Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Bertolen
Bertolen (fr. Bertholène, oks. Bertolena) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Lessak kantonuna daxildir. Kommunanın dairəsi — Rodez. INSEE kodu — 12026. Kommuna təxminən Parisdən 500 km cənubda, Tuluza şəhərindən 140 km şimal-şərqdə, Rodezdən isə 17 km şərqdə yerləşir. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 999 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 652 nəfər (15-64 yaş arasında) 504 nəfər iqtisadi cəhətdən, 148 hərəkətsiz (fəaliyyət göstərici - 77.3%, 1999-cu ildə 70.9%) idi.
Bethoven
Lüdviq van Bethoven (alm. Ludwig van Beethoven‎; güm. 16 dekabr 1770[…], Bonn, Köln kürfürstlüyü, Müqəddəs Roma imperiyası[…] – 26 mart 1827[…], Vyana, Avstriya imperiyası[…]) — dahi alman bəstəkarı və pianoçusu, Vyana klassik məktəbinin sonuncu nümayəndəsi. Bethoven dünya musiqi tarixinin ən görkəmli bəstəkarlarından biridir. Avropa klassik musiqisində klassisizmdən romantizmə keçid dövrünün həlledici fiqurudur. Bethoven musiqisi özündən sonra gələn bəstəkarlar nəslinin formalaşmasında misilsiz rol oynamışdır. Adı daha çox bəstəkar kimi hallansa da, Bethoven dövrünün məşhur pianoçusu da olmuşdur. Almaniyanın Bonn şəhərində anadan olan Bethoven sonralar Vyanaya köçür. Burada dövrünün digər böyük bəstəkarı Yozef Haydnla birgə təhsil almış və tezliklə mahir pianoçu şöhrəti qazanmışdır. İyirmi yaşlarından etibarən eşitmə qabiliyyətini tədricən, sonralar isə tamamilə itirməsinə baxmayaraq, bu onu klassik musiqinin ən möhtəşəm əsərlərini yaratmaqdan yayındıra bilməmişdir.
Batken
Batken (qırğız dilində: Batken) - Qırğızıstanda şəhər, Batken vilayətinin və Batken rayonunun inzibati mərkəzi. == Coğrafiyası == Batken şəhəri Qırğızıstanın cənub-qərbində, Oş şəhərindən qərbdə, 240 km. aralı məsafədə yerləşir. Şəhərin ümumi sahəsi 5180 hektardır. Şəhərətrafı ərazilər nəzərə alınmadan şəhərin xüsusi ərazisi 1143 hektardır. Şəhərətrafı ərazilərdə kənd təsərrüfatına yararlı ərazilər 4037 hektardır, bu ərazidən 1106 hektarı kəndli təsərrüfatlarının, o cümlədən, 918 hektarı becərilən torpaqların, 2400 hektarı otlaqların payına düşür. Şəhər idarəetmə orqanlarının sərəncamında olan ərazinin sahəsi 205 km².-dir, bu ərazidən 51,8 km².-i şəhərin, qalan 153 km²-i isə şəhərətrafı 3 kəndin ərazisini (onlardan ən böyüyü 3207 nəfər əhalisi olan Kızıl-Jol kəndidir) təşkil edir. == Əhalisi == Batken şəhərinin əhalisi 23 134 nəfərdir (2009) . 2009-cu ildə aparılmış əhalinin siyahıya alınmasına görə Batken şəhərində 14 millətin nümayəndələri yaşasa da, burada əhalinin mütləq əksəriyyətini - 99,5 faizini qırğızlar təşkil edirlər. == İnzibati-ərazi quruluşu == Şəhər inzibati-ərazi quruluşuna görə 6 kvartala - Aeroport, Bazar-Başi, Bulak-Başi, Keleçek, Kızıl-Don, və Kızıl-Jol kvartallarına bölünür.
