Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Canluka Bezzina
Canluka Bezzina (9 noyabr 1989) — 9 noyabr 1989-cu ildə anadan olan Maltalı həkim-müğənni. Canluka Bezzina 2013 Avroviziya Mahnı Müsabiqəsində Maltanı "Tomorrow" mahnısı ilə təmsil edib və bu kiçik ada ölkəsinə 8-ci yeri qazandırıb.
Fyokla Bezzubova
Fyokla İqnatevna Bezzubova (1880—1966) — erzyan əsilli xalq hekayəçisi. 27 sentyabr 1880-ci ildə Od Murza kəndində (hazır ki — Yeni Turdaki kəndi, Koçkurovski rayonu, Mordoviya) anadan olmuşdur. Milliyyətcə erzyan idi. Fyokla Bezzubova böyük bir kəndli ailəsində böyümüşdür. Bu səbəbdən məktəb təhsili almamışdır. Çünki uşaqlığı evdə və sahədəki valideynlərə kömək etməkdə keçmişdir. Mahnılara olan məhəbbəti nənəsi Evdokia İvanovna Zverkova aşılamışdır. Fyokla Bezzubova 1901-ci ildə İlya Konstantinoviç Bessubova ilə ailə həyatı qurmuşdur. Həyat yoldaşı qonşu Semiley kəndindəndir. 1902-ci ildə onların Qriqori adlı oğlu doğulur.
Bəzz qalası
Bəzz qalası — İranın Şərqi Azərbaycan ostanının Qaradağ vilayətindəki Kəleybər qəsəbəsindən 3 km cənub-qərbdə yerləşən qala. Xürrəmilər hərəkatının rəhbəri Babəkin əsas sığınacaqlarından biri olduğu üçün xalq arasında daha çox Babək qalası kimi tanınır. Qala strateji cəhətdən mükəmməl ərazidə, dəniz səviyyəsindən 2300–2600 metr yüksəklikdə yerləşir. Qalanın ətrafını 400–600 metr dərinlikdə dərələr əhatə edir. Ərəb coğrafiyaşünası Əbu Duləf (X əsr) yazır: "Bəzz qalası Babək Xürrəminin əsas sığınacağıdır. Qalada qırmızı geyimli adamlar dolaşır və qalaya qırmızı bayraqlar sancılıb".Bəzz qalası ərazisində aparılan arxeoloji qazıntılar zamanı Bizans İmperiyası və Azərbaycan Atabəyləri dövlətinə aid sikkələr tapılıb. Qala divarlarının hər dörd küncündə yarımdairəvi gözətçi məntəqələri var. Həmçinin qala ərazisindən təndirlər, çıraqlar, gil qablar, silahlar və digər əşyalar tapılmışdır. Hazırda hər il Babəkin doğum günündə Güney Azərbaycan Milli Oyanış Hərəkatı təşkilatının rəhbərliyi ilə güneyli qardaşlarımız qalaya yürüş keçirərək xalq qəhrəmanını yad edirlər.Bəzz qalası haqqında elmi araşdırmalar, məqalələr və s. mövcuddur.
Bazz Oldrin
Bazz Oldrin (ing. Buzz Aldrin; 20 yanvar 1930[…], Qlen-Ridc[d], Nyu Cersi) — Amerikalı aviasiya mühəndisi, keçmiş astronavt və pilot. Oldrin 1966-cı ildə Gemini-12 missiyasının pilotu və 1969-cu il Apollon 11 missiyasında Ay modulu pilotu olaraq üç kosmik yol etdi. O, missiya komandiri Nil Armstronq ilə birlikdə ayın səthinə enən ilk insan olmuşdur.
Benz & Cie.
Benz & Cie. Rheinische Gasmotorenfabrik in Mannheim, 1883-cü ildə Karl Benz tərəfindən təsis edilmiş bir şirkətdir. 1885-ci ildə dünyada satış məqsədi ilə istehsal edilmiş və benzinli mühərrik ilə işləyən ilk avtomobili olan Motorwageni buraxmışdır. 1926-cı ildə bu şirkətin Qotlib Daymlerin Daimler Motoren Gesellschaft şirkəti ilə birləşməsi nəticəsində Daimler-Benz şirkəti yaradıldı.
