BƏZ

(Çənbərək, Gəncə, Qazax)
vəzi. – Uşağın boğazında bəz var (Çənbərək); – Boğazımın vəzdəri ağrıyır (Gəncə)
BƏYYALLISI
BƏZDƏNMƏX’
OBASTAN VİKİ
Azərbaycan milli qadın bəzəkləri
== Tarixi == Azərbaycanda ənənəvi bəzəklər içərisində zərgərlik məmulatı mühüm yer tutur. Arxeoloji qazıntılar nəticəsində Mingəçevir, Xocalı, Qəbələ, Xınıslı, İsmayıllı, Qaratəpə və s. yerlərdən tapılan qiymətli bəzək şeyləri zərgərliyin hələ qədimdən Azərbaycan ərazisində geniş yayıldığını və əhalinin məişətində möhkəm yer tutduğunu göstərir. 3000 il bundan əvvələ aid Mingəçevirdən və Xocalıdan tapılmış tunc kəmərlər, eramızdan əvvəl IX – VIII yüzilliyə aid Urmiyə gölü ətrafındakı Həsənsu təpəsindən aşkar edilmiş qızıl cam zərgərlik sənətinin ən gözəl nümunələridir. Zərgərlikdə müxtəlif texniki üsullardan: basma, qarasavad, döymə, minasazlıq, pardaqlama, oyma, xatəmkarlıq, həkketmə, hörmə, şəbəkə və s. istifadə edilir. Ən qədimi döymə üsuludur. Bu üsul Gəncə, Şamaxı, Lahıc, Qazax, Naxçıvan, Şuşa və s. yerlərdə daha geniş yayılmışdır. XIX yüzillikdə zinət şeyləri ən çox qızıl və gümüşdən hazırlanırdı.
Babək (Bəzz) qalası
Bəzz qalası — İranın Şərqi Azərbaycan ostanının Qaradağ vilayətindəki Kəleybər qəsəbəsindən 3 km cənub-qərbdə yerləşən qala. Xürrəmilər hərəkatının rəhbəri Babəkin əsas sığınacaqlarından biri olduğu üçün xalq arasında daha çox Babək qalası kimi tanınır. Qala strateji cəhətdən mükəmməl ərazidə, dəniz səviyyəsindən 2300–2600 metr yüksəklikdə yerləşir. Qalanın ətrafını 400–600 metr dərinlikdə dərələr əhatə edir. Ərəb coğrafiyaşünası Əbu Duləf (X əsr) yazır: "Bəzz qalası Babək Xürrəminin əsas sığınacağıdır. Qalada qırmızı geyimli adamlar dolaşır və qalaya qırmızı bayraqlar sancılıb". Bəzz qalası ərazisində aparılan arxeoloji qazıntılar zamanı Bizans İmperiyası və Azərbaycan Atabəyləri dövlətinə aid sikkələr tapılıb. Qala divarlarının hər dörd küncündə yarımdairəvi gözətçi məntəqələri var. Həmçinin qala ərazisindən təndirlər, çıraqlar, gil qablar, silahlar və digər əşyalar tapılmışdır. Hazırda hər il Babəkin doğum günündə Güney Azərbaycan Milli Oyanış Hərəkatı təşkilatının rəhbərliyi ilə güneyli qardaşlarımız qalaya yürüş keçirərək xalq qəhrəmanını yad edirlər.
Bəzgək
Bəzgək (lat. Tetrax tetrax), (Gruiformes) dəstəsindən bir quş növü. Azərbaycanda təhlükədə olan quşlar siyahısına daxil edilmişdir. == Təsviri == Bel tərəfi qaraya çalan boz rəngdədir, üzərində tünd rəngli naxışlar var. Qarın tərəfi ağdır. Boynu qaradır, lakin iki yerdə ağ “boyunluğu” var. == Yayılması == Avropa, Asiya və Afrikada yayılıb. XX əsrin ortalarına qədər Azərbaycanda düzənlik və dağətəyi yerlərin açıq sahələrində qışlamış, həm də Şirvan və Mil düzlərində yuvalamışdır. Azərbaycanda artıq yuvalamır. Əsas populyasiyası Kür-Araz ovalığında və Acınohur-Ceyrançöl alçaq dağətəyi sahələrdə qışlayır.
