Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Berlin böhranı
Berlin böhranı (Berlinin blokadası) — SSRİ tərəfindən 1948–1949-cu illərdə Berlinin blokadaya alınması ilə yaranmış və Birinci Berlin böhranı kimi tanınan siyasi gərginlik. Berlin böhranı Soyuq müharibə dövrününü ilk gərginliyi kimi qəbul edilir. == Böhran ərəfəsi == İkinci Dünya Müharibəsinin sonlarına yaxın Almaniyanın gələcəyi ilə bağlı ABŞ, SSRİ və Böyük Britaniya rəhbərliyi 12 sentyabr 1944-cü ildə Londonda imzaladıqları protokol əsasında Almaniyanın gələcəyini aşağıdakı kimi müəyyən etdilər: "Almaniya ərazisi 1 yanvar 1937-ci il sərhədləri çərçivəsində üç işğal zonasına ayrılmalı, Berlin ərazisi isə xüsusi status əsasında müttəfiqlərin işğal zonalarına bölünməlidir". 1945-ci il Yalta konfransının qərarlarına görə Almaniya Böyük Britaniya, ABŞ və SSRİ arasında işğal zonalarına bölünməsi ilə bağlı razılaşma əldə olunur. Bunula yanaşı qərb dövlətlərinin işğal zonaları hesabına Fransanın da bölgüdə iştirakına imkan yaradıldı. Buna əsasən 1945-ci ilin 8 mayında Almaniyanın təslim olma haqqında sazişi imzalamasından sonra Berlin şəhəri də dörd işğal zonasına bölünmüşdü. Soyuq müharibəsnin başlanmasından sonra qərb dövlətləri kommunizm təhlükəsinə qarşı Qərbi Almaniyanın iqtisadi cəhətdən ayaqda saxlamaq qərarına gəldilər. 1 yanvar 1947-ci ildə ABŞ və B. Britaniya, bir müddət sonra isə Fransa sovetlərin razılığı olmadan öz işğal zonalarını iqtisadi cəhətdən birləşdirdilər. Birtərəfli razılaşmalara etiraz olaraq 20 mart 1948-ci ildə SSRİ Nəzarət Şurasını tərk etdi. Bununla da dördtərəfli idarəçilik sisteminə son qoyuldu.
Berlin divarı
Berlin divarı (alm. Berliner Mauer‎) — Almaniya Demokratik Respublikası ilə Qərbi Berlin arasında 13 avqust 1961-ci ildə uzunluğu 155 km (o cümlədən Berlin civarında 43,1 km) olan möhkəmləndirilmiş və 1989-cu ilə qədər mövcud olmuş dövlət sərhədi. == Erkən hadisələr == İkinci Dünya Müharibəsi başa çatdıqdan sonra Berlin dörd divarla ABŞ, Böyük Britaniya, Fransa və SSSR mühasirə olunmuşdu. Ümumi düşmən üzərində qələbədən sonra Sovet İttifaqı və NATO arasında qarşıdurma bütün gücü ilə güclənməyə başlayır. Tezliklə Almaniya və Berlin ümumilikdə iki düşərgəyə – ADR (Almaniya Demokratik Respublikası) və AFR (Almaniya Federativ Respublikası) bölünür. Qərbi Berlinlə dövlət sərhədi rejiminin tətbiqinə və sərhəd istehkamlarının qurulmasına Varşava müqaviləsi üzv-ölkələrin tövsiyəsi ilə 1961-ci il avqustun 13-də başlanılmışdır. Bu divarın ucaldılması ilə qədim alman paytaxt şəhərinin müttəfiq amerika, ingilis və fransız qoşunlarından tamamilə təcrid olunması gerçəkləşdirilmiş və 1948-ci ildə ikiyə bölünmüş Berlinin hissələri arasında əlaqə tamamilə kəsilmişdir. İki hissə arasında əsl sərhədin olmaması tez-tez münaqişələrə, məhsul qaçaqmalçılığına və mütəxəssislərin AFR tərəfə keçməsinə səbəb olurdu. Tək 1961-ci ilin 1 yanvarından avqustun 13-nə qədər ADR-dən 207 min mütəxəssis qarşı tərəfə keçmişdi. Bu zaman hökumətin bildirdiyinə görə, dövlət bundan illik 2,5 milyard mark zərər əldə edir.
Berlin kafedralı
Berlin kafedralı (alm.) - Almaniyanın Berlin şəhərində yerləşən kafedral. İçində heç bir zaman yepiskop yaşamadığı üçün əsil kafedral deyildir. == Tarixi == Kafedral XVIII əsrin əvvəllərində memar Yohan Bouman tərəfindən Barokko üslubunda inşa edilmişdir. 1822-ci ildə tikili başqa memar - Karl Frederik Şinkel tərəfindən neo-klassik üslubda yenilənmişdir. 1894-cü ildə Almaniya imperatoru II Vilhelm kafedralın sökülməsini və yenidən tikilməsinə əmr vermişdir. Memar Julios Raşdorfın neo-barokko dizaynı əsasında tikilməyə başlanılan yeni kafedral 1905-ci ildə tamamlanmışdır . İkinci dünya müharibəsində böyük zərər görən kafedral 1975-1981-ci illərdə memar Günter Stan tərəfindən bərpa edilmişdir.