Bezu teoremi
Bezu teoremi — f ( x ) {\displaystyle f(x)} çoxhədlisini ( x − a ) {\displaystyle (x-a)} ikihədlisinə bölünməsindən alınan qalıq haqqında teorem. Teorem: f ( x ) = a 0 + a 1 x + ⋯ + a n x n {\displaystyle f(x)=a_{0}+a_{1}x+\dots +a_{n}x^{n}} çoxhədlisinin ( x − a ) {\displaystyle (x-a)} ikihədlisinə bölünməsindən alınan qalıq bu çoxhədlinin x = a {\displaystyle x=a} olduqda aldığı qiymətə bərabərdir. Bezu teoremi onu ilk dəfə isbat etmiş fransız riyaziyyatçısı Eyten Bezunun (1730-1783) şərəfinə adlandırılmışdır. == Xarici keçidlər == Теорема Безу и разложение многочлена на множители Г.М. Фихтенгольц. КУРС ДИФФЕРЕНЦИАЛЬНОГО И ИНТЕГРАЛЬНОГО ИСЧИСЛЕНИЯ. ТОМ 1.
Daimler-Benz
Daimler-Benz, 1926 ilə 1998 arasında fəaliyyət göstərmiş Almaniya mərkəzli bir avtomobil şirkətidir. Karl Benzin şirkəti Benz & Cie. və Gottlieb Daimlerin şirkəti Daimler Motoren Gesellschaftın birləşməsi nəticəsində yaranmışdır. Mercedes-Benz markası da bu birləşmədən meydana gəlmişdir.
Karl Benz
Karl Fridrix Mixael Benz (alm. Carl (Karl) Friedrich Michael Benz‎; 25 noyabr 1844[…] – 4 aprel 1929[…]) — alman mühəndisi, dünyada ilk daxili yanma mühərrikli avtomobilin ixtiraçısı, avtomobil sənayesinin pioneri. Onun şirkəti əsasında sonradan Daimler-Benz AG konserni (indiki Daimler AG) yaranmışdır. == Həyatı == Karl Fridrix Benz 25 noyabr 1844-cü ildə Almaniyanın Mülburq şəhərində anadan olub. Karlın maşinist işləmiş atası oğlunun yalnız iki yaşı olanda açıq qatar kabinəsindəki soyuqdan vəfat etmişdi. Valideynləri övladlarına layiqli təhsil vermək istəyirdilər. Karlsruedə ibtidai məktəbi bitirdikdən sonra 1850-ci ildə Karl texniki liseydə (indiki Bismark Gimnaziyası), sonra isə 1860-cı ildə Politexnik Universitetində təhsil almışdır. == Karyerası == Karl Benz öz emalatxanasında yeni daxili yanma mühərrikləri yaratmağa başladı. 31 dekabr 1878-ci ildə ikitaktlı benzin mühərriki üçün patent aldı. Tezliklə, Karl Benz gələcək avtomobilin bütün vacib komponentlərini və sistemlərini patentləşdirdi: sürətləndirici, batareya ilə işləyən yanma sistemi və alışdırma şamları, karbüratör, debriyaj, ötürücü qutu və su soyutma radiatoru.
Mercedes-Benz
"Mercedes-Benz" — 1926-cı ildə Almaniyada əsası qoyulan avtomobil şirkəti. Almaniya tərəfindən istehsal olunub və istehsal üçün müəyyən miqdarda büdcə ayırlıb. 2022-ci ilədək Mercedes milyonlarla maşın istehsal edib. == Tarixi == 1886-cı ilin yanvar ayında, Karl Benz təntənəli surətdə dünya üzrə istehsal edilmiş ilk avtomobilin təqdimatını edərək, bu üç təkərli nəqliyyat vasitəsinə Benz Patent Motor Car adını vermişdir. Bir neçə ay sonra, Qotlib Daymler və onun baş mühəndisi olan Wilhelm Maybach, Daymler mühərriki ilə təchiz olunmuş dörd təkərli avtomobilin konseptual təməlini qoymuşdur. İlk Mercedes, Daymlerin ölümündən bir az müddət keçdikdən sonra, 1901-ci ildə istehsal olunmuşdur. Maybach tərəfindən yığılmış bu avtomobil, Daymlerin əsas distribyuterləridən biri olan Emil Jellinek tərəfindən istismara verilərək, nəticə etibarı ilə Jellinekin qızının şərəfinə Mercedes adını almışdır. 1926-cı ildə, Daymler və Benz tərəfindən yaradılan şirkətlər birləşərək Daimler-Benz AG brendinin meydana çıxmasına səbəb olmuşdur. Şirkətin simvolu dəfnə çələngi ilə əhatə olunmuş üç guşəli ulduz idi; bu cür ulduz fikri Daymlerin təsəvvürünə artıq illər öncə gəlmişdir və onun guşələrinin ifadə etdiyi başlıca anlam, bu ixtiraçının yaratdığı mühərriklərin quruda, havada və eləcə də suda hərəkət edən nəqliyyat vasitələrində istifadə üçün nəzərdə tutulması idi. Elə lap başlanğıcdan, Mercedes-Benz adı avtomobil qüsursuzluğunun sinonimi idi.