Bəzi maraqlı hadisələr (internet serialı, 2021)
Bəzi Maraqlı Hadisələr (türk. İlginç Bazı Olaylar) — rejissoru və ssenaristi İbrahim Büyükak olan NuLook Production imzalı 16 aprel 2021-ci ildə EXXEN-də yayınlanmağa başlayan Türkiyə istehsalı komediya internet serialı. == Məzmun == Ailəsi üçün xəyallarından əl çəkməyən və dostları ilə İstanbula getməyən İbo, ailəsi və dostları ilə birlikdə Bursada yaşadıqları bəzi maraqlı hadisələr.
Bəziləri bu istini sevir (film, 1959)
Bəziləri isti sevir (ing. Some Like It Hot) və ya Cazda yalnız qızlardır (rus. В джазе только девушки) — rejissor və prodüser Billi Uaylderin musiqili komediya filmidir. Bundan başqa bu rejissorun əsas işlərindən birisi və ssenarist İzi Daymondla tandem nəticəsində işlənilmiş ikinci filmdir. Baş rolda Merilin Monro, Toni Körtis və Cek Lemmon oynamışdırlar. Bu filmin ssenarisi Fransada ekranlaşdırılmış "Sevgi fanfaraları" adlı filmin və 1951-ci ildə Almaniyada çəkilmiş eyniadlı remeykin motivləri əsasında yaradılmışdır. Filmdə təhlükəli qanqsterlərdən gizlənmək üçün məcburi şəkildə qadın paltarlarını geyinən iki musiqiçinin macəraları haqqında bəhs edilir. Həmçinin filmdə nümayiş olunan səhnələr ABŞ-də spirtli içkiyə qoyulan qadağa dövrünü əhatə edir. Film geniş ekranlara 29 mart 1959-cu ildə, SSRİ-də isə artıq prokat şəklində 22 avqust 1966-cı ildə çıxarılmışdır. "Bəziləri isti sevir" kinokomediyası uzun illər davam edən studiya sistemindən nəhayət müstəqil prodüserləşdirmə sisteminə keçən zaman, mühüm bir mərhələyə çevrilmişdir.
Bəziləri isti sevir (film, 1959)
Bəziləri isti sevir (ing. Some Like It Hot) və ya Cazda yalnız qızlardır (rus. В джазе только девушки) — rejissor və prodüser Billi Uaylderin musiqili komediya filmidir. Bundan başqa bu rejissorun əsas işlərindən birisi və ssenarist İzi Daymondla tandem nəticəsində işlənilmiş ikinci filmdir. Baş rolda Merilin Monro, Toni Körtis və Cek Lemmon oynamışdırlar. Bu filmin ssenarisi Fransada ekranlaşdırılmış "Sevgi fanfaraları" adlı filmin və 1951-ci ildə Almaniyada çəkilmiş eyniadlı remeykin motivləri əsasında yaradılmışdır. Filmdə təhlükəli qanqsterlərdən gizlənmək üçün məcburi şəkildə qadın paltarlarını geyinən iki musiqiçinin macəraları haqqında bəhs edilir. Həmçinin filmdə nümayiş olunan səhnələr ABŞ-də spirtli içkiyə qoyulan qadağa dövrünü əhatə edir. Film geniş ekranlara 29 mart 1959-cu ildə, SSRİ-də isə artıq prokat şəklində 22 avqust 1966-cı ildə çıxarılmışdır. "Bəziləri isti sevir" kinokomediyası uzun illər davam edən studiya sistemindən nəhayət müstəqil prodüserləşdirmə sisteminə keçən zaman, mühüm bir mərhələyə çevrilmişdir.