Berlin konqresi
1878-ci il Berlin konqresi (13 iyun — 13 iyul 1878-ci il) — 1877–1878-ci illər Rusiya-Türkiyə muharibəsindən sonra imzalanmış San-Stefan sülh müqaviləsinin (1878-ci il) yenidən baxılması üçün keçirilən beynəlxalq tədbir. Berlin traktatının imzalanması ilə nəticələnmişdir. == Mənbələr == Дебидур А. Дипломатическая история Европы. Ростов-на-Дону: Феникс, 1995. Т. 2 Cтр. 450–469. ISBN 5-85880-089-0 Сборник договоров России с другими государствами, 1856–1917, М., 1952. История дипломатии, 2 изд., т. 2, М., 1963.
Berlin metropoliteni
Berlin metropoliteni (alm. U-Bahn Berlin‎) — Almaniyanın paytaxtı Berlinin ictimai nəqliyyat sisteminin əsas hissələrindən biridir. Metropoliten 1902-ci ildə istifadəyə verilib və hazırda 173 stansiyadan ibarətdir. Ümumi uzunluğu 146 km olan Berlin metropoliteni on xətdən ibarətdir və Berlin Nəqliyyat Şirkəti (Berliner Verkehrsbetriebe) tərəfindən istismar olunur. Metronun istismarı üçün 750 volt gərginlikli sabit cərəyan istifadə olunur. 2016-cı ilin məlumatına əsasən 500 milyondan çox insan metrodan istifadə edib. Həmin ildə metro qatarları 21,6 milyon km məsafə qət ediblər. Berlin metrosu almandilli ölkələr içərisində ən böyük metropoliten hesab olunur. == Tarixi == Berlində ilk yeraltı dəmiryolu xətti 1895-ci ildə AEG şirkətinin iki fabriki arasında çəkilib. 1902-ci ildə isə Berlində ilk yeraltı dəmiryolu xətti sərnişinlərin istifadəsinə verildi.
Berlin müqaviləsi
Berlin müqaviləsi (1878)
Berlin paktı
Üçlər paktı, Berlin paktı - faşist Almaniyası, İtaliya və Yaponiya arasında 1940-cı il sentyabrın 27-də bağlanmış hərbi sazişdir.Sonralar bu pakta Macarıstan,Bolqarıstan,Finlandiya,Rumıniya və Danimarka da qoşulmuşdu. Dünyanı iştirakçı ölkələr arasında bölüşdürməyi nəzərdə tuturdu. Almaniya və İtaliyaya Avropada, Yaponiyaya isə Asiyada yeni "qayda-qanun" yaratmaq rolu nəzərdə tutulmuşdu.
Berlin qalereyası
Berlin qalereyası (alm. Berlinische Galerie‎) — Almaniyanın paytaxtı Berlin şəhərində müasir incəsənət, fotoqrafiya və arxitektura muzeyi. == Tarixi == Berlin qalereyası hazırda Berlin şəhərindəki Yəhudi muzeyindən bir qədər aralı, Kroysberq rayonunda, Alte-Yakobştrass küçəsində yerləşir. 1975-ci ildə müasir Berlin rəssamlarının və heykəltəraşlarının əsərlərindən ibarət sərgiləri təşkil etmək məqsədilə qalereya yaradılmasını qarşılarına qoyan şura təsis edildi. İlk vaxtlar qalereya və onun işçi bürosu Berlin şəhərinin Şarlottenburq rayonunda yerləşirdi. Sərgilər Berlin İncəsənət Akademiyasında və ya Yeni Milli Qalereyada təşkil olunurdu. 1978-ci ildə Qalereya Berlin dəmiryol vağzalının yaxınlığındakı Zoologiya parkının fotoqrafiya muzeyinə köçürüldü. Qalereya 1986-cı ildən Martin Qropius evində yerləşdirildı və nəhayət, 2004-cü ilin sentyabr ayından Alte-Yakobştrass küçəsindəki indiki binaya köçürüldü. == Muzeyin kolleksiyası == Berlin qalereyasının ikimərtəbəli binasında muzeyin daimi eksponatları və müvəqqəti sərgiləri yerləşdirilmişdir, burada həmçinin konfrans zalı, arxiv, kitabxana, oxu zalı, böyüklər və kiçiklər üçün incəsənət məktəbi fəaliyyət göstərir. Qalereyanın ən yaşlı əsəri 1870-ci ilə aiddir.