Oldrin Bazz
Bazz Oldrin (ing. Buzz Aldrin; 20 yanvar 1930[…], Qlen-Ridc[d], Nyu Cersi) — Amerikalı aviasiya mühəndisi, keçmiş astronavt və pilot. Oldrin 1966-cı ildə Gemini-12 missiyasının pilotu və 1969-cu il Apollon 11 missiyasında Ay modulu pilotu olaraq üç kosmik yol etdi. O, missiya komandiri Nil Armstronq ilə birlikdə ayın səthinə enən ilk insan olmuşdur.
Bethani Benz
Bethani Benz (1 yanvar 1987, Kiyev, Ukrayna, Ukrayna SSR) — amerikalı pornoaktrisa. == Həyatı == Bethani Benz 1987-ci ilin yanvarında Ukraynada, ukrayna, rus və seneqal əsilli cütlüyün qızı olaraq anadan olub. 12 yaşında ailəsi ilə birlikdə ABŞ-yə köçüb. O, 2010-cu ildə, 24 yaşında pornoqrafik sənayeyə daxil olub. Aktrisa kimi Evil Angel, Banq Bros, Nyu Sensations, Eleqant Angel, Jules Jordan Video, Kick Ass və Vivid kimi prodüser şirkətlərinin filmlərində çalışıb. 2011-ci ildə "Big Vet Black Tits 3" filmində ilk anal seks səhnəsini çəkdi. 2012-ci ildə AVN mükafatlarında "ən yaxşı qadın aktyor" nominasiyasına namizəd oldu. O, aktrisa kimi 140-dan çox filmə çəkilib.
Google Buzz
Google Buzz (az. Google bazası) Google tərəfindən hazırlanmış və Gmail-ə inteqrasiya olunmuş sosial şəbəkə vasitəsidir. Google Buzz-dan istifadə edərək, siz dostlarınız arasında və yaxud qeyri-məhdud sayda istifadəçilər arasında keçidlər, fotolar və videolardan ibarət mesajları cəld paylaya bilərsiniz. Buraxılış zamanı Google Buzz Picasa, Flickr, Google Reader və Twitter ilə inteqrasiya olunmuşdu.Bəzi analitiklərin fikrincə, Google Buzz-ın yaradılması Google-un Twitter və Facebook-la rəqabət aparmaq cəhdidir. == Tənqidlər == 2010-cu il fevralın ortalarında elektron rabitəni tənzimləyən bəzi Amerika qanunlarını pozduğuna görə Google-a qarşı iddialar qaldırıldı. Xüsusilə, Google Buzz istifadəçiləri “yeni sosial şəbəkəyə” qoşduğuna və onların razılığı olmadan onların əlaqə siyahılarına daxil olduğu üçün tənqid edilmişdir. EPIC insan haqları araşdırma mərkəzi də bu pozuntulardan şikayət edib. == Xidmətin bağlanması == 14 oktyabr 2011-ci ildə Bradley Horowitz rəsmi Google bloqunda Google Buzz və Buzz API-nin yaxın həftələrdə bağlanacağını elan etdi. Buzz-ı dəstəkləmək əvəzinə səylər Google+ üzərində cəmlənəcək. Bu halda, köhnə mesajlar profilinizdə mövcud olacaq və onları Google Takeout istifadə edərək endirmək olar.
