Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Oktav Bençile
Oktav Bençile (rum. Octav Băncilă; d. 4 fevral 1872, Botoşani – ö. 3 aprel 1944, Buxarest) — Rumıniya realist rəssamı və solçuluq aktivisti. O, jurnalist Sofia Nadejdanın qardaşı və Ioan Nadejdanın qaynıdır (ateist, sosialist, Kontemporanul qəzetinin redaktoru). == Həyatı == 1872-ci ildə Botoşanidə doğulan Oktav 4 yaşında valideynlərini itirdikdən sonra böyük bacısı və onu incəsənətə ilk həvəsləndirən şəxs bacısının həyat yoldaşının ailəsində Yassıda böyüyüb. Orta məktəbi bitirdikdən sonra o, Yassı İncənət Gimnaziyasına daxil olub və burada həmin dövrün məşhur rəssamları Corc Panaytinu Bardasar, Konstantin Daniel Stahi və Emanoyl Bardasardan dərs alıb. O,1894-1897-ci illər arasında təqaüdlə xaricdə yaşayıb və oxuyub: əvvəlcə İtaliya və Fransada, sonra Almaniyada Münhen İncəsənət Akademiyasında Nikolas Gizisin sinfində təhsil alıb (bitirib bitirmədiyi dəqiq deyil).Xaricdən qayıtdıqdan sonra o, Yassının mərkəzində emalatxana açmaq istəsə də maliyyə çatışmazlığı üzündən şəhər kənarını seçməli olub. Bu illər Bençilanın əsas rəsm mövzularını müəyyənləşdirdiyi dövr idi: kəndlilərin, fabrik işçilərinin, yoxsullaşmış yəhudi tacirlərinin və sənətkarlarının, mühafizəçi əsgərlərin, köçəri romalıların yaşayışı. 1901-ci ildən o, şəhər məktəblərində kalliqrafiya və rəsm dərsləri verməyə başlayıb.
Qulamhüseyn Begdili
Qulamhüseyn Fətulla xan oğlu Begdili (15 mart 1919, Duraqlı (Xudabəndə), Zəncan ostanı – 1998, Kərəc, Tehran ostanı) — ədəbiyyatşünas, tərcüməçi, mətnşünas, filologiya elmləri doktoru, professor. == Həyatı == Qulamhüseyn Begdili 1919-cu ildə Tehran şəhərində anadan olub. Burada orta və ali hərbi məktəbləri bitirmiş, İran şah ordusunun zabiti olmuşdur. İran xalq partiyasına daxil olmuşdur. Siyasi fəaliyyətinə görə həbs edilib, Kirmana göndərilmişdir. 6 aydan sonra sürgündən qayıdıb Güney Azərbaycanda demokratik hərəkata qoşulmuş, azadlıq ordusu tərkibində kapitan rütbəsinədək yüksəlmişdir. == Pişəvəri hökumətinin süqutundan sonra fəaliyyəti == Demokratik hərəkatın süqutundan sonra 1946-cı ildən ailəlikcə siyasi mühacir kimi Şimali Azərbaycanda yaşamışdır. 1947-ci ildə Bakı Ali Partiya məktəbinə daxil olmuşdur. Sonradan isə sovet təhlükəsizlik orqanlarının uydurduğu saxta ittihamla həbsə olunmuş, 10 il azadlıqdan məhrum edilib Uzaq Şərqə, Kobmaya sürgün edilmişdir. Lakin 7 ildən sonra bəraət alaraq təhsilini davam etdirmiş, 1958-ci ildə Bakı Ali Partiya məktəbini bitirmişdir.
Polygonum aequale
Polygonum arenastrum (lat. Polygonum arenastrum) — qırxbuğumkimilər fəsiləsinin qırxbuğum cinsinə aid bitki növü. == Sinonim == Polygonum acetosellum Klokov [Invalid] Polygonum aequale Lindm. Polygonum arenastrum subsp. calcatum (Lindm.) Wissk. Polygonum arenastrum subsp. microspermum (Jord. ex Boreau) Polygonum aviculare subsp. aequale (Lindm.) Asch. & Graebn.
Bezilə (Sərdəşt)
Bezilə (fars. بزيله‎‎) — İranın Qərbi Azərbaycan ostanının Sərdəşt şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 118 nəfər yaşayır (24 ailə).
Polygonum aequale subsp. oedocarpum
Quş qırxbuğumu (lat. Polygonum aviculare) – qırxbuğum cinsinə aid bitki növü. Polygonum aviculare L. (P. Heterophyllum Lindm.) – Quş qırxbuğumu (Quş qarabaşağı, quş qızılcığı, quşdili, yaşıl-ot, qazotu, bağayarpağı, quğuotu, ququ quşu, şəfəq, sporış, qaz (quş) qarabaşağı, cənazə arabası, məndəcər otu) == Botaniki xarakteristikası: == Birillik ot bitkisidir. Gövdəsi budaqlanan, düyünlü, adətən sərilən bitkidir. Yarpaqları çoxsaylı, növbəli, ellipsşəkilli və ya neştərşəkilli, bütövkənarlı, uzunluğu 1-3 sm olub, daralmış qısa saplaqla birləşmişdir. Çiçəkləri kiçik olmaqla, 2-5 ədəd qoltuq tumurcuqları ilə əhatə olunmuşdur. Çiçək yatağı 5 bölümlü, yaşılımtıl olub, kənarları çəhrayı və ya ağ rənglidir. Erkəkciyi 8, dişiciyi qısa sütuncuqlu, az görünən dişicik ağzından ibarətdir. Meyvəsi üçtilli fındıqcıqdır. İyuldan payızın sonuna qədər çiçəkləyir.
Polygonum aviculare subsp. aequale
Polygonum arenastrum (lat. Polygonum arenastrum) — qırxbuğumkimilər fəsiləsinin qırxbuğum cinsinə aid bitki növü. == Sinonim == Polygonum acetosellum Klokov [Invalid] Polygonum aequale Lindm. Polygonum arenastrum subsp. calcatum (Lindm.) Wissk. Polygonum arenastrum subsp. microspermum (Jord. ex Boreau) Polygonum aviculare subsp. aequale (Lindm.) Asch. & Graebn.