Betmen
Betmen (ing. Batman), başlanğıcda Bet-men (ing. Bat-man "Yarasa - adam") — DC Comics nəşriyyat evində buraxılmış ən məşhur komiks personajlarından biri. Bu superqəhrəman personaj rəssam Bob Keyn və yazıçı Bill Fingerin birgə müəllifliyi ilə yaradılmışdır. İlk dəfə 1939-cu ilin may ayında "Detektiv komiksləri" (ing. Detective Comics) buraxılışının 27 nömrəli sayında dərc edilmişdir. Yaxın vaxtlara qədər Bob Keyn personajın əsas yaradıcısı hesab edilirdi, lakin aparılmış bir çox tədqiqatlardan sonra, 2015-ci ildə müəlliflik hüququ Bill Fingerə təqdim edilmişdir, çünki qəhrəmanın yaradılmasında Keynin töhfəsi olduqca əhəmiyyətsiz idi. Betmenin orijinal tərcümeyi-hal versiyasında — baş qəhrəman, müvəffəqiyyətli sənaye sahibi, filantrop və qadınların sevimlisi olmuş milyarder Bryus Ueynın gizli alter-eqosudur. Uşaqlıqda, öz valideynlərinin qətlinin şahidi olmuş, Bryus öz həyatını ədalət uğrunda cinayətin aradan qaldırılmasına və mübarizəyə həsr etməyə and içir. Özünü fiziki və mənəvi şəkildə hazırlayaraq, o, yarasanın stilizə edilmiş kostyumunu geyinərək və cinayətkarlarla qarşı durma üçün şəhərin küçələrinə çıxır.
Evoken
Evoken — Amerikadan olan funeral doom metal qrupu. == Haqqında == Qrup gitaraçı Nick Orlando və Rob Robichaud tərəfindən 1992-ci ildə yaradılmışdır. İlk öncə oqrupun adı Funereus adlanırdı. Daha sonra yeni üzvlər daxil oldu. Beləliklə Rob (Bas/Vokallar); Nick (Gitara); Phil (Gitara) & Vince (Baraban)-da ifa etməyə başladı. Daha sonra 1992-ci ildə onlar Funereus adın da ilk demo albomlarını nəşr etdilər. Bu demo-dan sonra qrupda üzv dəyişikliyi və ad dəyişikliyi həyata keçirildi. Və qrup yeni adı ilə yəni Asmodeus olaraq fəaliyyət göstərməyə başladı. Çox keçməmiş 1994-cü ildə onlar funeral doom metal üslubunun yaradıcalarından olan Thergothon qrupunun demo albomu olan Fhtagn nagh Yog-Sothoth (1991) Evoken adlı trekin adını qoyaraq, Evoken olaraq çıxış etməyə başladılar. Daha sonra onlar 1994-cü ildə “Shades of Night Descending” və 1996-cı ildə “Promo 1996” eləcə də 1997-ci ildə “Promo 1997” adlı üç demo albom nəşr etdilər.
Beton
Beton (frans. béton) — təbii daşın tikintidə yaratdığı çətinlikləri aradan qaldırmaq üçün istifadə olunan süni daş material. Beton səmərəli şəkildə seçilmiş, əsaslı qarışdırılmış və sıxlaşdırılmış tərkibli hər hansı bir mineral yapışdırıcı, doldurucu, su və bəzən xüsusi əlavələrdən ibarət qarışığın bərkiməsi nəticəsində yaranır. Bərkiməsindən öncə bu komponentlərin qarışığı beton qarışığı adlanır. Bu qarışıq müxtəlif tərkiblərə bölünür. Su və yapışdırıcı beton tərkibində əsas və aktiv maddələrdir. Onların kimyəvi qarşılıqlı təsiri nəticəsində yapışqan xəmir konsistensiyalı (sement xəmiri, sement südü) yeni birləşmə yaranır. Həmin birləşmə xırda və iri doldurucunun dənələrini nazik layla bürüyür. Bir müddət keçdikdən sonra dənələri sıxlaşdıraraq bu birləşmə bərkiyir və beləliklə beton qarışığı möhkəm monolit daşa — betona çevrilir. Doldurucular (qum, ələnti, qırmadaş, çınqıl və s.) betonun tərkibinin 80–85%-dək təşkil edir və sıxılmanın qarşısını alaraq betonun möhkəm skeletini yaradır.
Batken rayonu
Batken rayonu (qırğ. Баткен району) — Qırğızıstan Respublikasının Batken vilayətinin üç rayonundan biridir. Rayonun inzibati mərkəzi Batken şəhəridir. == Coğrafiya == Batken rayonu Qırğızıstan Respublikasının Batken vilayətinin mərkəzi hissəsində yerləşir. Bölgənin şimal hissəsi Fərqanə vadisinin cənub hissəsində, qalan hissəsi Alay silsiləsinin dağətəyi və dağlıq hissələrindədir. Rayonun ən yüksək nöqtəsi 5621 metrdir. Qərbdə Leylek, şərqinddə Qırğızıstanın Batkən vilayətinin Kadamjay rayonu, şimalda Özbəkistan, cənubda isə Tacikistanla həmsərhəddir. Rayon daxilində Özbəkistanın Fərqanə vilayətinin Sox rayonuna aid 2 və Tacikistana məxsus Vorux eksklavı var. Batken rayonunun əsas çayları Sok (qolları Kojo-Aşkan, Arça-Başı və Akterek) və İsfara (orta axınında — Karavşin və Kşemış). Rayon ərazisində buzlaq dağ formasiyaları mövcuddur.