Bəzin (Xudabəndə)
Bəzin (fars. بزين‎) - İranın Zəncan ostanının Xudabəndə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 1,754 nəfər yaşayır (433 ailə).
Bəzir karxanası
Ordubad rayonunun Biləv kənd sakini Əsədov Əsəd Kərəm oğlunun (1925-ci ildə anadan olmuşdur) verdiyi məlumata görə, Biləv kəndinin yaxınlığında, Yalqızaq deyilən yerdə “Gümüş ağılı”, “Mahmud ağılı” adı ilə tanınan ərazidə daşyonma mərkəzləri fəaliyyət göstərmişdir. Həmçinin, bu ərazidə Qarovulxana, Arpaçuxuru, Südyolu adlandırılan bölgədə də daş karxanalarının fəaliyyət göstərməsi haqqında məlumatlar vardır. Rayonun Tivi kənd sakini Qurbanov Nağı Tağı oğlunun (1935-ci ildə anadan olmuşdur) verdiyi məlumata görə isə, Tivi kənd ərazisinə aid olan, lakin vaxtilə Sürcü kəndi kimi tanınan bölgədə “Bəzir” karxanası adı ilə tanınan daşyonma mərkəzi fəaliyyət göstərmişdir. Bu mərkəzdə istehsal olunan məhsullar üçün daş xammalı ən çox Qalxana dağından kəsilərək gətirilmişdir. == Mənbə == Hacıyeva S. Naxçıvanda sənətkarlıq (XII-XIX əsrlər). Naxçıvan:Əcəmi, 2017, 187 s.
Bəzirgan
Bəzirgan — tacir. Bəzirgan (aşırım) — Qarabağ silsiləsində aşırım. Hün. 1633 m.
Bəzirgan (aşırım)
Bəzirgan aşırımı — Qarabağ silsiləsində aşırım. Hün. 1633 m. Laçın və Şuşa rayonları sərhədində, Bəzirgansu çayının (Həkəri çayının qolu) mənbə hissəsindədir. Yamacları meşəlikdir. Bəzirgan orta əsrlərdə şərq ölkələrində ticarətlə məşğul olan adamlara verilən addır. Farsca bəzərgan "tacir, sövdəgər" deməkdir. Çox güman ki, vaxtilə bu aşırım karvan yolunun üstündə olmuş və ticarətə xidmət etdiyindən bu adı almışdır.
Bəzirganaqili
Bəzirganaqili - 1590-cı ildə İrəvan əyalətinin Aralıq nahiyəsində kənd adı Bəzirgan - tacir sözündəndir.
Bəzirgansu
Bəzirgansu — Laçın rayonunda çay. Həkəri çayının sol qoludur. Üzünluğu 9 km. Çay öz mənbəyini Bəzirgan aşırımından aldığı üçün belə adlandırılmışdır.
Bəzirxana
Bəzirxana — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Zar kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Kəlbəcər rayonunun Zar kənd Sovetindən Vəzirxana kəndi Əli Bayramlı kənd Sovetinin tərkibinə verilmişdir. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 25 noyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir. == Toponimikası == Azərbaycan dilinin qərb qrupu dialektlərində bəzir "kətan yağı, kotan toxumu" mənasında işlənir. Oykonim "kətan vağı və ya toxumu istehsal edilən yer" kimi izah oluna bilər. 1917-ci ildə Cavanşir qəzasında Birinci və İkinci Bəzirxana adlı iki kənd olmuşdur. Digər bir yerli məlumata görə bu kənddə bəzir yağı istehsal etmək üçün bəzir bitkisi əkib becərirmişlər. Bəzir yağı istehsal etmək üçün istifadə olunan daşlar 1970-ci illərə kimi kəndin şərq hissəsində yerləşən dəyirmanın yanında qalırdı. Bəzirxana sözü buradan götürülmüşdür.
