Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Əcəxur
Əcəxur — Azərbaycan Respublikasının Qusar rayonunun inzibati ərazi vahidində kənd. Kənd 1999-cu ildə yaradılmışdır. Əcəxur oyk., mür. Qusar r-nunun eyniadlı i.ə.v.-də kənd. Köpərçayın sahilində, dağətəyi ərazidədir. Əcəhur variantında da qeydə alınmışdır. Bəzi tədqiqatçılara görə, kənd ləzgi dilində əcə (hündür) və xur (kənd) sözlərindənibarət olub, "hündürlükdə olan kənd" mənasındadır. Digər tədqiqatçılara görə, kənd şəxs adı ilə (Hacixur) bağlıdır və yaşayış məntəqəsinin vaxtı ilə konkret olaraq hansı şəxsə mənsub olduğunu göstərir. 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 607 nəfər əhali yaşayır.
Pətəxor (Nəmin)
Pətəxor (fars. پته خور‎) — İranın Ərdəbil ostanının Nəmin şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 414 nəfər yaşayır (85 ailə).