Batken vilayəti
Batken Vilayəti (Qırğız dili: Баткен областы). Qırğızıstanda vilayət.
Betmen (dəqiqləşdirmə)
Betmen — DC Comics nəşriyyat evində buraxılmış ən məşhur komiks personajlarından biri.
Betmen (komiks)
Betmen (ing. Batman), başlanğıcda Bet-men (ing. Bat-man "Yarasa - adam") — DC Comics nəşriyyat evində buraxılmış ən məşhur komiks personajlarından biri. Bu superqəhrəman personaj rəssam Bob Keyn və yazıçı Bill Fingerin birgə müəllifliyi ilə yaradılmışdır. İlk dəfə 1939-cu ilin may ayında "Detektiv komiksləri" (ing. Detective Comics) buraxılışının 27 nömrəli sayında dərc edilmişdir. Yaxın vaxtlara qədər Bob Keyn personajın əsas yaradıcısı hesab edilirdi, lakin aparılmış bir çox tədqiqatlardan sonra, 2015-ci ildə müəlliflik hüququ Bill Fingerə təqdim edilmişdir, çünki qəhrəmanın yaradılmasında Keynin töhfəsi olduqca əhəmiyyətsiz idi. Betmenin orijinal tərcümeyi-hal versiyasında — baş qəhrəman, müvəffəqiyyətli sənaye sahibi, filantrop və qadınların sevimlisi olmuş milyarder Bryus Ueynın gizli alter-eqosudur. Uşaqlıqda, öz valideynlərinin qətlinin şahidi olmuş, Bryus öz həyatını ədalət uğrunda cinayətin aradan qaldırılmasına və mübarizəyə həsr etməyə and içir. Özünü fiziki və mənəvi şəkildə hazırlayaraq, o, yarasanın stilizə edilmiş kostyumunu geyinərək və cinayətkarlarla qarşı durma üçün şəhərin küçələrinə çıxır.
Betmen (personaj)

Betmen Günü
Betmen Günü (ing. Batman Day) — Betmen irsinin qeyd edilməsi üçün DC Entertainment tərəfindən hər il təşkil olunan beynəlxalq bayram. İlk Betmen Günü 23 iyul 2014-cü ildə qeyd edilmişdir. Həmin tarix, "Detective Comics" səhifələrində ilk dəfə 1939-cu ildə peyda olan Betmenin 75 illik yubileyinin qeyd edilməsi məqsədi ilə seçilmişdi. Həm də həmin tarix San-Diyeqo Komik-Konu ilə üst-üstə düşürdü.
Broken Source
Broken Source - Xorvatiyada çalışan azərbaycanlı musiqiçi Dj Sineddin ikinci studiya albomudur. 2011-ci ilin aprel ayında Xorvatiyada bürünc statusu alıb. 1 dekabr 2012 tarixinə olan məlumatlara görə albomun 72000 nüsxəsi satılıb. == Albom haqqında == Broken Source albomunun təqdimatı 10 oktyabr 2010-cu ildə Bakı şəhərində Face klubda keçirildi. Albom 11 (10+1) trek daxil oldu. Dj Sinedd öz ikinci studiya albomu üzərində yenidən Ejay-Studio Records nişanı ilə çalışdı. Albomda Sineddin il ərzində yazdırdığı remikslər və 5 yeni mahnı yer alıb. Dj Sinedd öz rəsmi saytında avqust ayının 28-i yeni albomun trek-siyahısını və üzlüyünü nümayiş etdirdi. Albom 10 oktyabr tarixində işıq üzü gördü və qısa bir zaman ərzində Azərbaycan dance chartinda ilk pilləyə qalxdı. Xorvatiya üzrə satışları 15 mini keçdiyinə görə bu ölkədə albom "gümüş status"unu, Avropa üzrə isə satışları 25 min nüsxəni keçdiyinə görə "bürünc statusu"nu alıb.