Berlin teleqülləsi
Berlin televiziya qülləsi ( alm. Berliner Fernsehturm‎ Berliner Fernsehturm ), Alexanderplatz yaxınlığında Mitte metropoliten sahədə yerləşir. Bu 368 metrlik tikili Almaniyada ən yüksək , Avropada isə hündürlüyünə görə dördüncü yeri tutur. 1969-cu ildə televiziya qülləsi dünyada ən yüksək ikinci tikili idi.. Hər il bir milyondan çox ziyarətçi buraya gəlir, Berlin TV Qülləsi Almaniyada on ən məşhur turist ziyarətgahından biridir. == Tarixi == 1952-ci ildə Stokholmda keçirilən Avropa Yayım Konfransı zamanı və Avropa ərazisində televiziya və radio yayımlarının tezliklərini paylayan GDR, Avropa ölkələrinin əksəriyyətindən siyasi tanıma olmaması səbəbindən yalnız iki kanal icazə əldə edə bildi. Şərqdəki Berlin televiziya və radio yayım sistemi belə şəraitdə televiziya proqramlarının yayımında müdaxilə və fasilələrlə məşğul olan çoxsaylı kiçik stansiyaların işinə baza ola bilməzdi.Fasiləsiz kanalın istismarı üçün, mümkün olan ən yüksək hündürlükə çatan, yüksək performanslı, yüksək güclü ötürücü tələb olundu. 1950-ci illərdə Berlində Alman televiziyasının yalnız 6 çox zəif ötürücü stansiyaları fəaliyyət göstərmişdir. == Texniki məlumatlar == Anten ilə hündürlüyü: 368.03 m ( 1997 - ci ildə antenanın yenidən qurulması, hündürlüyü 365 m) Antenin uzunluğu: 118 m Anten diametri: 1,80 m Topun orta hündürlüyü: 212 m 203.78 m yüksəklikdə yoxlama mərtəbəsi Telekafe 207.53 m yüksəklikdə (saatda 3 dönüş, ilkin olaraq 1, sonra 2) Əsas diametri: 32 m Göz məsafəsindən diametri: 24 m Telekafe çapı: 29 m Ball diametri: 32 m Beton boru çəkisi: 26,000 ton Ball çəkisi: 4800 t Anten çəkisi: 245 ton Sürət sürəti: 6 m / s Dərinlik dərinliyi: 5 m Bazenin xarici diametri: 42 m İki sərnişin liftləri Texnik binalarda işləyən avadanlıq və personalın daşınması üçün lift Topun faydalı sahələri: 5 min kvadratmetr. m 216 m, 220 m və 224 m hündürlükdə ötürmə qurğuları televiziya kanalları və radio kanallarının yayımlanması üçün, eləcə də texnikalar üçün ofis zonasıdır Birinci mərtəbədə, 200 metr hündürlükdə bir kondisioner qurğu var, yanğın söndürmə sisteminin idarə edilməsini təşkil edən texniki səviyyə bir qədər yüksəkdir 188 m və 191 m yüksəklikdə xilasetmə sahələri Mast üzərində 150 televiziya və radio anten Yayım sahəsi - 20 min kvadratmetr.
Berlin zooparkı
Berlin zooparkı — Almaniyanın paytaxtı Berlində yerləşən zoopark. == Haqqında == Berlin zooparkı Almaniyanın ən qədim heyvanat parkıdır. 35 hektar ərazini əhatə edən park 1844-cü ildə açılmışdır. 1.500-dən çox növü, 20.000-dən çox heyvanı özündə saxlayır. Berlin zooparkı dünyanın ən çox növə sahib parklarından biridir. 2013-cü ildə heyvanat parkını 3 milyon nəfər ziyarət etmişdir və həmin il Avropada ən çox ziyarət edilən zoopark olmuşdur. Məşhur qütb ayısı Knut da burada anadan olmuşdur.
Berlin şəhəri
Berlin (alm. Berlin‎ [bɛɐ̯ˈliːn], ) — Almaniyanın paytaxtı və ən böyük şəhəridir. Berlin həm də Almaniyanın 16 federal əyalətindən biridir. Əhalisi təqribən 3400000 nəfər, ərazisi isə 891,85 km²-dir. Şəhərin şimalındandan cənubuna doğru olan məsafə 38 km-ə, şərqindən qərbinə qədər olan məsafə isə 45 km-ə bərabərdir. Öz tarixi dövründə Berlin bir neçə dəfə alman dövlətlərinin (Brandenburq kürfürstlüyü, Prussiya krallığı, Almaniya İmperiyası, Veymar Respublikası, Üçüncü reyx) paytaxtı olmuşdur. 1990-cı ildən, Almaniyanın birləşməsindən sonra Berlin AFR-in paytaxıdır. == Ümumi məlumat == Berlin Avropada ən mühüm siyasət, media, mədəniyyət və elm mərkəzidir. Metropol Avropada ən mühüm nəqliyyat düyümü sayılır və qitənin ən çox səyyah gələn şəhərdir. Burada yerləşən ali məktəblər, elmi idarələr, teatr və muzeylər beynəlxalq aləmdə tanınmışdılar.
Berlin dövlət kitabxanası
Berlin dövlət kitabxanası (alm. Staatsbibliothek zu Berlin‎, tam adı — Berlin dövlət kitabxanası — Prussiya mədəni irsi (alm. Staatsbibliothek zu Berlin - Preußischer Kulturbesitz‎), əvvəllər Prussiya dövlət kitabxanası — alm. Preußische Staatsbibliothek‎) — alman dilində ən böyük elmi universal kitabxana, Prussiya Mədəni İrs Fondunun təşkilatlarından biridir. Kitabxana kolleksiyasında bütün tarixi dövrləri, bütün ölkələri və bütün dilləri əhatə edən elmi tədqiqatçıların ən mürəkkəb istəklərini təmin etmək üçün hazırlanan elmi ədəbiyyat mövcuddur. == Tarixi == Kitabxana 1661-ci ildə Brandenburqun seçicisi Fridrix Vilhelm tərəfindən təsis edilmişdir. 1701-ci ildə I Frederik Berlindəki Kral Kitabxanası adını verdi. Birinci Dünya Müharibəsinin sonunda Almaniyada monarxiya devrildikdən sonra kitabxana Prussiya Dövlət Kitabxanası olaraq tanındı. İkinci Dünya Müharibəsi dövründə o dövrdə üç milyona yaxın həcmli və təsirli xüsusi fondları özündə cəmləşdirən kitabxana fondları demək olar ki, tamamilə götürüldü və mina, monastır və qalalarda gizlədildi. 1945-ci ildə Almaniyanın bölünməsindən sonra Prussiya Dövlət Kitabxanasından iki qurum meydana gəldi: Şərqi Berlindəki Alman Dövlət Kitabxanası və Qərbi Berlindəki Prussiya Mədəni İrs Dövlət Kitabxanası.
