Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Bentos
Bentos (yun. βένθος — dərinlik) — su ekosistemlərinin dib biohorizonlarında yerləşən orqanizmlərin cəmi. Bentos avtotrof orqanizmlərdən (yosunlar, qimən ali bitkilər), əsasən az hərəkətli heterotrof orqanizmlərdən (protoza, qurdlar, zəli, malyusk, xərçəngkimilər) ibarətdir.
Bento
Bento (弁当) – Yaponiya mətbəxində bir porsiya şəklində servis edilən hazır və ya evdə paketlənmiş yemək. Ənənəvi bentoya qutuya qoyulmuş düyü və ya əriştə, balıq və ya ət, bişmiş tərəvəzlərdən ibarətdir. Qutunun içində mütləq tərəvəz, oniqiri, ət məhsulu (bir parça toyuq, balıq və ya sosiska), şirniyyat və meyvə olur. Bəzən yumurtadan da istifadə olunur. Qablar bir istifadəlik toplu istehsaldan əl işi olanlara qədər fərqlilik göstərir. Yaponiyada dükkanlar, bento mağazaları (弁当屋, bentō-ya), qatar stansiyaları və supermarketlərdə hazır şəkildə satılmasına baxmayaraq, yapon qadınlar həyat yoldaşları, uşaqları və özləri üçün xüsusi olaraq bu qutuları hazırlamağa daha çox üstünlük verirlər. Bentolar kyaraben adlandırılan və mənası "personaj bentosu" olan stildə xüsusi şəkildə də hazırlana bilərlər. Kyaraben stilində yeməklər anime, manqa və ya videooyun personajlarına bənzədilir. Bir başqa bento stili oekakiben adlanır. Mənası "rəsm bentosu"dur.
Benton qraflığı (Vaşinqton)
Benton (ing. Benton) — ABŞ-nin Vaşinqton ştatında qraflıq.
Banyos
Banos de Akva Santa (İspanca tələffüz: [ˈbaɲoz ðe ˈaɣwa ˈsanta]) və ya qısaca Banos — Ekvadorun mərkəzində, Tunquraua əyalətində yerləşən şəhər. Əhali baxımında Tunquraua əyalətinin Ambato şəhərindən (paytaxtıdır həmçinin) sonra ən böyük ikinci şəhəri və əsas turizm mərkəzidir. Şəhər cəngəlliyin və Amazon hövzəsini şəhərlərinin yaxınlığındakı dağlarda yerləşdiyindən "Amazonun darvazası" kimi tanınır. Banos şəhəri Tunquraua vulkanının şimal yamacında, 1820 metr yüksəklikdə yerləşir. Tunquraua vulkanının aktivliyi dövridir. Banos şəhərindən vulkandan çıxan lavaları və külü görmək olar. Vulkan Milli Politexnik Məktəbinin Geofizika İnstitutu tərəfindən öyrənilir. == Etimologiya == "Baños de Agua Santa" ispan dilində "Müqəddəs su hamamları" deməkdir. Belə ki, şəhərin ətrafında terman bulaqlar yerləşir. Bu bulaqlar tərkibindəki minerallara görə müalicəvi xüsusiyyətlərinə görə tanınır.
Benitoa
Benitoa (lat. Benitoa) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. == Növləri == Benitoa occidentalis (H.M.Hall) D.D.Keck — Şimali Amerikada bitən yeganə növ.
Benons
Benons (fr. Bénonces) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Lyui kantonuna daxildir. Kommunanın dairəsi — Belle. INSEE kodu — 01037. == Əhalisi == 2010-ci ildə əhalinin sayı 275 nəfər təşkil edirdi. == İdarəçilər == == İqtisadiyyatı == 2010-cu ildə əmək qabiliyyətli 176 nəfər arasında (15-64 yaş) 121 nəfər iqtisadi cəhətdən fəal, 55 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi 68.8%, 1999-cu ildə bu 68.5%). Aktiv olan 121 sakindən 114 nəfəri (64 kişi və 50 qadın), 7 nəfər işsiz (1 kişi və 6 qadın) idi. Aktiv olmayan 8 nəfər arasında şagird və ya tələbə, 21 nəfər - təqaüdçü, 26 nəfər digər səbəblərə görə hərəkətsizdir.