Kata Betlen
Kata Betlen (30 noyabr 1700 – 29 iyul 1759) — Transilvaniyalı yazıçı, Macarıstan və Rumıniyada ilk memuarçılardan biri olub. == Haqqında == Kata Betlen ölkəsinin mədəni və intellektual həyatında fəal iştirak edib. Yazıçının ailəsi cəmiyyətdə yüksək mövqe tuturdu — Bethlen klanı hökmdarlar və kanslerlər kimi Transilvaniyanın başçısı olmuşdur. Kata Betlen 17 yaşında katolik ilə evlənmək məcburiyyətində qaldı, bu evlilik ailəsinin siyasi qərarı idi. Bu evlilik ona çox pis təsir etdi. Həyat yoldaşı uşaqlarını əlindən aldı, Kata onlarla görüşə bilmirdi. Uşaqlarından ayrı yaşamaq çox çətin idi. Yazıçı öz memuarlarında uşaqları haqqında xatirələrini yazırdı. Həyat yoldaşının ölümündən sonra Kata bu dəfə sevgilisi ilə yenidən evləndi. İkinci evlilikdən çox xoşbəxt idi, lakin ikinci həyat yoldaşı və uşaqları rəhmətə getdilər.
Betmen Başlayır
Betmen Başlayır (ing. Batman Begins) — 2005-ci ildə "DC Comicsin" uydurma personajı Betmenin komikslərindən uyğunlaşdırılan, rejissoru Kristofer Nolan olduğu, Kristian Beylin Betmen rolunu ifa etdiyi və Maykl Keyn, Liam Nison, Keti Olms, Qari Oldmen, Killian Merfi, Morqan Friman, Tom Uilkinson, Rutqer Auer, Mark Bun Xunior, Ken Vatanabenin rol aldığı ABŞ superqəhrəman filmi. Yeni çəkilən seriyanın ilk filmi Brüs Ueynin yarasadan qorxusu, ailəsinin vəfatı və Betmenə çevrilməsindən bəhs edir. Filmin hekayəsi klassik Betmendən: "Betmen: Birinci il" və "Betmen: Uzun Hellovin" romanlarından ilhamlanmışdır. 1997-ci ildə nümayiş etdirilən "Betmen və Robin" filmindən sonra, bir çox davam filmlər gündəmə gəldi. Kristofer Nolan və Devid Qoyer film üçün çəkilişlərə 2003-cü ildən başladı. Ssenaristlər təməlində humanizm və realizm dayanan daha qaranlıq və real bir hekayəni hədəf aldı. Məqsəd, tamaşaçının Betmen və Brüs Ueynə əhəmiyyət verməsi idi. Çikaqo və İngiltərədə çəkilişləri baş tutan filmdə, kompüter dəstəyi yalnız bir qədər istifadə edildi. Film üçün "Batmobile" və "Yarasa" kostyumu yenidən yaradılıb.
Betmen (film)
Betmen — DC Comics nəşriyyat evində buraxılmış ən məşhur komiks personajlarından biri.
Bethoven (film, 1992)
Bethoven (ing. Beethoven) — 1992-ci ildə istehsal olunmuş ABŞ filmidir. == Məzmun == Filmin əvvəlində zoomağazadan Senbernar tipinə mənsub itlərdən biri və digər küçüklərlə birlikdə iki oğru tərəfindən oğurlanılır. Oğrular maşını sürən zaman Serbernar iti qaçmağı bacarır və Corc Nyutona mənsub evinə gizlicə olaraq daxil olur. Ailə onu görən andan onunla çox mülayim rəftar edir, lakin Corc Nyuton bu itdən heç xoşu gəlmir. Ailə ona ad seçmək istəyir. Pianinoda məşhur alman bəstəkarı Lüdviq van Bethovenin Beşinci simfoniyası çalınan zaman ailə qərara gəlir ki, onun adını Bethoven qoysunlar. Bethoven getdikcə böyük itə çevrilir. Şəhərdə yaşayan veterinarlardan birinə xüsusi modelləri sınaqdan keçirmək sifarişi gəlir. Bunun üçün isə böyük it olmalıdır… == Rollarda == == İstinadlar == == Xarici keçidlər == Bir dəfə cinayətdə — Internet Movie Database saytında.