Berlin döyüşü (1945)
Berlin döyüşü (alm. Schlacht um Berlin‎), Berlin strateji hücum əməliyyatı (rus. Берли́нская стратегическая наступательная операция) və ya Berlinin işğalı (ing. Fall of Berlin) — Sovet Sosialist Respublikaları İttifaqının İkinci Dünya müharibəsinin sonunda təşkil etdiyi həlledici hücumlardan biri. Berlin əməliyyatı müharibənin sonunda reallaşan döyüşdür. Döyüş Avropa cəbhəsindəki sonuncu ümumi hücum olmamaqla yanaşı, Almaniyanın qeyd-şərtsiz təslim olması ilə nəticələndiyi üçün İkinci Dünya müharibəsini yekunlaşdıran sonuncu hücum olaraq qəbul edilir. "Berlin əməliyyatı" yalnız Berlini tutmaq üçün təşkil edilmiş əməliyyat deyildi. SSRİ-nin əsas məqsədi Alman torpaqlarını cənubdan şimala bölən Elba çayının şərq hissəsini ələ keçirmək idi. Qızıl Ordu 1945-ci ilin 16 yanvar tarixində başlayan Vislo-Oder hücumu ilə alman cəbhəsinin yarısını məhv etmişdi. Qüvvələr gündə 30-40 kilometrlik sürətlə qərb istiqamətində irəliləməyə başladılar.
Berlin hücumu (2016)
Berlin hücumu (alm. Mutmaßlicher Terroranschlag auf den Weihnachtsmarkt am Berliner Breitscheidplatz‎) — 2016-cı ilin 19 dekabr tarixində yerli vaxtla saat 20:00-da Almaniyanın paytaxtı Berlin şəhərində yük maşını ilə gercəkləşdirilmiş terror hücumu. Hadisə yük avtomobilinin Milad bayramı münasibətilə təşkil olunmuş bayram yarmarkasında iştirak edən dinc insanların üzərinə sürülməklə törədilmişdir. Berlin polisinin ilkin məlumatına əsasən hadisə nəticəsində 10 nəfər həlak olub, 50-dən çox şəxs isə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Həlak olanlardan biri yük avtomobilinin sürücüsüdür. == Arxa plan == Alman polisi baş vermiş hadisənin nəqliyyat qəzasından daha çox terror aktı olma ehtimalının üzərində dayanır. Hadisə şahidlərinin sözlərinə əsasən yük avtomobili yarmarkaya daxil olduqdan sonra 60-80 metr məsafədə qarşısına çıxan bütün maneələri dağıtmışdır. Polis yaydığı məlumatda Budapeşt küçəsi istiqamətindən gələn yük avtomobilinin, yalnız Kayzer Vilhelm Kilsəsinin yaxınlığına çatanda dayandırıldığını bildirib. Şahidlərin sözlərinə görə bir nəfər şübhəli Berlin Zooloji Parkına doğru qaçarkən görülüb. Sürücü olduğu ehtimal olunan şəxslərdən biri polis tərəfindən saxlanılıb.
Berlin müqaviləsi (1878)
Berlin müqaviləsi — Osmanlı İmperiyası, Rusiya İmperiyası, Böyük Britaniya, Alman İmperiyası, Avstriya-Macarıstan İmperiyası, İtaliya krallığı və Fransa arasında 13 iyul 1878-ci ildı Berlində imzalanan sülh müqaviləsidir. == Müqavilənin səbəbləri və forması == 1877-1878-ci il müharibəsinin ardından Osmanlı ilə Rusiya arasında, 3 mart 1878-ci ildə San-Stefano sülh müqaviləsi imzalandı. Bu müqavilənin şərtləri Osmanlı baxımından son dərəcə ağır idi və Rusiyanı Balkan yarımadasında tək böyük güc edirdi. Bu vəziyyət başda Böyük Britaniya olmaqla Avropanın digər iri dövlətlərini qane etmirdi. Avropa dövlətlərindən gələn təzyiqlər nəticəsində onlarla müharibəyə hazır olmayan Rusiya müqavilənin şərtlərinə yenidən baxılmasına razılıq verdi. 1878-ci il, 13 iyunda Almaniya kansleri Otto fon Bismarkın başçılığı altında Berlində, Osmanlı, Rusiya, İngiltərə, Almaniya, Fransa, Avstriya-Macarıstan və İtaliyanın iştirakə ilə bir konqres toplandı. Osmanlı imperiyasının nümayəndəsi olaraq Karatodori Paşa, Müşir Mehmed Əli Paşa və Berlin səfiri Sədullah bəy göndərilmişdir. Digər dövlətləri də baş nazirləri və xarici işləri təmsil edirdi. == Müqavilənin nəticəsi == Müqavilənin əsas nəticələri belə qruplandırılır: === Osmanlının torpaq itkiləri === Osmanlı imperiyası özünə tabe olan Serbiya, Bolqarıstan, Ruminiya və Çernoqoriyanın krallıq olmalarını qəbul etdi. Şərqi Rumeli vilayəti qurulmuş və Osmanlı imperiyasına bağlı ancaq müxtəlif imtiyazlara sahib olmuşdur.