Bentli
Bentley — ingilis lüks avtomobil istehsalçısı. == Tarixi == Bentley İngiltərədə 18 yanvar 1919-cu ildə Walter Owen Bentley tərəfindən qurulmuşdur.Bentlynin ilk avtomobili (o, bu avtomobili F. Barces və Henri Varleylə birgə hazırlamışdı) 1919-cu ildə London avtosalonunda "3L" indeksi altında debüt etdi. 3 litr həcmə malik dörd silindrli mühərriki olan bu avtomobil dərhal avtomobil sənayesinin "şlyagerinə" çevrildi. Bentli bu avtomobilə 5 illik zəmanət verirdi ki, bu da o dövr üçün misli görünməmiş hal idi. Avtomobilin satışları durmadan artırdı və artıq Bentli hər gün səkkiz avtomobil buraxırdı. Bentley markalı bütün avtomobillər yüksək keyfiyyəti, komfortluluğu, etibarlılığı ilə seçilir və məşhur "Rolls-Roys" avtomobilləri ilə bərabər səviyyədə rəqabət aparırdı. 1923-cü ildən başlayaraq Bentley avtomobilləri idman yarışlarında mütəmadi iştirak etdi. 1923-cü ildə Fransanın Le-Man şəhərində 24 saatlıq yürüşdə Bentley avtomobili dördüncü yeri tutdu. Bir il sonra Bentley birinci yerə çıxdı. 1927-ci ildən 1930-cu ilədək qələbələr seriyası bir-birini əvəz etdirdi və beləliklə Le Mans yarışlarında 6 birincilik qazandı.
Benzol
Benzol (C6H6) — üzvi maddələr sinfinə daxil olan özünəməxsus, xoş, şirintəhər iyə malik, şəffaf maye. == Tarix == 1865-ci ildə Alman alimi Fridrix Avqust Kekule (Bonn Universitetini bitirmişdir) benzola tsikloheksatrien kimi quruluş vermişdir. (C6H6). Sonralar benzol üçün daha bir sıra quruluşlar təklif olunmuşdur. Kekule formulundan bu günə kimi istifadə olunmasına baxmayaraq, o, benzolun xassələrini tam əks etdirmir. Belə ki, Kekule formulu benzolun birləşmə reaksiyasına daxil olmasını izah etdiyi halda, benzol üçün birləşmə reaksiyasının deyil, əvəzlənmə reaksiyasının xarakter olması, onun termodinamik və oksidləşdiricilərə qarşı davamlığı izah olunmamış qahrdı. Digər tərəfdən Kekule formuluna görə benzolun izomerdən 1,2-diəvəzli törəmələri ikidən ibarət olmalıdır. Lakin belə izomerlərin olması heç vaxt müşahidə olunmamışdır. Kekule bunu düzgün olaraq benzolda ikiqat əlaqələrin osillasiyası (yerlərini dəyişməsi) ilə izah edirdi. Hazırda müxtəlif üsullarla təsdiq edilmişdir ki, benzol molekulu koplanardır,yəni benzolda bütün atomlar bir müstəvi üzərində yerləşir və karbon atomlarındakı qoşulmuş π - elektron orbitalları həmin müstəviyə perpendikulyardır.
Bertol.
Antonio Bertoloni (it. Antonio Bertoloni, 8 fevral 1775 — 17 aprel 1869) — İtaliya botaniki. == Əsərləri == Amoenitates italicae. 1819. (ital.) Pralectiones rei herbariae. 1827. (ital.) Dissertatio de quibusdam novis plantarum speciebus et de Bysso antiquorum. 1835. (ital.) Florula guatimalensis. 1840.
Gentoo
Gentoo (jentu, gentu – oxunur) – Gnu/Linuks əməliyyat sistemlərin bir növü. Güclü Portage texnologiya ilə təmin olunub. Ən sürətli Linux distributivlərindən biridir. Adnı Pygoscelis papua adlı pinqvinlərdən götürüb. Ginnesin rekordlar kitabına əsasən, bu növ pinqvinıər ən sürətli sayılır (36 km.s). Meta distributivlərə aiddir. Daniel Robinson tərəfindən 1999-cu ildə yaradılıb.
Santos
Santos (port. Santos) — Braziliyanın San-Paulu ştatında yerləşən liman-şəhər. == Tanınmış şəxsləri == Osvaldo Moles – jurnalist.
Sentosa
Sentosa və ya Blakanq-Mati (ing. Sentosa, tam. செந்தோசா, çin. 圣淘沙) — Hind okeanında yerləşən, Sinqapura məxsus ada. Tropik Sentosa adası Sinqapurdan beş yüz metr cənubda yerləşir. Adanı Sinqapurdan Keppel boğazı ayırır. Sentosa malay dilində «sakitlik» mənası deməkdir. Sentosa asiyanın Disneylendi hesab olunur. Adada dünyanın ən böyük əyləncə mərkəzlərindən biri, eləcədə bir çox görməli yerlər: Siloso fortu, Dəniz həyatı okeanariumu, Merlion heykəli və s. var.
