olan çoxillik bitkidir. Kök yumruları yumurtaşəkilli və ya ellipsoidaldır, eni 0,8-1,3 sm-dir. Gövdəsi əsasında qısa ayalı 3-6 ədəd qın ilə sarınmışdır. Gövdə yarpaqları 3-6 sayda olub, qın yarpaqlarıdır. Çiçək qrupu boş, silindrik və çoxçiçəklidir, uzunluğu 9 sm-dir. Çiçəkləri parlaq fırfır-bənövşəyi rənglidir, uzunluğu 6–8 mm-dir; dodaq orta hissədə ağımtıl, tünd-fırfır ləkəli, daha enli kənar bölümləri olan dayazbölümlüdür və bəzən demək olar ki,bütövdür. Mahmızı küt və əyilmişdir, demək olar ki, 1,5 dəfə dodaqdan uzundur. Aprel ayında çiçəkləyir, aprel-may aylarında meyvə verir.
Bozor (Bakalı)
Bozor (başq. Бозор, rus. Бузюрово) — Başqırdıstan Respublikasının Bakalı rayonunda yerləşən kənd. Kənd Bozor kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Bakalı): 25 km, ən yaxın dəmiryol stansiyasından (Tuymazı stansiyası): 70 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə kuryaşen (61 %) üstünlük təşkil edir.
Budennovsı (Bakalı)
Budennovsı (başq. Буденновсы, rus. Будённовец) — Başqırdıstan Respublikasının Bakalı rayonunda yerləşən kənd. Kənd Mixaylovka kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Bakalı): 26 km, kənd sovetliyindən (Mixaylovka): 4 km. ən yaxın dəmiryol stansiyasından (Tuymazı stansiyası): 101 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə ruslar (65%) üstünlük təşkil edir.
Buqabaş (Bakalı)
Buqabaş (başq. Буғабаш, rus. Бугабашево) — Başqırdıstan Respublikasının Bakalı rayonunda yerləşən kənd. Kənd Mixaylovka kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Bakalı): 22 km, kənd sovetliyindən (Mixaylovka): 4 km. ən yaxın dəmiryol stansiyasından (Tuymazı stansiyası): 97 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə çuvaşlar (56%), ruslar (39%) üstünlük təşkil edir. == Tanınmış şəxslər == Vasili İliç Utin (17 dekabr 1918 – 10 dekabr 1941) — Sovet İttifaqının Qəhrəmanı.
Bəyalı Ataşov
Bəyalı Xanalı oğlu Ataşov — Azərbaycan Kooperasiya Universitetinin elm və innovasiyalar üzrə prorektoru, iqtisad elmləri doktoru, professor, əməkdar elm xadimi. == Həyatı == 16 iyul 1946 - cı ildə anadan olmuş, 1964 - cü ildə 34 saylı İmişli dəmir yolu orta məktəbi, 1970 - ci ildə D. Bünyadzadə ad. Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun (indiki Azərbaycan Dövlət İqtisad Universitetinin) uçot – iqtisad fakültəsini bitirmişdir. 1970-1974-cü illərdə (hərbi xidmətdə olduğu 1 il istisna olmaqla) yaşadıqları İmişli rayonu Həzi Aslanov ad. kolxozda baş mühasib işləmişdir. 1975–1987–ci illərdə respublikanın Ət və Süd Sənayesi Nazirliyinin qabaqcıl sənaye müəssisələrində rəhbər vəzifələrdə çalışmışdır. 1987 - ci ilin mart ayından hal- hazıra kimi Azərbaycan Mərkəzi Kooperativlər İttifaqı (“Azərittifaq”) sistemində işləyir. Burada Ət tədarükü və satışı üzrə respublika kontorunda direktor, mərkəzi aparatın kənd təsərrüfatı məhsullarının tədarükü, emalı və satışı üzrə birlikdə baş direktor, xarici ticarət birliyində baş direktor, maliyyə - iqtisad idarəsində rəis vəzifələrində çalışmışdır. 2011–ci ilin avqust ayından indiyə kimi Azərbaycan Kooperasiya Universitetinin elm və innovasiyalar üzrə prorektorudur. Zəngin maliyyə - uçot, istehsalat və təşkilati - idarəetmə təcrübəsinə malik olan, gənc yaşlarından elmi axtarışlara böyük maraq göstərən praktik - tədqiqatçı B. X. Ataşov 1989 - cu ildə “Ət-süd altkompleksinin inkişafı və onun iqtisadi səmərəsinin yüksəldsilməsi (Azərbaycan SSR materialları əsasında)” mövzusunda namizədlik, 2002 - ci ildə isə “Azərbaycan Respublikası ərzaq kompleksinin formalaşmasının və inkişafının təşkilati - idarəetmə problemləri” mövzusunda doktorluq dissertasiyaları müdafiə etmişdir.