Babək (Bəzz) qalası
Bəzz qalası — İranın Şərqi Azərbaycan ostanının Qaradağ vilayətindəki Kəleybər qəsəbəsindən 3 km cənub-qərbdə yerləşən qala. Xürrəmilər hərəkatının rəhbəri Babəkin əsas sığınacaqlarından biri olduğu üçün xalq arasında daha çox Babək qalası kimi tanınır. Qala strateji cəhətdən mükəmməl ərazidə, dəniz səviyyəsindən 2300–2600 metr yüksəklikdə yerləşir. Qalanın ətrafını 400–600 metr dərinlikdə dərələr əhatə edir. Ərəb coğrafiyaşünası Əbu Duləf (X əsr) yazır: "Bəzz qalası Babək Xürrəminin əsas sığınacağıdır. Qalada qırmızı geyimli adamlar dolaşır və qalaya qırmızı bayraqlar sancılıb".Bəzz qalası ərazisində aparılan arxeoloji qazıntılar zamanı Bizans İmperiyası və Azərbaycan Atabəyləri dövlətinə aid sikkələr tapılıb. Qala divarlarının hər dörd küncündə yarımdairəvi gözətçi məntəqələri var. Həmçinin qala ərazisindən təndirlər, çıraqlar, gil qablar, silahlar və digər əşyalar tapılmışdır. Hazırda hər il Babəkin doğum günündə Güney Azərbaycan Milli Oyanış Hərəkatı təşkilatının rəhbərliyi ilə güneyli qardaşlarımız qalaya yürüş keçirərək xalq qəhrəmanını yad edirlər.Bəzz qalası haqqında elmi araşdırmalar, məqalələr və s. mövcuddur.
Always (bez)
Always — Procter & Gamble şirkətinə daxil olan, 1983-cü ildə yaradılmış qadın baxımı və müdafiəsi üçün bezlər istehsal edən marka. Always dünyanın müxtəlif ölkələrində müxtəlif adlarla satılır. Buna misal olaraq Yaponiya, Hindistan, Çin, Cənubi Koreya, Tayvan, Filippin, Tayland, İndoneziya və Avstraliyada Whisper, İtaliyada Lines Türkiyə də isə Orkid adı altında satılır. Digər adlarına misal kimi isə İspaniya və Portuqaliyada istifaəd edilən Evax və Ausonia adlarını göstərmək olar. Procter & Gamble Always markasını dünya səviyyəli marka olması yolunda ciddi addımlar ataraq, qadın sağlamlığı və təmizliyi sahəsində də keçirdiyi layihə və tədbirlərlə tez-tez gündəmə gəlir.
Bez nazvaniya
Bez nazvaniya (rus. Без названия, azərb. İsimsiz‎) — Nikolay Noskovun beşinci studiya albomu. Albom məşhur istehsalçı Horst Schnebel studiyasında Almaniyada qeydə alınıb.
Benz Patent-Motorwagen
Benz Patent-Motorwagen, 1885-ci ildə Karl Benz tərəfindən istehsal edilən və tarixdə ilk avtomobil hesab olunan nəqliyyat vasitəsi. Benz bu nəqliyyat vasitəsini 29 yanvar 1886-cı ildə patentləşdirmişdir. Boş çəkisi 265 kq olmuşdur.
Mercedes-Benz W124
W124 Mercedes-Benz E sinifinin ən çox istehsal olunan modellərindən biridir. Avtomobil 11 il ərzində 2,562,143 sayda istehsal olunub. 1985-ci ildən istehsalı başlayan W124 özündən əvvəlki əvvəlki E-klass (W123) modelinin davamçısıdır. Avtomobil 2.0-6.0 Litr həcmli benzin və 2.0-3.0 Litr həcmli dizel mühərrikləri ilə təchiz olunmuşdur. W124 az sayda Brabusda istehsal edilmişdir. Brabus modelinin mühərriki V12 7.3L həcmindədir. 1993cü ildə avtomobilin kuzovunda kiçik dəyişikliklər olur. Bu dəyişikliklər əsasən radiator barmaqlığında, işıqlarda və yük hissəsi qapağında göstərib.
Mersedes-Benz-Arena
MHP-Arena — Almaniyanın Ştutqart şəhərində yerləşən, 60 449 tamaşaçı tutumlu Ştutqart şəhərinin futbol klubunun ev arenası. 1933-cü ildə memar Paul Bonatz tərəfindən inşa edilmişdir. == Haqqında == 30 iyul 2008-ci il tarixindən etibarən stadion yaxın 30 il ərzində "Mercedes-Benz Arena" (avtomobil konserninin Muzeyi stadionun yaxınlığında yerləşir) adlandırılacaq. Avtomobil konsern muzeyi arenanın yaxınlığında yerləşir. Avtomobil konserni ilə sponsorluq müqaviləsi bağlandıqdan sonra tutumun 60 min tamaşaçıya çatdırılması, stadionu yalnız futbol halına gətirən qaçış zolaqlarının çıxarılması planlaşdırılır. Bu müqavilə üçün "Ştutqart" təxminən 20 milyon avro alacaq. UEFA-nın Nizamnaməsinə əsasən, stadion beynəlxalq oyunları (Çempionlar Liqası və Avropa Liqası oyunları) keçirərkən sponsor adını daşıya bilməz, çünki bu rəhbər orqanlarda turnirlər üzrə rəsmi tərəfdaş olmayan şirkətlər tərəfindən korporativ sponsorluğu qadağan edən qaydalar mövcuddur. Belə hallarda üçün alternativ "Stuttgart Arena" adı istifadə olunur.Stadion 1974 və 2006-cı ildə dünya çempionatlarının oyunlarına ev sahibliyi etdi (müvafiq olaraq 4 və 6), həmçinin 1988-ci il Avropa çempionatının 2 oyunu (İngiltərə - İrlandiya 0:1 və SSRİ yarımfinalı - İtaliya 2:0) keçirilib. == İstinadlar == == Xarici keçidlər == Vikianbarda MHPArena ilə əlaqəli mediafayllar var.