Berlin müqaviləsi (1926)
Berlin müqaviləsi — 24 aprel 1926-cı ildə Almaniya və SSRİ arasında imzalanmış müqavilədir. Müqaviləyə əsasən qarşıdakı beş il ərzində üçüncü bir tərəfin hücum edəcəyi təqdirdə bitərəfliyə söz verildi. Müqavilə 1922-ci ildə imzalanmış Alman-Sovet Rapallo müqaviləsini bir daha təsdiqlədi. Razılaşma təsdiqləri 29 iyun 1926-cı ildə Berlində dəyişdirildi və həmin gün qüvvəyə mindi. Müqavilə 3 avqust 1926-cı ildə Millətlər Birliyi müqaviləsi seriyası kimi qeyd edildi. 24 iyun 1931-ci ildə imzalanan əlavə protokol ilə , 1933-cü il 5 mayda təsdiqlənmiş sənədlə yeniləndi. Əlavə protokol 15 fevral 1935-ci ildə Millətlər Birliyi Müqaviləsi Seriyasında qeydiyyata alındı. == Reaksiyalar == Almaniyadakı razılaşma Bismarkın 1887-ci ildə Rusiyayla bağladığı sığorta müqaviləsi ilə müqayisə edildi. Reyxstaq Xarici Komitəsində razılaşmanı təsdiqləyən səslər Veymar Respublikası üçün ilk olaraq yekdilliklə qəbul edildi. Almaniyanın Baş naziri Vilhelm Marks: "Rapalloda qurulan Alman-Rusiya əlaqələrini Lokarno müqavilələrinin yaratdığı yeni siyasi vəziyyətə uyğunlaşdırmaq niyyəti".
Berlin Şəhər Sarayı
Berlin Şəhər Sarayı (alm. Berliner Schloss‎) — 1443-cü ildə Berlində inşa edilmiş, lakin 1950-ci illərdə uçurulmuş bir tarixi barokko binadır. Bugünkü Almaniyanın paytaxtı Berlinin Mitte adlı gecəqondusunda yerləşirdi. Berlin Şəhər Sarayı Prussiya əyalətinin kral və şahzadələrinin iqamətgahı idi, yəni Hohensollernlər sülaləsinə aid idi. 1918-ci ildə Alman imperiyası monarxiyadan respublikaya keçdikdən sonra saray muzeyə çevrildi. İkinci dünya müharibəsində saray çox zərər görmüşdü və 1945-ci ildə tarixi saray Sovet rus əsgərləri tərəfindən atəşə tutuldu. Tamamilə yanğının qurbanı oldu. Şərqi Almaniyaya gələn yeni sosialist hökuməti, şəhərin ən gözəl binalarından biri olan sarayın dağıntılarını 1950-ci ildə dinamitlərlə uçurdu və yerinə müasir memarlığı ilə Respublika Sarayını tikdirdi. Berlin Şəhər Sarayı 2013-cü ildən etibarən orijinalına uyğun olaraq yenidən quruldu. Yenə əvvəlki kimi muzey olaraq istifadə edilməkdədir.
Berlin
Berlin (alm. Berlin‎ [bɛɐ̯ˈliːn], ) — Almaniyanın paytaxtı və ən böyük şəhəridir. Berlin həm də Almaniyanın 16 federal əyalətindən biridir. Əhalisi təqribən 3400000 nəfər, ərazisi isə 891,85 km²-dir. Şəhərin şimalındandan cənubuna doğru olan məsafə 38 km-ə, şərqindən qərbinə qədər olan məsafə isə 45 km-ə bərabərdir. Öz tarixi dövründə Berlin bir neçə dəfə alman dövlətlərinin (Brandenburq kürfürstlüyü, Prussiya krallığı, Almaniya İmperiyası, Veymar Respublikası, Üçüncü reyx) paytaxtı olmuşdur. 1990-cı ildən, Almaniyanın birləşməsindən sonra Berlin AFR-in paytaxıdır. == Ümumi məlumat == Berlin Avropada ən mühüm siyasət, media, mədəniyyət və elm mərkəzidir. Metropol Avropada ən mühüm nəqliyyat düyümü sayılır və qitənin ən çox səyyah gələn şəhərdir. Burada yerləşən ali məktəblər, elmi idarələr, teatr və muzeylər beynəlxalq aləmdə tanınmışdılar.
Berlin (vulkan)
Berlin vulkanı (ing. Berlin) — Antarktida ərazisində yerləşən vulkan. Massiv 3478 metr hündürlüyə malik olaraq 2 kraterdən ibarətdir. Lava axınlarının tərkibi andezit-bazaltdan ibarətdir. Püskürmə müşahidə edilməsə də, aktivlik mövcuddur.
Berlin Universiteti
Berlin Humboldt Universiteti (alm. Humboldt-Universität zu Berlin‎, qısaca HU Berlin, lat. Alma Mater Berolinensis) — Berlinin dörd ən qədim universitetindən biri. 16 avqust 1809-cu ildə Vilhelm Humboldt tərəfindən təsis edilib. 1828-ci ildə Prussiya kralı III Fridrix Vilhelmin şərəfinə Fridrix Vilhelm Universiteti adlandırılıb. 1949-ci ildə Humboldt qardaşları şərəfinə adı dəyişdirilib. Universitetdə tədris 1810-cu ildə başlayıb. O zaman onun 256 tələbəsi var idi. Hal-hazırda 34 min 612 tələbəsi vardır. Avropanın ən nüfuzlu elmi mərkəzlərindən biridir.
Brits (Berlin)
Brits (alm. Britz‎) — Berlin şəhərinin Neyukölln dairəsində yerləşən şəhər. Britz şəhərinin ilk qeyd edilməsi 1237-ci illərə aiddir.