Ventoz
Ventoz (fr. ventôse, lat. ventosus — küləkli) — Böyük Fransa inqilabından sonra tərtib olunmuş, 1793-cü ilin oktyabrından 1 yanvar 1806-cı ilə qədər qüvvədə olmuş təqvimə əsasən VI ay (19/20 fevral — 20/21 mart) .
Pentod
Pentod (q. yun. πέντε) — ekranlama toru olan vakuum elektron lampasıdır, içərisində dinatron effektini boğaraq, ekranlama toru ilə anod arasında üçüncü (qoruyucu və ya anti-dinatron) şəbəkə yerləşdirilir. Əksər pentodlarda üçüncü tor və katod şüşə içərisində birləşdirilir, buna görə də onların yalnız dörd siqnçıxışınainə malikdir. Tarixi ədəbiyyatda məhz bu dörd çıxışlı lampalar ciddi mənada pentodlar, üçüncü toru ayrıca çıxışı olan pentodlar isə "üç torlu lampalar" adlanırdı.
Achyrocline ventosa
Achyrocline ventosa (lat. Achyrocline ventosa) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin achyrocline cinsinə aid bitki növü.
Alessandro Santos
Alessandro Santos (d. 20 iyul 1977) — Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 82 oyun keçirib, 7 qol vurub.
Beltes çayı
Beltes çayı (monq. Бэлтэсийн Гол) — Monqolustanın Xuvsqel aymakında axan çay. Beltes çayı başlanğıcını Rençinlxumbe sumundan, Xatqaldan təxminən 40 km şimal-qərbdə yerləşən Xordol-Sardaq dağlarından götürür. Altraqa sumunun mərkəzindən keçdikdən sonra Bayanzurxe sumunda Delqer-Muren çayına qarışır.
Benito Mussolini
Benito Amilkare Andrea Mussolini (29 iyul 1883[…], Predappio, Emiliya-Romanya – 28 aprel 1945[…]) — İtaliya mənşəli siyasətçi, faşist partiyasının başçısı, diktator (duçe), 1922–1943-cü illərdə İtaliyanın rəhbəri. == Həyatı == XX əsrin ən nəhəng tiranlarından olan Benito Mussolini əslən İtaliyandır. Uşaqlığı atası dəmirçi Alessandro Mussolininin milliyətçilik ideyaları ilə keçdiyinin təsiri sonrakı həyatında kifayət qədər iz qoymuşdur.(bəzi mənbələrdə isə atası sosialist olaraq göstərilir.) İlk və orta təhsil illəri sırasında qanunlara tabe olmaması və dalaşqan xarakteri 2 dəfə məktəbdən uzaqlaşdırmaya səbəb olmuşdur. New York Times qazeti 1922-ci il tarixində Mussolini ilə qərib bir qəzet redaktoru arasında baş verən dueli şərh edərkən Mussolininin bədənində 100-dən daha çox yara izinin olduğunu vurğulamışdır. Gənclik illərində sosializm düşüncələrinə maraq göstərdi , Nitşe, Kant, Marks və Engels kimi sosialist düşüncəli mütəfəkkirlərin görüşlərindən faydalandı. Mussolininin qəzəbinin əsas səbəbi ölkəsinin mürtəce təbiətli olmağı idi. Yeni əsrin başlamağına baxmayaraq, İtaliyadakı insanların böyük əksəriyyəti hələ də feodalizmin qanunları ilə yaşayırdı və o ölkədə hökm sürən feodal qaydalarına tabe olmayaraq 1902-ci ildə hərbiyə getməmək üçün İsveçrəyə qaçdı və burada "Əməkçilərin gələcəyi" adl; jurnalda məqalələrini yayımlamışdır. İsveçrəyə köçdükdən sonra 1903-cü ilin iyul ayında inqilab başlatmaq ittihamı ilə həbs edilir və İtaliyaya təhvil verilir. == Fəaliyyəti == Bu dönəmdəki yazı və nitqlərində Mussolini "Qanlı bir inqilabın ehtiyacından bəhs etmiş və Karl Marksın ideyalarının cəmiyyətin gələcəyi üçün yeganə çıxış yolu olduğunu " təkidlə iddia etmişdir. 1909-cu ildə Futurizm ideyaları Mussolinidə faşizm idealogiyanın formalaşması üçün toxum səpdi.(Futurizm 1909-cu ildə bir qrup italyan musiqiçi tərəfindən qurulan bədii, mədəni və intellektual axın idi.
