Benzol

S6H6 – üzvi birləşmə, ən sadə aromatik karbohidrogen. Rəngsiz, uçucu, spesifik iyli mayedir; 80,10 C – də qaynayır, 5,50C – də donur; sıxlığı 871,1 kq/M3, alışma temperaturu 10,70 C – dir. B. kimya sənayesində ən mühüm xamal növlərindən biridir. Neftin və neft məhsularının termik və katalitik emalı ilə alınır. B – dan müxtəlif boya, partlayıcı madə, yüksək keyfiyətli mühərik yanacaqları və s. istehsalında istifadə olunur.
Benzin
Bitum
OBASTAN VİKİ
Benzol
Benzol (C6H6) — üzvi maddələr sinfinə daxil olan özünəməxsus, xoş, şirintəhər iyə malik, şəffaf maye. == Tarix == 1865-ci ildə Alman alimi Fridrix Avqust Kekule (Bonn Universitetini bitirmişdir) benzola tsikloheksatrien kimi quruluş vermişdir. (C6H6). Sonralar benzol üçün daha bir sıra quruluşlar təklif olunmuşdur. Kekule formulundan bu günə kimi istifadə olunmasına baxmayaraq, o, benzolun xassələrini tam əks etdirmir. Belə ki, Kekule formulu benzolun birləşmə reaksiyasına daxil olmasını izah etdiyi halda, benzol üçün birləşmə reaksiyasının deyil, əvəzlənmə reaksiyasının xarakter olması, onun termodinamik və oksidləşdiricilərə qarşı davamlığı izah olunmamış qahrdı. Digər tərəfdən Kekule formuluna görə benzolun izomerdən 1,2-diəvəzli törəmələri ikidən ibarət olmalıdır. Lakin belə izomerlərin olması heç vaxt müşahidə olunmamışdır. Kekule bunu düzgün olaraq benzolda ikiqat əlaqələrin osillasiyası (yerlərini dəyişməsi) ilə izah edirdi. Hazırda müxtəlif üsullarla təsdiq edilmişdir ki, benzol molekulu koplanardır,yəni benzolda bütün atomlar bir müstəvi üzərində yerləşir və karbon atomlarındakı qoşulmuş π - elektron orbitalları həmin müstəviyə perpendikulyardır.

Digər lüğətlərdə

выхва́тывание досы́л злоупотреби́тель ло́паться манате́йный отпы́хнуть понаползти́ расти́снуться небре́жничать шмяк шпулих bag-play buttonbush commercialism foot-muff methodism prophase threshing-floor turbopause unblessed бесёнок браковать номограмма принуждённость провод