Qərbi Berlin
Qərbi Berlin — 1949–1990-cı illər arası xüsusi statusa malik anklav ərazi. Qərbi Berlin hər tərəfdən ADR-in ərazisi ilə əhatə olunmaqla Şərqi Berlindən daş divarlarla ayrılmışdı. == Tarixi == İkinci dünya müharibəsindən sonra Almaniyanın ərazisi və paytaxtı dört fərqli zonaya bölündü. Şərqi-sovet və üç qərbi-amerika, fransa, ingiltərə ərazilərinə. 1948-ci il iyunun 24-dən Berlinin qərb hissəsi sovet orduları tərəfindən mühasirəyə alındı. 1949-cu il 23 mayda Almaniya Federativ Respublikasının (AFR) yaradılması elan olundu. SSRİ-nin də buna cavabı gecikmədi: 7 oktyabr 1949-cu ildə Şərqi Berlinin müvəqqəti parlamenti-Xalq Soveti-Almaniya Demokratik Respublikasının yaradılmasını elan etdi. Qərbi Berlin-12 şəhər dairəsinədən ibarətdir: Tirqarten, Şarlottenburq, Vilmersdorf, Şpandau (ingiltərə sektoru). Kroysberq, Noylkeln, Tempelxof, Şeneberq, Selendorf, Şteqlic (amerika sektoru). Veddinq, Raini-kendorf (fransa sektoru) Şərqi və Qərbi Berlin arasında ki, sərhəd ilk vaxtlar açıq olmuş və ümumi uzunluğu 155 km idi.
İsayya Berlin
Ser İsayya Berlin OM (ing. Isaiah Berlin, latış. Jesaja Berlins‎; 6 iyun 1909[…], Riqa – 5 noyabr 1997[…]) — ingilis filosofu, Avropada Vikodan Plexanova qədər maarifçiliyə, romantizmə, sosializmə və millətçiliyə xüsusi diqqət yetirən ideyalar tarixçisi, rus ədəbiyyatı və fəlsəfi düşüncənin tərcüməçisi, müasir liberal siyasi fəlsəfənin banilərindən biri. 1932-ci ildə, iyirmi üç yaşında, Berlin Oksford Universitetinin Bütün ruhlar kollecinin üzvü oldu. Məhsuldar işinə əlavə olaraq İvan Turgenevin əsərlərini rus dilindən ingilis dilinə tərcümə etdi və İkinci Dünya Müharibəsi dövründə İngilis diplomatik xidmətində çalışdı. 1957–1967-ci illərdə Oksford Universitetinin Çiçeli Sosial və Siyasi Nəzəriyyə professoru idi. 1963–1964-cü illərdə Aristotelian Cəmiyyətinin prezidenti olub. 1966-cı ildə Oksforddakı Volfson Kollecinin yaradılmasında böyük rol oynadı və qurucu prezident olmuşdur. 1946-cı ildə Berlin Britaniya İmperiyası Ordenini aldı, 1957-ci ildə cəngavər oldu və 1971-ci ildə Böyük Britaniyanın xidmətlərinə görə ordeni aldı. 1974–1978-ci illərdə Britaniya Akademiyasının prezidenti olmuşdur.
Şərqi Berlin
Şərqi Berlin — Soyuq müharibə dövründə Berlinin SSRİ-nin təsiri altındakı bir hissəsidir. 1961-ci ildə Berlin divarı ilə Qərbi Berlindən ayrıldı. Şərqi Almaniyanın paytaxtı idi. Şərqi Berlin əhalisi 1,2 milyon nəfər təşkil etmişdir. 1990-cı ildə Berlin divarı dağıdılmış və Qərbi Berlin ilə Şərqi Berlin birləşdirilmişdir.
Berlin şəkil qalereyası
Berlin şəkil qalereyası (alm. Berliner Gemäldegalerie‎) — Berlin Dövlət Muzeyləri və Avropanın aparıcı sənət muzeylərindən biri olan Prussiya Mədəni İrs Fondunun tərkibində məşhur sənət qalereyası, Potsdamer meydanı qərbindəki Berlin Kulturforumda yerləşən mükəmməl 18-ci əsrlərə aid rəsm kolleksiyasına sahibdir. Qalereya kolleksiyasında Albrext Dürer, Lukas Kranax, Bottiçelli, Rafael, Tisian Veçellio, Karavaco, İeronim Bosx, Peter Paul Rubens və Rembrandt kimi sənətkarların tanınmış dünya şah əsərləri var. 1830-cu ildə açıldı və 1998-ci ildə təmir edildi. 1998-ci ildən bəri, Berlin Rəsm Qalereyası Kulturforumda onun üçün xüsusi tikilmiş bir binada yerləşdirilmişdir. Dördbucaqlı binanın şimal fasadı bir qədər irəlidədir. Sıx şəkildə yığılmış lövhələr və fasadın paslanmış səthi İtalyan İntibahından və Prussiya klassikliyindən ilham almışdır. Binanın mərkəzində amerikalı konseptual sənətkar Valter De Maria tərəfindən Seriya 5–7-9 fəvvarə ilə bəzədilmiş iki sıra sütun, düz bir tonoz və 32 şüşə günbəzdən ibarət əsas foye var. Foye, təbii sərnişin işıqları ilə işıqlandırılan 72 mərtəbəli nal və iki mərtəbədəki iş otaqları ilə əhatə olunmuşdur. Onların ümumi sahəsi 7000 m²., ziyarətçilər təxminən iki kilometr boyunca muzeyin salonlarını gəzirlər, üzərində 900 rəsm əsəri qoyulmuş divarların sahəsi 1800 xətti metrdir.
