BEYZİ
BƏBİR
OBASTAN VİKİ
Canluka Bezzina
Canluka Bezzina (9 noyabr 1989) — 9 noyabr 1989-cu ildə anadan olan Maltalı həkim-müğənni. Canluka Bezzina 2013 Avroviziya Mahnı Müsabiqəsində Maltanı "Tomorrow" mahnısı ilə təmsil edib və bu kiçik ada ölkəsinə 8-ci yeri qazandırıb.
Fyokla Bezzubova
Fyokla İqnatevna Bezzubova (1880—1966) — erzyan əsilli xalq hekayəçisi. 27 sentyabr 1880-ci ildə Od Murza kəndində (hazır ki — Yeni Turdaki kəndi, Koçkurovski rayonu, Mordoviya) anadan olmuşdur. Milliyyətcə erzyan idi. Fyokla Bezzubova böyük bir kəndli ailəsində böyümüşdür. Bu səbəbdən məktəb təhsili almamışdır. Çünki uşaqlığı evdə və sahədəki valideynlərə kömək etməkdə keçmişdir. Mahnılara olan məhəbbəti nənəsi Evdokia İvanovna Zverkova aşılamışdır. Fyokla Bezzubova 1901-ci ildə İlya Konstantinoviç Bessubova ilə ailə həyatı qurmuşdur. Həyat yoldaşı qonşu Semiley kəndindəndir. 1902-ci ildə onların Qriqori adlı oğlu doğulur.