Beşinci simfoniya (Bethoven)
Simfoniya No. 5 °C minorda — Lüdviq van Bethoven tərəfindən 1804–1808-ci illərdə bəstələnmiş Op. 67 simfoniya. Bu simfoniya tez–tez ifa edilən və ən məşhur klassik musiqi əsərlərindən biridir. Əsər dörd hissədən ibarətdir: açılış sonatası, andante, attakkanın da daxil olduğu sürətli scherzo və final. Əsər ilk dəfə 1808-ci ildə Vyanada "Theater an der Wien"də ifa edilmiş və ilk ifadan sonra tezliklə məşhurlaşmışdır. E. T. A. Hoffmann simfoniyanı "tarixin ən mühüm əsərlərindən biri" adlandırmışdır. Simfoniya əsərin motivi olan dörd "qısa-qısa-qısa-uzun" notun iki dəfə təkrarı ilə başlayır: Simfoniya və xüsusilə onun motivi olan dörd açılış notu, bütün dünyada məşhurdur və tez–tez populyar mədəniyyətdə — diskodan roknrola, televiziya verilişlərindən filmlərə kimi müxtəlif sahələrdə dəfələrlə istifadə edilmişdir. == Tarixi == === İnkişaf === Beşinci simfoniyanın yazılması uzun müddət çəkmişdir. Üçüncü simfoniyanın tamamlanması zamanı bəstəkar artıq beşinci simfoniyanın ilk qeydlərini etməyə başlamışdır.
Lyudviq van Bethoven
Lüdviq van Bethoven (alm. Ludwig van Beethoven‎; güm. 16 dekabr 1770[…], Bonn, Köln kürfürstlüyü, Müqəddəs Roma imperiyası[…] – 26 mart 1827[…], Vyana, Avstriya imperiyası[…]) — dahi alman bəstəkarı və pianoçusu, Vyana klassik məktəbinin sonuncu nümayəndəsi. Bethoven dünya musiqi tarixinin ən görkəmli bəstəkarlarından biridir. Avropa klassik musiqisində klassisizmdən romantizmə keçid dövrünün həlledici fiqurudur. Bethoven musiqisi özündən sonra gələn bəstəkarlar nəslinin formalaşmasında misilsiz rol oynamışdır. Adı daha çox bəstəkar kimi hallansa da, Bethoven dövrünün məşhur pianoçusu da olmuşdur. Almaniyanın Bonn şəhərində anadan olan Bethoven sonralar Vyanaya köçür. Burada dövrünün digər böyük bəstəkarı Yozef Haydnla birgə təhsil almış və tezliklə mahir pianoçu şöhrəti qazanmışdır. İyirmi yaşlarından etibarən eşitmə qabiliyyətini tədricən, sonralar isə tamamilə itirməsinə baxmayaraq, bu onu klassik musiqinin ən möhtəşəm əsərlərini yaratmaqdan yayındıra bilməmişdir.
Lüdviq van Bethoven

Dəmir-beton
Dəmir-beton — polad (armatur) istifadə edərək betonun möhkəmləndirilməsi ilə istehsal olunan tikinti materialının adıdır. Binada istifadə olunan dəmir-beton elementlər (sütunlar, dirəklər, döşəmə və s.) bəzi gərginliklərə məruz qalır. Bunlar ümumiyyətlə sıxılma, gərilmə, kəsmə və burulma təsirləridir. Təbii xüsusiyyətinə görə qırılmağa meyilli olan betonu, kompozit bir tikinti materialı olan dəmir-betona çevirmək üçün süni poladla gücləndirirlər. Bu möhkəmləndirmə ilə açıqlıqları daha kiçik en kəsikləri ilə keçmək mümkün olmuşdur. Təchizata yerləşdirilmiş polada sonradan və ya əvvəlcədən gərginlik verilərək ön dartılı/sonradan sıxılmalı beton əldə edilir. Dəmir-beton bina elementindəki beton və polad birlikdə bu dartınmaya müqavimət göstərir. Bu vaxt beton sıxılma, polad isə çəkilmə gərginliyini qarşılayır.
Token Ring
Token Ring lokal şəbəkəsində kompüterlər məntiqi olaraq halqavari şəkildə birləşdirilir. Token Ring lokal şəbəkəsində informasiyanı ötürmək üçün markerdən (token) istifadə edilir. Marker içərisində yalnız xidməti məlumatlar olan bir paketdir. Markeri alan kompüter kanalı tutmuş hesab olunur, yəni öz informasiyasını göndərə bilər. İnformasiya paketlər şəklində göndərilir. Markeri alan kompüter paketini qonşu kompüterə ötürür. Paket öz ünvanına çatdıqda alıcı kompüter paketi özünə yazır, bu haqda paketdə lazımi qeydlər edir və paketi qonşu kompüterə ötürür. Paket yenidən onu göndərən kompüterə gəldikdə, o, halqadan geri alınır və yeni informasiya varsa onu göndərir. Göndəriləcək yeni informasiya yoxdursa, markeri qonşu kompüterə göndərir və proses təkrar olunur. == Mənbə == "LOKAL ŞƏBƏKƏLƏR" (Mühazirə), İ.M.ƏLIYEV, t.e.n., AMEA İnformasiya Texnologiyaları İnstitutu == Həmçinin bax == İnformatika Əməliyyat sistemi Lokal şəbəkə Qlobal şəbəkə Kompüter şəbəkəsi Kompüter proqramları == Xarici keçidlər == R. M. Metcalfe and D. R. Boggs.