Mercedes-Benz A-Class
Mercedes A-Class — Alman avtomobil istehsalçısı Mercedes-Benz tərəfindən, 1998-ci ildən başlayaraq istehsal olunan 4-qapılı bir kompakt avtomobildir. Bu seriyanın son nəsli olan W176 modeli 2012-ci ildə istehsal olunmuşdur. == 1. Nəsil (1997–2004) == === Mühərriklər === Benzin 1.4 82 hp 1.6 100 hp 1.9 124 hp 2.1 Evolution 138 hpDizel 1.7 CDI 74 hp 1.7 CDI 58 hp 1.7 CDI 89 hp 1.7 CDI 94 hp === Sürətlər qutusu === 5 ileri düz vites 6 ileri düz vites ST otomatik vites == 2. Nəsil (2004–2012) (W169) == 2005 modelden (W169 KASA) itibaren aracın aks mesafesi ve genişliği artırılmıştır, eskiye nazaran görünümü oldukça değişmiştir, motor ve iç dizayn olarak aynı şeyleri söylemek mümkündür.mercedesin işçilik kalitesini bu seride de görmek mümkündür. (aracın 100 km hız fren mesafesi 33 m'dir.
Mercedes-Benz B-Class
Mercedes-Benz B-klass — 2005-cı ildən bu günə kimi Mercedes-Benz markasının istehsal etdiyi kompakt avtomobillər. Avtomobil A-klassdan bir az böyükdür və onun asqı və mühərriklərindən istifadə edir.
Mercedes-Benz C-Class
Mercedes C-Class — Alman avtomobil istehsalçısı Mercedes-Benz tərəfindən, may 1993-cü ildən başlayaraq 190 modelinin yerinə istehsal olunan 4-qapılı bir kompakt sedandır. Bu seriyanın son nəsli olan W205 modeli 2014-cü ildə istehsal olunmuşdur.
Mercedes-Benz CL-Class
Mercedes-Benz CL-klass (Comfort Leicht Klasse — alm. Comfort Leicht Klasse‎) — ilk dəfə 1950-cı illərdə yaranmış, formal olaraq isə 1996-cı ildən 2013-cü ilə qədər Mercedes-Benz markasının istehsal etdiyi avtomobillər. Əsas olaraq S-klass avtomobilləri götürülür və kupe kuzovunda istehsal olunur. 2013-cü ildə ləğv olunub S-Coupe-yə adı dəyişildi.
Mercedes-Benz CLA-Class
Mercedes CLA-Class — Alman avtomobil istehsalçısı Mercedes-Benz tərəfindən, 2013-cü ildən A və B klassların platformu əsasında qurulub istehsal olunan kompakt prestij sedandır.
Mercedes-Benz CLK-Class
Mercedes-Benz CLK-klass (Coupe Leicht Kurz — alm. Coupe Leicht Kurz‎ — "kupe yüngül qısa") — 2006-cı ildən 2009-cu ilə qədər Mercedes-Benz markasının istehsal etdiyi orta ölçülü kupe və kabrioletlər. CL və Sl-lardan aşağı və SLK-lardan yuxarı mövqedə yerləşdiyi sayılır.
Mercedes-Benz CLS-class
Mercedes-Benz CLS-class Mercedes-Benz markası altında Almaniyanın Zindelfingen zavodunda istehsal olunan dördqapılı kupe. Avtomobil W211 E-class markasının bazasında yaradılmışdır. 2004-cü ilin payızından istehsal olunur. CLS-class-ın ikinci nəslinin buraxılışı 2011-ci ilə planlaşdırılır.
Mercedes-Benz E-Class
Mercedes E-Class — Alman avtomobil istehsalçısı Mercedes-Benz tərəfindən, rəsmi olaraq 1993-cü ildən istehsal olunan biznes sedandır. Bu seriyanın son nəsli olan W212 modeli 2009-cu ildə istehsal olunmuşdur.