"Berlinin alınmasına görə" medalı
"Berlinin alınmasına görə" medalı — İkinci dünya müharibəsində qələbə mükafatı.. == Təsisi == Medal İkinci dünya müharibəsi zamanı Berlinin ələ keçirilməsi şərəfinə 9 iyun 1945-ci il tarixində SSRİ Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə yaradılıb. == Təsviri == Dəyirmi, 32 mm diametrli, tunc medal. Arxasında döşə asılması üçün xüsusi sancaq yerləşdirilmişdir. Medalın üzərində "Berlinin alınmasına görə" sözləri, ən yuxarı hissəsində isə sovet ordusunun rəmzi olan 5 guşəli ulduz həkk edilmişdir.
1945 Berlin Qələbə Paradı
Berlin Qələbə Paradı — 7 sentyabr 1945-ci ildə İkinci Dünya müharibəsinin başa çatmasından qısa müddət sonra məğlubiyyətə uğramış nasist Almaniyasının paytaxtı Berlində antihitler koalisiyasının iştirakı ilə keçirilmiş parad. Paradda SSRİ, ABŞ, Birləşmiş Krallıq və Fransa iştirak edirdi. 1945-ci ilin iyununda təşkil edilmiş Moskva Qələbə Paradının ardından SSRİ bənzər paradın müttəfiq qoşunları ilə birlikdə keçirilməsini təklif edir. Hələ iyul ayında Berlində Britaniya parad keçirmişdi. Sentyabr paradı Reyxstaq binası və Brandenburq qapısı yaxınlığında baş tutur. Paradda yüksək rütbəli zabitlərdən SSRİ-dən Sovet İttifaqı Marşalı Georgi Jukov, ABŞ-dən General Corc Smit Patton, Birləşmiş Krallıqdan General Brayan Robertson və Fransadan General Mari-Pyer Köniq iştirak edirdi. General Dvayt Eyzenhaver və Feldmarşal Bernard Montqomeri parada az müddət qalmış dəvəti rədd etmiş və Patton və Robertsonu nümayəndə qismində göndərmişdilər. SSRİ, ABŞ, Birləşmiş Krallıq və Fransadan ümumilikdə 5,000 nəfərlik qoşun heyəti iştirak edirdi ki, onların təkcə 2,000 nəfəri Sovetləri təmsil edirdi. Şəxsi heyətin keçidi ilə başlanan parad zirehli texnikaların nümayişi ilə davam etdirildi. Hərbi heyətə SSRİ 248-ci Piyada Diviziyası, Fransanın 2-ci Piyada Diviziyası, İngilis 131-ci Piyada Briqadası və ABŞ-nin 82-ci Hava-desant Diviziyası daxil idi; mövcud qüvvələr ilk növbədə yerli qarnizonlardan gəlirdi.
Alen Berliner
Alen Berliner(fr. Alain Berliner, 21 fevral 1963, Brüssel[d]) — Belçika ssenaristi, rejissoru. == Həyatı == Alen Berliner 21 fevral 1963-cü ildə Brüsseldə anadan olub. Film həyatına rejissor assisenti kimi başlayıb. Alen Berliner 2010-cu ildə Onore de Balzak eyni adlı romanı əsasında Şaqren dərisi filmini çəkib.
Almaniya Berlin Ürək Mərkəzi
Almaniya Berlin Ürək Mərkəzi (alm. Deutsches Herzzentrum Berlin‎ və ya qısaca: DHZB) — qeyri-kommersiya fondu kimi təşkil edilmişdir. Berlinin tibb və tədqiqat mərkəzidir. Mərkəz ürək-damar xəstəliklərinin müalicəsi sahəsində və həmçinin ürək və ağciyər transplantasiyası üzrə ixtisaslaşmışdır. == Ümumi məlumat == Bu mərkəzin ilk təməl daşı 1983-cü ildə qoyulmuş və ilk əməliyyat 1986-cı ilin aprel ayında keçirilmişdir. Hal-hazırda DHZB-də 3000-ə yaxın açıq ürək əməliyyatı və 2 000-dən artıq digər ürək əməliyyatları olunur. Bundan əlavə 100-ə yaxın ürək və agciyər transplantasiyası və 500-dən çox anadangəlmə ürək çatışmazlığının aradan qaldırılması üzrə əməliyyat keçirilir. Hər il mərkəzdən 8000 stasionar və 16000 ambulator xəstə keçir. 1 yanvar 2011-ci ilin statistikasına görə mərkəzdə 1700-dən çox ürək transplantasiyası edilib, onlardan 174-ü uşaqlarda transplantasiya olunub, və həmçinin 1668 süni ürək implantasiyası aparılıb, onlardan 135-i uşaqlara implantasiya olunub. Almaniya Berlin Ürək Mərkəzi ictimai qeyri-kommersiya fond xarakterli Vətəndaş Hüquqları Qürumudur (alm.
Berlin döyüşü (II Dünya müharibəsi)
Berlin döyüşü (alm. Schlacht um Berlin‎), Berlin strateji hücum əməliyyatı (rus. Берли́нская стратегическая наступательная операция) və ya Berlinin işğalı (ing. Fall of Berlin) — Sovet Sosialist Respublikaları İttifaqının İkinci Dünya müharibəsinin sonunda təşkil etdiyi həlledici hücumlardan biri. Berlin əməliyyatı müharibənin sonunda reallaşan döyüşdür. Döyüş Avropa cəbhəsindəki sonuncu ümumi hücum olmamaqla yanaşı, Almaniyanın qeyd-şərtsiz təslim olması ilə nəticələndiyi üçün İkinci Dünya müharibəsini yekunlaşdıran sonuncu hücum olaraq qəbul edilir. "Berlin əməliyyatı" yalnız Berlini tutmaq üçün təşkil edilmiş əməliyyat deyildi. SSRİ-nin əsas məqsədi Alman torpaqlarını cənubdan şimala bölən Elba çayının şərq hissəsini ələ keçirmək idi. Qızıl Ordu 1945-ci ilin 16 yanvar tarixində başlayan Vislo-Oder hücumu ilə alman cəbhəsinin yarısını məhv etmişdi. Qüvvələr gündə 30-40 kilometrlik sürətlə qərb istiqamətində irəliləməyə başladılar.