Betmen (film, 1989)
Betmen və ya Yarasa-adam (ing. Batman) — ABŞ rejissoru Tim Börton tərəfindən çəkilən ABŞ filmidir. Filmin baş qəhrəmanı Betmendir. == Məzmun == Kiçik bir uşaq olan Brüs Ueyn ana və atasının bir quldur tərəfindən öldürülməsinə şahid olur. Özünü Qotem şəhərini cinayətdən xilas etməyə həsr edər. Şirkətin iş adamı olan Ueyn, gecələri "Betmen" kostyumunu geyib günahkarları tutar. Bir neçə il sonra Qotem yeraltı cinayət dünyasının başına Karl Qrissom keçər. Yeni bölgə prokuroru Harvey Dent, Polis Komissarı Ceyms Qordon və bütün polis təşkilatının mübarizəsinə baxmayaraq şəhər cinayət dünyasından xilas edilə bilmir. Jurnalist Aleksandr Noks və fotoşəkilçi Viki Veyl gecələri ortaya çıxıb günahkarları öldürən və şəhərə qorxu yayan yarasa adamın izinə düşər. Viki və Noks, milyonçu Brüs Ueynin köşkündə təşkil etdiyi partiyaya araşdırma məqsədi ilə iştirak edirlər.
Betmen (film, 2022)
Batman — DC Comics komiks nəşriyyatının eyniadlı personajına əsaslanan ABŞ superqəhrəman filmi. Film DC Films tərəfindən istehsal olunur və Warner Bros. tərəfindən buraxılacaq. Filmin rejissoru Mett Rivsdir, ssenarini Piter Kreyq və Mettson Tomlin birlikdə yazmışdır. Əvvəlcə filmin 25 iyun 2021-ci ildə yayımlanması planlaşdırılmış, lakin Covid-19 pandemiyası səbəbindən tarix 1 oktyabr 2021-ci ilə dəyişdirilmişdir. Ən sonda isə buraxılış tarixi kimi 4 mart 2022-ci il tarixi açıqlanmışdır. HBO Max üçün televiziya serialı adaptasiyası da hazırlanır. == Arqument == Hellouində Qotem Siti şəhərinin meri Don Mitçel kiçik özünü Riddler adlandıran serial qatil tərəfindən öldürülür. Qotamda iki il ərzində ayıq-sayıq Betmen kimi fəaliyyət göstərən milyarder Bruce Wayne Gotham City Polis İdarəsi (GCPD) ilə birlikdə araşdırma aparır. Leytenant James Gordon Tapmacının Batman üçün mesaj buraxdığını aşkar edir, lakin GCPD komissarı Pit Savage onu Betmeni cinayət səhnəsinə buraxdığına görə qınayır və onu tərk etməyə məcbur edir.
Bitches Broken Hearts
"Bitches Broken Hearts" — amerikalı müğənni Billi Aylişin mahnısı. Mahnı Ayliş və prodüserlər Emmit Fenn və Finneas O'Konnell tərəfindən yazılıb. İlk dəfə 10 noyabr 2017-ci ildə SoundCloud üzərindən buraxılıb, sonradan 30 mart 2018-ci ildə sinql kimi bütün platformalar üçün yenidən yayımlanıb. Mahnı "You Should See Me in a Crown" sinqlının 7 düymlük vinil formatında B tərəfi kimi yer alıb. Mahnı həmçinin Aylişin ilk mini-albomu "Don't Smile at Me"nin genişləndirilmiş versiyasında və 2019-cu ildə buraxılmış studiya albomu "When We All Fall Asleep, Where Do We Go?"nun delüks versiyasına daxil edilib.
Batkən vilayəti
Batken Vilayəti (Qırğız dili: Баткен областы). Qırğızıstanda vilayət.