Mercedes-Benz G-Class
Mercedes-Benz G-klass (G — alm. Geländewagen‎ — ɡəˈlɛːndəvaːɡn, «yolsuzluq maşını») — 1979-cu ildən bu günə kimi Mercedes-Benz markasının istehsal etdiyi tam ölçülü yolsuzluq maşınları.
Bəzm
Bəzm İranın Fars ostanının Bəvanat şəhristanının Mərkəzi bəxşinin Sərvistan dehistanında kənd.2006-cı il əhalinin siyahıya alınmasına əsasən, kəndin əhalisi 422 nəfər və 111 ailədən ibarət idi.
Xəzz
Xəzz — Xəzərlərdə ölkənin müsəlman toplumunun başçısına verilən titul. İqamətgahı əhalisi müsəlmanlardan ibarət olan Xəzəran şəhərində idi.
Cinsi həzz
Orqazm (q.yun. ὀργασμός, ὀργάω sözündən — coşmaq, şişmək; bəzən seksual klimaks kimi qeyd olunur) — güclü məmnunluq, həzzi hissi ilə xarakterizə olunan cinsi coşqunun kuliminasiya zirvəsi. Kişilər və qadınlar tərəfindən yaşanan orqazmlar məcburi və ya avtonom sinir sistemi tərəfindən idarə olunur. Bunlar ümumiyyətlə bədənin bir çox bölgəsindəki əzələ spazmları, ümumi eyforik hiss və tez-tez bədən hərəkətləri və səsləndirmələr daxil olmaqla qeyri-iradi hərəkətlərlə əlaqələndirilir.İnsanlarda orqazmlar, ümumiyyətlə, kişilərdə penisin (adətən boşalma ilə müşayiət olunur) və qadınlarda klitorun fiziki cinsi stimullaşdırılması ilə nəticələnir.
Cinsi həzz hissi
Orqazm (q.yun. ὀργασμός, ὀργάω sözündən — coşmaq, şişmək; bəzən seksual klimaks kimi qeyd olunur) — güclü məmnunluq, həzzi hissi ilə xarakterizə olunan cinsi coşqunun kuliminasiya zirvəsi. Kişilər və qadınlar tərəfindən yaşanan orqazmlar məcburi və ya avtonom sinir sistemi tərəfindən idarə olunur. Bunlar ümumiyyətlə bədənin bir çox bölgəsindəki əzələ spazmları, ümumi eyforik hiss və tez-tez bədən hərəkətləri və səsləndirmələr daxil olmaqla qeyri-iradi hərəkətlərlə əlaqələndirilir.İnsanlarda orqazmlar, ümumiyyətlə, kişilərdə penisin (adətən boşalma ilə müşayiət olunur) və qadınlarda klitorun fiziki cinsi stimullaşdırılması ilə nəticələnir.
Bebo
Bebo — 2005-ci ildən 2013-cü ildə iflasa uğrayana qədər fəaliyyət göstərən və 2021-ci ilin fevralında yenidən fəaliyyətə başlayan Amerika sosial şəbəkə saytıdır. Sayt iflas etdikdən sonra bir sıra qısamüddətli təkliflər, o cümlədən ani mesajlaşma və video axını ilə bir neçə dəfə yenidən fəaliyyətə başlamışdır. Amazon tərəfindən 2019-cu ilin iyul ayında bağlandığı zaman satın alındı. 2021-ci ilin yanvarında elan edildi ki, bir ay sonra yeni sosial media saytı olaraq geri qayıdacaq. Saytın əsası Maykl Birç və Xoçi Birç tərəfindən qoyulub. == Tarixi == Bebo ər-arvad komandası Maykl və Xoçi Birç tərəfindən 2005-ci ilin yanvarında San-Fransiskodakı evlərində yaradılmışdır. Veb saytın adı təsisçilər tərəfindən satın alınmış və adın nə demək olduğu sualına cavab vermək üçün "Blog Early, Blog Tez-tez" backronimi icad edilmişdir.Veb sayt populyarlığının zirvəsində Myspace-i keçərək Böyük Britaniyada ən çox istifadə edilən sosial şəbəkə vebsaytına çevrildi və nəticədə ən azı 10,7 milyon unikal istifadəçini qeydiyyata aldı.
Becc.