Bəyalı Məmmədov
Məmmədov Bəyalı İlyas oğlu (1972, Böyük Xocavar, Masallı rayonu – 1992, Ulu Qarabəy) — Qarabağ müharibəsi şəhidi. == Həyatı == Məmmədov Bəyalı İlyas oğlu 1972 Masallı rayonu Böyük Xocavar kəndində anadan olub. Ağdərə uğrunda gedən döyüşlərdə xüsusi igidlik göstərir. 1992-ci il avqustun 13-də Ağdərənin Metişen kəndinin müdafiəsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. == Təltifləri == Böyük Xocavar kənd tam orta məktəbi Bəyalı Məmmədov adını daşıyır.
Diyaş (Bakalı)
Diyaş (başq. Дияш, rus. Дияшево) — Başqırdıstan Respublikasının Bakalı rayonunda yerləşən kənd. Kənd Diyaş kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Bakalı): 14 km, ən yaxın dəmiryol stansiyasından (Tuymazı stansiyası): 60 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə ruslar (79%) üstünlük təşkil edir.
Dubrovka (Bakalı)
Dubrovka (başq. Дубровка, rus. Дубровка) — Başqırdıstan Respublikasının Bakalı rayonunda yerləşən kənd. Kənd Starıe Matı kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Bakalı): 16 km, kənd sovetliyindən (Starıe Matı): 2.5 km. ən yaxın dəmiryol stansiyasından (Tuymazı stansiyası): 95 km.
Badali
Badali — İrəvan quberniyasının Eçmiədzin qəzasında kənd adı. == Tarixi == 1920-ci ildə Azərbaycan türklərindən ibarət əhalisi qovulmuş və Türkiyədən gəlmə ermənilər yerləşdirilmişdir. 1946-cı ildə kənd ermənicə Yexnazut adlandırılmışdır. 1728-ci ilə aid mənbədə İrəvan xanlığının Göycə nahiyəsində Bədəli və Bədəlli adlı iki kəndin adı qeyd olunmuşdur. == Toponim == Yerli tələffüz şəkli Bədili. XIX əsrdə Şimali Qafqazda Ter əyalətinin Xasavyurt dairəsində Bada-Yurt (kənd adı), həmin əyalətin Kızılyar dairəsində Bata-Yort (kənd adı) Azərbaycanda Yelizavetpol quberniyasında Badakənd, Badaçay, Badasu, Cavad qəzasında Badibad, Naxçıvanda Batabat, Talış-Lənkəran bölgəsində Badalan toponimləri ilə mənaca eynidir. XIX əsrdə Qazax qəzasında Bayta (qışlaq adı), Borçalı qəzasında Baytalı (qışlaq adı) toponimləri də bu sıraya aid edilə bilər. Musa Kalankatlının 'Alban tarixində V əsrə aid hadisə ilə əlaqədar olaraq Albaniyada Saz-Baday (saz qamışlıq deməkdir) kənd adı çəkilmişdir. (Alban tarixi, I kitab, 33-cü fəsil). == İstinadlar == == Həmçinin bax == İrəvan quberniyası Eçmiədzin qəzası Şimali Qafqaz == Ədəbiyyat == Qeybullayev Q.Ə. Qədim türklər və Ermənistan.
Baqali Dabo
Baqali Dabo (27 iyul 1988, Klişi-la-Qarenn[d]) — Kipr klubu olan Apollon klubunda hücumçu kimi çıxış edən Fransalı peşəkar futbolçudur. == Klub karyerası == Dabo öz peşəkar karyerasında debütünü 2014-cü ildə İstres klubu ilə Liqa 2-də Anje klubuna qarşı 4–2 hesablı məğlubiyyət yaşandığı oyunda etmişdir.29 iyun 2016-cı ildə Dabo Azərbaycan Premyer Liqası təmsilçilərindən olan Qəbələ klubu ilə 2 illik müqavilə imzalamışdır.17 iyun 2018-ci ildə Dabo Azərbaycan Premyer Liqası təmsilçilərindən olan Neftçi klubu ilə iki illik müqavilə imzalamışdır. == Karyera statistikası == === Klub === 19 avqust 2018-ci il məlumatlarına əsasən.