Berlin döyüşü (İkinci Dünya Müharibəsi)
Berlin döyüşü (alm. Schlacht um Berlin‎), Berlin strateji hücum əməliyyatı (rus. Берли́нская стратегическая наступательная операция) və ya Berlinin işğalı (ing. Fall of Berlin) — Sovet Sosialist Respublikaları İttifaqının İkinci Dünya müharibəsinin sonunda təşkil etdiyi həlledici hücumlardan biri. Berlin əməliyyatı müharibənin sonunda reallaşan döyüşdür. Döyüş Avropa cəbhəsindəki sonuncu ümumi hücum olmamaqla yanaşı, Almaniyanın qeyd-şərtsiz təslim olması ilə nəticələndiyi üçün İkinci Dünya müharibəsini yekunlaşdıran sonuncu hücum olaraq qəbul edilir. "Berlin əməliyyatı" yalnız Berlini tutmaq üçün təşkil edilmiş əməliyyat deyildi. SSRİ-nin əsas məqsədi Alman torpaqlarını cənubdan şimala bölən Elba çayının şərq hissəsini ələ keçirmək idi. Qızıl Ordu 1945-ci ilin 16 yanvar tarixində başlayan Vislo-Oder hücumu ilə alman cəbhəsinin yarısını məhv etmişdi. Qüvvələr gündə 30-40 kilometrlik sürətlə qərb istiqamətində irəliləməyə başladılar.
Berlin üzərinə qəti hücum
Berlin döyüşü (alm. Schlacht um Berlin‎), Berlin strateji hücum əməliyyatı (rus. Берли́нская стратегическая наступательная операция) və ya Berlinin işğalı (ing. Fall of Berlin) — Sovet Sosialist Respublikaları İttifaqının İkinci Dünya müharibəsinin sonunda təşkil etdiyi həlledici hücumlardan biri. Berlin əməliyyatı müharibənin sonunda reallaşan döyüşdür. Döyüş Avropa cəbhəsindəki sonuncu ümumi hücum olmamaqla yanaşı, Almaniyanın qeyd-şərtsiz təslim olması ilə nəticələndiyi üçün İkinci Dünya müharibəsini yekunlaşdıran sonuncu hücum olaraq qəbul edilir. "Berlin əməliyyatı" yalnız Berlini tutmaq üçün təşkil edilmiş əməliyyat deyildi. SSRİ-nin əsas məqsədi Alman torpaqlarını cənubdan şimala bölən Elba çayının şərq hissəsini ələ keçirmək idi. Qızıl Ordu 1945-ci ilin 16 yanvar tarixində başlayan Vislo-Oder hücumu ilə alman cəbhəsinin yarısını məhv etmişdi. Qüvvələr gündə 30-40 kilometrlik sürətlə qərb istiqamətində irəliləməyə başladılar.
Merlin
Merlin (Merlinin Macəraları kimi də tanınır.) Merlin və Kral Arturun yaxın münasibətləri ilə bağlı Artur əfsanələrinə əsaslanan İngilis fantaziya — macəra dram televiziya proqramıdır. Julian Jones, Jake Michie, Johnny Capps və Culian Murphy tərəfindən BBC üçün yaradılmış, 20 sentyabr 2008 – 24 dekabr 2012-ci il tarixləri arasında BBC One -da beş seriya üçün yayımlanmışdır. Serialda Colin Morgan, Bradley James, Katie McGrath, Angel Coulby, Richard Wilson, Enthony Head və John Hurt. Proqram gənc sehrbaz Merlinin "xüsusi hədiyyəsi" səbəbindən anası tərəfindən Camelot krallığına göndərildiyi əfsanənin yenidən təsviridir. Birinci epizodda Şahzadə Arturun həyatını xilas etdikdən sonra Arturun xidmətçisi olur. Merlin tezliklə öyrənir ki, hədiyyəsinin səbəbi Arturu qorumaqdır, lakin Merlin öz səlahiyyətlərini gizlətməlidir, çünki Camelotda cadu Arturun atası Kral Uter Pendraqon tərəfindən qadağan edilmişdi və bununla məşğul olanlar edam edilir. İllər keçdikcə və birlikdə bir neçə sərgüzəştdən sonra Merlin və Artur etibarlı dost və yoldaş olurlar, birincisi ikincinin taleyində olduğu padşah olmasına təsir etmək üçün əlindən gələni edir. Merlin ən yaxşı vizual effektlərə görə 2011-ci ildə Britaniya Akademiyası Televiziya Mükafatını qazanaraq bir neçə mükafata namizəd olub. Yayım hüquqları 180-dən çox ölkəyə satılıb. == Seriala baxış == Merlin (Colin Morgan) anası onun saray həkimi Gaius (Richard Wilson) ilə qalmasını təşkil etdikdən sonra Camelot krallığına gələn gənc, güclü bir cadugərdir.