Odoardo Bekkari (it. Odoardo Beccari) — İtaliya botaniki və səyyahı. == Bekkarinin şərəfinə adlandırılan taksonlar == Beccariodendron Warb. Beccariophoenix Jum. & H.Perrier Palmakimilər fəsiləsi Beccarianthus Cogn. Melastomakimilər fəsiləsi == Çap olunmuş əsərləri == Palme del Madagascar descritte ed illustrate. 1912—1914. (ital.) Contributo alla conoscenza della palma a olio (Elaeis guineensis). 1914. (ital.) Malesia; raccolta di osservazioni botaniche intorno alle piante dell’arcipelago Indo-Malese e Papuano pubblicata da Odoardo Beccari, destinata principalmente a descrivere ed illustrare le piante da esso raccolte in quelle regioni durante i viaggi eseguiti dall’anno 1865 all’anno 1878.
Behr
Hans Herman Behr (alm. Hans Hermann Behr‎; 18 avqust 1818 – 6 mart 1904, San-Fransisko, Kaliforniya) — Almaniya botaniki, entomoloqu, antropoloqu və həkimi. == Elmi fəaliyyəti == Hans Herman Behr bir çox bitki və həşərat növü təsnif etmişdir.. == Əsərləri == Denis Papins Dampfdruckpumpe von 1707 und ihr Nachbau: mit dem Faksimile und der Übersetzung seiner Veröffentlichung in der französischen Fassung. The hoot of the owl. Report of the committee appointed to prepare and present an account of the life and services of Doctor Hans Herman Behr. Beiträge zur pathologischen Geographie Californiens. On certain butterflies of California: Our Californian Argynides. On Californian lepidoptera. Entomological contributions.
Beja
Beja (port. Beja) — Portuqaliyada şəhər. == Tarixi == Bugün Beja adını daşıyan və Portuqaliyanın aşağı Aləntejo bölgəsində, Lissabonun cənubi-şərqində olan Beja şəhərinin tarixi çox əskilərə getməkdədir. Romalılar dövrindəki adı Pax Juiia olub İslam fəthindən sonra bu ad müsəlmanlar tərəfindən Bacə şəklinə çevrilmişdir. Bacə fəth edildikdən sonra Əndülüsün əsgəri mərkəzlərindən biri halına gətirildi və Tarik bin Ziyad buraya Misirli əsgərləri yerləşdirdi. Əndülüs Əməvi hökmdarı I Əbdürrəhman zamanında Ala bin Mugis, Abbasi xəlifəsi Mənsurla iş birliyi yaradaraq Bacədə bir üsyan başlatdıysa da, Karmunədə (Carmona) Əbdürrəhmana yenilərək öldürüldü (146/7631 və Bacəyə də Fələstinli əsgərlər yerləşdirildi. Tarixi boyunca bir çox qarışıqlığa səhnə olan Bacə 844-cü ildə dənizdən gələn vikinqlərin hücumuna uğradı. Daha sonra məhəlli liderlər mərkəzi yönətimə qarşı çıxmağa başladılar və bölgənin önəmli ailələrindən Tayfurilər bir müddət burada hökmran oldular. Şəhər 1040-cı ildə İşbiliyədə (Sevilla) hökm sürən Abbadilərin əlinə keçdi. 1161-ci ildə Portuqaliyalılar tərəfindən zəbt edilən Bacəyə ardından Müvahhidlər hakim olduysa da (1171) qısa bir müddət sonra şəhər təkrar və son dəfə Portuqaliyalilərin əlinə keçdi.
BEEL
Brokhauz və Efronun ensiklopedik lüğəti (rus. Энциклопедический словарь Брокгауза и Ефрона, ЭСБЕ) – Fridrix Brokhauz və İlya Efron aksioner nəşr cəmiyyəti tərəfindən buraxılmışdır. (Peterburq, 1890-1907). Nəşr iki variantda buraxıldı – 41 əsas və 2 əlavə cild; 82 əsas və 4 əlavə cild. Hal-hazırda Brokhauz və Efronun ensiklopedik lüğəti 86 cilddən ibarətdir. Brokhauz və Efronun ensiklopedik lüğətində 121240 məqalə, 7800 şəkil, 235 xəritə vardır. == Tarixi == Ensiklopediyanın ilk variantı "Conversations-Lexicon" ensiklopediyasının alman dilindən rus dilinə tərcüməsi təşkil edirdi və oxucuların bir çoxunun tərcümənin keyfiyyətində narazılığına səbəb oldu. Baxmayaraq ki, tərcümədə iştirak etmək üçün nəşriyyata o dövrün ən tanınmış alim və filosofları dəvət edilmişdilər: D.İ. Mendeleyev, V.S. Solovyov, S. A. Venqerova, A. N. Beketova, A. İ. Voeykova və s. Sonralar "Conversations-Lexicon" ensiklopediyasına orijinal rus məqalələri daxil edilir ki, burada da əsas diqqət Rusiyaya, onun tarixinə, mədəniyyətinə və tarixinə aid mövzulara yönəldilmışdir. Tərcümə olunmuş məqalələrin orijinal məqalələrlə əvəz edilməsi, ensiklopediyanın bayağı lüğətdən elm və texnika sahəsində ən son kəşflər və yeniliklər haqqında məqalələr toplusuna çevrilir.