Dünyanı bəzəyən Abbasın tarixi
Tarixi-aləmarayi-Abbasi, Tarix-i aləmara-yi Abbasi (fars. تاریخ عالم‌آرای عباسی‎; azərb. Dünyanı bəzəyən Abbasın tarixi‎) — İsgəndər bəy Münşinin farsca yazdığı Səfəvilər xanədanlığının tarixindən bəhs edən və Səfəvi hökmdarı I Şah Abbasa ithaf olunmuş tarixi əsər. == Əsərin nəşrləri == Azərbaycan türkman tayfasından olan Səfəvi tarixçisi İsgəndər bəy Münşinin yazdığı "Dünyanı bəzəyən Abbasın tarixi" Azərbaycan tarixini öyrənmək üçün qiymətli ilkin mənbədir. İsgəndər bəy Münşi Şah Abbasın sarayında xidmət etmiş və bu əsərini fars dilində yazmışdı. Dünyanın tanınmış şərqşünasları öz tədqiqatlarında bu qiymətli ilk mənbəyə dönə-dönə istinad etmişlər. "Tarixi-aləmarayi-Abbasi" əsərinin farsca mətnindən götürülmüş ayrı-ayrı hissələr hələ XIX əsrdə rus şərqşünasları B.Dorn və V.V.Velyaminov-Zernov tərəfindən dərc olunmuşlar. Mənbənin Mirzə Şərif tərəfindən tərtib olunmuş üçcildlik ilk tam nəşri 1896-cı ildə Tehranda daşbasma üsulu ilə çap olundu. Əsərin sonrakı nəşrləri hazırlanarkən bu daşbasma (litoqrafik) çapı əsas götürülmüşdür. 1955-1956-cı illərdə İran alimi İrəc Əfşarın redaktəsi ilə "Tarixi-aləmarayi-Abbasi" ikinci dəfə iki kitaba sığışdırılmış üç cild halında işıq üzü gördü.
Hindistan bəzəklicəsi
Hindistan bəzəklicəsi, Bəzəkli çökükburun (lat. Vanellus indicus) — bibikinə cinsinə aid quş növü.
Milli qadın bəzəkləri
Azərbaycanda ənənəvi bəzəklər içərisində zərgərlik məmulatı mühüm yer tutur. Arxeoloji qazıntılar nəticəsində Mingəçevir, Xocalı, Qəbələ, Xınıslı, İsmayıllı, Qaratəpə və s. yerlərdən tapılan qiymətli bəzək şeyləri zərgərliyin hələ qədimdən Azərbaycan ərazisində geniş yayıldığını və əhalinin məişətində möhkəm yer tutduğunu göstərir. 3000 il bundan əvvələ aid Mingəçevirdən və Xocalıdan tapılmış tunc kəmərlər, eramızdan əvvəl IX – VIII yüzilliyə aid Urmiyə gölü ətrafındakı Həsənsu təpəsindən aşkar edilmiş qızıl cam zərgərlik sənətinin ən gözəl nümunələridir. Zərgərlikdə müxtəlif texniki üsullardan: basma, qarasavad, döymə, minasazlıq, pardaqlama, oyma, xatəmkarlıq, həkketmə, hörmə, şəbəkə və s. istifadə edilir. Ən qədimi döymə üsuludur. Bu üsul Gəncə, Şamaxı, Lahıc, Qazax, Naxçıvan, Şuşa və s. yerlərdə daha geniş yayılmışdır. XIX yüzillikdə zinət şeyləri ən çox qızıl və gümüşdən hazırlanırdı.