Benni Benson
Con Ben "Benni" Benson (Oktyabr 12, 1913 – iyul 2, 1972) Alyaska bayrağının yaradıcısıdır. Benni 1927-ci ildə Alyaska ərazisi üçün bayrağın yaradıcısı kimi müsabiqənin qalibi olarkən 13 yaşı var idi ki, sonradan 1959-cu ildə Alyaska ABŞ-nin ştatına çevrilmişdir. == Həyatı == === Erkən illər === Con Ben Benson Alyaska ərazisinin Çiqnik şəhərində doğulmuşdur. O, Alyutik kimi isveç-amerikalı atanın və supik-rus olan anası Tatiana Şebolaynın övladı idi. Onun 3 yaşı olarkən anası vəfat etmiş və onların qayğısına qala bilmədiyi üçün atasından onu və qardaşı Karlı yetimxanaya qoymasına görə təzyiq edirdi. Benni Unalaşkada yerləşən Uşaqlar üçün Cessi Li evində və sonradan isə Sivardda böyümüşdür. === Tülkü ferması === 1932-ci ildə, kolleci bitirdikdən sonra Benni Cessi Li evini tərk etdi. O, atasının yanında, tülkü fermasında işləmək üçün Aleut adalarında fermanın yerləşdiyi Uqayuşak adasına geri qayıtdı. Kürk sahəsində işlər zəiflədiyi üçün Benni 1936-cı ildə Sietl şəhərinə köçdü. O, Alyaska bayrağı üçün keçirilən yarışda qazandığı 1000 $ məbləğlə Hemfil Dizel Mühəndislik Məktəbində Dizel mühərriki təmiri üzrə təhsili aldı.
Bentem sultanlığı
Bentem sultanlığı — Yava adasının şimal-qərbində iqtidarda olan qədim bir İslam dövləti. == Tarixi == Öncələri Bentem, Yava adasının iç bölgəsində hökm sürən Hindu-Budist Pajajaran dövlətinə bağlı bir hakim tərəfindən idarə edilirdi. Bu durum, Yavanın şimal sahillərində olan Demak İslam dövlətinə bağlı bir əsgər və hakim olan Sunan Gunung Jatinin (ö. 1552) Qərbi Yavada ticari və strateji bir mərkəz qurmaq üçün hərəkətə keçməsinə qədər davam etdi. Şeyx İbn Mövlanə deyə də tanınan Jati 1522-ci ildə Bentemdən Pajajaran dövlətinin hakimini qovarak bölgəni ələ keçirdi. Onun ölümünə qədər Bentem Demak sultanlığına bağlı qaldı. Ardından taxta keçən oğlu Həssənəddin (1552–1570) Demak sultanlığından ayrılaraq Bentemi müxtəlif bir dövlət halına gətirdi. Həssənəddin zamanında Bentemin sərhəd-sınırları, Cənubi Sumatrada qara bibərin hazırlandığı Lumbang bölgəsinə qədər genişlədi. Bundan dolayı Bentem şəhəri bir qara bibər anbarı halına gəldi və Yava adasının ixracat limanlarından biri oldu. Bentemin ikinci hökmdarı Pangeran Yusuf (1570–1580) Pajajaranı ələ keçirip Yavadakı son Hindu-Budist dövlətini yıxdı və ölkəsinin sərhəd-sınırlarını daha da genişlətdi.
Bentik orqanizmlər
Bentik orqanizmlər – su hövzələrinin dib çöküntülərində, torpağın içərisində və onun üstündə yaşayan canlılar. 2 böyük qrupa ayrılır: bentik bitkilər (fitobentos) və bentik heyvanlar (zoobentos). Bentik oqanizmləri ölçülərinə görə mikro- (mikronlarla ölçülənlər), mezo- (millimetrlərlə ölçülənlər) və makro- (sm-lə ölçülənlər) bentosa bölürlər. == Ədəbiyyat == 1. Axundov M.A., Mehrəliyev Ə.Ə., Əliyev A.R., Muradova E.Ə. Bioloji terminlər lüğəti. Bakı, 2005, 260 s.
Benzoy stiraksı
Benzoy stiraksı (lat. Styrax benzoin) — bitkilər aləminin erikaçiçəklilər dəstəsinin stirakskimilər fəsiləsinin stiraks cinsinə aid bitki növü.