Baza
Baza [yun. basis – əsas, özül] – əsas, nəyinsə əsası – özülü, bünövrəsi. Baza sözü müxtəlif mənalarda işlənə bilər: Anbar, emalatxana, istinad məntəqəsi və s. Məsələn, böyük anbar, təchizatla məşğul olan müəssisə; Hərbi hissə yerləşən ərazi, bəzən ordunu, ekspedisiyanı və ya bir müəssisəni təmin etmək üçün ehtiyat; Mədəni-maarif işlərinin bu və ya digər sahəsinə xidmət edən məntəqə; Mənbə; Müəyyən vaxt dövrünə aid edilən, digər analoji göstəricilərlə müqayisə üçün əsas sayılan göstəricilər, məlumatlar. == Ədəbiyyat == R.Əliquliyev, S.Şükürlü, S.Kazımova. "Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər", Bakı, "İnformasiya Texnologiyaları", 2009, 201 s.
Beliz
Beliz (ing. Belize) — Mərkəzi Amerikanın şimal-şərqində dövlətdir. Qərbdə və cənubda Qvatemala ilə (sərhəddin uzunluğu 266 km), şimal-qərbdə - Meksika ilə (250 km) sərhədlənir. Sərhədlərin ümumi uzunluğu 516 km-dir. Ölkənin ərazisi Yukatan yarımadasının şərq hissəsində, Karib dənizinin sahilindədir. Sahəsi – 23 min km², əhalisi - 0,3 mln nəfər (2008-ci il). Paytaxt – Belmopan şəhəridir, rəsmi dili ingiliscədir. == Adın etimologiyası == 1973-cü ilə qədər Britaniya Hondurası adlanan ölkə 1981-ci ildə müstəqillik qazanmışdır. Beliz bayrağında insan rəsmi olan dünyanın yeganə ölkəsidir. == Coğrafiya == Dövlətin çox hissəsi düzənliklərdən ibarətdir.
Beno
Beno (fr. Beynost) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Miribel kantonuna daxildir. Kommunanın dairəsi — Burk-an-Bres. INSEE kodu — 01043. == Əhalisi == 2010-ci ildə əhalinin sayı 4475 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2010-cu ildə əmək qabiliyyətli 2849 nəfər arasında (15-64 yaş) 2141 nəfər İqtisadi fəal, 708 hərəkətsiz (fəaliyyət göstərici 75.1%, 1999-cu ildə 70.1%) olmuşdur. Fəal 2141 sakindən 2016 nəfər (1067 kişi və 949 qadın), 125 nəfər işsizdir (67 kişi və 58 qadın). Fəal olmayan 708 nəfər arasında 293 nəfər şagird və ya tələbə, 252 nəfər pensiyaçı, 163 nəfər digər səbəblərə görə hərəkətsizdir.
Bent
Bent — İranın Sistan və Bəlucistan ostanının Nikşəhr şəhristanının Bent bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 4,302 nəfər və 822 ailədən ibarət idi.
Azəz
Əzaz (ərəb. أعزاز‎ — Ə'zaz) — Suriyanın Hələb mühafəzəsində şəhər. Eyniadlı məntəqə və nahiyənin inzibati mərkəzidir. 2004–cü il siyahıyaalınmasına əsasən şəhərin əhalisi 4.945 ailədə 16.678 nəfəri kişi və 14.945 nəfəri qadın olmaqla 31.623 nəfərdir. == İstinadlar == == Xarici keçidlər == Əzaz şəhəri SSRİ Silahlı Qüvvələrinin Baş Qərargahının ümumdünya topoqrafik xəritəsində (1953–cü il). Miqyas 1 sm–də 1 km (1: 100 000) (rus.) Əzaz şəhəri SSRİ Silahlı Qüvvələrinin Baş Qərargahının ümumdünya topoqrafik xəritəsində.