XBT-10: I sinif. Bəzi infeksion və parazit xəstəliklər
(A) — Vəba
XBT-10: I sinif. Bəzi infeksion və parazit xəstəlikləri
(A) — Vəba
Çömçəbaşı bəzəmə
Çömçəbaşı bəzəmə — Azərbaycanda ən çox yazqabağı (bayramqabağı) günlərdə, eləcə də digər vaxtlarda, əsasən uşaq və gənclər arasında, geniş şəkildə oynanılan qədim oyunlarından biridir. Çömçəbaşı bəzəmə ilaxır çərşənbələrdə və Novruz bayramları günlərində uşaqların, yeniyetmələrin oynadıqları oyunlardan biridir. Oyun iştirakçıları sanama üsulu ilə iki dəstəyə ayrılırlar. Hər dəstənin püşk atma yolu ilə seçilmiş başçısı olur. Adi bir çömçənin başını rəngli parçalarla bəzəyir və başından zınqırov asırlar. püşk atma atılır. Püşk hansı dəstəyə düşərsə, oyunu həmin dəstə başlayır. Növbə ilə oyunçuların gözləri dəsmalla bağlanılır. Digər dəstənin oyunçusu çömçəni əlinə alıb çəkilmiş dairənin içərisində o tərəf, bu tərəfə qaçır. Gözübağlı zınqırov səsləndirəni tutmağa çalışır.
Bəzəklik mağaraları
Bəzəklik Min Budda mağaraları (uyğ. بزقلیق مىڭ ئۆيى, çin. sadə. 柏孜克里克千佛洞 ; pinyin: Bózīkèlǐkè Qiānfódòng) - Çinin Turfan və Piçan vilayətləri arasında yerləşən və V əsrdən XIV əsrə qədər böyük bir tarixi əhatə edən Buddist qrotlardan ibarət mağaralar kompleksi. Mağaralar Təkləməkan səhrasının şimal-şərqində, Yanan dağlarının Mutou vadisində yerləşir və burada qədim Karahoca xarabalıqları da var. Qərbi Mutou vadisinin qayalıqlarında yerləşən və günümüzə qədər gəlib çatan mağaraların əksəriyyəti X-XIII əsrlər arasında Qərbi Uyğur Krallığından qalmadır. Klassik uyğur üslubunda rəsmlərin ən qədim nümunələrinin aşkar edildiyi Bəzıklik mağara kompleksi Qızıl dağ bölgəsində qayalara oyulmuş çoxlu məbədlərdən ibarətdir. Mağaralar düzbucaqlı və ya kvadrat şəklindədirlər. Onlar əksəriyyəti beşik tağlı, bəziləri günbəzlə örtülmüş, çoxsaylı və yan-yana Buddist ibadət tikililəridir. Bu mağaraların plan sxemləri Buddaya və ya başqa bir tanrıya həsr olunmuş daxili məbəddən və onun ətrafındakı monastırdan və ətraf məkanlardan ibarətdir.
Ulduzlar Bəzmində
Ulduzlar Bəzmində — əsl adı "Ghoghaye Setaregan" (fars. غوغای ستارگان‎), sözləri Kərim Fəkur və musiqisi Humayun Xürrəm'nən olan fars dilində bir mahnıdır. Bu mahnı (sözləri: Saleh Səcadi, ifa: Fərqanə Qasımova) Azərbaycan dilinədə tərcümə olunub.
Bəzmi Qadınəfəndi
Bəzmi Qadınəfəndi və ya Bəzmiara Qadınəfəndi (1834, Çərkəzistan – 25 yanvar 1909, Konstantinopol) — 31-ci Osmanlı sultanı Sultan Əbdülməcidin xanımlarından biri. == Həyatı == Əslən çərkəz olan Bəzmi xanım Misir hakimi Kavalalı Mehmed Əli Paşanın oğlu İsmayıl Kamil Paşanın övladlıq aldığı qız uşaqlarından biri idi. Üstəlik, İsmayıl Kamil Paşa sədrəzəm Xəlil Həmid Paşanın nəvəsi Fatma Zəhra xanımla evli idi və bu səbəblə, uşaqlıq illərində mükəmməl saray təlim-tərbiyəsi almışdır. İsmayıl Kamil Paşanın vəfatından sonra 1822-ci ildə analığı Fatma Zəhra xanımla birlikdə İstanbula dönən Bəzmi xanım qısa zamanda gözəlliyi ilə paytaxtda məşhurlaşdı. Sultan Əbdülməcid Fatma Zəhra xanımı ziyarəti əsnasında gördüyü Bəzmi xanımı nigahına almaq istəsə də, onun bu təklifi ilk başda geri çevrildi. Ancaq çox keçmədən cütlük 1849-cu ildə nigahlandı və Bəzmi xanım altıncı qadınəfəndi ünvanı alaraq Sultan Əbdülməcidin Çırağan sarayındakı hərəminə daxil oldu. 22 fevral 1850-ci ildə ilk övladı Mukbilə Sultanı dünyaya gətirən Bəzmi Qadınəfəndi bu övladını bir neçə ay sonra körpə yaşlarında itirdi. Misir saraylarındakı sərbəst həyat tərzinə uyğunlaşan Bəzi Qadınəfəndi hərəmdəki qapalı həyata uyğunlaşa bilmədi. Sultan Əbdülməcidin digər xanımlarıyla münasibətləri pis idi və bu səbəblə qısa zaman sonra gözdən düşdü. Nəticədə 2 iyun 1859-cu ildə Sultan Əbdülməcid bu xanımı boşadı.