Benzoy turşusu
Benzoy turşusu C6H5COOH - ən sadə monokarbon aromatik turşudur. Asan sublimasiya olunan rənqsiz kristal maddədir. Suda çətin, üzvi həlledicilərdə (etanol, xloroform, dietilefiri) asan həll olur. Zəif turşudur. 1220C-də əriyir. == Tarixi == İlk dəfə XIV əsrdə benzoy qatranından sublimasiya yolu ilə alınıb. 1832-ci ildə alman kimyaçısı Libix tərəfindən benzoy turşusunun quruluşu müəyyənləşdirilmişdir. == Alınması == Laboratoriyada benzoy turşusu toluola güclü oksidləşdiricilərin(KmnO4, CrO3,HNO3) təsirindən alınır. Sənayedə, benzoy turşusu toluolun oksigen ilə katalitik oksidləşməsindən 130-150 0C temperaturda və 200-500 kПа təzyiq altında alınır. == Xassələri == Benzoy turşusu spirtlərlə mürəkkəb efirlər – benzoatlar əmələ gətirir.
Banos
Banos de Akva Santa (İspanca tələffüz: [ˈbaɲoz ðe ˈaɣwa ˈsanta]) və ya qısaca Banos — Ekvadorun mərkəzində, Tunquraua əyalətində yerləşən şəhər. Əhali baxımında Tunquraua əyalətinin Ambato şəhərindən (paytaxtıdır həmçinin) sonra ən böyük ikinci şəhəri və əsas turizm mərkəzidir. Şəhər cəngəlliyin və Amazon hövzəsini şəhərlərinin yaxınlığındakı dağlarda yerləşdiyindən "Amazonun darvazası" kimi tanınır. Banos şəhəri Tunquraua vulkanının şimal yamacında, 1820 metr yüksəklikdə yerləşir. Tunquraua vulkanının aktivliyi dövridir. Banos şəhərindən vulkandan çıxan lavaları və külü görmək olar. Vulkan Milli Politexnik Məktəbinin Geofizika İnstitutu tərəfindən öyrənilir. == Etimologiya == "Baños de Agua Santa" ispan dilində "Müqəddəs su hamamları" deməkdir. Belə ki, şəhərin ətrafında terman bulaqlar yerləşir. Bu bulaqlar tərkibindəki minerallara görə müalicəvi xüsusiyyətlərinə görə tanınır.
Benis
Benis - 1728-ci ildə İrəvan əyalətinin Sisyan nahiyəsində kənd adı. Həmin mənbədə deyilir ki, kənddə 7 xristian ailəsi yaşayır.
Bərtaş
Bərtaş (digər adı: Bürtaş) — sülalə Bərtaş Xəzər dənizinin şimalında və Volqa çayının şərqində yaşayan bir nəsil – sülalə olmuşdur. Ərəb coğrafiyaşünaslarının yazdığına görə, bu nəslin yaşadığı yer də Bərtas və ya Bürtaş adlanırmış. == Tarixi == Bir sıra tədqiqatçıların fikrincə, VIII-X əsrin I-ci rübündə B.Donets-Don çay arasındakı meşə-çöl zonasında, xəzərlər ilə Volqaboyu bulqarları arasında yaşamışlar. Saltovo-Mayats mədəniyyətinin meşə-çöl (alan-as) variantının arxeoloji abidələri onlarla əlaqələndirilir. Xəzər xaqanlığının tələbi ilə zəruri olduqda 10 min nəfərə qədər silahlanmış süvari çıxarırdılar. 965 ildə Kiyev knyazı Svyatoslavın Xəzər xaqanlığına yürüşü zamanı darmadağın edilmişlər. Bundan sonra şm. və şm.-ş.-ə, Volqaboyu bulqarları və mordvaların ərazisinə köçmüşlər. Digər mülahizəyə (A.X.Xalikov və b.) görə, B.eramızın I-ci minilliyinin sonlarında Sura və Mokşa çayları hövzəsində təşəkkül tapmışlar.' XII-əsrin əvvələrində rus salnamələrində B.(mordvalar və çeremislərlə yanaşı) Kiyev knyazlarından asılı xalq kimi qeyd olunurlar; 1380 ildə B. Kulikova vuruşmasında (1380) iştirak edən bəylərbəyi Mamayın qoşununun tərkibində idilər. XVI-XVII əsrlərin akt sənədlərində B. Mordva və Meşşera diyarlarında gəlmələr kimi qeyd edilirlər.
Benitoa occidentalis
Benitoa occidentalis (lat. Benitoa occidentalis) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin benitoa cinsinə aid bitki növü.