Bəziləri isti sevir
Bəziləri isti sevir (ing. Some Like It Hot) və ya Cazda yalnız qızlardır (rus. В джазе только девушки) — rejissor və prodüser Billi Uaylderin musiqili komediya filmidir. Bundan başqa bu rejissorun əsas işlərindən birisi və ssenarist İzi Daymondla tandem nəticəsində işlənilmiş ikinci filmdir. Baş rolda Merilin Monro, Toni Körtis və Cek Lemmon oynamışdırlar. Bu filmin ssenarisi Fransada ekranlaşdırılmış "Sevgi fanfaraları" adlı filmin və 1951-ci ildə Almaniyada çəkilmiş eyniadlı remeykin motivləri əsasında yaradılmışdır. Filmdə təhlükəli qanqsterlərdən gizlənmək üçün məcburi şəkildə qadın paltarlarını geyinən iki musiqiçinin macəraları haqqında bəhs edilir. Həmçinin filmdə nümayiş olunan səhnələr ABŞ-də spirtli içkiyə qoyulan qadağa dövrünü əhatə edir. Film geniş ekranlara 29 mart 1959-cu ildə, SSRİ-də isə artıq prokat şəklində 22 avqust 1966-cı ildə çıxarılmışdır. "Bəziləri isti sevir" kinokomediyası uzun illər davam edən studiya sistemindən nəhayət müstəqil prodüserləşdirmə sisteminə keçən zaman, mühüm bir mərhələyə çevrilmişdir.
Bəzəkli çökükburun
Hindistan bəzəklicəsi, Bəzəkli çökükburun (lat. Vanellus indicus) — bibikinə cinsinə aid quş növü.
Müsnəd əl-Bəzzar
Müsnəd əl-Bəzzar (ərəb. مسند البزار‎) — Məhəmməd peyğəmbərin (s.a.v.) həyat və fəaliyyətinə dair mühəddis Əbu Bəkr əl-Bəzzar tərəfindən tərtib edilmiş hədislər toplusu. Əl-Bəzzar Bəsrədə anadan olub. Dəqiq doğum ili məlum deyil, lakin 825-dən əvvəl deyil. İsfahan, Bağdad, Misir, Məkkə və Ramlada dərs demişdir. O, müsəlman təqvimi ilə 292-ci ildə (905) Ramla (müasir İsrail) şəhərində vəfat etmişdir. Əd-Daraqutni və əl-Hakimə görə, əl-Bəzzar isnad və hədis mətnlərinin nəqlində səhvlərə yol verib. Əl-Bəzzarın tələbələri bunlar idi: ət-Təbərani, Əbu əş-Şeyx və bir çox başqaları. Əl-Bəzzarın Müsnədi bəzən Müsnədin ilk nəşrinə naşir tərəfindən verilən başlığa görə əl-Bəhr əz-Zəhhar (ərəb. البحر الزخار‎) adlanır.

Digər lüğətlərdə